Məhkəmə qərarları › İş №2-1(103)-2351/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2351/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2351/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğvi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X5 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyun 2023-cü il tarixli **********523000 saylı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1676/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********523000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci ilin mənfəət vergisi üzrə İddiaçınə (bundan sonra – iddiaçı) 25624,27 manat əlavə vergi məbləği hesablanmışdır.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci ilin mənfəət vergisi üzrə iddiaçıya 31654,27 manat əlavə vergi məbləği hesablanmışdır.

3. Borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hal-hazırda – İddiaçı) direktoru X8 ilə borcverən X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 210622/001 nömrəli X10 əsasən: -1.1 “Borc verən” 500.000,00 (beş yüz min manat 00 qəpik) manat məbləğində pul vəsaitini (sonradan “Borc” adlandırılır) borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi Şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir -1.3 “Borc alan” isə borcu bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. Borc məbləğinin verilməsi anı, həmin məbləğin Borc alanın bank hesabına köçürüldüyü an hesab edilir. -2.4 Borcverən borc məbləğinin 5 (beş)% borca əlavə olunmaqla xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli, 210622/001 nömrəli X10 edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən: -Bir tərəfdən İnport MMC (borcalan) nizamnamə əsasında fəaliyyət göstərən cəmiyyətin direktoru X8 və digər tərəfdən X6 (borcverən) bu müqavilənin 1.1 bəndinə əlavə olunmuşdur: 1.1 borc müqaviləsinin dəyəri 103 000.00 manat.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11949/2023 nömrəli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********303600 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Vergi ödəyicisinin riskli vergi ödəvicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********895000 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixində cəmi 13,8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Binder, profhastil, emulsiya, pəncərə jalüzləri, avtomat şiti və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, 0 cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." Nəticədə isə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - Vergi ödəyicisinin riskli vergi ödəvicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli Qərarı ilə X7 (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 144,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "Avtoşin texnika 15.5R38 TR-** CX *** A8, Avtoşin 205 75 R15 EURO 228, Avtoşin 225/50 R18 T04L və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci,3.1.1 -ci və 2.1.3-cü yanmbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Nəticədə isə Vergi ödəyicisi X7 (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - Vergi ödəyicisinin riskli vergi ödəvicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********764300 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixində cəmi 239,7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Gübrələr.çay dəzgahlan, tikinti materialları və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin aiışmda, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nm 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Nəticədə isə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2022-ci il mənfəət dövrü üzrə 22 iyun 2023-cü il tarixli **********523000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11949/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2022-ci il Mənfəət vergisi dövrü üzrə xx.xx.2023-cü il tarixli, **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi şəklində icraata qəbul edilmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci il Mənfəət dövrü üzrə 22 iyun 2023-cü il tarixli **********523000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 25624.27 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir: Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 128121,33 manat, tərəfinizdən təqdim edilmiş, 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzər alınmadığı üçün kənarlaşma yaranmışdır. Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 169712,36 manat gələcək dövrün xərcləri baza ilə təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarına aşağıdakı kimi cavablar təqdim edilmişdir: Müəssisə qanunvericiliyə uyğun olaraq qarşılıqlı alqı-satqı müqaviləsi bağlamaqla alışını və satışını yerinə yetirmişdir. Hər hansı bir riskli əməliyyat etməmiş və riskli vergi ödəyiciləri ilə alqısatqı əməliyyatı olmamışdır. "xxxx" MMC (**********) tərəfindən müəssisəmizə xx.xx.2022ci il tarixində 16000.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. X7 (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 98352.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. "xxxx" (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 11073.88 manat, xx.xx.2022ci il tarixində 2695,45 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. İddiaçı MMC VÖEN ********** Hesab № AZ92BRES******************** Bank Respublika Nizami filialı VÖEN: ********** M/H: AZ80NABZ******************** Kod 508182 S.W.İ.F.T. BRESAZ22. Mənfəət bəyannaməsinin 1 Nömrəli əlavəsinin gələcək dövrün xərci sətrində qeyd edilən 169712.36 manat məbləğ dövrün sonuna olan verilmiş avans məbləğidir. Aktivlər bölməsində verilmiş avans sətri olmadığı üçün verilən avans gələcək dövrün xərci sətrində qeyd olunub. 2022-ci il üzrə bütün əməliyyatlar təkrar araşdırılmış, müvafiq dövr üzrə hər hansı riskli vergi ödəyicisi ilə əməliyyat aparıldığı aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, 2022-ci il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat və qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd etdiyiniz 128121.33 manat məbləğ üzrə əmtəəsiz əməliyyat kimi hesab edilən e-qaimə məlumatlarının təqdim edilməsi xahiş edilməsinə baxmayaraq bu barədə hər hansı məlumat təqdim edilməmişdir. Bundan başqa mənfəət bəyannaməsinin 1 Nömrəli əlavəsinin gələcək dövrün xərci sətrində qeyd edilən 169712.36 manat məbləğ dövrün sonuna olan "xxxx" MMC-ə (**********) verilən avans məbləğidir. Aktivlər bölməsində verilmiş avans sətri olmadığı üçün verilən avans gələcək dövrün xərci sətrində qeyd olunub. 2022-ci il vergi dövrü ərzində gələn e-qaimələrin dəyəri 4208530.58 manat məbləğində olmuşdur. Bu məbləğin 3 938 851.59 manat məbləği mal alışı, 263 684.09 manat məbləği isə iş və xidmətlərin alışıdır. Alınan malların 3 885 794.61 manat hissəsi eqaimə və pərakəndə satış əsasında təqdim edildiyi üçün 1 Nömrəli əlavənin 1.3.2-ci sətrinin (Mallar) "təqdim edilmiş" sütununda, eyni zamanda uyğun olaraq xərclər bölməsinin 221.4-cü sətrində (malların dəyəri) qeyd edilmişdir. Müəssisə 2022-ci ildə tenderdə iştirak etmiş və qalib gəlmişdir. Buna əsasən Azərbaycan Respublikası Ekologiya X19 Nazirliyinin Sahələrarası Nəqliyyat X17 Təminat İdarəsi ilə müqavilə bağlanılmış və müqavilənin 2.1 -ci bəndinə əsasən müəssisə qarşı tərəfə "Sərnişindaşıma, yükdaşıma və torpaq işlərinin görülməsi xidmətilərinin" satın alınması üçün xidmət göstərməlidir. Bu səbəbdən adı qeyd edilən fiziki şəxslərlə xidmət müqaviləsi bağlanılmışdır. Mülki Məcəllənin 777-ci maddəsinə əsasən (Tapşırıq müqaviləsi) tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir.

8. Təqdim edilmiş iddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, iddiaçı müvafiq olaraq vergi orqanının bütün uyğunsuzluq məktubları aşağıdakı məktublarla əsaslandırılaraq cavablandırılmışdır: - xx.xx.2023-cü il tarixli, **********638100 nömrəli məktubda da qeyd edildiyi kimi müəssisə qanunvericiliyə uyğun olaraq qarşılıqlı alqı-satqı müqaviləsi bağlamaqla alışını və satışını yerinə yetirmişdir. Hər hansı bir riskli əməliyyat etməmiş və riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatı olmamışdır. "xxxx" MMC (**********) tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 16000.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. X7 (**********) tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 98352.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. "xxxx" (**********) tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 11073.88 manat, xx.xx.2022-ci il tarixində 2695,45 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. Qeyd olunan uyğunsuzluq əsassızdır. Qeyd edilən müəssisələrlə müqavilə bağlanan zaman onlar riskli vergi ödəyicisi olmamışdırlar. - Mənfəət bəyannaməsinin 1 Nömrəli əlavəsinin gələcək dövrün xərci sətrində qeyd edilən 169712.36 manat məbləğ dövrün sonuna olan verilmiş avans məbləğidir. Aktivlər bölməsində verilmiş avans sətri olmadığı üçün verilən avans gələcək dövrün xərci sətrində qeyd olunub. İddiaçı tərəfindən 2022-ci il üzrə bütün əməliyyatlar təkrar araşdırıldış, müvafiq dövr üzrə hər hansı riskli vergi ödəyicisi ilə əməliyyat aparıldığı aşkar edilməmişdir. 2022-ci il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat və qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd edilən 128121.33 manat məbləğ üzrə əmtəəsiz əməliyyat kimi hesab edilən e-qaimə məlumatlarının təqdim edilməsi xahiş edilməsinə baxmayaraq bu barədə iddiaçıya hər hansı məlumat təqdim edilməmişdir. - 2022-ci il vergi dövrü ərzində gələn e-qaimələrin dəyəri 4208530.58 manat məbləğində olmuşdur. Bu məbləğin 3 938 851.59 manat məbləği mal alışı, 263 684.09 manat məbləği isə iş və xidmətlərin alışıdır. Bildiririk ki, alınan malların 3 885 794.61 manat hissəsi e-qaimə və pərakəndə satış əsasında təqdim edildiyi üçün 1 Nömrəli əlavənin 1.3.2-ci sətrinin (Mallar) "təqdim edilmiş" sütununda, eyni zamanda uyğun olaraq xərclər bölməsinin 221.4- cü sətrində (malların dəyəri) qeyd edilmişdir. 4. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində vergi orqanının **********800300 saylı və **********502200 saylı məktublarına cavab olaraq qeyd edilmişdir ki, 2022-ci ildə cəmiyyətin təsisçisi ilə müqavilə bağlanılmışdır. İl ərzində təsisçidən iddiaçının bank hesabına 603000 manat məbləğində vəsait daxil olmuşdur. Əsas müqaviləsinin 2.2.1-ci bəndinə əsasən iddiaçı təsisçidən alınan borc məbləğini 5 faizi (603000*5%=30150) qədər əlavə faiz ödənişi etməlidir. Buna uyğun olaraq ÖMV bəyannaməsinin 1604.1-cü sətrində faiz məbləği qeyd edilərək 10 faiz vergiyə cəlb edilmiş və mənfəət bəyannaməsinin 222-ci sətrində (borca görə faizlər və onunla bağlı olan xərclər) xərc olaraq qeyd edilmişdir. Yuxarıda qeyd edilənlər iddiaçı tərəfindən vergi orqanına əsaslandırılmış olaraq ünvanlanmış, lakin cavabdehin 2022-ci il Mənfəət vergisi dövrü üzrə 20 sentyabr 2023-cü il tarixli **********496100 saylı qərar qəbul edilməmişdən öncə xx.xx.2023-cü il tarixli əsaslandırılma olmadan “xx.xx.2023-cü il tarixində tərəfinizdən 2022-ci il üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsi üzrə 31654.27 manat vergi məbləği azaldılmışdır” cümləsi yazılaraq hesablama aparılmışdır. İddiaçı əlavə olaraq bildirmişdir ki, vergi orqanı hesabladığı vergini nəyə əsasən hesablamış, hansı uyğunsuzluğu müəyyən etməsi barədə nə məktubunda nə də qərarında qeyd etməmişdir. Halbuki cavabdeh orqan öz hesablamasını yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun olaraq əsaslandırmalıdır. Həmçinin xx.xx.2023-cü il tarixli **********496100 saylı vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərarına əsasən 31654.27 manat 2022-ci il üzrə mənfəət vergisi üzrə əlavə hesablanmışdır. Qərarın əsaslanma hissəsində tərəfimizdən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığı, bununla əlaqədar təsdiqedici sənəd təqdim edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi qərar əsaslandırılmamışdır. 31654.27 manat vergi hansı əsasla hesablanmışdırsa bu inzibati icraat haqqında qanuna əsaslanmaqla həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən əsaslandırılmamışdır.

9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 128121,33 manat məbləğində əmtəəsiz əməliyyatlar müəyyən edilmiş və qeyd olunan məbləğ 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. 2022-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 169 712,36 manat gələcək dövrün xərcləri baza ilə təsdiqini tapmamışdır. Qeyd edilən kənarlaşmalarla ilə əlaqədar vergi ödəyicisinə 2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixli **********943100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 25 624,27 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********523000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Bundan əlavə vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilə dair dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmiş, əlavə olaraq borca görə faizlər və onunla bağlı xərclər sətrində 30 150,0 manat qeyd edərək, xərclərin artırmış və beləliklə vergi məbləği azaldılmışdır. Vergi məbləğinin azaldılması ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü tarixdə **********800300 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kənarlaşmalar aradan qaldırılmadığı üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********523000 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə hesablanmış vergi məbləği bərpa edilərək (əvvəlki hesablanan kameral yoxlamanın səbəbi qüvvədə qalmaqla və borca görə faizlər və onunla bağlı xərclər silinməklə) yenidən kameral vergi yoxlaması keçirilmiş, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə xərclərini təsdiq edən sənədlərin təqdim edilməsi ödəyiciyə bildirilsə də xərcləri təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün 2022-ci il üzrə əlavə mənfəət vergisi hesablanmışdır.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1676/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də cavabdeh həmin malların sözügedən müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur.

13. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən 603000,0 manat məbləğində borc götürmüş, müqavilənin 2.2.1-ci bəndinə əsasən alınmış borc məbləğinin 5%-i məbləğində əlavə ödəniş edilməli olduğundan iddiaçı 603000,0 manat x 5%=30150 manat əlavə faiz ödənişi etmişdir. İddiaçı sözügedən faiz məbləğinə 10% ödəmə mənbəyindən vergi hesablamış, xx.xx.2023-cü il tarixdə dəqiqləşmiş ÖMV bəyannaməsində həmin məbləği qeyd etmiş, xx.xx.2023-cü il tarixdə 3015,00 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, iddiaçı borc məbləğinin 5% əlavə faiz ödəniş məbləğini 10% vergiyə cəlb edərək mənfəət vergisi bəyannaməsinin 222-ci sətrində (borca görə faizlər və onunla bağlı olan xərclər) sətrində xərc olaraq göstərmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1676/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarla vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilən vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmiş, mahiyyətinə və məzmununa görə Vergi Məcəlləsinin tələblərinə uyğun qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsi ümumiyyətlə vergi orqanlarına və onların apardıqları yoxlamalara tətbiq edilmir. Həmin müddəa Vergi Məcəlləsini, eləcə də bu Məcəlləyə əlavə və dəyişiklikləri qəbul edən qanunverici orqana şamil olunur və qanunvericilik prosesində riayət olunması məcburi olan norma prinsipdir. Göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən yanlış maddi hüquq norması tətbiq edilmişdir. Həmçinin, kameral vergi yoxlamasının nəticəsi ilə bağlı vergi ödəyicisi üçün öhdəlik müəyyən edən inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Vergi orqanının qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik presmupsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Avropa Məhkəməsi qəbul etdiyi qərarındakı hüquqi mövqeyə əsasən təsdiq edir ki, fakt və hüquq prezumpsiyası baxımından iddiaçının vergidən yayınma halı birmənalı şəkildə təsdiqini tapır. (Yanoseviç İsveçə qarşı, §100, obyektiv əsaslarla əlavə vergilərin təyin edilməsi və məhkəmə qərarından əvvəl icrası ilə əlaqədar).

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz və ona olavə iddia ərizəsi ilə oxşar olmaqla qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarında vergi orqanı məbləği 5012,38 manat manat azaltsada şəxsi hesab vərəqəsinə 26641,89 manat məbləğ qərarla eyni tarixdə işlənilmişdir ki, iddiaçı onun qanunsuz olduğunu hesab edir. Göstərilənlərə əsasən iddiaçı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin təmin olunmaması, **********615800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsinə işlənmiş mənfəət məbləğinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya icraatı zaman iddiaçı apellyasiya şikayəti ilə bağlı təqdim edilmiş etiraza əlavəsində bildirmişdir ki, 2022-ci il üzrə İnport MMC-nin mənfəət vergi bəyannaməsində vergi məbləği 13452,87 manat olmuşdur. Lakin, vergi orqanı 22 may 2024-cü il tarixli **********615800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının birinci sətirdinə təqdim edilmiş bəyannamədə hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və sığorta haqqı 45.107,14 göstərilmişdir ki, tərəfimizdən 2022-ci il üzrə vergi məbləği 45.107,14 olan mənfəət bəyannaməsi təqdim olunmamışdır. Həmçinin üçüncü bənddə kameral yoxlama nəticəsində 3.1-ci bənddə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 0 göstərilmiş, 3.2 bənddə isə verginin azaldılmış məbləği və ya sığorta haqqı -5.012,38 manat göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı bildirmişdir ki, cavabdeh qurumun ümumiyyətlə inzibati icraat qaydalarına əməl etmədiklərini hesab edir. İnzibati İcraat haqqında Qanuna əsasən cavabdeh orqan inzibati icraatın başlanması və inzibati icraatın hansı qaydalara uyğun olaraq aparılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidirlər. Belə ki, inzibati orqan öz qərarını ləğv etməklə artıq mübahisəli qərara öz mövqeyini göstərmişdir. Lakin, məhkəmə iclas zalında cavabdehin nümayəndəsi bildirmişdir ki, müvafiq qərarda borc 0 göstərilsə də, bundan əvvəlki qərar qüvvədə olduğundan mənfəət vergisi bəyannaməsinin rəqəmi 45.000 manat göstərilmişdir və apellyasiya şikayətini müdafıə edə bilməmiş, əsaslı dəlillər qeyd edə bilməmişdir. Göstərilənlərlə əlaqədar iddiaçı hesab edir ki, vergi orqanının bu qərarı əsassızdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi:

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddə 14. Bazar qiyməti 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9-cu maddəsinə əsəsən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”

6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında. 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın:

Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3.İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

30. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

31. Kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən 22 may 2024-cü il tarixli, **********615800 nömrəli qərarla əvvəlki mübahisə predmeti olan inzibati akt, yəni üzrə xx.xx.2023-cü il tarixli, **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir.

32. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən hazırda qüvvədə olan xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi haqqında” qərarın ləğv edilməsi barədə iddia tələbinin dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir.

33. Göründüyü kimi, hazırkı mübahisənin predmetini xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi haqqında” qərarın ləğv edilməsi təşkil edir.

34. Odur ki, kollegiya qeyd edir ki, mübahisə predmeti olan inzibati akt artıq mövcud olmadığından, yəni inzibati orqanın özü tərəfindən ləğv edildiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və dəqiqləşmiş iddia tələbi üzə yeni inzibati akt olan xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi haqqında” qərarın qanuniliyi yoxlanılmalıdır.

35. Cavabdeh iddiaçının etiraza əlavəsinə münasibət bildirərək 22 may 2024-cü il tarixli, **********615800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına izah vermiş, həmin qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsinə işlənmiş mənfəət məbləğinin azaldılmasına dair iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

36. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətini və ona dair əlavədə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “məhkəmənin Vergi Məcəlləsinin 3.8-ci maddəsininin qanunverici orqana şamil olunması və ümumiyyətlə vergi orqanına və onu apardığı yoxlamaya tətbiq edilməməsi dəlilinə” münasibətdə bildirir ki, qeyd edilən hal ümumiyyətlə işin mahiyyətinə təsir etməyən əsaslandırmadır.

38. Həmçinin vergi qanunvericiliyinə əsasən vergilərin ödənilməsinin tələb etmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin qərarların (hərəkətlərin) icrasından irəli gələrək vergi ödəyicisinin üzərinə bu və ya digər vəzifə qoymaq və bununla bağlı hər hansı məhdudiyyətlərin tətbiq edilməsi də vergi orqanlarının səlahiyyətləri daxilindədir.

39. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, “kameral vergi yoxlamasının nəticəsi ilə bağlı vergi ödəyicisi üçün öhdəlik müəyyən edən inzibati aktın qəbul edilməsi ilə onun vergi qanunvericliyinin pozulmasında təqsirli olmasını sübuta edir”. Bununla bağlı kollegiya qeyd edir ki, məsuliyyət barədə müvafiq inzibati aktın mövcudluğu hələ vergi ödəyicisinin təqsirli olması anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi qanunvericlikdə “bu Məcəllə ilə müəyyən edilmiş qaydada” təqsiri təsdiq edildiyi göstərilmişdir. Qanunvericilikdə müəyyən olunmuş qaydalardan biri də, vergi ödəyicisinin vergi məsuliyyəti barədə inzibati aktın qanuni qüvvəyə minməsidir. Vergi ödəyicisinin məsuliyyəti barədə qərar isə mübahisə predmeti olduğundan qanuni qüvvəyə minməmişdir. Beləliklə də, cavabdehin vergi ödəyicisi barədə məsuliyət qərarının qəbul edilməsi onun hələ təqsirli olması demək deyildir. Beləliklə də, cavabdeh inzibati orqanın təqsirli olması ilə bağlı gətirdiyi dəlil əsassızdır.

40. Kollegiya cavabdeh inzibati orqanın vergi ödəyicisinin riskli vergi ödəyiciləri ilə riskli vergi əməliyyatı apardığı və bu səbəbdən də riskli vergi ödəyicisi siyahısına daxil edildiyi və buna dair sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq nəzərə alınmaması dəlili” ilə bağlı aşağıdakıları qeyd edir.

41. İşin hallarına görə, cavabdeh kameral vergi yoxlaması zamanı 2022-ci il ərzində iddiaçı tərəfindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə 128121,13 manat məbləğində əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsində qeyd edilən həmin məbləği gəlirlərin əldə edilməsi ilə bağlı xərc kimi qəbul etməmiş və iddiaçıya ilkin olaraq xx.xx.2023-cü il tarixli qərarla 25624,27 (128121,13*20%) manat əlavə olaraq mənfəət vergisi hesablamışdır.

42. Elektron qaimə-fakturaların araşdırılması zamanı, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X2 müxtəlif mallar, iş və xidmətlər alındığı müəyyən edilmişdir.

43. Elektron qaimə-fakturaların araşdırılması zamanı alınmış malların "xxxx" MMC, "xxxx" MMC və X4 elektron qaimə-faktura əsasında alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir.

44. Sözügedən əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, yəni qeyd olunan malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və X4 elektron qaimə-faktura əsasında alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlar”’nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən qərar qəbul edilmişdir.

45. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların adları çəkilən vergi ödəyiciləri tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onların almadıqları malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin şəxslərlə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi eqaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamışdır. Bundan əlavə 2022-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 169712,36 manat gələcək dövrün xərcləri baza ilə təsdiqini tapmamışdır.

46. 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 25 624,27 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********523000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Bundan əlavə vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilə dair dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmiş, əlavə olaraq borca görə faizlər və onunla bağlı xərclər sətrində 30 150,0 manat qeyd edərək, xərclərin artırmış və beləliklə vergi məbləği azaldılmışdır.

47. Daha sonra cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********523000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə hesablanmış vergi məbləği bərpa edilərək (əvvəlki hesablanan kameral yoxlamanın səbəbi qüvvədə qalmaqla və borca görə faizlər və onunla bağlı xərclər silinməklə) yenidən kameral vergi yoxlaması keçirilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla (mübahisələndirilən qərarla) 31654,27 manat əlavə vergi məbləği hesablamışdır.

48. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də cavabdeh həmin malların sözügedən müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur.

49. İşdə olan qərarlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanının xx.xx.2022-ci il tarixli, **********895000 nömrəli, X7 xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixli, **********764300 nömrəli qərarı ilə riskli vergi ödəyiciləri hesab edilmiş və müəssisələr riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Belə ki, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin şəxslər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar.

50. "xxxx" MMC (**********) tərəfindən müəssisəyə xx.xx.2022-ci il tarixində 16000.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. X7 (**********) tərəfindən müəssisəyə xx.xx.2022-ci il tarixində 98352.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. "xxxx" (**********) tərəfindən müəssisəyə xx.xx.2022-ci il tarixində 11073.88 manat, xx.xx.2022-ci il tarixində 2695,45 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür.

51. İşin halları və iş materialları ilə də müəyyən edilir ki, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin şəxslər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar.

52. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə fakturalardan görünür ki, iddiaçı 2022-ci il ərzində e-qaimələr əsasında əldə etdiyi mallardan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (xx.xx.2022-ci il tarixli 010122/001 nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2022ci il tarixli e-qaimə) və “X14 Kompleksi” MMC-yə (xx.xx.2022-ci il tarixli satınalma müqaviləsi, qiymət razılaşdırma protokolu və s. əsasında) mal təqdim etmişdir.

53. Həmçinin, cavabdeh iddiaçının vergi ödəyicilərindən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməmişdir. Bununla yanaşı cavabdeh mənfəət vergisini riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydada hesablamamışdır. Belə ki, vergi orqanı MMC-lər ilə apardığı əməliyyatlar üzrə 128121,33 manat məbləği xərc olaraq nəzərə almadıqda həmin dövrdə qüvvədə olan VM-nin 109.9cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablamışdır.

54. Məhkəmə kollegiyası cavabdehin qənaətinin əsassız olmasını müvafiq qanunvericilik normalarına istinad etməklə sübuta yetirilməsini qanuni hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

55. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan(qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.

56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

57. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqısatqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməmiş, bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış və cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə ki, iddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur.

59. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də, cavabdeh həmin malların sözügedən müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur.

60. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür.

61. Göründüyü kimi, qeyd olunan əməliyyat aparılan dövrdə həm iddiaçı, həm də iddiaçı ilə əməliyyat aparan MMC-lər riskli vergi ödəyicisi olmamışdır. Eyni zamanda cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız ehtimallara əsaslanmışdır.

62. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların adları çəkilən vergi ödəyiciləri tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onların almadıqları malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin şəxslərlə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirirlərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamışdır.

63. İddiaçının, əməliyyat apardığı MMC-lərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətinə malik olmadığı nəzərə alınmalıdır. Həmçinin, belə məlumatlar kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Vergi orqanının əməliyyatın əmtəəsiz olduğuna istinad etməsi üçün əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməsi tələb olunur. Həmin malın yalnız satıcıda olmaması halı əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

64. Bundan başqa, qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

65. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə, gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Lakin cavabdeh əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, həmin yanaşmasına uyğun istinad olunan normanı tətbiq etməmişdir.

66. Göründüyü kimi qanunvericilikdə riskli və ya əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilən mallar üzrə gəlir əldə edildiyi hallarda xərclər yuxarıda qeyd edilən maddələr üzrə nəzərə alınmaldır.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 544/2024 xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir: “Məhkəmə kollegiyası cavabdehin belə bir dəlili ilə razılaşır ki, “...vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir”. Bununla yanaşı, xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.

68. Bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisədə Vergi Məcəlləsinin 3.8-ci maddəsinin müddəalarının tətbiqi və həmin maddənin nəzərə alınması çox böyük əhəmiyyət kəsb edir. Belə ki, Vergi Məcəlləsinin 3.8ci maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

69. Ali Məhkəmənin oxşar mübahisə üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.

70. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 xx.xx.2023-cü il tarixli Qərarında “Riskli vergi ödəyicisi” konsepsiyası və Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələr dəqiq və aydın izah edilmişdir.

71. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

72. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

73. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

74. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, mübahisə predmeti olan inzibati akt artıq mövcud olmadığından, yəni inzibati orqanın özü tərəfindən ləğv edildiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 1676/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalı və cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi haqqında” qərarı ləğv edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1676/2024 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi haqqında” qərarı ləğv edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar