Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2349/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2021-ci il tarixli **********150084 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrəli qərarı ləğv edilmiş və yoxlama nəticəsində hesablanmış 679889.40 manat vergi borcu və 339944.70 manat maliyyə sanksiyasının İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2518/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)- 1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1089/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2518/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia tələbləri təmin edilmiş və qərar icra olunması üçün cavabdehə göndərilmişdir. Lakin, onlar inzibati orqanın rəhbərliyinin qəbulunda olduqda, onlara bildirilmişdir ki, məhkəmə qərarında texniki səhvə yol verilmişdir. Belə ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrəli qərarı ləğv edildiyi təqdirdə, 1471839.65 manat silinməli olduğu halda, qərarda isə 1019834.1 manat məbləğ göstərildiyi üçün qərarın icrasında çətinlik yaranmışdır. Məhkəmə qərarının nəticə hissəsində xx.xx.2021-ci il tarixli **********150084 nömrəli qərarın ləğvi göstərilsə də, yoxlama nəticəsində hesablanmış 679889.40 manat vergi borcu və 339944.70 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Halbuki, hesablanmış vergilərin məbləği 941218.53 manat, maliyyə sanksiyası isə 530621.12 manat təşkil etmişdir. Məhkəmə tərəfindən bu hala aydınlıq gətirildiyi təqdirdə məhkəmə qərarı müvafiq inzibati orqan tərəfindən icra olunacaqdır. Bu səbəbdən də, buraxılmış texniki səhvi nəzərə alaraq məhkəmə qərarına izah verərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrəli qərarı tam ləğv edildiyi halda, 1471839.65 manat məbləğin İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi barədə izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. İş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İşin hallarından görünür ki, iddiaçı ilk öncə məhkəməyə müraciət edən zaman cavabdehin xx.xx.2021-ci il tarixli **********150084 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrəli qərarının qismən ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 679889.40 manat vergi borcu və 339944.70 manat maliyyə sanksiyasının İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehin xx.xx.2021-ci il tarixli **********150084 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********195602 nömrəli qərarının ləğv edilməsi (tam şəkildə) və yoxlama nəticəsində hesablanmış 679889.40 manat vergi borcu və 339944.70 manat maliyyə sanksiyasının İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmiş və iddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdir. Məhkəmənin sözügedən qərarı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən iddiaçının tələbi tam şəkildə təmin edilərək cavabdeh inzibati orqanın qərarı tam şəkildə ləğv edilmiş, lakin, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilən zaman yanlışlığa yol verilməklə tələbin ikinci hissəsində öz əksini tapan mübahisəli qərarla silinməli olan borc məbləği əvvəlki (ilkin) tələbdə göstərilən şəkildə qalmışdır. Bu hal isə, nəticə etibarilə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdeh inzibati orqanın tam şəkildə ləğv edilmiş qərarının icrası ilə bağlı vergi orqanı tərəfindən iddiaçıya məxsus şəxsi hesab vərəqəsində borc məbləğinin silinməsində çətinlik yaratmışdır. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qərarın izah edilməsinə dair ərizəçinin dəlilləri məhkəmə qərarının icrasına tam şəkildə nail olmağa yönəldiyindən, iddiaçı, çatmaq istədiyi hüquqi marağa məhkəmə qərarının icrasının tam şəkildə həyata keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməklə nail olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası həmin dəlilləri əsaslı saymayaraq qeyd edir ki, məhkəmə qərarının əsaslandırılma və nəticə hissələrində cavabdeh inzibati orqanın qərarının tam şəkildə ləğv edilməsi aydın şəkildə göstərildiyindən tələbin ikinci hissəsində olan və bunun nəticəsində məhkəmə qərarında da öz əksini tapan formal xəta (yanlışlıq) məhkəmə qərarında olan anlaşılmamazlıq və ya ziddiyyətli məqam kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1437/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2349/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2349/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver