Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2356/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2024 saylı 15 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısı üzrə xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya aid pensiya təyinatı alt sistemi məlumatlarından görünür ki, İddiaçı pensiyası xx.xx.2003-cü il tarixə 5569,71 manat, xx.xx.2023-cü il tarixə 6388,45 manat (keçmiş dövr 104,09 manat), xx.xx.2023-cü il tarixə 843.88 manat, xx.xx.2023-cü il tarixə cari ödəmə 759.49 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi hər ay 84.39 manat pul tutulmuş, xx.xx.2023-cü il tarixdən etibarən cari pensiya ödəməsi 843,88 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininta beliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarxli 3-17- 1/3-3-4984/2023 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə təyin olunmuş pensiya məbləği 5569 manat 71 qəpik, yenidən hesablanmış pensiya məbləği 847 manat 31 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: 37.3.1. (inventar) 52 yaşa çəkildi 39.1 maddəsinə əsasən məhdudlaşdırma. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarxli 3-17- 1/3-3-5505/2023 nömrəli qərarına əsasən isə İddiaçı xx.xx.2011-ci il tarixdə təyin olunmuş pensiya məbləği 6388 manat 45 qəpik, yenidən hesablanmış pensiya məbləği 843 manat 88 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: 0-dan hesablanma (artıqvermə) 39.1. İddiaçıya aid pensiya təyinatı alt sistemi məlumatlarından görünür ki, İddiaçı pensiyası xx.xx.2003-cü il tarixə 5569,71 manat, xx.xx.2023-cü il tarixə 6388,45 manat (keçmiş dövr 104,09 manat), xx.xx.2023-cü il tarixə 843.88 manat, xx.xx.2023-cü il tarixə cari ödəmə 759.49 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi hər ay 84.39 manat pul tutulmuş, xx.xx.2023-cü il tarixdən etibarən cari pensiya ödəməsi 843,88 manat təşkil etmişdir. Qeyd olunan halın aydınlaşdırılması məqsədilə iddiaçı cavabdeh quruma müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-73355/2023 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Yəni, 1 avqust 1997-ci il tarixinədək güzəştli və ümumi stajı toplamayan şəxslərə həmin tarixdəki mövcud olmuş yaş həddi ilə deyil, ümumi və güzəştli iş stajını tamamladıqda sözügedən dəyişikliyə uyğun yaş həddinə çatdıqda (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamam olduğu xx.xx.2011-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq əmək pensiyası aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 28 il 3 ay 2 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 33,36 manat (28,26 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 54,64 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 31596,48 manat sığorta kapitalına uyğun 219,42 (31596,48:144) manat sığorta hissəsi və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 359,06 (54,64+219,42+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2013-cü il tarixinədək indeksləşdirilməklə 383,96 manat). Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2013-cü il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 2069,48 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (2069,48 :133 ay (144 ay-11 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz tarixədək işlədiyiniz ayların sayı))=15,56 manat) yenidən hesablanaraq 383,96 manatdan 399,52 manata artırılıb. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla 174842,41 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaitinin cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 84,39 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. Əlavə olaraq bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 735,72 manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən etibarən 843,88 manat təşkil edir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı pensiyasının yenidən hesablanaraq azaldılmasına yönələn hərəkətləri, o cümlədən 06 aprel 2023-cü il tarixli 3-17-1/2-A-73355/2023 nömrəli məktubunun qanunsuz hesab edilməsi, iddiaçının 1 yanvar 2023-cü il tarixədək olan pensiyasının (6 492,54) manat bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və cavabdehin iddiaçının pensiyasından tutulma aparılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, bu barədə tədbirlərin dayandırılması və tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-4984/23 nömrəli xx.xx.2023-cü il tarixli və 3- 17-1/3-3-5505/23 nömrəli xx.xx.2023-cü il tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının pensiyasından tutulmuş (xx.xx.2023 tarixdən 2023-cü ilin oktyabrına kimi hər ay üzrə 84.39 manat) məbləğin iddiaçıya qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 xx.xx.2009-cu il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlə əmək pensiyası təyin edilmişdir. Bir müddət əvvəl cavabdeh qurum tərəfindən heç bir əsas olmadan iddiaçıya təyin edilmiş pensiyaya dair birtərəfli qaydada araşdırma başlanmış və pensiya məbləği xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq 6492,54 manatdan 843,88 manata azaldılmışdır. Qeyd olunan halın aydınlaşdırılması məqsədilə iddiaçı tərəfindən cavabdeh quruma bir neçə dəfə müraciət edildikdən sonra Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 06 aprel 2023-ü il tarixli 3-17- 1/2-A-73355/2023 nömrəli məktubu ilə pensiya məbləğinin kəskin şəkildə azaldılmasını əsaslandırmağa cəhd etmişdir. Məktubda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının 52 yaşında, yəni xx.xx.2011-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşı tamam olduğu - xx.xx.2009-cü il tarixdən etibarən təyin edildiyi bildirilmişdir. Cavabdeh qurumun mövqeyinə əsasən əmək pensiyası xx.xx.2011-ci il tarixdə təyin edilsə idi, həmin tarixdə pensiya hesablanması qaydası fərqli olacaqdı. Cavabdeh qurumun bu yanaşması və pensiya məbləğinin kəskin azaldılmasına dair arqumentləri qanunsuz və əsassızdır. Belə ki, iddiaçının pensiyasının birtərəfli qaydada, hər hansı inzibati icraat prosedurlarına əməl edilmədən yenidən hesablanıb, kəskin azaldılması inzibati icraat haqqında qanunvericiliyin çox ciddi pozuntusu və iddiaçının mülkiyyət hüquqlarına kobud müdaxilədir. Cavabdeh təşkilat həmçinin inzibati icraatın gedişatı və nəticələri barədə iddiaçını məlumatlandırmamış, onun konstitusion hüquqlarına saymazyana münasibət göstərərək nəticə etibarilə iddiaçının hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanlarını tam aradan qaldırmış, iddiaçı onun konstitusion sosial təminat hüququna bilavasitə təsir edən bu inzibati araşdırma ilə bağlı məsələlərə heç bir hüquqi reaksiya verə bilməmişdir. İkincisi, iddiaçı artıq 14 ildir pensiya alır. Ona pensiya cavabdeh qurum tərəfindən təyin olunub. Pensiya məbləği qanunla müəyyən edilmiş qaydada mütəmadi olaraq indeksləşdirilib və müvafiq həddə çatdırılıb. Nə pensiya təyin olunarkən, nə müvafiq indeksləşdirmələr aparılarkən təyinatın əsassız, yaxud qanunazidd olması ilə bağlı heç bir hal aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, 1997ci ilin 1 avqust tarixinə kimi güzəştli şərtlərlə əmək pensiyası əldə etmək üçün yaş həddi 50 yaş olmuş, 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılmışdır. Cavabdeh qurumun mövqeyi bundan ibarət olmuşdur ki, iddiaçı 01 avqust 1997-ci il tarixinə kimi tələb olunan güzəştli və ümumi iş stajını toplamamışdır, buna görə də ona 50 yaşında pensiya təyin edilə bilməzdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X11” TRESTİ “Bayıl Limanı” X12 İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli 29-03/200 saylı güzəştli arayışa (“Arayış”) əsasən iddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1997-ci il tarixinə kimi dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verən işlərdə çalışmışdır. Bu fakt həmçinin İddiaçının əmək kitabçası ilə də öz təsdiqini tapır. Arayışa əsasən müvafiq dövr ərzində iddiaçının güzəştli iş stajı 14 il 09 ay 05 gün olmuşdur. Qanunun tələbinə əsasən hesablanmalı olan güzəştli iş stajı 01 avqust 1997-ci il tarixinə qədər olan dövrü əhatə etməli olduğundan həmin tarixə kimi güzəştli iş stajı 14 il 07 ay 12 gün olmuşdur. Ümumi iş stajına gəldikdə isə Arayışa əsasən iddiaçı xx.xx.1980ci il tarixindən xx.xx.1997-ci il tarixinə kimi fasiləsiz olaraq işləmişdir. Yeganə istisna hal xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinə kimi olan 14 günlük dövr olmuşdur. Qanunun tələbinə əsasən hesablanmalı olan ümumi iş stajı da 01 avqust 1997-ci il tarixinə qədərki dövrü əhatə etməli olduğundan həmin tarixə qədər dəniz neftçisi kimi ümumi iş stajı 16 il 07 ay 21 gün olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensjya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Yəni 1 avqust 1997-ci il tarixinədək güzəştli və ümumi stajı toplamayan şəxslərə həmin tarixdəki mövcud olmuş yaş həddi ilə deyil, ümumi və güzəştli iş stajını tamamladıqda sözügedən dəyişikliyə uyğun yaş həddinə çatdıqda (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işininə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 28 il 3 ay 2 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,36 manat (28,26 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 54,64 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 31596,48 manat sığorta kapitalına uyğun 219,42 (31596,48:144) manat sığorta hissəsi və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 359,06 (54,64+219,42+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2013-cü il tarixinədək indeksləşdirilməklə 383,96 manat). Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2013-cü il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 2069,48 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (2069,48 : 133 ay (144 ay-11 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=15,56 manat) yenidən hesablanaraq 383,96 manatdan 399,52 manata artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 174842,41 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaitinin cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 84,39 manat) onun əmək pensiyansından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 735,72 manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən etibarən 843,88 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2024 saylı 15 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması haqqında 3-17-1/3-3-4984/23 nömrəli xx.xx.2023-cü il tarixli və 3-17-1/3-3-5505/23 nömrəli xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi və İddiaçı pensiyasından xx.xx.2023 tarixdən etibarən xx.xx.2023-cü il tarixi daxil olmaqla hər ay 84.39 manat olmaqla cari pensiyadan tutulmuş pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, pensiyanın təyini üçün hər üç şərt xx.xx.1997-ci ilədək ödənilməli idi, bu düzgün olmayan, qanunazidd təfsirə əsaslanan yanaşmadır. Belə ki, burada söhbət “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinin “yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilik” ifadəsinin necə başa düşülməsindən gedir. İddia ərizəsinə əlavə olunmuş Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında açıq şəkildə qeyd olunmuşdur ki, “....9.8-ci maddənin məzmunundan göründüyü kimi, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır.” Göründüyü kimi, Ali Məhkəmə qanunun müvafiq maddəsini təfsir edərkən “stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş staj və yaşın nəzərə alınalı olduğunu bildirib. İddiaçının stajını tam topladığı vaxtda qüvvədə olan qanunun tələbi 50 yaş olub. Belə olan halda onun barəsində qanunun sonradan dəyişdirilmiş (eyni zamanda onun hüquqi vəziyyətini ağırlaşdırmış) olan mətninin (52 yaş tələbinin) tətbiq edilməsi həm qanunsuz, həm də ədalətsizdir. Beləliklə, “yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilik” sözləri formal olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu deyil, dəqiq olaraq həmin qanunun stajın tam toplandığı vaxtdakı mətnini nəzərdə tutur. Bu yanaşma kassasiya instansiyası məhkəməsinin də dəfələrlə təkrarlanmış mövqeyidir. Qanunun aliliyinin, ədalətliliyin və məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması baxımından bu mövqenin hazırkı işə də şamil olunması vacibdir. Ali Məhkəmənin həmin qərarında həmçinin vurğulanmışdır ki, bu mövqe kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında da dəfələrlə təsbit olunub. İkincisi, cavabdeh inzibati orqanın hüquqi mövqeyi tutarsızdır. Cavabdeh 14 il ərzində qanunu iddiaçının xeyrinə, eləcə də düzgün formada tətbiq edib. Müəyyən hüquqi praktika və iddiaçıda möhkəm etimad yaradıb. İddiaçı bu etimada güvənərək pensiyanın ona verdiyi maddi imkanlardan istifadə edib və gələcəyə yönələn planlar qurub. İnzibati orqanın 14 il ərzindəki hüquq tətbiqetməsinin qanunsuz olmasına dair müvafiq qanunvericilikdə heç bir qəti müddəa yoxdur. Burada bütün hüquq tətbiqetmə qanunun təfsirinə bağlıdır. Yalnız təfsirə əsaslanaraq inzibati orqanın praktikasının dəyişdirilməsi və iddiaçının hüquqi vəziyyətinin dəfələlərlə ağırlaşdırılması yolverilməzdir. Mübahisə həll olunarkən iddiaçının aldığı pensiyanın mahiyyəti xüsusən nəzərə alınmalıdır. Güzəştli şərtlərlə təyin olunan pensiyanın əsas xarakterik cəhəti yaş yox, stajdır. İddiaçı ona görə güzəştli şərtlərlə pensiya alır ki, həyat və sağlamlıq üçün təhlükəli olsa da belə, müvafiq işdə işləməyə razılaşır və əsas məqsədi qanunla müəyyən edilən müddəti başa vuraraq nisbətən yaxşı şərtləri olan pensiya məbləğini almaq olur. Müvafiq işdə işləyərkən iddiaçı bilirdi ki, xx.xx.1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajı toplayarsa, 50 yaşa çatdıqda güzəştli pensiya ala biləcək. Sırf bu şərtlər müqabilində o, olduqca ağır əmək şəraitində işləyib. Qanunun təsbit etdiyi və cavabdeh inzibati orqanının qəbul etdiyi mövqeyə görə pensiyaya çıxıb və uzun müddət həmin pensiyanı alıb. Üçüncüsü cavabdeh apellyasiya şikayətində vurğulayır ki, “İnzibati icraat haqqında” qanunun 67.6 və 67.6.3-cü maddələrinə uyğun olaraq maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimad hüququna istinad edə bilməz. Bu müddəanın iddiaçıya heç bir aidiyyəti yoxdur. Birincisi, bu praktika qanunsuz deyil, yuxarıda da qeyd olunduğu kimi qanunun necə şərh olunmağı ilə bağlı olan məsələdir. Digər tərəfdən inzibati orqanın iddiaçıya pensiya təyini barədə qərarı qanunsuz olsaydı belə iddiaçı onu bilmirdi, bilə bilməzdi, bununla bağlı heç bir kobud ehtiyatsızlığa yol verməmişdir. Əksinə, iddiaçının pensiyaya çıxması bütün qanuni prosedurlarına uyğun həyata keçirilmiş, pensiyanın ödənildiyi 14 il ərzində onun qanuniliyinə inamı daha da dərinləşmiş, praktikaya olan etimad möhkəmlənmişdir. Belə olan halda iddiaçıda inzibati aktın qanunsuzluğu qənaətinin yaranması üçün heç bir əsas olmamışdır. Eləcə də cavabdehin vicdanlılıq prinsipinə istinad etməsi əsaslı deyil. Mövcud faktlar onu göstərir ki, iddiaçı ötən müddətdə vicdanlı davranmış, hazırda onun pensiyasının qanunu birtərəfli şərh etməklə 10 dəfəyə yaxın azaldılması həmin prinsipin tələblərinə uyğun gəlmir. Apellyasiya şikayətində inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş prosedurların pozuntusuna haqq qazandıran mülahizələrin (məsələn “maraqlı şəxslərin məlumatlandırılması operativliyi pozur, ictimai və dövlət maraqları üçün təcili tənzimləmə imkanlarını aradan qaldırır”) də heç bir hüquqi və faktiki əsası yoxdur. İctimai və ya dövlət marağı adı altında sosial təminat hüquqlarının kütləvi pozulması, vətəndaşların dolanışıq imkanlarının məhdudlaşdırılması özlüyündə absurddur. Bu cür ictimai və ya dövlət marağı ola bilməz. Cavabdeh fəaliyyətində operativliyi, təcili tənzimləməni təmin etmək istəyirsə, işin təşkili qaydalarını təkmilləşdirməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehin iddiaçının narazılığını doğuran hərəkətləri əslində onun hüquqtətbiqetmə fəaliyyəti ilə bağlı deyil, vətəndaşlara verilən pensiyaların azaldılmasına yönələn pensiya siyasəti ilə bağlı məsələdir. Burada söhbət qanunun obyektiv, hamı üçün bərabər olan tətbiqindən yox, subyektiv mülahizələrə görə pensiyaların azaldılmasına yönələn tətbiqindən gedir. Belə ki, son illər ərzində cavabdehin bu cür qanunsuz praktikası çoxalmış, hazırda daha da genişlənərək kütləvi narazılıq doğurmaqdadır. Bu haqlı pensiya alan minlərlə şəxsin, o cümlədən ölkəmizin müstəqilliyinin qorunması və rifahının yaxşılaşmasında, hazırkı sosial-iqtisadi inkişafa nail olunmasında müstəsna əməyi olan neftçilərin pensiyalarının dəfələrlə azalmasına, nəticə etibarilə böyük kütləvi narazılığın yaranmasına səbəb ola bilər. Hesab edirik ki, məhkəmə məsələyə həm də bu prizmadan baxmalı, qanunun tətbiqi qaydasının subyektiv mülahizələrə görə dəyişdirilə bilməyəcəyini diqqətdə saxlamalıdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən mülahizələri nəzərə almış, iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdeh inzibati orqanın 3-17-1/3-3-4984/23 nömrəli xx.xx.2023-cü il tarixli və 3-17-1/3-3-5505/23 nömrəli xx.xx.2023-cü il tarixli qərarlarını mübahisələndirir. Həmin qərarlar işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarları ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının sonuncu dəfə aylıq əmək pensiyası 6492,54 manatdan 843,88 manata endirilmişdir. Cavabdeh inzibati oqran qərarlarını onunla əsaslandırır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. İddiaçı ona xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən hesablanmış əmək pensiyasının 50 yaşdan 52 yaşa çəkilməsi ilə bağlı cavabdeh qurumun qəbul etdiyi hər ikixx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları mübahisələndirmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlar bundan öncə qəbul edilmiş xx.xx.2009-cu il tarixli “əlverişli qanuni inzibati akt” qüvvədə olduğu halda qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmi Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Hazırki işdən görünür ki, cavabdeh qurum tərəfindən iddiaçı barəsində xx.xx.2009cu il tarixdən orta aylıq əmək haqqına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra onun pensiyaya çıxmaq hüququ 50 yaşdan 52 yaşa keçirilərkən bu barədə incibati icraat faktiki olaraq aparılmamış, yəni inzibati icraat təzələnməsi qanunla müəyyən edilmiş tələblərə riayət edilməklə aparılmamış, həmin inzibati icraata iddiaçı özü maraqlı şəxs qismində cəlb olunmamış, dinlənilməmiş və nəticədə barsində əlverişsiz qanunsuz inzibati akt qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər qazanmış olsun. xx.xx.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq olaraq iddiaçıya əvvəllər 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı düzgün aparılmış və bu zaman qüvvədə olan qanunvericiliyin hər hansı tələbinin pozulması halına yol verilməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırki işdən göründüyü kimi, cavabdeh qurum iddiaçının xeyrinə olan qanuni əlverişli inzibati aktın qəbul edildiyi vaxtdan 14 il sonra həmin qərarın hüquqi nəticəsini aradan qaldıran- pensiya yaşının 50 yaşdan 52 yaşa çəkilməsi, bununla da orta aylıq əmək haqqına istinadən pensiya hesablanması qaydasının dəyişdirilməsinə nail olan pensiyanın yenidən hesablanması barədə qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 52 yaşa çəkməsi və əvvəlki illər üzrə artıqvermə məbləğinin müəyyən edilməsi barədə xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli qərarları qanunsuz, əliverişsiz inzibati aktlardır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda da qeyd edildiyi kimi, qanunsuz əliverişsiz inzibati aktlar hər bir halda ləğv edilməli və onların hüquqi nəticələri aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına və pensiyanın hesablanma qaydasına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, bu barədə məhkəmədə iddia qaldırmamış, əksinə xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixi daxil olmaqla hər ay 84.39 manat artıqvermə adı ilə pensiya tutulması kimi faktiki hərəkətlərə yol vermişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın qərarı qanuna, pensiya qanunvericiliyi üzrə müvafiq maddi hüquq normalarına zidd olmaqla qəbul edilmiş sayılır və həmin qərar həm də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olur. Hazırkı iş üzrə qeyd edilən pensiyanın yenidən hesablanması və nəticədə artıqvermə məbləğinin müəyyən edilməsi ilə bağlı cavabdehin qərarı qanunsuz əliverişsiz inzibati akt olaraq ləğv edilməklə yanaşı, eyni zamanda belə bir inzibati aktın icrası ilə əlaqədar tutulmuş vəsaitlərin qaytarılması məsələsi də həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin pensiyanın tutulması ilə bağlı faktiki xarakterli hərəkətləri “Əmək pensiyaları haqqında” Qanunun 39cu maddəsinin tələblərinin, inzibati icraat haqqında hüquq normalarının, maddi hüquq normalarının pozulması ilə baş verdiyindən tutulmuş vəsaitin iddiaçıya qaytarılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır, buna görə də həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1146/2024 saylı 15 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2024 saylı 15 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2356/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2356/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver