Məhkəmə qərarları › İş №2-1(103)-236/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-236/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-236/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı11 və İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 vəkili Vəkil1, 3-cü şəxsin nümayəndəsi Vəkil2Tofiq oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hüseyn oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxx” MTK) qarşı “qəsdən yaradılmış maneələrin aradan qaldırılması və hasarın sökülməsi və yolun açılması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2290/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hüseyn oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxx” MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəsdən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, 240 ailə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141 məhəllədə inşa edilmiş 35A, 35B və 35E ünvanda yerləşən binalarda 2005-ci ildən yaşadıqları ünvanda Cavabdeh tərəfindən bağlanmış yolun ucbatından iflic vəziyyətə düşüblər. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141 məhəllənin baş planında yuxarıda göstərilən binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsi lahiyəsində giriş-çıxış yolunun binalara məxsus olması öz əksini bilavasitə tapmışdır. Lakin binalar tikilib təhvil verildikdən sonra, habelə Cavabdeh inzibati binasının tikintisi başa çatdıqdan sonra həmin giriş-çıxış yolu hasar çəkilərək bağlanılmışdır. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də bu hasarın sökülməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərmişdir. Lakin heç bir tədbir görülməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2290/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 126 nömrəli Sərəncamı ilə Mətbuat prospektindəki 3144 saylı məhəllədə 0,368 ha torpaq sahəsi inzibati binanın tikintisinin layihələndirilməsi üçün Cavabdeh daimi istifadəsinə verilmişdir. Daimi istifadə hüququ reyestrdə qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 18/04-109 nömrəli məktubu ilə razılaşdırılmış baş plandan aydın görünür ki, 4 saylı tikili yüksəkmərtəbəli yaşayış binası kimi nəzərdə tutulmamışdır. Yaşayış binasında İcra Hakimiyyətinin inzibati binasına qonşu olan, kompleksin ilkin layihəsində nəzərdə tutulmamış, sonradan inşa edilmiş 1 girişli yüksəkmərtəbəli yaşayış binası İcra Hakimiyyətinə ayrılmış torpaq sahəsinin bilavasitə sərhəddində inşa edilməklə şimal fasadında olan eyvanlar əraziyə keçərək inzibati binaya qədər gəlib çatmışdır. Arada qalan və İcra Hakimiyyətinə məxsus eni 1,2-1,5 metr olan torpaq zolağı yaşayış kompleksi tərəfindən zəbt edilmiş və piyadaların məhəlləyə giriş-çıxışı üçün istifadə olunur. Həmin ərazidə tikinti zamanı İcra Hakimiyyətinin inzibati binasından ara məsafə saxlamaqla nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək mümkün idi, yaxud ara məsafə saxlanılmadığı təqdirdə binanın altından belə bir keçid nəzərdə tutulmalı idi. Əlavə olaraq hasarın arxasında ağaclar mövcuddur və İcra Hakimiyyətinə məxsus həmin ərazidən heç zaman yaşayış evlərinə gediş-gəliş yolu olmamışdır. Yolun bağlanması ilə bağlı Yasamal RİH-nə qarşı iddialar əsassızdır. Yaşayış kompleksi layihələndirilərkən yanğın təhlükəsizliyi və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq ayrılmış ərazidən qonşu torpaqlara deyil, birbaşa Mətbuat prospektinə giriş-çıxış nəzərdə tutulmalı idi və qeyd edilən giriş-çıxış yolu mövcuddur. Eyni zamanda iddiaçılar tərəfindən tələb edilən yol qonşu ərazidə yerləşən yanacaqdoldurma məntəqəsi ilə Yasamal RİN-nin mülkiyyətində və istifadəsindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı11 və iddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, bina 2005-ci ildən tikilməyə başlanıb. Binanın 2ci çıxışı olan tərəfdə qeyri-qanuni dayanacaq kimi düzəldiblər. x xxxx 2019-cu ildə sonuncu bina istifadəyə verildi. 3 layihə var. Dəyişikliklər yardımçı tikililər ilə bağlıdır. İnzibati bina verilən ərazidən artıqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər iddiaçılara və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən digər iddiaçıların və cavabdehin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binaların sakinləri və həmin binalardakı mənzillərin mülkiyyətçiləridir. İddiaçılar həmin yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş çıxış yolunun cavabdeh tərəfindən mişar daşı ilə hörülərək bağlandığını iddia edərək giriş-çıxış yolunun açılmasını cavabdehdən xahiş etmiş, lakin cavabdeh müraciətlərini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx/xx-05768 nömrəli,xx.xx.2019-ci il tarixli məktubuna əsasən məhkəməyə bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu mişar daşlarından hörülərək bağlanmış və bununla da xüsusi təyinatlı avtomobilərin hərəkəti məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsinin digər sorğusuna cavabdeh olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx/xx-06840 nömrəli, xx.xx.2019-ci il tarixli məktubuna əsasən məhkəməyə bildirilmişdir ki, yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanması və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmışdır. Binaların həyətyanı sahəsində giriş-çıxışı məhdudlaşdıran hasarın sökülməsi ilə bağlı Cavabdehnə xx xxxxxx 2019-cu il tarixli, xx/xx-06835 saylı məktub göndərilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan xx.xx.2019-cu il tarixli 17/xx-xx/01403 saylı məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu öz əksini bilavasitə tapmışdır. Lakin binalar tikilib sakinlərin ixtiyarına verildikdən, habelə həmin əraziyə bitişik torpaqda sonradan Cavabdeh inzibati binasının inşası başa çatdıqdan sonra rayonun əvvəlki başçısının göstərişi əsasında giriş-çıxış yolu hasar çəkilərək bağlanmışdır. Kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və hadisələrin nəticələrinə dair məsuliyyət Cavabdeh üzərinə düşür. Yuxarıda qeyd edilənlər məhkəmə kollegiyası tərəfindən belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasında hasar inşa etmiş, baş plan üzrə nəzərdə tutulmuş girişçıxış yolunu mişar daşı ilə hörərək bağlamış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətini məhdudlaşdırmışdır. Nəticədə iddiaçıların öz mülkiyyətlərində olan yaşayış mənzillərində dinc və salamat yaşamasını təhlükə altına qoymuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ, İİ, İİİ və İV hissələrinə, “İnsan hüquqlarınn və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 157.4, 157.8, 170.2-ci, “İnzibati icraat haqqında” qanunun 2.0.6, 15.1, 15.2, 19.1 və 24.2-ci maddələrinə istinad edərək iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası əsaslı olmamış, işə baxan birinci instansiya məhkəməsi də iddiaçıların tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2290/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2290/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar