Məhkəmə qərarları › İş №2-1(103)-2355/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2355/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2355/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə Müşviq oğlunun və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «dayandırılmış müavinətin bərpa edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1637/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin müavinətin bərpa olunmasından imtinasının qanunsuz hesab edilərək xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin verilməsinin davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədn xahiş etmişdir (İPM.m.34). İddianın əsaslarına görə iddiaçı xx.xx.2020-ci il tarixədək qüvvədə olan «Sosial müavinətlər haqqında» Qanunun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən üç və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə müavinət almış, lakin xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Səbəbinin müəyyənləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 11 aprel 2021-ci il tarixli cavab məktubu ilə imtina edrək billmirmişdir ki, o, fərdi sahibkar kimi aktiv VÖEN-i olmuş, eyni zamanda, sosial müavinət haqqında 29 noyabr 2019-cu il tarixdən Qanuna edilmiş dəyişikliyə əsasən üç və daha ççox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar» sözləri çıxarılmışdır. İddiaçı imtinanın qanunsz hesab edir ki, birincisi o, 19.102011-ci il tarixən fərdi sahibkar kimi qeydiyyata alınsa da xx.xx.2022-ci il tarixdən fəaliyyətini xx.xx.2032-ci il tarixə qədər dayandırmışdır, ikincisi, qeyd olunan sözlərin qanundan çıxarılması iddiaçının bundan əvvəl yaranmış müavinət hüququnu poza bilməz. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbuletməmiş, imtinasına uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1637/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının aktiv VÖENİ (**********) olduğu halda, «Sosial müavinətlər haqqında» Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona təyin olunan yaşa görə sosial müavinət adına aktiv VÖEN olması səbəbindən xx.xx.2021-ci il tarixədək davam etdirildiyi aşkar edilmiş, həmin səbəbdən qeyd olunan tarixədən müavinət ödənişi dayandırılmışdır. Bundan əlavə, həmin Qanunun 1.0.2-ci maddəsinə edilmiş dəyişikliyə görə xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyanat növü Qanunda nəzərədə tutulmamışdır. Odur ki, iddiaçıya sosial müavinətin ödənilməsi mümkün hesab edilmir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdirlər. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının işə əlavə olunmuş pensiya işinə dair materialların təsdiq olunmuş surətlərinə, habelə cavabdehin imtina məktubuna, iddia ərizəsinə etirazına və hazırkı apellyasiya şikaytinə əsasən aşağıdaklar müəyyən olunur: - cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçıya onun ərizəsi əsasında DSMF-nin 754 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək 130 manat məbləğində sosial müavinət təyin olunmuş; - lakin ona ödənilən həmin müavinət cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmış; -iddiaçı xx.xx.2022-ci il tarixdə müavinətin bərpa edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun həmin müraciətinə baxaraq “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəsinin təmin edilməsindən imtina etmiş və imtinanın əsası olaraq isə göstərmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək akti VÖEN-i olub. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə qeyd olunan əsasla müavinətin ödənilməsinin dayandırılması əsassızdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) 1.0.2-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən aşağıdakı şəxslər əmək qabiliyyəti olmayan şəxslər hesab edilmişdir: - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi, iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş şəxs kimi cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən Qanunun qeyd olunan normasının həmin vaxt qüvvədə olan redaksiyasına əsasən sosial müavinət təyin olunmuşdur. Belə olan halda, Qanunun sözügedən maddəsinə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə mişmiş dəyişikliklə - «3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş» sözlərinin həmin normadan çıxarılması, iddiaçının bundan əvvəl həmin əsasa görə müavinət almaq hüququ yarandığı halda, həm də həmin normaya sonradan edilən dəyişiklik hüquqi vəziyyətini ağırlaşdırması baxımından, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Odur ki, cavabdehin qanuna edilən həmin dəyişikliyə istinad olunan dəlilləri tamamilə əsassızdır. Digər tərəfdən, qeyd olunmalıdır ki, «Sosial müavinətlər haqqında» Qanunun 11.1-ci maddəsi nəzərdə tutur ki, müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ...; 11.2 yaşa görə müavinət –şəxs əmək fəaliyyətinə başladıqda; 11.1.3. müavinət – şəxs əmək pensiyası hüququ qazandıqda; Konkret halda, iddiaçıya ödənilən müavinətin dayandırılması üçün qanula müəyyən edilən halların baş verdiyi müəyyən olunmur. Belə ki, birincisi, yuxarıda qeyd olunanlardan göründüyü kimi, müavinət xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək təyin edilmiş, yəni müddət hələ bitməmişdir. İkincisi, onun xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i olmasının mübahisələndirilməsinə gəldikdə isə iddiaçının həmin dövrdə sahibkarlıq fəaliyyəti göstərdiyi və gəlir əldə etdiyi də sübuta yetirilmir. Belə ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusun Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********582700 saylı, 08 avqust 2022-ci il tarixli məktubla bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyətinin aktiv olduğu, xx.xx.2022-ci il tarixdən fəaliyyət dayandırma ərizəsi ilə müraciət edərək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üzrə vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmiş, qeyd olunan tarixə ödənilmiş vergi məbləği isə 4,50 manat təşkil etmişdir. Eyni zamanda, Bakı şəhəri X2 üzrə Baş İdarəsi iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli məktubunda da iddiaçının ərizəsi əsasında fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırıldığını və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdə olduğunu qeyd edərək bildirmişdir ki, uçot baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu demyə əsas verir ki, mübahisələndirilən dövrdə və bundan sonra iddiaçının aktiv sahibkarlıq fəaliyyəti mövcud olmamış, gəlir əldə etməmişdir. Belə olan halda, cavabdeh tərəfindən DSMF-nin xx.xx.2019-cu il tarixli qərarı əsasında iddiaçıya, onun ərizəsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək təyin olunmuş müavinətin xx.xx.2021-ci il tarixdən ödənişin dayandırılması qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir. Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verilməmiş və bununla bağlı cavabdehin heç bir əsaslandırması və dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə bağlı irəli sürdüyü dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1637/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1637/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar