Məhkəmə qərarları › İş №2-1(103)-2349/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2349/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2349/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tağızadə Mirzə Nəsib oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilə dövlət qeydiyyat nişanlarının təhkim olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-3648/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilə dövlət qeydiyyat nişanlarının təhkim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun avtomobilinə 77-777 (eyni və fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının) dövlət qeydiyyat nişanlarından birinin verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə DİN Baş X1 İdarəsinin İmtahan-Qeydiyyat İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində İİ qrup Qarabağ müharibəsi əlili olduğunu bildirmiş və dövlət hesabına “NAZ LİFAN 320” markalı minik avtomobili ilə təmin olunduğunu qeyd etmişdir. Ərizəsinə müvafiq sənədləri qoşma kimi əlavə edərək, minik avtomobilinə “77” kodu ilə başlayan, əks olunan rəqəmləri “777” və seriyası eyni hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin təhkim olmasını istəmişdir. DİN Baş DYPİ-nin İmtahan- Qeydiyyat idarəsinin əməkdaşlarının imzası ilə göndərilən xx.xx.2021-ci il tarixli, 016- 88737S- 3221 saylı cavab məktubunda bildirilmişdir ki, “arzu etdiyi dövlət qeydiyyat nişanları sərfiyyatda olmadığından xahişinin nəzərə alınması mümkün olmamışdır xx.xx.2021-ci il tarixdə “Təkrar” qrifi ilə həmin idarəyə ərizə yazmış və xahiş etmişdir ki: “əgər eyni hərflərdən ibarət seriyalı nişan təhkim edilməsi mümkün deyilsə, avtomobilinə “77” rəqəmi ilə başlayan, əks olunan rəqəmlərin kombinasiyasına “777” və seriyası müxtəlif hərflərin konfiqurasiyasından ibarət dövlət qeydiyyat nişanı təhkim etsinlər. xx.xx.2021-ci il tarixli, № 016-88737/2Ş-3221 saylı cavab məktubunda qeyd edilmişdir ki:" onun, avtomobilinə “77” kodlu eyni hərflərin kombinasiyasından ibarət sonu “777” olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı DİN BDYPİ-nə ünvanladığı təkrar müraciətinə baxılmış və bildirilmişdir ki, toxunulmuş məsələ ilə bağlı əvvəlki müraciətinə xx.xx.2021-ci il tarixli 016-88737Ş-3221 nömrəli məktubla cavab verilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-3648/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının 3-cü səhifəsinin 4-cü abzasında iddiaçı qismində iddianın haqlı hesab edilmədiyini əsaslandırılması üçün Azərbaycan Respublikası qanunvericiliyinin müxtəlif müddəaları qeyd edilmişdir. Lakin, həmin müddəalardan onun iddiasının hansı hissədə haqlı hesab edilmədiyi bildirilməmiş, bununla da İPM-nin 69.4-cü maddəsini kobud surətdə pozmuşdur. Belə ki, sözügedən bəndin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-3648/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə İmişli şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC N seriyalı 854333 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 2015-ci il, ban № LLV1C2A1XG0081744, Boz metalik rəngli, ** BX *** dövlət qeydiyyat nişanlı “Nazlifan” minik markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur (qeydiyyat üçün əsas ƏƏSMN-nin 03/06 5796 saylı məktubu). - İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavabdeh tərəfindən verilmiş eyni məzmunlu cavab məktublarında bildirilmişdir ki, “77” kodlu eyni hərflərin kombinasiyasından ibarət sonu “777” olan dövlət qeydiyyat nişanının təhkim edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Müraciətdə göstərilən sonu “777” rəqəmləri ilə qurtaran dövlət qeydiyyat nişanları hal-hazırda sərfiyyatda yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2022-ci il tarixli ********* №-li və xx.xx.2022-ci il tarixli 016-47706-1222 №-li məktubunda qeyd olunur ki, hazırda sərfiyyatda “77” kodla başlayan eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət son rəqəmləri “777” olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarında qeyd etmişdir ki, “iddiaçı sonu “777” olan dövlət qeydiyyat nişanlarından birinin verilməsini xahiş etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq ona növbəlilik qaydasında, inzibati orqanın rəsmi səhifəsində (https://dyp.gov.az) göstərilmiş müvafiq ərazi üzrə sərfiyyatda olan nömrə nişanlarının kodları əsasında təqdim edilməlidir.” Məhkəmə hesab etmişdir ki, “77” qeydiyyat nömrə nişanının kodu Azərbaycan Respublikasının bütün ərazilərinə aid edildiyindən, həmçinin sonu “777” olan dövlət nömrə nişanının sərfiyyatda olmadıgından cavabdehin imtinası qanunazidd olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir : “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 21-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələridir. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin maddənin İV bəndinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: əldə edildiyi vaxtdan on gün ərzində; fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Həmin maddənin İV bəndinin 7) yarımbəndinə uyğun olaraq dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması qeydiyyatı aparan orqanın vəzifəsi olaraq müəyyən edilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın 1.2-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Həmin Qaydanın 1.3-cü bəndinə müvafiq olaraq dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Həmin Qaydanın 2.1-ci bəndinə görə, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahanqeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Həmin Qaydanın 2.2-ci bəndinə uyğun olaraq dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 2.2.1. dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2.2.2. dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili...; 2.2.4. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması; 2.2.5. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2012-ci il tarixli Q74-001-12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament”in 3.1-ci bəndinə əsasən, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə sifarişin verilməsi istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. Həmin reqlamentin 3.2.1-ci yarımbəndinə müvafiq olaraq sorğunun formalaşdırılması: istifadəçi tərəfindən DİN BDYPİ-nin internet informasiya ehtiyatının elektron xidmət bölməsində rəqəmlərin və ya hərflərin kombinasiyalarının ardıcıllığı üzrə dövlət qeydiyyat nişanı sərbəst seçilərək sifariş verilməsi üçün ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən aidiyyəti olanlarla birlikdə həmin elektron ünvana təqdim edilir Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtonəqliyyat vasitəsinə dövlət qeydiyyat nömrəsinin verilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. İnzibati orqan dövlət qeydiyyat nişanlı nömrəni verdikdə, müvafiq olaraq bazada sərfiyyətdə olan eyni və fərqli kombinasiyaların olub-olmamasını araşdırdıqdan sonra ərizəçəyə məlumat verir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ** BX *** dövlət qeydiyyat nişanlı “Nazlifan” minik markalı avtomobilin sahibidir, cavabdehə müraciət edərək həmin avtomobilə sonu “777” olan eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh buna əsas kimi sərfiyyatda həmin nömrənin olmamasını göstərmişdir. İddiaçı cavabdehin imtinasının qanunsuz hesab edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi nəqliyyat vasitələrinin sahiblərinə onlara verilən dövlət qeydiyyat nişanlarının bununla bağlı müəyyən edilmiş dövlət rüsumunu ödəməklə rəqəm və hərf kombinasiyasını sərbəst seçmək hüququ nəzərdə tutulsa da, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması da daxil edilmişdir. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi dövlət qeydiyyat nişanının mövcudluğu barədə rəsmi məlumat açıqlanmadığı halda, iddiaçı ona məxsus nəqliyyat vastəsinə müvafiq seçim etdiyi dövlət qeydiyyat nişanının verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı dövlət qeydiyyatı nişanının mövcudluğu açıqlanmadığından və qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qeydiyyat nişanı nəqliyyat vasitələrinə xronoloji ardıcıllıq qaydasında (sıra ardıcıllığı, rəqəm ardıcıllığı) təhkim edildiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-3648/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)- 3648/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar