Məhkəmə qərarları › İş №2-1(103)-2354/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2354/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2354/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Mohammad Ashraf Tabishin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə iddiaçının nümayəndəsi Vəkil Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3551/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Mohammad Ashraf Tabish cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-27/1 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, onun 01 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3551/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya mərhələsində iddiaçı, nümayəndəsi Vəkil vasitəsilə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, artıq ölkəni tərk etdiyi nəzərə alınaraq iddiaçının apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsi məhkəmədən xahiş olunmuşdur . Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan, ərizəyə baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizədə göstəriləndəri nəzərə alıb və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, iddiaçının apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, İPM-in 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur. Hazırki, işdə də apellyesiya şikayətinin geri götürülməsi tərəflərin qarşılıqlı mənafeyin uyğundur və tərəflərin hüquqlarını pozmur. Digər tərəfdən İzah edilmişdir ki, İPM-in 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsinin mənasından isə görünür ki, şikayət geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti geri qaytarılsın və apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar