Məhkəmə qərarları › İş №2-1(103)-235/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-235/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-235/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1723/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, məhəllə 3152-3156, 1-ci girişdə, 13-cü mərtəbədə, 167 kv.m. sahəsi olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, məhəllə 3152-3156, 1-ci girişdə, 13cü mərtəbədə, 167 kv.m. sahəsi olan daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuzdur. İddiaçı ünvan 1 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış binasından mənzil alımışdır. Həmin bina "xxxx" MTK tərəfindən Azərbaycan Sosial Rifah Partiyası üçün tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilmişdir. Mənzillər isə paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Bu zaman həmin binada 1-ci girişdə, 13-cü mərtəbədə, 167 kv.m. isə pay haqqının əvəzinə ona verilmişdir. Binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmişdir. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunmuşdur. Buna baxmayaraq, iddiaçıya məxsus əmlak cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyata alınmır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) e-2-1(112)-1723/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, məhəllə 3152-3156, 1-ci girişdə, 13-cü mərtəbədə, 167 kv.m. sahəsi olan daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, məhəllə 3152-3156, 1-ci girişdə, 13-cü mərtəbədə, 167 kv.m. sahəsi olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, məhəllə 3152-3156, 1-ci girişdə, 13-cü mərtəbədə, 167 kv.m. sahəsi olan daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, məhəllə 3152-3156, 1-ci girişdə, 13-cü mərtəbədə, 167 kv.m. sahəsi olan daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İstismara qəbul aktında mansardın yaşayış və ya qeyriyaşayış sahəsi olması barədə məlumat yoxdur. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilə yerli baxışın aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillər qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli, 523 saylı sərəncamı ilə Azərbaycan Sosial Rifah Partiyasının Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E saylı ünvandakı 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1-ci və 2-ci mərtəbələri partiya qərargahı, 3,30 metr səviyyəsində zirzəmi və 6,60 m səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət komissiyasının aktı ilə təsdiq olunmuşdur. İş materialarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş etiraza qoşma edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının 30 avqust 2014-cü il tarixli” aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+ mansarda), 1 girişli yaşayış və qarargah binası (1-ci və 2-ci mərtəbə partiya qərargahı, - 3.30 metr səviyyəsində zirzəmi və -6,60 metr səviyyəsində qaraj) istismara qəbul edilmişdir. Mansardla əlaqədar məhkəmə qətnaməsi ilə digər payçıların: X1 pay hüququ tanınmışdır. Həmin qətnamələr qanuni qüvvəyə minmiş və icra olunmuşdur. İş materiallarından və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3152-3156-ci məhəllədə yerləşən 0,9 ha torpaq sahəsi Azərbaycan Sosial Rifah Partiyasına ayrılmışdır. xx.xx.2006-cı il tarixli, podrat Müqaviləsi- 01 saylı müqaviləyə əsasən “Sifarişçi” olaraq adlanacaq Azərbaycan Sosial Rifah Partiyası ilə “Podratçı” olaraq adlanacaq "xxxx" MMC arasında müqavilə bağlanmış və müqaviləyə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 3152-3156-cı məhəllədə sifarişçinin qərargah binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,9 ha torpaq sahəsində 1 giriş, 12 mərtəbəli yaşayış və qərargah binasını və həmin binanın infrastrukturasını öz vəsaiti və riski hesabına layihələşdirməyi və inşa etməyi (podratçı), sifarişçi isə bunun müqabilində inşa edilməsi nəzərdə tutulan binadan razılaşdırılmış həcmdə tikinti sahəsini və həmin sahə üzrə bütün hüquqları podratçının xeyrinə güzəşt etməyi öhdəsinə götürür. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə” xx.xx.2009-cu il tarixli, 022 saylı protokoldan çıxarışın surətindən müəyyən edilir ki, iddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, onun razılıq yolu ilə "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-ci məhıllədə tikilən 1 girişli, 12 mərtəbəli yaşayış binasının mansardında ümumi sahəsi 167,0 kv.m olan qeyri-yaşayış sahəsinə payçı kimi qəbul edilmişdir. İddiaçı Qadir oğlunun ümumi sahəsi 167,0 kv.m olan mansarda görə "xxxx" MTK-ya borcu yoxdur. ünvan 3 ünvandakı inşa edilmiş 12 mərtəbəli yaşayış binasının çardaq hissəsində mansard tikilisi olmuş və həmin mansard sahəsinə payçı kimi iddiaçının (167 kv.m), X1 pay hüququ tanınmışdır. Qeyri-yaşayış obyektinə yerli baxışın aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması barədə qeyd edilməlidir ki, sahəsi 167,0 kv.m olan mansarda əvvəlki məhkəmə prosesi dövründə, eləcə də cari ilin yanvar və iyun aylarında baxış keçirilmiş, həmin sahənin çizgiləri çəkilmiş, cavabdehdə mövcud olan çizgilərlə eyniləşdirmə aparılmış və heç bir nöqsan qeydə alınmamışdır. Beləliklə, "xxxx" MTK Azərbaycan Sosial Rifah Partiyası ilə bağlanmış xx.xx.2006-cı il tarixli, podrat Müqaviləsi-01 saylı müqaviləsi üzrə iddiaçı "xxxx" MTK qarşısında bütün öhdəliklərini tam icra etmişdir. Belə olan halda Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC arasında əlaqələndirici sənədin təqdim edilməsi tələbi əsassızdır. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə” xx.xx.2009-cu il tarixli, 022 saylı protokoldan çıxarışla iddiaçı "xxxx" MTK-nın üzvüdür, mansard sahəsinə görə pay haqqını ödəmiş və borcu yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 022 saylı protokoldan Çıxarışdan (əslinə baxış keçirilmişdir) görünür ki, İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilməsi, İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə tikilən 1 girişli 12 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində (mansard), ümumi sahəsi 167,0 kv.m olan qeyri-yaşayış sahəsinə payçı qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışından (əslinə baxış keçirilmişdir) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə yerləşən yaşayış binası "xxxx" MTK-nə məxsusdur. Bu binanın 1-ci girişinin, 13-cü mərtəbəsində (mansard), ümumi sahəsi 167,0 kv.m olan qeyriyaşayış sahəsinə görə İddiaçı kooperativə borcu yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014cü il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Sosial Rifah Partiyasının ünvan 4 ünvandakı 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, - 3.30 m səviyyəsində zirzəmi və - 6.60 m səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-35/2-794/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, -3.30 m səviyyəsində zirzəmi və -6.60 m səviyyəsində qaraj) istismara qəbul edilməsi qərara alınmışdır. Poçt ünvanı: ünvan 5can Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2009-cu il tarixli "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 022 saylı protokoldan Çıxarışa əsasən İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, iddiaçının razılıq yolu ilə "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə tikilən 1 girişli 12 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində (mansard), ümumi sahəsi 167,0 kv.m olan qeyri-yaşayış sahəsinə payçı qəbul edilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışından görünür ki, həmin qeyri-yaşayış sahəsinə görə iddiaçının kooperativə borcu yoxdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-35/2-794/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, -3.30 m səviyyəsində zirzəmi və -6.60 m səviyyəsində qaraj) istismara qəbul edilməsi qərara alınmışdır. Poçt ünvanı: ünvan 6 həmin qeyri-yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçı kooperativin üzvlüyünə qəbul edilmiş və qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmiş, onun həmin qeyri-yaşayış sahəsinə görə borcu yoxdur, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən qeyri-yaşayış sahəsinin istismarına razılıq verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır, həmçinin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1723/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar