Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2356/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2434/2020 saylı 22 iyul 2020-ci il tarixli qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlu iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 52 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-ci ildə doğulmuş, 2 il hərbi xidmətdə olmuş və 12.03.1987-ci ildə “Azərkimya” Trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çılingər kimi əmək fəaliyyətinə başlamış və həmin vaxtdan 22 avqust 1991-ci ilədək bu müəssisədə işləmiş, 02.09.1991-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin Tikinti Təmir Quraşdırma sexinə quraşdırıcı çilingər işinə qəbul edilmiş və 01.04.1993-cü ildən köçürmə yolu ilə “Azərkimya” təmir trestinə qəbul edilmiş və bu müəssisədə çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. 01.11.1995-ci ildə “Etilen Polietilen” zavodunun 64 saylı izolyasiya və hidroizolyasiya sexinə kəsici vəzifəsinə işə qəbul edilmiş, 02.02.1998-ci ildə quraşdırıcı çılingər vəzifəsinə keçirilmiş, 19.01.2011-ci ildə “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər işinə qəbul edilmiş və həmin vaxtdan da bu müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı 01.01.2006-ci il tarixinə 20 ildən artıq ümumi iş stajının, bu stajın 15 ilə yaxın hissəsinin isə zərərli iş olduğuna istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 26 noyabr 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-ci il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a“ bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən olunmuş 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş 30 mart 1987-ci il tarixli İT-İ1189170 nömrəli əmək kitabçasında 23.03.1987-02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “Azərkimya Tresti” 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996 - 01.01.2006-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Etilen-Polietilen” zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcılar sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsində (10) nəzərdə tutulmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub 26.11.2019cu ildə tərtib edilmişdir. İddiaçı məhkəməyə 22.01.2020-ci il tarixdə (1 ay 26 gün sonra) iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini buraxmışdır. İddiaçının əmək kitabçasından göründüyü kimi, 23.03.1987-02.09.1991-ci il tarixlər arasındakı dövr ərzində “Azərkimya Tresti”nin 1 nömrəli Təmir-Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996-01.01.2006-ci illər arasındakı dövr ərzində işlədiyi Sumqayıt Etilen Polietilen zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcıları sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Qeyd edilən peşələr yuxarıda qeyd edilən qərarda nəzərdə tutulsaydı belə, iddiaçının təqdim etdiyi arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun həmin müəssisədə ancaq 02.01.1996-ci ildən 31.12.2005-ci ilədək işlədiyi peşəni güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edir və qeyd edilən peşələrdə iddiaçının işlədiyi müddət qanunvericilikdə nəzərdə tutulmuş 10 il müddətindən azdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2020 saylı 22 iyul 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı (25 oktyabr 2018-ci il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan görünür ki, imtina məktubu 26 noyabr 2019-cu ildə tərtib edilmişdir. İddiaçı isə hazırki iddianı məhkəməyə 22.01.2020-ci il tarixdə verməklə İdarənin vermiş olduğu imtina cavabından 1 ay 26 gün sonra müraciət etmişdir. İddiaçı İdarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gun iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əmək kitabçası öyrənilərkən müəyyən edilmişdir ki, 23.03.1987-02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya Tresti”nin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996-01.01.2006-cı illər arasındakı dövr ərzində işlədiyi Sumqayıt “Etilen-Politilen” zavodunda təmir tikinti quraşdırma istehsalatın quraşdırıcıları sexində kəsici, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələri, vəzifələri və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Qeyd edilən peşələr yuxarında adı çəkilən Qərarda nəzərdə tutulsaydı belə, iddiaçının təqdim etdiyi arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun həmin müəssisədə ancaq 02.01.1996-cı ildən 31.12.2005-cı ilədək işlədiyi peşəni güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edir və qeyd edilən peşələrdə iddiaçının işlədiyi müddət qanunvericilikdə nəzərdə tutulmuş 10 il müddətindən azdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-151/2021 saylı, 24 fevral tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2020 saylı 22.07 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1102/2021 saylı, 06.07.2021ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2- 1(103)-151/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Cavabdehin 26.11.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-ci il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a“ bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən olunmuş 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş 30 mart 1987-ci il tarixli ИТ-İ1189170 nömrəli əmək kitabçasında 23.03.1987-02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “Azərkimya Tresti” 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996 -01.01.2006-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Etilen-Polietilen” zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcılar sexində kəsici, quraşdırıcı çılingər peşələri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nəmrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsində (10) nəzərdə tutulmamışdır. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 220 №li, 27.11.2018cu il tarixli arxiv arayışına əsasən “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-nin 1987-1991, 1989- 1991-ci illərə aid “Zərərli sexlərdə işləyən işçilərin siyahısı ”kitablarında iddiaçının 2ci dərəcəli əlektro- montyor, 3-cü dərəcəli təmirçi çilingər işləməyi qeyd edilmişdir. “Azərkimya”İstehsalat Birliyinin “Etilen Polietilen ”zavodunun 21. 11.2018-ci il tarixli, 368 nömrəli arayışına əsasən iddiaçı 02.01.1996-ci il tarixdən 31.12.2005-ci il tarixinə kimi “Etilen- Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində kesici, quraşdırıcı çilingər peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. НЗ ******* nömrəli hərbi biletinə əsasən iddiaçı 10.12.1984-cı ildən 27.11.1986-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Məhkəmə kollegiyası tərəfindən 06 oktyabr 2021-ci il tarixdə iddiaçının işlədiyi peşələrin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə 1 №-li Siyahıda göstərilən «Kimya istehsalatı» sahəsində nəzərdə tutulmuş peşələrlə uyğunluğunu müəyyən etmək üçün, o cümlədən iddiaçının çalışdığı kəsici, quraşdırcı çilingər peşələrini məhz kimya istehsalatı sahəsində və hansı şəraitdə icra etməsini təsdiq edən zəruri qiymətləndirici məlumatların (güzəştli arayışın) əldə edilməsi məqsədi ilə “X1 Etilen- Polietilen zavodu”na sorğu göndərilmişdir. 19 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna əlavə edilmiş arayışdan görünür ki, İddiaçı kimya zavodunun əsas sexlərindən olan Piroliz, Piroqazın və suyun hazırlanması və Qazayırma sexlərində texnoloji avadanlıqların quraşdırılması ilə məşğul olan Quraşdırma sexində kəsici və quraşdırıcı çilingər (fəhlə) peşələrində çalışmışdır. İş materiallarında olan sənədlərdə müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1966-ci il təvəllüdlüdür, 25.10.2018-ci il tarixində onun 52 yaşı tamam olmuşdur, 01.01.2006-ci il tarixinə onun 20 il 8 ay 10 gün ümumi iş stajı olmuş, həmin müddətin 10 ildən çox hissəsini o, güzəştli əmək pensiyası hüququ verən kimya istehsalatında işləmişdir. “Əmək Pensiyaları haqqında” AR Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 01 avqust 1997-ci ilədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 20 il 08 ay 10 gün, 01.01.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1080A010) nəzərdə tutulan kimya istehsalatda iş stajı 10 ildən çox olduğundan iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia verilməsi üçün qanunla müəyyən edilmiş 30 gün müddətinin ötürülməsi barədə cavabdehin mülahizəsini əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunun 26 noyabr 2019-cu il tarixində tərtib edildiyini, lakin iddiaçının hazırkı iddia ərizəsinin 22 yanvar 2020-ci il tarixində müddət buraxmaqla məhkəməyə verildiyini göstərsə də, cavabdehin məktubunun iddiaçı tərəfindən alındığına dair sübutu təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, müddətin axımı məktubun tərtib edildiyi tarixdən deyil, onun iddiaçıya təqdim edildiyi tarixdən başlanır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, X1 Etilen-Polietilen zavodu tərəfindən verilmiş arayışda qeyd edilən iddiaçının işlədiyi Piroliz, Piroqazın və suyun hazırlanması və Qazayırma sexlərində texnoloji avadanlıqların quraşdırılması ilə məşğul olan Quraşdırma sexində kəsici və quraşdırıcı çilingər (fəhlə) peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 8-ci - Kimya İstehsalatı bölməsində (kod1080A010) öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2434/2020 saylı 22 iyul 2020-ci iltarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2356/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2356/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver