Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2355/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-Ş-45402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda metallurgiya istehsalı bölməsində (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (6) fəhlələr yarımbəndi (a) təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 24/01/002 nömrəli arayışında xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə santexnik çilingər və energetik çilingər vəzifələrində, “X6” QSC-nin ona dair 24 yanvar 2023-cü il tarixli X-Y-2324 nömrəli arayışında isə xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə böyük çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışlarda istinad edilmiş yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 29 gün (xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusi ilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və sığorta stajına uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən başlayaraq güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Lənkəran şəhərində anadan olmuş, xx.xx.1980-ci ildə “Kommunizm Sovxozunda” işə qəbul olunmuş və xx.xx.1980-ci il tarixədək orada fəhlə kimi işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-xx.xx.1983-cü illərdə 86 saylı Peşə məktəbində oxumuş və eyni zamanda Azərelektroterm İB-də xüsusi konstruktor texnoloji bürosu və Bakı Elektrik Termik Avadanlığı zavodunda dəmir yonan peşəsində işləmişdir. xx.xx.1983-xx.xx.1991-ci illərdə "xxxx" İB xüsusi konstruktor texnoloji bürosu və Bakı Elektrik Termik Avadanlığı zavodunda fəhlə kimi işləmişdir. xx.xx.1992-ci ildə "xxxx" İB xüsusi konstruktor texnoloji bürosu və Bakı Elektrik Termik Avadanlığı zavodunun adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. xx.xx.2005-xx.xx.2006-cı ilədək həmin ASC-nin istehsalat sexində “fəhlə çilingər” vəzifəsində, xx.xx.2006-cı ildən isə “operator” vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Daha sonra xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" ASC-də "xxxx" vəzifəsində işləməyə başlamışdır. xx.xx.2008-ci ildə həmin ASC-dən öz xahişilə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə "xxxx" ASC-nin 4 saylı Mexaniki təmir sexində "xxxx" vəzifəsində işləməyə başlamışdır. xx.xx.2011-ci ildə həmin ASC-nin Baş energetik şöbəsinə “energetik çilingər” vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü ildə "xxxx" ASC-nin adı dəyişdirilərək “X6” QSC adlandırılmışdır. xx.xx.2014-cü ildə Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixində “X6” QSC-yə Baş energetik şöbəsinə “energetik çilingər 1” vəzifəsinə, xx.xx.2014-cü il tarixdə Energetiklər xidmətinə avadanlıqların təmiri üzrə “böyük çilingər” vəzifəsinə, xx.xx.2016-cı ildə Energetiklər xidmətinin maşınların operatoru vəzifəsinə təyin edilmiş və bu günə qədər orada fəaliyyətinə davam edir. Onun işlədiyi sahə zərərli peşələr kateqoriyasına aiddir və o, zərərli əmək şəraitində işləmişdir. Belə ki, onun ümumi əmək stajı 41 ildən, zərərli əmək stajı isə 13 ildən çoxdur.
6. Cavabdeh iddiaya qarşı yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad edərək İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az (6 il 6 ay 29 gün (xx.xx.2016-xx.xx.2022ci il tarixləri arasındakı dövr)) təşkil etməsini göstərmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8751/2023 nömrəli qərarı ilə İddiaçı Agaşirin oğlunun “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş və əmək pensiyasının təyin edilməsi öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. Hesab edilir ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-8751/2023 saylı qərarı cavabdehə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsıylə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmiş, qərardan 30 günlük apellyasiya şikayəti verilmə müddəti ötürülməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında metallurgiya istehsalatı bölməsində (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) fəhlələr yarımbəndi (a) təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx"ASC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 24/01/002 nömrəli arayışında xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə santexnik çilingər və energetik çilingər vəzifələrində, “X6” QSC-nin 24 yanvar 2023-cü il tarixli X-Y-2324 nömrəli arayışında isə xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə böyük çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi vəzifələr sözügedən arayışlarda istinad edilmiş yuxarıda qeyd olunan vəzifəyə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajt 12 il 6 aydan az (6 il 6 ay 29 gün (xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğur olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinın fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında metallurgiya istehsalatı bölməsində (3) polad və ferroarintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) fəhlələr yarımbəndi (a) təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkəmə işəgötürən tərəfindən təqdim edilən məktublara əsasən iddiaçının işlədiyi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin arayışlara əsasən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 12 il 0 ay 6 gün, ona pensiya təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixə 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış mövqeyə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından getməlidir. Beləliklə, məhkəmə qərarına görə İddiaçı xx.xx.2022-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan çox güzəştli iş stajının olması və ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Mərkəzi Filialın üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Buna görə də, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən də, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı uzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- Ş-45402/2023 nömrəli imtina məktubu əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Ona görə də İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı inzibati Məhkəməsinin 2-1 (112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri:
10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür)
14. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
15. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu:
16. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
17. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
18. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
19. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
20. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
3. Metallurgiya istehsalatı sahəsi 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması- a) fəhlələr: fasiləsiz pəstahtökən maşınların hidravlika və s. soyutma sistemləri maşınlarının operatorları və təmirçi çilingərlər vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
22. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
23. Bənd 5.2. 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu:
24. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
26. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
27. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
28. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
29. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
30. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
31. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
32. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
33. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
34. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
38. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
39. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
40. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
41. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri:
42. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Qanunverici aşağıdakı şərtlərin birlikdə mövcud olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkün hesab etmişdir: 60 yaşının tamam olması; azı 25 il sığorta stajının olması; 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;
48. Tədqiq olunan sübutlardan müəyyən edilir ki, göstərilən şərtlərdən hər biri iddiaçı tərəfindən ödənilir. Birinci şərt üzrə sübutlar:
49. İşdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İkinci şərt üzrə sübutlar:
50. İddiaçıya məxsus H3 № ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur.
51. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Kommunizim sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1980-ci ildə ordu sıralarına keçməsi ilə əlqədar fəhlə vəzifəsindən azad edilmiş, xx.xx.1982-xx.xx.1983-cü illərdə 86 nömrəli texniki peşə məktəbində frezləyici ixtisası üzrə təhsil almış, xx.xx.1983-cü il tarixdə Bakı Təcrübə Sınaq Zavodunun 2 saylı mexaniki sexinə 3-cü dərəcəli frezləyici peşəsinə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdə 5 saylı kənd təsərrüfatı malları istehsalı sahəsinə 2-ci dərəcəli mexaniki yığma üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə həmin sexdə yük vuran peşəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə istehsalat sexinə fəhlə-çilingər peşəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə istehsalat sexinə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəllərinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı xx.xx.2007-xx.xx.2008-ci illərdə "xxxx" ASC-də mexaniki operator vəzifəsində işləmiş, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin 4 saylı Mexaniki Təmir sexinə tex.çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə baş energetik şöbəsinə energetik çilingər keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə “X6” MMC-yə baş energetik şöbəsinə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə energetiklər xidmətinə soyutma sistemlərin maşınlarına operator keçirilmişdir və hazırda da həmin vəzifədə işləyir.
52. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 35 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, həqiqətən "xxxx" X2 Bakı Təcrübə Sınaq Zavodunda (indiki "xxxx" ASC-də) müxtəlif peşələrdə işləmişdir. xx.xx.1983-cü il tarixdə (əmr № 478/ok, 22.08.83) 2 saylı mexaniki sexə 3-cü dərəcəli frezləyici peşəsinə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdə (əmr №495/ok, 29.08.83) 5 saylı kənd təsərrüfatı malları istehsalı sahəsinə 2-ci dərəcəli mexaniki yığma üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə (əmr № 570/ok, 17.09.92) həmən sexdə yük vuran peşəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə (əmr № 19/k, 05.09.05) istehsalat sexinə fəhlə-çilingər peşəsinə keçirilmiş, xx.xx.2006-cı il trarixdə (əmr №21/k, 01.05.06) istehsalat sexinə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəllərinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr №05/k, 29.01.07). Üçüncü şərt üzrə sübutlar:
53. “X6” QSC-nin xx.xx.2023-cü il tarixli X-Y-2692 nömrəli məktubunda göstərilmişdir ki, “İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Baş energetik şöbəsində çilingər peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Energetiklər xidmətində avadanlıqların təmiri üzrə böyük çilingər peşəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən hal-hazıradək həmin xidmətdə soyutma sistemləri maşınlarının operatoru peşəsində əmək fəaliyyətini davam etdirir. İddiaçı çilingər və avadanlıqların təmiri üzrə böyük çilingər kimi Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində bütün növ enerjidaşıyıcıların boru kəmərlərində armaturların, cihazların və digər avadanlıqların quraşdırılması, təmirə ehtiyacı olan avadanlıqların vaxtında təmin edilməsi, ona təhkim olunmuş avadanlıq və mexanizmlərin texniki saz işləmələrini təmin etməklə məşğul olmuşdur. Qeyd edilən “çilingər” və “avadanlıqların təmiri üzrə böyük çilingər” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6 Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndinə “təmirçi çilingərlər” peşəsinə uyğundur. Energetiklər xidmətində soyutma sistemləri maşınlarının operatoru kimi İddiaçı nasosxana avadanlıqlarının və fasiləsiz pəstahtökən maşınının soyutma sisteminin qəzasız və fasiləsiz şəkildə işləməsini təmin etmək, avadanlıqlarda iş zamanı meydana çıxan texniki nöqsanları aradan qaldırmaq və s. işləri yerinə yetirir. Həmin peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndində “fasiləsiz pəstahtökən maşınların hidravlika və s. soyutma sistemləri maşınlarının operatorları” peşəsinə uyğundur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı iş fəaliyyəti Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində energetika avadanlıqlarına xidmət etməklə bağlı olmuşdur. “X6” QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük Poladəritmə Müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində Polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.”
54. “X3” ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “İddiaçı xx.xx.2010-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 4 saylı Mexaniki-təmir sexində santexnik çilingər peşəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Baş energetik şöbəsində energetik çilingər peşəsində işləmişdir. “X3” ASC (bundan əvvəl "xxxx" ASC) uzun illər fəaliyyət göstərən poladəritmə müəssisədir. Müəssisə poladdan kvadrat pəstah, val və bir çox çeşidli fiqurlu tökmələr istehsal etmək üzrə ixtisaslaşmışdır. İddiaçı Cəmiyyətin Poladəritmə sexində santexnik çilingər və energetik çilingər kimi isti və zərərli iş şəraitində mexaniki avadanlıqlara gedən su, kanalizasiya xətlərinin təmiri, bütün növ enerjidaşıyıcıların boru kəmərlərində armaturların, cihazların və digər avadanlıqların quraşıdırlması, sexdə təmirə ehtiyacı olan avadanlıqların vaxtında təmir edilməsi, ona təhkim edilmiş avadanlıq və mexanizmlərin texniki saz və qüsursuz işləmələrini təmin etməklə əmək fəaliyyətini davat etdirmişdir. Qeyd edilən "xxxx" və “energetik çilingər” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində “təmirçi çilingərlər” peşəsi ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı qeyd edilən peşələr üzrə əmək fəaliyyəti poladəritmə sexində isti və zərərli iş şəraitində polad istehsalı ilə əlaqədar sexdə olan avadanlıqlara xidmət etməklə bağlı olmuşdur. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif maaşları müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.
55. Göründüyü kimi iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 25 ildən artıq, 39 il 6 ay 4 gün, iddiaçının ona pensiya təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixə isə ümumilikdə 39 il 11 ay 29 gün ümumi iş stajı olmuş, işəgötürən tərəfindən təqdim edilən məktublara əsasən iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin arayışlara əsasən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 12 il 0 ay 6 gün, ona pensiya təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixə isə 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur.
56. İddiaçının güzəştli iş stajını qismən qəbul edən cavabdeh, onun xx.xx.2010xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində santexnik çilingər və energetik çilingər vəzifələrində, xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində böyük çilingər vəzifəsində işlədiyi dövrü mübahisələndirmiş, bu zaman həmin vəzifələrin iş yerindən verilən arayışda istinad edilən güzəştli pensiya hüququ verən vəzifələrlə eyni olmadığına, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vəzifə adı təmirçi çilingər olsa da, iddiaçının santexnik çilingər, energetik çilingər və böyük çilingər işləməsinə istinad edərkən iddiaçının işlədiyi vəzifələr üzrə yerinə yetirdiyi əmək funksiyasının Siyahıda nəzərdə tutulmuş vəzifələr üzrə əmək funksiyası ilə fərqli olmasına deyil, sadəcə vəzifə adlarının uyğun gəlməməsinə istinad etmişdir. Yəni cavabdeh peşə adlarının uyğunsuzluq təşkil etməsi əsası ilə iddiaçıya imtina cavabı vermiş, bu zaman həmin peşələrə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmişdir.
57. Məhkəmə kollegiyası cavabdehin bu imtinası ilə razılaşmayan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. İşəgötürən müəssisə (“X6” QSC) fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğundan onun tərəfindən verilən arayış mötəbər sənəd kimi qəbul edilməlidir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
58. Bundan başqa çilingər ümumi peşə adı olmaqla, şəxsin yerinə yetirdiyi əmək funksiyasından asılı olaraq fərqləndirilir. Məhz buna görədir ki, iddiaçının yerinə yetirdiyi işlərdən asılı olaraq onun vəzifəsi santexnik çilingər, energetik çilingər və avadanlıqların təmiri üzrə böyük çilingər adlandırılmışdır.
59. İşdə olan iddiaçı ilə bağlanmış əmək müqavilələrinə əlavələrdən də görünür ki, iddiaçı: 1.Energetik çilingər vəzifəsi üzrə aşağıdakı əmək funksiyalarını yerinə yetirmişdir: - FPTM-da və soba-çalovun su, qaz, hava və sair enerjidaşıyıcıları ilə lazımi təzyiqdə və miqdarda təmin olunmasını təşkil etmək; - FPTM-da və soba-çalovun bütün qaz, oksigen, azot, arqon və sair energetik avadanlıqların qoyulmuş istismar qaydalarına uyğun olaraq istismarına nəzarət və təmir etmək; - İşin əvvəlinə 15 dəqiqə qalmış işə gəlib jurnalda qeyd olunan təhvil-təslim yazıları ilə tanış olmaq və avadanlığın istismarına dair fikirləri nəzərə almaq; - Fərdi qorunma vasitələrinin sazlığını yoxlamaq və istifadə etmək; - Növbə ustası tərəfindən iş tapşırığını almaq və yerinə yetirmək; - Nasosxanalarda aşkar olunan nasazlıqları aradan qaldırmaq; - FPTM-da qaz-oksigen odluqlarının qoyulmuş rejimlərdə düzgün işləməsinə nəzarət etmək; - Soba-çalovun, transformatorun, reaktorun soyutma sisteminin temperaturasına nəzarət etmək və lazımı temperaturada saxlamasını təmin etmək; - Qəza su çəninin səviyyəsini yoxlamaq və lazımı səviyyədə olmasını təmin etmək; - FPTM idarəetmə otağında saxlanılan aqreqat jurnalında qeydlər aparmaq. - Növbənin sonunda iş yerini sahmana salmaq, cihaz və alətləri yığıb yerinə qoymaq; - İş yerini növbəyə gəlmiş energetikə təhvil vermək və aşkar ölünmüş nasazlıq, onu aradan qaldırmaq üçün tədbirlər haqqında məlumat vermək; - Texniki təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək; - Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
2. Energetika xidmətinin avadanlıqlarının təmiri üzrə böyük çilingər vəzifəsi üzrə aşağıdakı əmək funksiyalarını yerinə yetirmişdir: - Energetika xidməti sahəsində ona təhkim olunmuş avadanlıq və mexanizmlərin texniki saz və qüsursuz işləmələrini təmin etmək; - Növbə ərzində energetik avadanlıqlarının istismarı zamanı meydana çıxan nasazlıqları dərhal aradan qaldırmaq; - Növbə ərzində zavodun qaz, oksigen, su kəmərlərini yoxlamaq və sızmalar aşkar olunarsa operativ olaraq, aradan qaldırmaq üçün tədbirlər görmək; - Soyutma qurğularında və su hovuzlarında suyun səviyyəsini qoyulmuş texniki göstəricilər əsasında saxlamaqla suyun israfçılığına yol verməmək; - Növbə ərzində mərkəzi nasosxana və 2 №-li nasosxana operatorlarını nahar etmək üçün əvəz etmək; - İşlədiyi sahədə təmizliyə, sanitar qaydalara, təhlükəsizlik texnikası qaydalarına riayət etmək; - Növbə ərzində növbə ustası ilə əlaqədə olmaq və onun butun göstərişlərini yerinə yetirmək.
60. Göründüyü kimi, iddiaçı çilingər kimi, təmir işləri ilə məşğul olmuş, buna görə də əsaslı olaraq onun işlədiyi bu vəzifələr Siyahıda nəzərdə tutulan təmirçi çilingər vəzifəsinə aid edilmişdir.
61. Tədqiq olunan sübutlara məcmu halında qiymət verib Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2022-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər üç şərt (60 yaşın tamam olması; azı 25 il sığorta stajının olması; 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;) üzrə tələb olunan hədd tamamlandığından cavabdehin imtinası ilə yanaşı apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
61. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.