Məhkəmə qərarları › İş №2-1(103)-2351/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2351/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2351/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(112)-1911/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən yanvar 1993-cü ilədək N () saylı hərbi hissədə (Hərbi Polisin nəzdində olan hərbi hissə) xidmət etmişdir. xx.xx.1993-cü ildə Füzuli rayon istiqamətində gedən döyüşlər zamanı ağır yaralanmış, Bakı şəhəri N saylı şəhər klinik xəstəxanasında müalicə olunmuş və göndərişlə xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Bərdə rayon mərkəzi xəstəxanasında müalicəsini davam etdirmişdir. İddiaçı iyul-avqust 1993-cü ildən yanvar 1994-cü ilədək yenidən N () saylı hərbi hissədə xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişdir və 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə iddiaçıya xəstəlik qərarı verilmiş və xx.xx.2018-ci ildən xx.xx.2023cü ilədək 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmağı məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının müraciətinə uzun müddət cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir

4. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(112)-1911/2025 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”a əsasən İddiaçı hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol bazunun kor güllə yaralanmasından sonrakı kobud əzələ defekti ilə olan çarpıq toxuması. Sol mil sinirinin travması, sol mil sinirinin travmatik zədələnməsi neyropatiyası, əzələ atrofiyası, sol yuxarı ətrafın kəskin funksiya pozğunluğu diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Səttar oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissənin tibbi rotasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3-nin kor qəlpə yarası" xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3nin kor qəlpə yarası və mil sinirinin travmaiik zədələnməsi” xx.xx.1993- cü ildə MN Mərkəzi Hərbi Hospitalında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsidiaqnoz: “Sol bazunun kor qəlpə yaralanması mil sinirinin zədələnməsi ilə” və xx.xx.1993cü ildən xx.xx.1993-cü ilə kimi Bərdə rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3- nin kor qəlpə yarası və mil sinirinin travmatik zədələnməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 181 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 128 nömrəli arayışı, N saylı şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, stasionar xəstələrin tibb kahasından çıxarışlar, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Bərdə rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalından verilmiş xx.xx.1993-cü il tarixli müayinə vərəqəsi, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR".

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 125 №-li əmrilə (əsas: §-3, sıra-11, səh-7) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, “sıravi hərbi rütbəsi verilmiş və 4-cü bölüyün 3-cü tağımında baş kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə (əsas: §-9, sıra-7, səh-36) sıravi İddiaçı 4-cü bölüyün 2-ci tağımında baş kəşfiyyatçı vəzifəsindən 3-cü bölüyün 4-cü tağımında kəşfiyyatçı vəzifəsinə keçirilmişdir. Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə (əsas: §-3, səh-12, sıra-182) sıravi İddiaçı 3-cü bölüyün 4-cü tağımında baş kəşfiyyatçı vəzifəsindən azad edilərək 2-ci bölüyün 2-ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §-3, səh-7, sıra-4, əmrdə atasının adı “Seydar” yazılmışdır) sıravi İddiaçı Seydar oğlu 2-ci bölüyün 2ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 42 №-li əmrində (əsas: §-3, səh-3, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə,xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılan hərbi qulluqçuların siyahısında İddiaçı Səttar oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 №-li əmrilə (əsas: §-2, səh37, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) sıravi İddiaçı Səttar oğlu 2- ci bölüyün 2-ci tağımında baş radio-telefoncu vəzifəsindən azad edilərək 2-ci bölüyün 1-ci tağımında atıcı-patrul vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 142 №-li əmrində (əsas: §-5, səh-22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 51 №-li əmrində (əsas: §-6, səh-22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 65 №-li əmrində (əsas: §-13, səh-100, sıra-8, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 02 №-li Direktvinə əsasən, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilən hərbi qulluqçuların siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: xx.xx.1993- xx.xx.1993, sıra-95, atasının adı “Səttar” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) qeyd olunmuş “N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixdək yaralananlarının siyahısında” N №-li hərbi hissənin əsgəri İddiaçı Səttar oğlunun adı yazılmışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N Nq-İİ hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, 2465 nömrəli Arayışda qeyd olunmuşdur ki, hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 125 Na-İi əmrilə (əsas: §-3. sıra-11. səh-7) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, “sıravi hərbi rütbəsi verilmiş və 4-cü bölüyün 3-cü tağımında baş kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə (əsas: §9, sıra-7, səh36) sıravi İddiaçı 4-cü bölüyün 2-ci tağımında baş kəşfiyyatçı vəzifəsindən 3-cü bölüyün 4-cü tağımında kəşfiyyatçı vəzifəsinə keçirilmişdir. Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə (əsas: §-3, səh-12, sıra-182) sıravi İddiaçı 3-cü bölüyün 4-cü tağımında baş kəşfiyyatçı vəzifəsindən azad edilərək 2-ci bölüyün 2-ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §-3, səh-7, sıra-4, əmrdə atasının adı “Seydar” yazılmışdır) sıravi İddiaçı Seydar oğlu 2-ci bölüyün 2ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 42 №-li əmrində (əsas: §-3, səh-3, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılan hərbi qulluqçuların siyahısında İddiaçı Səttar oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 №-li əmrilə (əsas: §-2, səh37, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) sıravi İddiaçı Səttar oğlu 2- ci bölüyün 2-ci tağımında baş radio-telefoncu vəzifəsindən azad edilərək 2-ci bölüyün 1-ci tağımında atıcı-patrul vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 142 №-li əmrində (əsas: §-5, səh-22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissənin özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 51 №-li əmrində (əsas: §-6, səh-22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissənin özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 65 №-li əmrində (əsas: §-13, səh-100, sıra-8, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 02 №-li Direktvinə əsasən, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilən hərbi qulluqçuların siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin əsgər heyətinin əlifba qeydiyyatı kitabları, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranı sayılırlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı yaralanmış, uzun müddət hospitalda (N saylı hərbi hissənin tibbi rotasında, N saylı şəhər klinik xəstəxanasında, MN Mərkəzi Hərbi Hospitalında, Bərdə rayon mərkəzi xəstəxanasında) müalicə almış, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol bazunun kor güllə yaralanmasından sonrakı kobud əzələ defekti ilə olan çarpıq toxuması. Sol mil sinirinin travması, sol mil sinirinin travmatik zədələnməsi neyropatiyası, əzələ atrofiyası, sol yuxarı ətrafın kəskin funksiya pozğunluğu” diaqnozu ilə xx.xx.2020-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Belə olan təqdirdə şəxs hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

19. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsasdır.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2580/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarına uyğundur).

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

22. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

23. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(112)-1911/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar