Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-235/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8723/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının əlillik vəziyyətinə Zəngilan Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: X11 beyin travmasının qalıq əlamətləri. Postravmatik ensafolapatiya.Tez-tez baş verən qıcolma tutmaları ilə.Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət.On iki barmaq bağırsağın xora xəstəliyi tez-tez baş verən kəskinləşmələrlə.Hipertoniya xəstəliyi İİ dərəcə.Tez-tez baş verən hipertonik krizlərlə. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın...” səbəbi ilə xx.xx.2007-ci il tarixdən müddətsiz əlillik verilmişdir. Sonradan iddiaçının səhhətindəki xəstəlikə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 91 № li, xx.xx.2016-ci il tarixli Qərarı ilə “qapalı kəllə-beyin travması, alt çənənin, sol qaşüstü və sağ qaşüstü nahiyənin çoxsaylı qəlpə yaralanması diaqnozu qoyulmuşdur. Adıçəkilən qərarda iddiaçının aldığı xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd edilmişdir. Bundan sonra iddiaçı ona təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və onun müraciəti təmin edilərək ona 0098003AABPR nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 arayışla 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəb-əlaqəsi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. İddiaçı ona təkrarən əlilliyin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan onu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenidən müayinə etmiş və xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixli, K00059922CVJ nömrəli, Forma 88 arayışına əsasən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qeyd edilən arayışda iddiaçıya “baş beyinin ocaqlı travması, X11 beyin travmasının davamlı qalıqları” diaqnozu qoyulmuşdur. Adıçəkilən arayışda qeyd edilən diaqnozun əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən təkrarən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə doğulmuşdur. İddiaçıya xx.xx.2007-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin diaqnozu olaraq “X11-beyin travmasının qalıq əlamətləri. Postravmatik ensafolapatiya Tez-tez baş verən qıcolma tutmaları ilə. Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət. On iki barmaq bağırsağın xora xəstəliyi tez-tez baş verən kəskinləşmələrlə. Hipertoniya xəstəliyi İİ dərəcə. Tez-tez baş verən hipertonik krizlərlə” qeyd edilmişdir. Sonradan onun səhhətindəki xəstəlikə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 91 №-li, 21.11,2016-cı il tarixli Qərarı ilə “qapalı kəllə-beyin travması, alt çənənin, sol qaşüstü və sağ qaşüstü nahiyyənin çoxsaylı qəlpə yaralanması diaqnozu qoyulmuşdur. Adıçəkilən qərarda iddiaçının aldığı xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd edilmişdir. Bundan sonra iddiaçı ona təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və onun müraciəti təmin edilərək ona 0098003AABPR nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 Arayışla 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəb-əlaqəsi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya X11-beyin travmasının davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdr. Bundan başqa “EGE Hospital” tərəfindən verilmiş MRT müayinəsindən görünür ki, iddiaçı adıçəkilən klinikada MRT müayinəsindən keçmiş və müayinənin nəticəsi kimi hər iki alın-təpə paylarında subkortikal dərin ağ maddədə bir neçə non-spesifik gliotik ocaqlar. Sağ maksilyar medial divarda 10*8 mm ölçüdə, T2 ağırlıqlı sekanslarda hiperintens, T1 hipointers siqnal intensivlikdə lezyon izlənilir” qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş 1/4023 saylı, xx.xx.2022-ci il tarixli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya “baş beynin üzvi xəstəliyi nəticəsində qabarıq asteo-nevrotik sindrom yaddaşın enməsi ilə F066.F067” diaqnozu qoyulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya baş-beyin üzvi xəstəliyi diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçı ona təkrarən əliliiyin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də cavabdeh inzibati orqan onu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenidən müayinə etmiş və K00059922CVJ nömrəli, xx.xx.2023-cü il tarixli Forma 88 arayışı tərtib edərək ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qeyd edilən arayışda iddiaçıya “baş beyinin ocaqlı travması, X11 beyin travmasının davamlı qalıqları” diaqnozu qoyulmuşdur. Adıçəkilən arayışda qeyd edilən diaqnozun əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqni tapır. Odur ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Zəngilan Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: X11 beyin travmasının qalıq əlamətləri. Postravmatik ensafolapatiya. Tez-tez baş verən qıcolma tutmaları ilə. Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət. On iki barmaq bağırsağın xora xəstəliyi tez-tez baş verən kəskinləşmələrlə. Hipertoniya xəstəliyi İİ dərəcə. Tez tez baş verən hipertonik krizlərlə. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın..." səbəbi ilə müddətsiz əlillik verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri.Tez-tez baş verən qıcolma tutmaları ( həftədə 8-10 dəfə)Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət.ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİB. Tez-tez baş verən hipertonik krizlərlə. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Xroniki xolesistit, . Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Baş beynin ocaqlı travması, X11 beyin travmasının davamlı qalıqları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin vətəndaş əyani müayinə olunmaq üçün Agentliyə dəvət olunmuş və sonuncu göndəriş əsasında 03 mart 2023-cü il tarixli Qərarla barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8723/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının və “Əlilliyi olan şəxlərin hüquqları haqqında” Qanunun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndələri X6 və X13 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “əlilliyin təyin edilmə öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndinə əsasən “kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi S06-T90 şrifti ilə əlilliyi təyin edilən xəstəliklər” sırasına aid edilmiş və 6.1.2-ci bəndinə əsasən “ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası 65-80 % nisbətində” götürülmüş əlillik təyinatı aparılması qeyd olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliklə bağlı müraciətinə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri.Tez-tez baş verən qıcolma tutmaları (həftədə 8-10 dəfə) Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət.ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİB. Tez-tez baş verən hipertonik krizlərlə. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Xroniki xolesistit. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya “X11-beyin travmasının davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. “EGE Hospital” tərəfindən verilmiş MRT müayinəsindən görünür ki, iddiaçı adıçəkilən klinikada MRT müayinəsindən keçmiş və müayinənin nəticəsi kimi hər iki alıntəpə paylarında subkortikal dərin ağ maddədə bir neçə non-spesifik gliotik ocaqlar. Sağ maksilyar medial divarda 10*8 mm ölçüdə, T2 ağırlıqlı sekanslarda hiperintens, T1 hipointers siqnal intensivlikdə lezyon izlənilir” qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş 1/4023 saylı, xx.xx.2022-ci il tarixli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya “baş beyinin üzvi xəstəliyi nəticəsində qabarıq asteo-nevrotik sindrom yaddaşın enməsi ilə F066.F067” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya baş-beyin üzvi xəstəliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 91 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəlləbeyin travması. Alt çənənin, sol qaşüstü nahiyyənin çoxsaylı qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, yaddaş pozuntusundan şikayətlənmişdir. Müayinənin gedişatı boyunca müharibədəki iştirakından danışmış, 4 ildir ailəsindən ayrı, tək yaşadığını bildirmişdir. Əvvəllər Fenazepam, Amitriptilin, indi isə Finlipsal qəbul etdiyini bildirmiş, bəzən özü-özünə dərmanlardan istirahət verdiyini, o zaman sadəcə narahatçılıq hissinin olduğunu bildirmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verən defisit izlənilməmiş, nevroloji sınaqları düzgün yerinə yetirmişdir. Anamnezində yüksək arterial təzyiqi olduğunu, "Kaptopril" qəbul etdiyini qeyd etmiş, müayinə zamanı arterial təzyiqi 160/110 mm.c.s müəyyənləşdirilmişdir. Xəstə zahirən baxımlı, saçı, saqqalı, geyim-səliqəli olmuşdur. Daha öncəki əlillik təyinatı “Epilepsiya” xəstəliyi ilə olsa da, hal-hazırda heç bir şikayət bildirməmişdir. Baxış zamanı alt çənədə və sol qaşüstü nahiyədə çapıqlar izlənilmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Psixi sferada əlillik təyinatına əsas verən defisit aşkar edilməmişdir. Ege Hospitalın xx.xx.2021-ci il tarixli Beyin MRT müayinə nəticəsi “Hər iki alın-təpə paylarında subkortikal dərin ağ maddədə bir neçə non-spesifik qliotik ocaqlar. Sağ maksilvar sinusda medial divarda 10x8 mm ölçüdə, T2 aqırlıqlı sekanslarda hiperintens, T1 hipointens siqnal intensivlikdə lezvon izlənilir (muosele? retenesion kista?)" kimi müəyyənləşdirilmişdir. 2 Nömrəli X2 xx.xx.2022-ci il tarixli 1/4023 nömrəli Tibbi rəydə diaqnoz “Baş-beynin üzvi xəstələyi (travma mənşəli) nəticəsində qabarıq asteno-nevrotik sindrom, yaddaşın enməsi ilə" kimi müəyyənləşdirilmişdir. X9 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinə nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulvasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmamışdır. Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti ilə qeyd olunur. P.S. Müayinə antikonvulsant fonunda aparılmışdır və müəyyənləşdirilmişdir. X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “X11 beyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya kəllə daxili hipertenziya və tez tez təkrarlanan epilepsiform qıcolmalarla (ayda 8-9 dəfə). Emosional labil pozuntu. Hipertoniva xəstəliyi İİİ mərhələ. Beynin xroniki işemik xəstəliyi kimi müəyyənləşdirilmişdir. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində TSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=64%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir"’ kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji, psixi defisit, digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı barəsində tərtib olunmuş sonuncu xx.xx.2023-cü il tarixli Forma 88 arayışına əsasən onun diaqnozu belə olmuşdu: “baş beyinin ocaqlı travması, X11 beyin travmasının davamlı qalıqları”. Göründüyü kimi, iddiaçının adına tərtib olunmuş forma 88 göndərişində qeyd olunan xəstəliklər iddiaçının təqdim etdiyi tibbi sənədlərdə də öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixli qərardadla cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinə edilməsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi və nəticədə müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubu ilə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının 07 dekabr 2023-cü il tarixli 3-17-4/3-3-19353/2023 saylı qərarında bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (103)-2974/2023 nömrəli qərardadı əsasında vətəndaşın əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 91 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Alt çənənin, sol qaşüstü və sağ qaşüstü nahiyənin çoxsaylı qəlpə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, yaddaş pozuntusundan şikayətlənmişdir. Müayinənin gedişatı boyunca müharibədəki iştirakından danışmış, 4 ildir ailəsindən ayrı, tək yaşadığını bildirmişdir. Əvvəllər Fenazepam, Amitriptilin, indi isə Finlipsal qəbul etdiyini bildirmiş, bəzən özü-özünə dərmanlardan istirahət verdiyini, o zaman sadəcə narahatçılıq hissinin olduğunu bildirmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verən defisit izlənilməmiş, nevroloji sınaqları düzgün yerinə yetirmişdir. Anamnezində yüksək arterial təzyiqi olduğunu, “Kaptopril” qəbul etdiyini qeyd etmiş, müayinə zamanı arterial təzyiqi 160/110 mm.c.s müəyyənləşdirilmişdir. Xəstə zahirən baxımlı, saçı, saqqalı, geyim-səliqəli olmuşdur. Daha öncəki əlillik təyinatı “Epilepsiya” xəstəliyi ilə olsa da, hal-hazırda heç bir şikayət bildirməmişdir. Baxış zamanı alt çənədə və sol qaşüstü nahiyədə çapıqlar izlənilmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Psixi sferada əlillik təyinatına əsas verən defisit aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dinamikada ağırlaşma qeyd edilməmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi pozuntular aşkar edilməmişdir. Təqdim edilmiş epikrizlərdə Epilepsiya diaqnozu qeyd edilsə də, vətəndaş bu barədə heç bir şikayət bildirməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, yuxusuzluq, əsəbləşən zaman baş verən qıcolma tutmalarından şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Finlepsin”, “Benzonat” qəbul etdiyini bildirmişdir. Təqdim olunan baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) əlillik təyinatına əsas verən patologiya aşkarlanmamış, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən instrumental müayinə nəticəsinin dalğalarını təqdim etməmişdir. Anamnestik məlumatlarda vətəndaş qıcolma tutmalarını izah və təsvir edə bilməmişdir. X9 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5566/1314 nömrəli Çıxarışında diaqnoz “X11-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya və tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə (ayda 13-14 dəfə). Emosional labil pozuntular, xroniki baş ağrıları. Hipertoniya xəstəliyi İİ mərhələ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2022-ci il tarixli 1/4023 nömrəli Tibbi Rəyində diaqnoz "Basbeynin üzvi xəstəliyi ftravma mənşəli) nəticəsində qabarıq asteno- nevrotik sindrom, yaddaşın enməsi ilə" kimi qeyd edilmişdir. X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 5781/1200 nömrəli Çıxarışında diaqnoz “X11-beyin travmasının davamlı qalıqları. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya və tez-tez təkrarlanan epileptiform qıcolmalarla (ayda 8-9 dəfə). Emosional labil pozuntu. Hipertoniya xəstəliyi İİİ mərhələ. Beynin xroniki işemik xəstəliyi” kimi qeyd edilmişdir. Ege Hospitalının xx.xx.2021-ci il tarixli A210151199 nömrəli Beyin MRT müayinəsinin nəticəsi "Hər iki alın-təpə paylarında subkortikal dərin ağ maddədə bir neçə поп-spesifik gliotik ocaqlar. Sağ maksilyar sinusda medial divarda 10x8 mm ölçüdə, T2 ağırlıqlı sekanslarda hiperintens, T1 hipointens siqnal intensivlikdə lezyon izlənilir (muosele? retension kista?)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X9 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi "Müavinə oyaq vəziyyətdə, hiperventilasiya və fotostimulasiya sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmai meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmai aktivlik artmamışdır. Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti ilə qeyd olunur. Müayinə antikonvufsant fonunda aparılmışdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli məhkəmə qərardadına əsasən iddiaçının əyani müayinəsi keçirilsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli məhkəmə qərardadının icrası ilə bağlı apardığı müayinənin nəticəsi olaraq verilmiş qərarın məzmunu bundan öncə birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2023-cü il tarixli qərarın məzmunu ilə eynilik təşkil edir. xx.xx.2023-cü il tarixli məhkəmə qərardadının icrası ilə bağlı iddiaçıın əyani müayinəsi aparılarkən onda mövcud olan xəstəliklər instrumental müayinə vasitəsilə, xüsusi tibbi texniki avadanlıqların köməyi ilə müəyyən olunmamış, cavabdehin imtina qərarında yalnız iddiaçının təqdim etdiyi müvafiq tibb müəssisələri tərəfindən verilmiş arayışların məzmunu ifadə olunmuş, həmin arayışlarda qeyd olunan və mövcud olan xəstəlik diaqnozu göstərilsə də, bu barədə iddiaçının heç bir sənəd təqdim etmədiyi göstərilmişdir. Halbuki həmin sadalanan sənədləri məhz iddiaçı özü cavabdeh quruma təqdim etmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum məhkəmə qərardadının icrası ilə bağlı iddiaçını əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisə üzrə iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, yəni 2023-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları qüvvədə olmuşdur. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi (i.v. 35-39) əsasında İddiaçı verilmiş Forma 88 arayışdan müəyyən olunur ki, onun Əsas diaqnozu: S06.3 XBT 10 kodu ilə xəstəliyin adı Baş beynin ocaqlı travması, X11 beyin travmasının davamlı qalıqları. Ağırlaşma: G40.3 Generaliza olunmuş idiopatik epilepsiya va epileptik sindromlar. Tez-tez tekrarlanan epileptiform qıcolmalar. Ayda 4 dəfə epileptik tutmalar olur. Ayda 2 dəfə çox huşun tutqunlaşması halları qeyd olunur.Qızolma tutmalar müddəti 3 dəqiqəyə yaxındır. Tutmadan sonra yaxındır.Tutmadan sonra yaddaş pozulur.Çox əsəbi və gərgin olur. Emosional labildir. Xəstə finlepsin 200 mg gündə iki defə (axşam və səhər qəbul edir) G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya T90.5 Kəllədaxili travmaların nəticələri Postravmatik ensefalopatiya. Yanaşı xəstəliklər. F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Baş beynin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində qabarıq asteno nevrotk sindrom. Yaddaşın enməsi ilə. İ10 Essensial (birincili) hipertenziya. Arterial hipertenziya ikinci drəcə. İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Xroniki beyin işemiyası, R45.8 Emosional hallara aid olan digər simptomlar və nişanalar. Emosional labildir. Qeyd olunan “Baş beynin ocaqlı travması, X11 beyin travmasının davamlı qalıqları.” diaqnozu iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş göndərişdə də ətraflı qeyd olunmuşdur. İddiaçıya qoyulmuş “kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi-S06-T90 XBT kodu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “6.1-ci maddəsində, diaqnozun ağırlaşması olan epilepsiya – G40 XBT kodu ilə Meyarların 6.7-ci bəndində nəzərdə tutulmuşdur. Həmin xəstəliklərə görə orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlillik təyin olunması nəzərdə tutulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçıya qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin olunması vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8723/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8723/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-235/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-235/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver