Məhkəmə qərarları › İş №2-1(103)-2355/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2355/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2355/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X15 iştirakı ilə, iddiаçı “Nardaran X23 LTD” MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X16, X17, X18 cəlb edilməklə “plan-ölçünün ilkin hüquqmüəyyənedici sənədlərə uyğun tərtib edilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Nardaran X23 LTD” MMC cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs X10 verilmiş xx.xx.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; 3-cü şəxs X11 verimiş xx.xx.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; 3-cü həxs X12 verimiş xx.xx.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə, həmin məlumatların faktiki yerləşmə yeri və iddiaçı “Nardaran X23 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X34 Yatağı”nın ərazisi üzrə deyil, üçüncü şəxslərə verilmiş ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan bağ sahələrinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər əsasında ləğv edilmiş DTXK tərəfindən plan və ölçü verilmiş, həmçinin həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyestrinda qeydiyyata alınmışdır. Hazırda hamin bağ sahələri Ləhiş bağ massivina məxsus bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq qeydiyyata alınmışdır. Belə ki, qeyd olunan 4161a saylı bağ sahəsi ilə bağlı vətəndaş X16 ilə xx.xx.1989-cu il tarixdə 26449 nömrəli müqavilə imzalanmışdır. Həmin hüquqmüəyyənedici sənədlər əsasında ləğv edilmiş DTXK tərəfindən xx.xx.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A nömrəli 254567 saylı torpaq sahəsinin plan və ölçü verilmişdir. Qeyd olunan bağ sahəsi üzərində yerləşən bağ evi ilə birlikdə vahid əmlak kimi, xx.xx.2010-cu il tarixdə **********35-11301 reyestr nömrəsi ilə X6 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda onun xüsusi mülkiyyətindədir. 4162 saylı bağ sahəsi ilə bağlı vətəndaş X17 ilə Bakı şəhəri İcra Hakimiyyəti X4 və İstismarı Birliyi arasında xx.xx.2000-ci il tarixdə 15152 nömrəli müqavilə imzalanmışdır. Həmin hüquqmüəyyənedici sənədlər əsasında ləğv edilmiş DTXK tərəfindən xx.xx.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A nömrəli 277291 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Qeyd olunan bağ sahəsi üzərində yerləşən bağ evi ilə birlikdə vahid əmlak kimi, xx.xx.2010-cu il tarixdə **********66-11301 reyestr nömrəsi ilə X6 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda onun xüsusi mülkiyyətindədir. 4163 saylı bağ sahəsi ilə bağlı vətəndaş Ağabala Əli oğlu ilə Bakı şəhəri İcra Hakimiyyəti X4 və İstismarı Birliyi arasında xx.xx.2006-cı il tarixdə 12547 saylı müqavilə imzlanmışdır. Həmin hüquqmüəyyənedici sənədlər əsasında ləğv edilmiş DTXK tərəfindən xx.xx.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A nömrəli 439995 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Müvafiq torpaq sahəsi xx.xx.2017-ci il tarixda **********32 reyestr nömrəsi ilə Ağabala Əli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Torpaq sahəsi hazırda onun xüsusi mülkiyyətindədir. Həmçinin Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti Materialları Kombinatının balansında ümumi sahasi 68,0 hektar olan "X35 Yatağı” 1966-cı ildə qeydiyyata alınmışdır. Həmin yatağın 34,5 hektar sahəsi "Abşeron bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 saylı 02 iyun 1988-ci il tarixli Qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X14 və İstismarı Birliyinin istifadəsinə verilmişdir. Birliyin nəzdində fəaliyyət göstərən Xüsusi Məişət Tikinti Tresti tərəfindan karxana təsərrüfatının əmlakı 2001-ci ildə özəlləşdirilmiş və onun bazasında "Nardaran X23 LTD” MMC yaradılmışdır. Cəmiyətin istifadəsində olan 34,5 hektar torpaq sahəsinin 5,0 hektarına yerin təkindən istifadəyə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 09 sentyabr 2014-cü il tarixli 00879 nömrəli "Dağ-mədən ayırması Aktı", "Dağ mədən işlərinə dair inkişaf planı” və "Ekoloji pasport” hazırlanaraq müvafiq qaydada razılaşdırılmış, lakin nazirliyin Dövlat Ekspertiza İdarəsinin 14 dekabr 2018-ci il tarixli, əmri ilə aktın qüvvədə olma müddəti dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan 3-cü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə X9 və X19 Komitəsinin 04 iyun 1980-cı il tarixli, 66 nömrəli X20 əsasən X21nın Nardaran sahəsində mişar daşının hasilatı və sənaye kəşfiyyatı üçün 04 iyun 1980-cı il tarixində əlavə olunan planın üzərində qeyd olunmuş 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12,11, 13, 14, 15, 16, 17, 18, 19 və 20 koordinat nöqtələrinin hüdudlarında Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti Materialları Kombinatına dağ-mədən ayırması təqdim edilmişdir.Həmin akt Azərbaycan SSR Dövlətdağtexnəzarət reyestrinə 04 iyun 1980-ci ildə 66 nömrəsi ilə daxil edilmişdir Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, 2 iyun 1988-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyi Maştağa Tikinti X2 sahəsinin bazasında Bakı şəhər İcraiyyə Komitəsinin X14 və İstismarı Birliyinin X23nın yaradılması üçün Maştağa Tikinti Materialları Kombinatının “kubik” daşının hasilatı üzrə Nardaran sahəsinin müvafiq sayda və saxlama xərcləri, mövcud mexanizmləri, avadanlıqları və digər əsas fondları ilə müəyyənləşdirilmiş qaydada Bakı şəhər İcraiyyə Komitəsinin X14 və İstismarı Birliyinə təhvil verilməsi qərara alınmışdır. 23 sentyabr 1988-ci il tarixdə Maştağa tikinti materialları kombinatının baş mühəndisinin, Nardaran karyer təsərrüfatının baş mühəndisinin və Maştağa TMK baş markşeyderinin tərtib etdikləri akta əsasən Nardaran yatağının dağ ayırması bölünmüş Maştağa TMK ilə Nardaran karyer təsərrüfatının dağ ayırması sərhəddi 44 və 37 saylı kəşfiyyat quyularından keçən xətt üzrə məyyən edilmişdir. SSRİ Sənayedə X9nə Nəzarət və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Komitəsinin 10 nömrəli, xx.xx.1988-ci il tarixli “Dağ-mədən ayırmasını təsdiq edən” Aktına əsasən Nardaran əhəngdaş yatağının yeraltı açıq üsulla işlənməsi üçün dağ-mədən ayırmasını təsdiq edən həmin akt Xüsusi Məişət Təmir Tikinti Trestinin Nardaran karxana təsərrüfatına verilmişdir, topoqrafik planın surətində bucaq nöqtələri ilə işarə olunan dağmədən ayırmasının proyeksiya sahəsi 34,5 hektar təşkil edir, dağmədən ayırması müddətsiz verilmişdir, Aktda qeyd edilmişdir ki, faydalı qazıntılar yatağının işlənməsi üçün təqdim olunmuş dağ-mədən ayırmasında müəssisənin üzərinə dövlət texniki nəzarət orqanlarının icazəsi olmadan dağ-mədən ərazisində binaların, tikililərin və digər obyektlərin inşasına yol verməmək vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 baş geodezisti və X22 Departamentinin məsləhətçi- müfəttişi tərəfindən imzalanmış “X21nın hüdudlarında aparılmış topogeodezik araşdırmaların nəticələri haqqında” arayışa əsasən araşdırma nəticəsində müəyyən edilmişdir ki, dövlət balansında istifadəsiz qalan əhəngdaşı yatağının ərazisi “Nardaran X23 LTD” MMC-nin məktubunda qeyd edilmiş 11 hektar daxil olmaqla bütövlükdə 21 hektar təşkil edir və bu ərazi topoqrafik koordinatlarla öz təsdiqini tapmaqla həqiqətən 68 hektar sahəsi olan X21nın hüdudları daxilindədir, lakin sözügedən əhəng daşı yatağının istifadə olunmamış müxtəlif sahələri naməlum şəxslər tərəfindən hasara alınmış, üzərində isə fərdi yaşayış evləri tikilmişdir. Bununla bərabər yataq daxilində mişar daşının hasilatı məqsədilə “X24 Təsərrüfatı LTD” MMC-yə ayrılmış 4 + 1 = 5 ha sahəsinin koordinatları qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasında xx.xx.1994-cü ildə qeydə alınmış Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 №-li X25 X1 1-ci bəndinə əsasən X24 təsərrüfatı Azərbaycan SSR Nazirlər Sovetinin 01.04.88-ci il tarixli, 871 saylı, Bakı şəhəri İcraiyyə Komitəsinin 14.04.88-ci il tarixli, 05/372 saylı sərəncamlarına müvafiq olaraq yaradılmışdır və sonradan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2057 nömrəli sərəncamı ilə təşkil edilmiş Baş İstehsalat İdarəsinin 1 nömrəli Trestinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmış “Nardaran X23 LTD” MMCnin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 №-li Trestinin Nardaran X23nın bazasında yaranmışdır və onun hüquqi varisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçı “Nardaran X23 LTD” MMC-yə ünvanlanmış 21 iyun 2019-cu il tarixli məktubuna əsasən, vətəndaş X10 verilmiş xx.xx.2010-cu il tarxli, A № 254567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın, X11 verilmiş xx.xx.2010-cu il tarixli, A № 277291 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və X12 verilmiş xx.xx.2013-cu il tarixli, A № 439995 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli müraciətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətdə qeyd edilən məsələ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”yə müvafiq olaraq Xidmətin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçı “Nardaran X23 LTD” MMC-yə ünvanlanmış xx.xx.2019–cu il tarixli imtina məktubunda göstərilmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən Azərbaycan SSR Tikinti Materialları Sənaye Nazirliyinin Maştağa Tikinti Məsələləri Kombinatının balansında ümumi sahəsi 68,0 hektar olan “X36 Yatağı” 1966-cı ildə qeydiyyata alınmışdır. Həmin yatağın 34,5 hektar sahəsi “Abşeron bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X14 və İstismarı Birliyinin istifadəsinə verilmişdir. Birliyin nəzdində fəaliyyət göstərən Xüsusi Məişət Tikinti Tresti tərəfindən karxana təsərrüfatının əmlakı 2001-ci ildə özəlləşdirilmiş və onun bazasında “Nardaran X23 LTD” MMC yaradılmışdır. Cəmiyyətin istifadəsində olan 34,5 hektar torpaq sahəsinin 5,0 hektarına yerin təkindən istifadəyə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xx.xx.2014-cü il tarixli 00879 nömrəli “Dağ-mədən ayırması aktı”, “Dağ mədən işlərinə dair inkişaf planı” və “Ekoloji pasport” hazırlanaraq müvafiq qaydada razılaşdırılmışdır, lakin nazirliyin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 63/ü nömrəli əmri ilə aktın qüvvədə olma müddəti dayandırılmışdır. Komitənin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırılma aparılan zaman dövlət mülkiyyətində olan torpaq sahəsinin zəbt olunaraq tikinti işlərinin aparılması faktı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-Cİ maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəldiyindən, yuxarıda qeyd olunan ünvanda aparılan qeyri-qanuni işlərin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, hazırda “Nardaran X23 LTD” MMC-nin yataq ərazisində vətəndaşlarla yaranmış mübahisəli məsələlər ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-8181/2018 nömrəli qərarı ilə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının karxana təsərrüfatının xeyrinə çıxartdığı xx.xx.2018-ci il tarixli, 2(103)-5728/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən 2012-ci ildə iddiaçının adına ümumi sahəsi 212.1 kv metr olan (torpaq sahəsinin ölçüsü 0,02709 ha) qeyri-yaşayış binası qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən X6 adına 0,12 ha sahəsi olan ünvanı ünvan 3ə bağ evi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən X7 adına 0,12 ha sahəsi olan ünvanı ünvan 4 bağ evi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən X8 adına 0,12 ha sahəsi olan ünvanı ünvan 5rpaq sahəsi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 439995 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Ləhiş bağ massivinə dair X8 adına Bakı şəhəri İH-nin BTİ və İB-nin xx.xx.2006-ci il tarixli 12547 saylı müqaviləsi əsasında 1200 kv. metr sahəsi olan 4163 saylı bağ evinin tikilməsi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 254567 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Ləhiş bağ massivinə dair X6 adına Bakı şəhəri XDS İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1989-cu il tarixli 9/333 saylı protokolu ilə 1200 kv. metr sahəsi olan 4161a saylı bağ evinin tikilməsi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 277291 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Ləhiş bağ massivinə dair X7 adna Bakı şəhəri İH-nın bağlar təsərrüfatının məsələləri üzrə xx.xx.1989cu il tarixli 229 saylı protokolu ilə 1200 kv. metr sahəsi olan 4162 saylı bağ evinin tikilməsi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 4161a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X16 arasında xx.xx.1989-cu il tarixli, 26449 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və Bakı şəhəri XDS İK-nın bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1989-cu il tarixli, 9/333 saylı protokolu ilə 4161a saylı bağın tikintisi üçün ayrılan 1200 kv. metr torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2010cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A 25456 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən 4161a nömrəli bağ evi xx.xx.2010-cu il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4162 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X17 arasında xx.xx.2001-ci il tarixli, 15152 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və Bakı şəhər İH-nın bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli, 229 saylı protokolu ilə 4162 saylı bağın tikintisi üçün ayrılan 1200 kv metr torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A 277291 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 4162 nömrəli bağ evi xx.xx.2010-cu il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4163 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X18 arasında xx.xx.2006-cı il tarixli, 12547 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə və onun əsasında ləğv edilmiş Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2013cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A 439995 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 4163 nömrəli bağ sahəsi xx.xx.2017-ci ildə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Cavabdehin qeyd edilən məktubuna əlavə edilmiş 26449 nömrəli xx.xx.1989-cu il tarixli müqaviləyə əsasən X10 10 il müddətinə Ləhiş bağları sahəsində 0,12 ha sahəsi olan 4161a nömrəli bağ icarəyə verilmişdir, bağın icarəyə verilməsi haqqında 15152 nömrəli xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən X4 və İstismarı Birliyi tərəfindən X11 Ləhiş sahəsində sahəsi 0,12 ha olan 4162 nömrəli bağ evi icarəyə verilmişdir, 12547 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən X10 10 il müddətinə Ləhiş bağları sahəsində 0,12 ha sahəsi olan 4163 nömrəli bağ icarəyə verilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən “X32 LTD” MMCnin istifadəsində olan ərazinin Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən qeydiyyatdan keçmiş 4161a, 4162 və 4163 saylı bağ sahələri ilə üst-üstə düşməsi halı mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsinə yerləşən 4161a (**********66 reyestr nömrəsi ilə), 4162 (**********5-11301 reyestr nömrəsi ilə) və 4163 (**********2 reyestr nömrəsi ilə) saylı bağ sahələri qeydiyyatdan keçmişdir və xüsusi mülkiyyətdədirlər. Bundan başqa birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci tarixli məktubuna əsasən X21 ərazisində 1950-1963-cü illər ərzində geolojikəşfiyyat işləri aparılmış, ərazinin xəritəsi tərtib edilmiş, ayrılmış sahə daxilində faydalı qazıntı ehtiyatları hesablanaraq Məhəlli Ehtiyatlar Komissiyasının 1966cı il tarixli, 3 №-li Protokolu ilə X5 Dövlət balansında qeydiyyata alınmışdır. “Nardaran mişar daşı yatağının sxematik xəritəsi və ərazinin konturları” xəritəsi yuxarıda qeyd edilən sənədlər əsasında tərtib edilmişdir. Qeyd edilən məktuba Məhəlli Ehtiyatlar Komissiyasının 1966-cı il tarixli 3 nömrəli Protokolunun surəti və ehtiyatın hesablanması planının surəti əlavə edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə 4162, 4163 və 4164 nömrəli bağların sxematik planları təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 04 iyun 1980-cı ildə X21 Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti Materialları Kombinatına ayrılmışdır, həmin yatağın bir hissəsi “Abşeron bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli xx.xx.1988-ci il tarixli qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X14 və İstismarı Birliyinin istifadəsinə verilmiş, həmin Birliyin Xüsusi Məişət Təmir Tikinti Trestinin Nardaran karyer təsərrüfatına X34 yatağının 34,5 ha hissəsi ayrılmışdır. Sonradan Xüsusi Məişət Tikinti Trestinin Nardaran X23 06 iyul 1994-cü ildə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 №-li Trestinin Nardaran X23” adı ilə hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir, sonuncu müəssisənin bazasında isə xx.xx.2003-cü ildə “Nardaran X23 LTD” MMC yaradılmışdır. 2010-cu ildə keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxslərə - X11, X10, X12 onların ilkin hüquqmüəyyənedici sənədləri əsasında iddiaçının qanuni istifadəsində olan torpaq sahələri hüdudlarında üçüncü şəxslərin hər birinə 0,12 ha torpaq sahəsi olan bağ torpaq sahəsinin plan və ölçüsü verilmiş və qeyd edilən plan və ölçü və ilkin hüquqmüəyyənedici sənədlər (bağların icarə müqavilələri) əsasında üçüncü şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmışdır. Hazırda iddiaçı “Nardaran X23 LTD” MMC onun qanuni istifdəsində olan torpaq sahələrinə aid olan torpağa dair X10 verilmiş xx.xx.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X11 verimiş xx.xx.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X12 verimiş xx.xx.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə həmin məlumatların faktiki yerləşmə yeri və “Nardaran X23 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X21”nın ərazisi üzrə deyil, üçüncü şəxslərə verilmiş ilkin hüquq müəyyənedici sənədlərə uyğun olaraq tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir; yerin təkindən istifadə münasibətləri — yer təkinin istifadəsi, öyrənilməsi, işlənməsi və mühafizəsi sahəsində münasibətlərdir; Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 7-ci maddəsinə əsasən yerin təkindən istifadənin növləri aşağıdakılardır: geoloji və geoekoloji öyrənmə; faydalı qazıntıların çıxarılması; dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə; faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı; elmi, mədəni, estetik, müalicəsağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması;mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması.Yerin təki onun geoloji öyrənilməsi (axtarış, kəşfiyyat) və faydalı qazıntıların çıxarılması məqsədilə eyni zamanda istifadəyə verilə bilər. Bu halda faydalı qazıntılar həm yer təkinin geoloji öyrənilməsi prosesində, həm də bu işlər qurtardıqdan sonra çıxarıla bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən yer təki istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər: ayırma hüdudları daxilində yerin təkindən icazədə göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi; icazədə göstərilmiş məqsədə uyğun olaraq yer təki sahəsində qanunvericiliyə zidd gəlməyən hər hansı fəaliyyət formasının sərbəst seçilməsi; icazəyə və qanunvericiliyə uyğun olaraq fəaliyyətinin nəticələrindən,o cümlədən çıxarılmış mineralxammaldan istifadə edilməsi;icazədə başqa hallar nəzərdə tutulmayıbsa, dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edilməsi; əlavə icazə olmadan dağ-mədən ayırması sahəsində özvəsaiti hesabına yertəkinin geoloji öyrənilməsi; icazə şərtlərindən fərqli hallar meydana çıxarsa, icazə şərtlərinə yenidən baxılması üçün icazə verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi. İcazə müddətinin uzadılmasında yer təkinin istifadəçisinə başqa iddiaçılara nisbətən üstünlük verilir. Yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;yer təkinin geoloji öyrənilməsi, mineral-xammal ehtiyatlarından kompleks istifadə;yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması;geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;emal məhsullarından və tullantılarından tam istifadə olunması, faydalı komponentlər saxlayan və müvəqqəti istifadə edilməyən istehsal məhsullarının və tullantılarının yığılmasının, uçotunun və qorunmasının təmin edilməsi; kəşf olunmuş, çıxarıla bilən və yerin təkində qalan faydalı qazıntıların və onların tərkibində olan komponentlərin ehtiyatları, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan başqa məqsədlərlə yerin təkindən istifadə haqqında məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;yerin təkindən istifadə ilə əlaqədar X9nin təmin edilməsi;yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi;yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi; faydalı qazıntı yataqlarının işlənməsi və başqa təsərrüfat məqsədləri üçün istifadəsi mümkün olan kəşfiyyat dağ-mədən qazmalarının və buruq quyularının saxlanılması; istifadəsi mümkün olmayan dağ-mədən qazmalarının və buruq quyularının müəyyənləşdirilmiş qaydada konservasiya və ya ləğv edilməsi; icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi. Müvafiq fəaliyyət növünün həyata keçirilməsi (geoloji planaalma, faydalı qazıntıların axtarışı, kəşfiyyatı, müxtəlif üsullarla çıxarılması, yeraltı qurğuların tikintisi və istismarı, yerin təkindən istifadənin başqa növləri) üçün yer təki istifadəçilərinin xüsusi ixtisasını və təcrübəsini təsdiq edən sənədi (diplom, şəhadətnamə) olmalıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlərin texniki layihəsi və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlandıqdan, ona müəyyən olunmuş qaydada dövlət ekspertizasının müsbət rəyi alındıqdan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan sonra dağmədən ayırmasının dəqiqləşdirilmiş hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinatlar cədvəli, planı və səciyyəvi kəsilişlər) dağ-mədən ayırması statusuna daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Həmin Qanunun 13-cü maddəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 01 saylı qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi” qaydalarının müddəalarına əsasən yatağın qanuni istifadəçisi yatağın səmərəli istifadəsinə görə, istifadə etmədiyi hissələrin isə qorunmasına və mühafizəsinə görə dövlət qarşısında məsuliyyət daşıyır. İşin faktiki hallarına əsasən iddiaçı “X21”nın (sənaye təyinatlı torpaq sahəsinin) bir hissəsinin qanuni istifadəçisidir, cavabdehin özünün xx.xx.2021-ci il tarixli, məhkəməyə ünvanlanmış məktubuna əsasən isə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən “X32 LTD” MMC-nin istifadəsində olan ərazinin Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən qeydiyyatdan keçmiş 4161a, 4162 və 4163 saylı bağ sahələri ilə üst-üstə düşməsi halı mövcuddur. Belə olan halda üçüncü şəxslər X11, X10, X12 iddiaçının qanuni istifadəsində olan sənaye torpaq sahələrinə Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan-ölçünün verilməsi ilə həm “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci, 7-ci maddələrinin tələbləri (yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir, yerin təkinə dövlətdən başqa hüquqi və fiziki şəxslərin torpaqdan təyinatı üzrə istifadə ilə bağlı hüquqları mövcud ola bilər), həm də iddiaçının istifadə hüququ pozulmuşdur ki, bu da hazırki iddia ilə məhkəməyə müraciət etməyə hüquq verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:.. 158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, qeyd olunan 4161a saylı bağ sahəsi ilə bağlı vətəndaş X16 ilə xx.xx.1989-cu il tarixdə 26449 nömrəli müqavilə imzalanmışdır. Həmin hüquqmüəyyənedici sənədlər əsasında ləğv edilmiş DTXK tərəfindən xx.xx.2010cu il tarixdə 19442 nömrəli ila uçota alınmış A nömrəli 254567 saylı torpaq sahəsinin plan və ölçü verilmişdir. Qeyd olunan bağ sahəsi üzərində yerləşən bağ evi ilə birlikdə vahid əmlak kimi xx.xx.2010-cu il tarixdə **********35-11301 reyestr nömrəsi ilə X6 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda onun xüsusi mülkiyyətindədir. 4162 saylı bağ sahəsi ilə bağlı vətəndaş X17 ilə Bakı şəhəri İcra Hakimiyyəti X4 və İstismarı Birliyi arasında xx.xx.2000-ci il tarixdə 15152 nömrəli müqavilə imzalanmışdır. Həmin hüquqmüəyyənedici sənədlər əsasında ləğv edilmiş DTXK tərəfindan xx.xx.2010-cu il tarixdə 21006 nömrə ila uçota alınmış A nömrəli 277291 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Qeyd olunan bağ sahəsi üzərində yerləşən bağ evi ilə birlikdə vahid əmlak kimi xx.xx.2010-cu il tarixdə **********66-11301 reyestr nömrəsi ilə X6 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda onun xüsusi mülkiyyətindədir. 4163 saylı bağ sahəsi ilə bağlı vətəndaş Ağabala Əli oğlu ilə Bakı şəhəri İcra Hakimiyyəti X4 və İstismarı Birliyi arasında xx.xx.2006-cı il tarixdə 12547 saylı müqavila imzlanmışdır. Həmin hüquqmüəyyənedici sənədlər əsasında ləğv edilmiş DTXK tərəfindən xx.xx.2013-cü il tarixdə 34307 nömrəli ilə uçota alınmış A nömrəli 439995 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Müvafiq torpaq sahəsi xx.xx.2017-ci il tarixda **********32 reyestr nömrəsi ilə Ağabala Əli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Torpaq sahəsi hazırda onun xüsusi mülkiyyətindədir. Bununla bağlı məhkəmə kollegiysı qeyd edir ki, işin faktiki halları ilə üçüncü şəxslərə verilmiş xx.xx.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsü adlı sənədlərdə göstərilən torpaq sahələri iddiaçının istifadəsində olan torpaq sahələrinin hüdudları daxilindəki torpaq sahələridir – yəni sənaye torpaq sahələridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır, 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; Həmin Məcəllənin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Göründüyü kimi həm “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun (9cu maddə), həm də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (22-ci,62-ci maddələri) normalarına əsasən sənaye torpaqlarına aid olan əhəng daşı yatağı kimi torpaqlardan yaşayış evinin tikintisi üçün istifadə edilmə imkanı nəzərdə tutulmamışdır. Üçüncü şəxslər X11, X10, X12 verilmiş plan-ölçü sənədlərindəki göstərilən torpaq sahələri isə sənaye torpaq sahələri qalmaqda davam etmələrinə baxmayaraq cavabdeh tərəfindən həmin torpaqların təyinatı heç bir əsas olmadan sənaye torpağı kimi deyil, yaşayış məntəqəsi torpağı kimi göstərilmişdir. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarının” 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “X26, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaıarın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir ki, üçüncü şəxslərə aid göstərilən torpaqların təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı mövcud deyildir. Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeron bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 nömrəli xx.xx.1988-ci il tarixli qərarına əsasən barəsində üçüncü şəxslərə plan-ölçü verilmiş torpaq sahələrinin Bakı şəhər İcraiyyə Komitəsinin X14 və İstismarı Birliyinin istifadəsinə verilməsi, 5 ha hissəsinə yerin təkindən istifadəyə dair dağ-mədən ayırması aktının verilməsi barədə apellyasiya şikayətində göstərilənlərlə bağlı cavabdehin istinad etdiyi həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyi Maştağa Tikinti Materialları Kombinatının “Kubik” daşının hasilatı üzə Nardaran sahəsi müvafiq sayda və saxlama xərcləri, mövcud mexanizmləri, avadanlıqları və digər əsas fondları ilə Maştağa Tikinti X2 sahəsinin bazasında Bakı şəhəri İcraiyyə Komitəsinin X14 və İstismarı üzrə Birliyinin X23nın yaradılması üçün müəyyən edilmiş qaydada Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrüfatıın İnkişafı və İstismarı üzrə Birliyinə təhvil verilsin. Göründüyü kimi Maştağa Tikinti Materialları Kombinatının “Kubik” daşının hasilatı üzrə Nardaran sahəsi X14 və İstismarı üzrə Birliyə təhvil verilsə də torpağın təyinatı dəyişdirilməmiş, sənaye torpağı olaraq qalmaqda davam etmiş və torpağın tabeliyinin dəyişdirilməsinin məqsədi də X14 və İstismarı üzrə Birliyin X23 yaradılması olmuşdur. Belə olan halda üçüncü şəxslərə verilmiş plan-ölçülərdə göstərilən torpaq sahəsinin koordinatlarının iddiaçının istifadəsində olan sənaye torpaq sahəsinin koordinatları göstərilməklə cavabdeh tərəfindən yuxarıda istinad edilən normaların tələbləri, habelə iddiaçının istifadə hüquqları pozulmuşdur. Kollegiya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 4161a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X16 arasında xx.xx.1989-cu il tarixli, 26449 nömrəli müqavilənin, Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4162 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X17 arasında xx.xx.2001-ci il tarixli, 15152 nömrəli müqavilənin, Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4163 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X18 arasında xx.xx.2006-cı il tarixli, 12547 nömrəli müqavilə bağlanmasını nəzərə almaqla hesab edir ki, iddiaçılar qeyd edilən bağ sahələri ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlərə malik olduqları üçün üçüncü şəxslər X10, X11, X12 verimiş torpaq sahələrinin plan və ölçüləri “Nardaran X23 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X34 Yatağı”nın ərazisi üzrə deyil, ilkin hüquq müəyyənedici sənədlərə uyğun olaraq cavabdeh tərəfindən tərtib edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsünün təsvirinin 1-ci bəndinə əsasən bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir, 4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.1. Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı; 4.2. torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi; 4.3. torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat: 4.3.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı; 4.3.2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması); 4.4. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı); 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 4.8. torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla); 4.9. torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla); 4.10. torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat; 4.11. plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri; 4.12. plan və ölçünün tərtib edilməsi tarixi; 4.13. torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; 4.15. torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.16. şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 4.17. torpaq sahəsinin qonşu sərhədləri; 4.18. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı; 4.19. plan və ölçünün X26 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla); Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin əsas vəzifələrinə aid edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı “Nardaran X23 LTD” MMC-nin iddiası təmin edilərək cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə X10 verilmiş xx.xx.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X11 verimiş xx.xx.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X12 verimiş xx.xx.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə həmin məlumatların faktiki yerləşmə yeri və “Nardaran X23 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X34 Yatağı”nın ərazisi üzrə deyil, üçüncü şəxslərə verilmiş ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi qoyulmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar