Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-235/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndələri X4 və X5, Üçüncü şəxsin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Məhəmmədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X12) “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1820/2019 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 yanında DƏDRX 4 saylı X11, Abşeron rayonu Məhəmmədi bələdiyyəsinə və X8 qarşı «qərarın, dövlət aktının, şəhadətnamənin, reyestrdən çıxarışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, (keçmiş H.Hacıyev) Məmmədli Məmmədəliyev küçəsi, 86 saylı ünvanda yerləşən keçmiş “Azərsutikinti” Konserinin “Fəhlə Təchizatı” Birliyinin 7 saylı kafesi, ümumi sahəsi 214,7 kv.m. plan özəlləşdirən obyekt və yerləşdiyi 252 kv.m torpaq sahəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 08/01 saylı hərrac protokoluna əsasən satıcı Əmlak Məsələləri Dövlət Komitəsindən hərrac yolu ilə 17.500 manat pul verib almışdır. Alqı-satqı müqaviləsini DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib öz adına x xxxxx 2019-ci il tarixdə dövlət reyestrində çıxarış almışdır. Lakin həmin qeyri-yaşayış sahəsini aldıqdan sonra ona sahib ola və ondan istifadə edə bilmir. Belə ki, cavabdeh Qədir Əliyev həmin qeyri-yaşayış sahəsini zəbt edərək onu buraxmır, bildirir ki, onun həmin torpaq sahəsinə sənədləri vardır. Sonra ona məlum olmuşdur ki, Qədir Əliyevin qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinə çıxarışı vardır. Həmin torpaq sahəsi ona atasından vərəsəliklə qalmışdır. Abşeron rayon Məhəmmədi Bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 8 saylı qərarı ilə iaşə və digər tikinti məqsədi ilə 0,24 hektar torpaq sahəsi X6 ayrılmışdır. Həmin qərar əsasında ona torpağa dair mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonra isə vərəsəlik şəhadətnaməsi əsasında Qədir Əliyev həmin torpaq sahəsini öz adına sənədləşdirərək adına çıxarış almışdır. O (iddiaçı), mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan yazılı cavab verilmişdir ki, sözügedən əmlaka istifadə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edilməlidir. Ona görə də o (iddiaçı), hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinə və orada yerləşən dövlət obyektinə Məhəmmədi Bələdiyyəsi tərəfindən qanunsuz olaraq verilmiş bələdiyyə qərarı, onun əsasında verilmiş dövlət aktı, vərəsəlik haqqında şəhadətnamə və çıxarış etibarsız hesab edilməlidir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 saylı qərarının iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” kimi qəbul olunmasını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı X10 cavabdehlər sırasından çıxarılmasını, X7 işə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı X10 inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1820/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1820/2019 saylı qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinə dair verilmiş xx.xx.2001-ci il tarixli dövlət aktında, o cümlədən DƏDRX-dən çıxarışda torpaq sahəsinin Abşeron Rayonu, Məmmədi kəndi ərazisində yerləşdiyi göstərilmişdir. Bu fakt həmin torpaq sahəsinə dair verilmiş texniki pasportla da öz təsdiqini tapır. Həmçinin Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixdə verdiyi arayışında qeyd edilmişdir ki, sözügedən 0.24 ha torpaq sahəsi Məmmədli Bələdiyyəsinin ərazisində yerləşir. Bələdiyyənin həmin arayışına əlavə edilmiş ərazinin sxemi də mübahisəli torpaq sahəsinin Məmmədli Bələdiyyəsinin ərazisi hüdudlarında yerləşdiyini sübuta yetirir. Həmçinin, iş üzrə ərazi aidiyyət qaydaları pozulmuşdur. Belə ki, işə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində deyil, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmalı idi. Çünki torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir, o cümlədən inzibati orqan da Abşeron rayon Məmmədli Bələdiyyəsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1073/2020 nömrəli qərardadına əsasən, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1820/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı qərarı ləğv edilmiş, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1073/2020 nömrəli qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1730/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-1073/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə gönərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Növbəti apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1820/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1820/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinini təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1820/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məmmədəli Məmmədəliyev klüçəsi, 86 ünvanında yerləşən 0,0252 ha (252 kv.m) torpaq sahəsi və onun üzərindəki 214,7 kv.m ölçüdə qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyat alınmış və bu barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il taruxli 8 nömrəli qərarı ilə X6 ayrılmış 0,24 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı məxsus 0,0252 ha torpaq sahəsinin (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Məmmədəliyev küçəsi, 86 ünvanında yerləşən 214,7 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,0252 ha torpaq sahəsi) və X8 məxsus 0,24 ha torpaq sahəsinin (Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 8 saylı qərarı ilə X7 atası X1, JN-05xx xxx 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə xx xxxxxxxx 2001-ci il tarixdə qeydiyyata alınmış və DƏDRX X15 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində X7 mülkiyyəti kimi qeydiyyata alınmış Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,24 ha torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi; - reyestr məlumatlarına əsasən İddiaçı məxsus 0,0252 ha torpaq sahəsinin və X8 məxsus 0,24 ha torpaq sahəsinin koordinatlarının hər hansı hissədə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi; - tərəflərin (İddiaçı və X7) iddia etdiyimübahisəli sahənin yuxarıda qeyd olunan reyestrdən çıxarışlarla rəsmiləşdirilmiş torpaq sahələrindən hansına aid olmasının və həmin mübahisəli sahənin Abşeron rayonu Məhəmmədi bələdiyyəsi və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazilərindən hansına aid olmasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubu ilə təqdim olunmuş həmin qurumun ekspertinin qeyd olunan tarixli 24105 nömrəli ekspertiza rəyində aşağıdakılar bildirilmişdir: - Mütəxəssis rəyinə əsasən İddiaçı məxsus 0,0252 ha torpaq sahəsi (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Məmmədəliyev küçəsi, 86 ünvanında yerləşən 214,7 kv.m ölçüdə qeyriyaşayış sahəsinin yerləşdiyi 252 kv.m (faktiki ölçü 258 kv.m) torpaq sahəsinin və X8 DƏDRX X15 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrinə X7 mülkiyyəti kimi qeydiyyata alınmış Abşeron rayonu Məhəmmədi kəndində yerlə.ən 0,24 hektar torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparıldı. Elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən, ölçülmüş 258 kv.m torpaq sahəsi Dğvlət əmlakı kimi özəlləşdirilib (7 saylı kafe olub), İddiaçı adına reyestr nömrəsi **********5106301 sahəsi 252 kv.m olan çıxarış və texniki pasport verilmişdir. Eyni zamanda həmin əraziyə X7 adına reyestr **********82 sahəsi 0,24 hektar olan çıxarış və plan-ölçü sənədi verilmişdir. Reyestr məlumatlarına əsasən İddiaçı məxsus 0,0252 hektar (faktiki ölçülmüş 0,0258 hektar) torpaq sahəsi tamami ilə X8 məxsus 0,24 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsinə İddiaçı adına reyestr nömrəsi **********51-06301 sahəsi 252 kv.m olan çıxarış və eyni zamanda həmin əraziyə X7 adına reyestr nömrəsi **********82 sahəsi 0,24 hektar olan çıxarışlar verilmiş. Həmin mübahisəli torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində müəyyən edilir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsini, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 11.1, 12.1, 13.1, 13.2, 24.1, 58.1, 65.1.2, 65.3, 67.1, 67.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməlidir. Belə ki, Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərarı ilə X6, hansı ki, hazırkı üçüncü şəxs onun vərəsəsi kimi çıxış edir, ayrılmış torpaq sahəsinin 252 kv.m hissəsi nəinki həmin bələdiyyənin ehtiyat fonduna və ərazisinə aid olmayan, hətta başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilmiş ərazini əhatə edir. Belə olan halda, mübahisələndirilən x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərar müvafia hissədə Məhəmmədi bələdiyyəsinin səlahiyyəti olmadan qəbul edildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.6-cı maddəsinə əsasən bu qərar inzibati akt kimi həmin hissədə etibarsızdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində qanunsuzdur və hazırkı İddiaçı mülkiyyət hüquqlarını pozur. Apellyasiya baxışı zamanı məhkəmə cavabdehin apellyasiya şikayətini qismən təmin edərək belə qərara gəlmişdir ki, üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)1820/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıləğv edilməli və hazırkı iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, ekspert reyestr məlumatlarına əsasən rəy vermişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində 0,24 ha torpaq sahəsi üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsinə iddiaçının adına çıxarış, eyni zamanda həmin əraziyə üçüncü şəxsin atasının adına çıxarışlar verilmiş, torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində olduğu müəyyən edilir. Mübahisə olunan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşir. Cavabdehin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşməsinə baxmayaraq torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşdiyindən, daşınmaz əmlakla bağlı mübahisəyə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxıldığından, Bakı şəhəri, Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıdakı əsaslara görə düzgün olmadığından şikayət qismən təmin edilib qərardad ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməli, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində şikayət təmin edilməməlidir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, ekspert reyestr məlumatlarına əsasən rəy vermişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində 0,24 ha torpaq sahəsi üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsinə iddiaçının adına çıxarış, eyni zamanda həmin əraziyə üçüncü şəxsin atasının adına çıxarışlar verilmiş, torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində olduğu müəyyən edilir. Mübahisə olunan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, reyestr məlumatlarına əsasən İddiaçı məxsus 0,0252 hektar (faktiki ölçülmüş 0,0258 hektar) torpaq sahəsi tamamilə X8 məxsus 0,24 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Baxılan iş üzrə iddiaçı tərəfindən müvafiq tikililər yerləşən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması və qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmadığı qeyd olunsa belə, mübahisəli daşınmaz əmlaklar 2013-cü ildə ilkin olaraq qediyyatdan keçmiş, bununla da həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərarı ilə X6, hansı ki, hazırkı üçüncü şəxs onun vərəsəsi kimi çıxış edir, ayrılmış torpaq sahəsinin 252 kv.m hissəsi nəinki həmin bələdiyyənin ehtiyat fonduna və ərazisinə aid olmayan, hətta başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilmiş ərazini əhatə edir. Belə olan halda, mübahisələndirilən x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərar müvafia hissədə Məhəmmədi bələdiyyəsinin səlahiyyəti olmadan qəbul edildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.6-cı maddəsinə əsasən bu qərar inzibati akt kimi həmin hissədə etibarsızdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində qanunsuzdur və hazırkı İddiaçı mülkiyyət hüquqlarını pozur. Həmçinin qeyd olunmalıdır ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin qərarı ilə iaşə və digər tikinti məqsədilə satılmış 0,24 ha torpaq sahəsinin üzərində olan tikililərin Dövlət mülkiyyətində olması Bələdiyyə tərəfindən nəzərə alınmamışdır. Ona görə də şikayət təmin edilməməli, iddia təmin edilərək Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1820/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-235/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-235/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver