Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2359/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1387/2024 saylı, 16 fevral 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə ona 2014-cü ilin noyabr ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası X3sının üzvü vəzifəsində işləyərkən həmin dövrdə aldığı mükafat və təmsilçilik xərcləri nəzərə alınmaqla əmək pensiyasına əlavələrin yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ilin iyun ayından 2006-cı ilin fevral ayınadək dövr ərzində Azərbaycan Respublikası X3sının üzvü olmuşdur. 2014-cü ilin yanvar ayından yaşa görə təqaüdə çıxmışdır. Azərbaycan Respublikası X3sının üzvü vəzifəsində işləyərkən həmin dövrdə aldığı əmək haqqı nəzərə alınmışdır, mükafat və təmsilçilik xərcləri nəzərə alınmamışdır. 2019-cu ildə pensiyası yenidən hesablanmış, Azərbaycan Respublikası X3sının üzvü vəzifəsində işləyərkən həmin dövrdə aldığı əmək haqqı, mükafat və təmsilçilik xərcləri nəzərə alınmışdır. Lakin 2014-cü ilin noyabr ayından 2019-cu ilin oktyabr ayınadək aldığı mükafat və təmsilçilik xərcləri ona məlum olmayan səbəblərdən nəzərə alınmamışdır. Ona həmin dövrlər üçün aldığı mükafat və təmsilçilik xərclərinin nəzərə alınaraq pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə verilmiş 11 may 2023-cü il tarixli 3-17-1/2-7-104393/2023 saylı cavabla imtina edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının həmin cavabı qanunsuz və əsassızdır. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25 yanvar 2014-cü il tarixdən 01 sentyabr 2019-cu il tarixədək əmək haqqındakı mükafat və pul təminatının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-104393/2023 nömrəli məktubla onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İcraat materiallarına əlavə edilən xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının X3sının arayışına əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X3sının üzvü olmuşdur. İddiaçı Fondun Binəqədi rayon şöbəsi tərəfindən 25 yanvar 2014-cü il tarixdən Azərbaycan Respublikası X3sının sabiq üzvü kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.3-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası X3sının və Naxçıvan Muxtar Respublikası X3sının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası X3sının və Naxçıvan Muxtar Respublikası X3sının üzvləri-qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qanunun 20.6-cı maddəsinə əsasən bu Qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası X3sının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası X3sının fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, “X3 üzvlərinin vəzifə maaşlarının artırılmasına” dair Azəbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1266 nömrəli Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə İddiaçı işlədiyi vəzifə üzrə vəzifə maaşı 1920,00 manat, səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə - 480,00 manat və mükafatlara görə əlavə 200 manat olmaqla, İddiaçı orta aylıq əmək haqqı 2600,00 manat təşkil etmişdir. Bununla əlaqədar, onun əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən orta aylıq əmək haqqısının (2600,00 manat) 80 faizi - 2080,00 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay İddiaçı 2074,57 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 59,73 manat əskik pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 59,73 manat fərq məbləği cari ilin avqust ayında onun pensiyasının (2080,00 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Qanunun 32.1-1-ci madddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ərizəsində qeyd etdiyi dövr cavabdeh inzibati orqana sözügedən məsələ ilə daxil olmuş müraciətindən geriyə qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Buna görə də onun əmək pensiyasının göstərilən səbəbdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1387/2024 saylı, 16 fevral 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmiş və İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə, X3sında işləyərkən aldığı əmək haqqı tərkibindəki mükafat və pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1387/2024 saylı, 16 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə hesab etmişdir ki, 30 noyabr 2018-ci il tarixdə yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı pensiyasının yenidən hesablanması olduğundan və iddiaçının tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar olduğundan bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına uyğun olaraq). Lakin isin hallarından da göründüyü kimi İddiaçı X3sının üzvü kimi yasa görə əmək pensiyasının hesablanması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə tənzimlənə bilməz. Çünki bu Qərar qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyalarının ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilməsi hallarını tənzimləyir. Qanunun 22- 1.1-ci maddəsi isə məlum olduğu kimi avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyasının təyin edilməsi hallarını tənzimləyən bir normadır. İddiaçı müraciəti ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(112)-1387/2024 nömrəli qərarında, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2388/2023 saylı inzibati iş üzrə qəbul etdiyi qərarındakı mövqeyə də istinad etmişdir. Lakin həmin qərarda qeyd olunmuşdur ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Qanunun 32.1-2-ci maddəsi avtomatlaşdırılmış qaydada pensiya təyinatı zamanı əvvəlki dövr üzrə fərq məbləğinin hesablanmasını tənzimləyir. Aydındır ki, avtomatlaşdırılmış qaydada pensiya təyinatı zamanı hər hansı müraciətdən söhbət gedə bilməz. Həmin maddə 32.1-1-ci maddədən fərqli olaraq, ümumiyyətlə, fərq məbləğinin hesablanmasında məhdudiyyətin tətbiqini nəzərdə tutmur. “2019-cu il yanvarın 1-dən tez olmamaqla” ifadəsi o mənada başa düşülməməlidir ki, sanki şəxsin müvafiq hesablanmaya hüququ var və ya belə hesablanma nəzəri cəhətdən mümkündür, lakin qanunla buna məhdudiyyət tətbiq olunur. Sadəcə avtomatlaşdırılmış qaydada pensiya təyinatını nəzərdə tutan 22-1.1-ci maddə Qanuna xx.xx.2019-cu il tarixində əlavə edilib. Bununla əlaqədar olaraq, Qanuna 32.1-2-ci maddə də əlavə olunub ki, avtomatlaşdırılmış qaydada pensiya təyin olunmuş şəxslərə keçmiş dövr üzrə fərq məbləği hesablanarkən pensiya hüququnun “yaradıldığı” tarixdən əvvəlki dövr üzrə də fərq ödənilməsi halları baş verməsin. Yəni həmin normanın məqsədi odur ki, avtomatlaşdırılmış pensiya təyinatı zamanı xx.xx.2006-cı il tarixinədək 25 il sosial sığorta stajı “hədiyyə” olunan şəxslərə münasibətdə əsassız yenidən hesablanma halları yaşanmasın. İş materiallarından da göründüyü kimi iddiaçı 25 yanvar 2014-cü il tarixdən Azərbaycan Respublikası X3sının sabiq üzvü kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə o, xx.xx.2020-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən pensiya məbləği 2074 manat 57 qəpik, yenidən hesablanmış pensiya məbləği isə 2080 manat müəyyən edilmişdir. Həmin tarixdən sonra isə Mərkəzi Fililala yenidən 2023-cü il tarixdə pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmiş, lakin onun pensiyasının yenidən hesablanmasından imtina edildiyi bildirilmişdir. Daha sonra cavabdeh inzibati orqan apellyasiya şikayətinə əlavə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı inzibati orqana müraciət edərkən yalnız “mükafat və təmsilçilik xərclərin 2019-cu ilin oktyabr ayına qədər nəzərə alınaraq pensiyasının yenidən hesablanması” xahiş etmişdir. Hazırki iddia tələbi ilə inzibati orqana müraciət ərizəsi eynilik təşkil etmir. Bu da mümkünlük şərtlərindən “qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması” şərtinin pozulmasına dəlalət edir. İddiaçı cavabdeh inzibati orqana müraciətləri ilə əlaqədar onun pensiya məbləği xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlar ilə yenidən hesablanmışdır. Eyni zamanda, İddiaçı müraciətləri ilə əlaqədar imtina məktubları ünvanlanmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən məsələni araşdırmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsassız olduğundan “xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində X3sında işləyərkən aldığı əməkhaqqı tərkibindəki mükafat və pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” barədə İddiaçı iddia tələbi “mükafat” hissəsində təmin olunmamalı, “pul təminatı hissəsində isə mümkün sayılmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti “əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı – “25 yanvar 2014-cü il tarixdən 01 sentyabr 2019-cu il tarixədək əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 148994/2023 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Binəqədi şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli, 628 nömrəli Qərarı ilə İddiaçı X3sının üzvü kimi yaşa görə xx.xx.2014-cü il tarixdən ömürlük 1160 manat pensiya təyin edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi şöbəsinə ərizə ünvanlayaraq təqdim etdiyi əmək haqqı arayışı əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. X3sı İddiaçı ünvanladığı 25 sentyabr 2018-ci il tarixli, 10/20-885 nömrəli Arayışda qeyd etmişdir ki, o, 2002-ci ilin iyul ayının 1- dən 2006-cı ilin fevral ayının 7-nə kimi X3sının üzvü olmuşdur və ona işlədiyi son iki il ərzində hesablanmış əməkhaqqı aşağıdakı kimi təşkil etmişdir: 03/2004 –xx.xx.2004-cü il tarixədək əmək haqqı 400,00 manat, təmsilçilik xərci mükafat, pul təminatı-0.00, manat 09/2004 – 01.2006-cı il tarixədək əməkhaqqı 640 manat, təmsilçilik xərci 160 manat, 03.2005-ci ildə mükafat 640.00 manat, 04.2005-ci ildə pul təminatı 160.00 manat, 02.2006-cı ildə əmək haqqı 128.0 manat, təmsilçilik xərci 32.0 manat, mükafat və pul təminatı 0.00 manat Cəmi: 13408 manat əməkhaqqı, 2752 manat təmsilçilik xərci, 640 manat mükafat, 160 manat pul təminatı, cəmi 16960 manat təşkil etmişdir. - X3sının xx.xx.2014-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 2002-ci ilin iyul ayından 2006-cı ilin fevral ayına kimi X3sının üzvü olmuşdur. Hazırda MSK-da komissiya üzvlərinin aylıq vəzifə maaşı 1450,0 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən pensiya məbləği 2074 manat 57 qəpik, yenidən hesablanmış pensiya məbləği isə 2080 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- Ə-1043901 nömrəli məktubunda bildirilmişdir ki, “pensiya işinizə aid sənədlərdə X6 rayon şöbəsi tərəfindən 25 yanvar 2014-cü il tarixindən Azərbaycan Respublikası X3sının sabiq üzvü kimi yaşa görə əmək pensiyası təyin edilib, həmçinin Sizə ödənilmiş mükafatların və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin müraciətinizdə göstərdiyiniz dövr üzrə əmək pensiyanızın hesablandığı zamanı nəzərə alındığı qeyd edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-cı və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, ərizənizdə qeyd etdiyiniz dövr Mərkəzi Filiala sözügedən məsələ ilə daxil olmuş müraciətinizdən geriyə qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Buna görə də əmək pensiyanızın müraciətinizdə göstərilən səbəbdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə “əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində razılaşır. İlk növbədə qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1387/2024 saylı, 16 fevral 2024-cü il tarixli qərarı qismən - “25 yanvar 2014-cü il tarixdən 01 sentyabr 2019-cu il tarixədək əmək haqqındakı pul təminatının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamışdır. Belə olan halda hazırkı apellyasiya icraatının predmetini iddia tələbinin birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilmiş – “25 yanvar 2014-cü il tarixdən 01 sentyabr 2019-cu il tarixədək əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” hissəsində yoxlanılması təşkil edir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı ilədək X3sının üzvü olmuş, ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi şöbəsinin xx.xx.2014-cü il tarixli, 628 nömrəli qərarı ilə 25 yanvar 2014-cü il tarixindən Mərkəzi Seçki Komitəsinin üzvü kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işindən görünür ki, iddiaçıya ilkin olaraq MSK üzvü kimi işlədiyi son iki il-24 ayı ərzində aldığı əmək haqqına əsasən əmək pensiyası hesablanmış, bu zaman 2014-cü ildə vəzifə maaşı 1160 manat, səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə 25% olmaqla 290 manat (1160x25%) əlavə, cəmi 1450 manat əmək haqqının 80%-i həddində 1160 manat məbləğində, 2018-ci ildə vəzifə maaşı 1280 manat, səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə 25% olmaqla, 320 manat əlavə, cəmi 1600 manat əmək haqqının 80%-i həddində 1280 manat pensiya hesablanmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, bu zaman X3 üzvlərinin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1266 nömrəli Sərəncamına əsasən xx.xx.2019-cu il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1920 manat, səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə vəzifə maaaşının 25% miqdarında əlavə 480 manat, mükafatlara görə əlavə 125 % (1 aylıq vəzifə maaşında 100%+pul təminatı qrafasında qeyd edilmiş 25%, cəmi 125% olaraq) cəmi 200 manat, əlavə ilə birlikdə cəmi orta aylıq əmək haqqının- 2600 manatın 80% həddində 2080 manat məbləğində pensiya hesablanmışdır. 2022-ci ildə iddiaçının pensiyası 10% maddi yardım əlavə edilməklə 2288 manat, 2023-cü il üzrə illik indeksasiya faizi 14.71% olmaqla 2624.34 manata çatdırılmışdır. Göründüyü kimi iddiaçıya ilkin olaraq 2014-2018-ci il ərzində pensiya hesablanmasında əmək haqqının tərkibində yalnız vəzifə maaşı və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə əlavə nəzərə alınmaqla pensiya hesablanmış, xx.xx.2020-ci il tarixli yenidən hesablama barədə qərarı ilə 2019-cu ildən etibarən pensiya hesablanması üçün əsas götürülən əmək haqqının tərkibində onun vəzifə maaşı və təmsilçilik xərcindən əlavə 100% məbləğində aldığı mükafat və 25% pul təminatı nəzərə alınmaqla hesablanmışdır. Lakin pensiya işindən görünür ki, iddiaçı hələ xx.xx.2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Binəqədi şöbəsinə ərizə ünvanlayaraq MSK-dan əldə etdiyi əmək haqqı arayışı əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmiş, bu zaman ərizə ilə birgə X3sının İddiaçı ünvanladığı 25 sentyabr 2018-ci il tarixli, 10/20-885 nömrəli əmək haqqı barədə arayışını təqdim etmiş, həmin arayışda iddiaçının işlədiyi son iki il ərzində hesablanmış əməkhaqqının tərkibi göstərilmiş və əmək haqqının tərkibində həm də iddiaçının 100% mükafat və 25% pul təminatı da nəzərdə tutulmuşdur. Məhkəmə icraatı zamanı MSK-nın təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-11/2- 422/2023 nömrəli əmək haqqı arayışı xx.xx.2018-ci il tarixli arayışla eyni tərkib və məzmunda olmuşdur. Hazırkı halda cavabdeh iddiaçıya ünvanladığı cavab məktublarında, eləcə də iddiaya dair yazılı etirazında ƏPQ-nun 32.1-1 və 37.7-ci maddələrinə əsaslanaraq 2014- 2018-ci il tarixli dövr ərzində əmək haqqı tərkibində nəzərdə tutulan mükafat nəzərə alınmaqla yenidən hesablanmasını aparmır və buna əsas kimi ona istinad edir ki, qeyd edilən dövrün yenidən hesablanması qanunla müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. “Əmək pensiyalatı haqqında” Qanunun: -1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; -20.1.3-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası X3sının və Naxçıvan Muxtar Respublikası X3sının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası X3sının və Naxçıvan Muxtar Respublikası X3sının üzvlərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.6-cı maddəsinə əsasən bu Qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası X3sının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası X3sının fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1- 1ci maddəsinə uyğun ödənilir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki: “...Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1- 1-ci maddəsinə uyğun ödənilir”. “Əmək pensiyalatı haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Cavabdehin mükafat nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2014-xx.xx.2019-cu il tarixədək olan müddət üçün pensiyasında nəzərə alınmayan mükafat nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və pensiya fərqi məbləğinin cavabdeh tərəfindən ona ödənilməsidir. Göründüyü kimi iddiaçının tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir. Belə olan halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı 26 sentyabr 2018-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019cu il tarixindən əvvəl cavabdehə müraciət etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd edilən hallar bu qərarın əsaslandırma hissəsində göstərilən əsaslarla təkzib olunur və qərarın ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və hazırda araşdırılan hissədə düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar - “25 yanvar 2014-cü il tarixdən 01 sentyabr 2019-cu il tarixədək əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti “əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1387/2024 saylı, 16 fevral 2024-cü il tarixli qərarı -“25 yanvar 2014-cü il tarixdən 01 sentyabr 2019-cu il tarixədək əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2359/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2359/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver