Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-235/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa olunma, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3290/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək FHN-in 8 fevral 2021-ci il tarixli, 0159/ş saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - Nazirliyin Dövlət Yanğından Mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsinə, məcburi iş buraxma müddəti üçün 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 nömrəli, 10 avqust tarixli 2021-ci il qərarı ilə ilə iddia tələbi rədd edilmişdir. Apelyasiya və kassasiya instansiya məhkəməsindəki icraatlar: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nazirliyin Tibb Xidməti xx.xx.2020-ci ildə iddiaçının tibb xidmətinə müraciət etmədiyi bildirməsinin səbəbinə aydınlıq gətirilməli idi. Çünki iddia ərizəsində göstərildiyi kimi həmin gün onu tək yox başqa dəvət olunanlarla (təxminən 10 nəfər) birlikdə aparıblar. Cavabdeh tərəfdən həmin gün kimlərin müayinədən keçirilməsinə,başqalarının xidmətdə qeydə alındığı halda iddiaçının alınmamasına və başqa yerlərə aparılması səbəbinə aydınlıq gətirilməli idi.Sorğuya cavabda iddiaçının müraciətindən söhbət gedir. Halbuki ora iddiaçı özü müraciət etməyib, onu və başqalarını xidmətin tabe olduğu Nazirlik xidmətə təqdim edib. Həmin gün ilk dəfə xidmətə iddiaçının başqaları ilə birlikdə təqdim edilməsini cavabdeh tərəf də təkzib etmir. İddiaçının iddia ərizəsində göstərdiyi bütün faktlara cavabdeh tərəfin verdiyi etirazda aydınlıq gətirildiyi halda dekabrın 23-də 3 yerdə yoxlama aparılmasını təkzib etməmişdir. Digər tərəfdən eyni gündə,Birlikdən əvvəl və Tibb Xidmətindən sonra iddiaçının Respublika Narkoloji Mərkəzində, saat 14:53-də müayinədən keçdiyi, qanında narkoloji maddə aşkar edilmədiyi faktına, habelə əmrdən sonra onun qanında TX-nin poliknikasında da narkotik maddə aşkar edilməməsi faktına məhkəmə qiymət verməmişdir. Məhkəmə İddiaçı xəstə olub-olmamasının aydmlaşdıırılması və məsələnin qanuni həlli üçün ekspertiza keçirilməsinə dair əsaslı vəsatətini heç bir səbəb göstərmədən rədd etdi. 3 səlahiyyətli dövlət qurumları onun narkotika qəbul etməməyini müəyyən etdiyi halda Birliyin müayinədən 7 gün sonra tərtib etdiyi aktı qanuni və əsaslı, mötəbər sənəd hesab edilə bilməz. Bundan əlavə məhkəmə və istintaq təcrübəsində narkoloji xəstələrin müayinə edilərək rəy verilməsi Birliyə yox Respublika Narkoloji Mərkəzinə həvalə edilir və bu qurumun rəyi əsas götürülür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 2022-ci il 27 yanvar tarixli qərarına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 nömrəli, 2021-ci il 10 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2-1(102)-784/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, kassasiya instansiyası məhkməsinin göstərişlərini nəzərə alaraq və apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarına əsasən, Azərbaycan Respublikası Cavabdeh 8 fevral 2021-ci il tarixli 0159/ş nömrəli əmri ilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Yanğından mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, 23 dekabr 2020-ci il tarixində tibbi müayinə zamanı İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Əmrin verilməsinə əsas olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X2” X4 30 dekabr 2020-ci il tarixli 3516/K nömrəli aktına istinad olunmuşdur. Həmin akta əsasən iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və 1,4 benzodiazepin qrupuna aid olan törəmə aşkar edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, hazırki inzibati mübahisə üzrə işin faktiki halları məhkəmə tərəfindən kifayət qədər araşdırılmış, lazımi sübutlar toplanmışdır. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası Bənd 1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd 2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd 3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd 5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd 6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası - “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd 1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd 2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd 3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd 21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” İ. Peşə növlərinin və vəzifələrin Siyahısı Bənd 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr. Bənd 13. Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri. İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. ... Maddə 10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: ... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; ... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; .... Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: .... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; ... Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. .... Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: .... 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; .... Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. AR ƏM-in 72-ci maddəsinə əsasən, Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması İşdən aydındır ki, iddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Əmr verilərkən əsas olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X2” X4 30 dekabr 2020-ci il tarixli 3516/K nömrəli aktına istinad olunmuşdur. Həmin akta əsasən iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və 1,4 benzodiazepin qrupuna aid olan törəmə aşkar edilmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında da iddiaçının xidmətinə xitam verilməsinin əsasını onun ərizədə göstərdiyi kimi “uzunmüddətli xəstəlik” deyil, yol verdiyi kobud pozuntu (narkotik maddənin qəbulu faktının aşkar edilməsi) təşkil etmişdir. Beləliklə, aydınlaşdırılmalı olan ilk məsələ ondan ibarətdir ki, şəxsin narkoloji xəstə olduğu təsdiq olunmadığı halda belə, narkotik maddələrin qəbulu faktı özüözlüyündə fövqəladə hallar orqanlarından xidmətdən xaric edilmə üçün yetərli əsas təşkil edirmi? Kollegiya qeyd edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində narkoloji nəzarətin təmin edilməsinə yönəlmiş xüsusi tədbirlərdən biri kimi müəyyən peşə fəaliyyəti ilə məşğul olan şəxslərin, o cümlədən fövqəladə hallar orqanı əməkdaşlarının işlədikləri müddətlərdə ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçməli olduqları təsbit edilmişdir. Sözügedən müayinə həm də insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunmasını təmin etməyə yönəlmişdir. Qanunvericilikdə təsbit olunmuş bu imperativ tələb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlət təhlükəsizliyinin müdafiəsi kimi legitim məqsədlərə xidmət edir. Kollegiya hesab edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü fövqəladə hallar orqanlarından xaric edilmə üçün yetərli əsas ola bilər. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində fövqəladə hallar orqanlarından xaric etmə növündə intizam tənbeh tədbiri tətbiq oluna bilər. Bu Qanunun 10-cu maddəsinin tələbinə görə isə fövqəladə hallar orqanı əməkdaşı orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, eləcə də etik davranış və intizam qaydalarına əməl etməlidir. “Fövqəladə hallar orqanları işçilərinin etik davranış” Qaydalarının 5.1-ci bəndinə görə işçi şəxsi həyatında da ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Bundan əlavə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.5-ci maddəsinə görə vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara yol vermiş orqan əməkdaşı xidmətdən xaric oluna bilər. Əmək Məcəlləsinin 72-ci maddəsi isə narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələri qəbul edərək sərxoş vəziyyətdə işə gəlməni əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” də təsdiq edilmişdir. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu fövqəladə hallar orqanı əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün fövqəladə hallar orqanlarından xaric edilməyə əsas ola bilər. Bu hissədə birinci instansiya məhkəməsi də düzgün nəticəyə gəlmişdir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı tibbi müayinədən "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş normanın tələblərinə görə keçirilmişdir. Həmin norma təsbit edir ki, belə müayinə dövlət narkoloji tibb müəssisəsində keçirilməlidir. Sözügedən 23.4-cü maddədə şəxslərin belə müayinədən keçməsi qaydasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi göstərilmiş, daha sonra “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etmək tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Beləliklə, qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırki işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər. İddiaçının apelyasiya şikayətindəki əsas dəlillərindən biri də məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2”nin dövlət narkoloji tibb müəssisəsi olmadığı ilə bağlı olmuşdur. İddiaçının qənaətinə görə yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi dövlət narkoloji tibb müəssisəsi kimi qəbul olunmalıdır. İşin mübahisəli halları və kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq məhkəmə tərəfindən məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, AR SN Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə 7254 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyi təqdim edilmişdir. 7254 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “... 1) Müayinə zamanı sidik nümunəsində hər hansı bir narkotik vasitə aşkar olunmadı. 2) İddiaçı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İddiaçı NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 3) xx.xx.2020-ci il tarixdən 2021-ci ilin fevralına qədər narotik vasitə qəbulu Xromotoqrafia üsulu ilə aşkarlanması istisna olunmur. 4) İddiaçı 23 dekabr 2020-ci il tarixdə səhər işə gəlməmişdən əvvəl narkotik maddə qəbul etsə idi, həmin günün birinci yarısı Azərbaycan Respublikası Cavabdeh poliklinikasında, günorta Respublika Narkolojİ Mərkəzində aparılan müayinələrdə, axşam isə “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin labaratoriyasında sidik müayinəsi edilərkən aşkara çıxarıla aşkarlana bilər. ...” Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza Və X2” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış “ 14 ” dekabr 2022-ci il tarixli, № 5007 saylı məktubundan qeyd edilmişdir ki, “... “MTE və PAB” phş dövlət narkoloji tibb müəssisəsi deyil, lakin hazırda qüvvədə olan, Azərbaycan Respublika Prokurorluğu, Ali Məhkəməsi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1999-cu il tarixli, 09 saylı əmrinə 10 №-li əlavədə göstərilən “Məhkəmə-kimya şöbəsində maddi sübutların ekspertizasının keçirilmə qaydaları”na əsasən maddi sübutların məhkəmə-kimyəvi ekspertizası təhqiqat və istintaq orqanlarının qərarı və məhkəmənin qərardadı əsasında aparmaqla yanaşı, zəhərlənməyə və ya narkotik və başqa maddələrin qeyri-müalicəvi məqsədlə qəbuluna şübhə yarandıqda bioloji mayelərin, insan ifrazatının, dəri səthindən yuyuntuların məhkəmə-kimyəvi tədqiqatı göndəriş əsasında da aparılır və bu zaman ekspert-kimyaçı tərəfindən “Ekspert rəyi” deyil, “Məlikəmə-kimyəvi tədqiqat Aktı” tərtib olunur. Eyni zamanda bildiririk ki, Respublika Narkoloji Mərkəzində və digər tibb müəssisələrində narkotik və pisixotrop maddələrin təyini sidik nümunəsində ekspress-test üsulu ilə aparılır və alınmış nəticə istiqamətverici xarakter daşıyır. Ona görə də narkotik və pisixotrop maddələrin ekspress-test üsulu ilə təyinindən sonra alınan nəticələr mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlarla dəqiqləşdirilməlidir. “MTE və PAB” phşnin Məhkəmə-kimya şöbəsində də canlı şəxslərdən götürülmüş bioloji obyektlərdə (qan və sidikdə) və meyitdən götürülmüş bioloji obyektlərdə (qan, sidik, daxili üzv hissələrində) narkotik, pisixotrop və dərman maddələrinin təyini nazik təbəqəli xromatoqrafıya metodu ilə aparılır. İddiaçı barəsində verilmiş xx.xx.2020-ci il tarixli, 3516/K nömrəli Akt onun halhazırda narkotik vasitədən istifadə edib-etməməsini göstərir. Onun xroniki narkomaniya xəstəliyinə düçar olub-olmamasının təyini isə məhkəmə-narkoloji ekspertizasının keçirilməsi ilə həll edilə bilər.” Kollegiya qeyd edir ki, hazırda iddiaçının işdən xaric edilməsinə əsas olmuş hal, onun narkoloji xəstə olması deyil, narkotik vasitələrdən istifadə etmiş (birdəfəlik olsa belə) olmasıdır. Cavabdehin əsaslandığı xx.xx.2020-ci il tarixli, 3516/K nömrəli Akt isə iddiaçının narkoloji xəstə olmasını deyil, müayinə edildiyi tarix üçün narkotik vasitədən istifadə faktını əks etdirmişdir. Yuxarıda qeyd edilən iş materiallarının məzmunundan da müəyyən edilir ki, iddiaçının mövqeyinin əksinə Məhkəmə Tibbi Ekspertiza və X2 iddiaçının narkoloji xəstə olmasını deyil, birdəfəlik narkotik vasitədən istifadə faktını xromatoqrafik metodlarla aparılmış kimyəvi ekspertiza nəticəsində təsdiq etmə səlahiyyətində olmuşdur. Dövlət narkoloji tibb müəssisəsi statusunda olan Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib edilmiş 7254 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən də aydın olur ki, iddiaçının müayinə edildiyi gün üçün Birlik tərəfindən birdəfəlik narkotik vasitədən istifadə faktının aşkar edilməsi mümkün olmuşdur. Kollegiya qeyd edir ki, hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İnzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən xaric edilməsinə dair cavabdehin qəbul etdiyi inzibati akt - 8 fevral 2021-ci il tarixli, 0159/ş saylı əmri qanuni əsaslarla qəbul edildiyindən qanuni olmuş, ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı isə maddi və prosessual hüquq normaların tələbləri baxımından qanuni və əsaslı olduğnudan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3290/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-235/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-235/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver