Məhkəmə qərarları › İş №2-1(103)-236/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-236/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-236/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (üçüncü şəxs Maliyyə Nazirliyi) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2487/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilmiş ünvan 1 ünvanında ona məxsus 200.0 kv.m ərazidə yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evinə görə: - 58000 manat birdəfəlik yardım, hər ay üçün 350,0 manat olmaqla, 3 aylıq 1050,0 manat kirayə haqqı və 500 manat daşıma xərcləri olmaqla, 59550,0 manat vəsait və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6.0 hektar torpaq sahəsindən 300 kvadrat metr torpaq sahəsi nəzərə alınaraq, ödəniləcək vəsaitə 247.200,0 manat əlavə edilməsi və dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “İki azyaşlı övladı və iki nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi evin yerləşdiyi ərazidə sürüşmə prosesləri getdiyindən evi qəzalı vəziyyətə düşmüşdür. Bakı şəhəri Suraxanı RİH-nin başçısının birinci müavini Rəşad Hacıyev tərəfindən ona ünvanlanan xx.xx.2020-ci il tarixli məktubla onun bu müraciəti təmin edilməmişdir. Bundan başqa məktubda ona ümumilikdə 59500 manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin ayrıldığının nəzərdə tutulduğu qeyd edilmiş, lakin ayrılmış vəsaitin məbləğinin və torpaq sahəsinin ölçüsünün nəyə əsasən hesablanıldığı, ona münasibətdə 59500 manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin ayrıldığının hansı aktda nəzərdə tutulduğu, ayrılan torpaq sahəsinin kordinatları, planı barədə heç nə qeyd edilməmişdir. Bakı şəhər İcra Hakimiyəti başçısının 115 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, "Zığ-1" sürüşmə sahəsində qəzalı kimi müəyyən edilmiş evlərin köçürülməsi üçün Bakı şəhəri Suraxanı RİH-nə maddi yardım ayrılmış, sərəncamın icra olunması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında komissiya yaradılmış, köçürmə prosesi sözü gedən komissiya tərəfindən həyata keçirilir. xx.xx.2020-ci il tarixli məktubla Bakı şəhəri Suraxanı RİH-nə müraciət edərək yaşadığı qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə əlaqədar olaraq RX seriyalı ******* nömrəli çıxarışıa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 184,8 kvadrat metr daşınmaz əmlakın hər kvadrat metrinə görə 1500 manat olmaqla 276600 manat, 200 kv.m torpaq sahəsinin hər kvadrat metrinə görə 200 manat olmaqla 40 000 manat maddi yardım, hər ay üçün 350 olmaqla 3 aylıq 1050 manat kirayə haqqı və 500 daşıma xərcləri olmaqla, ümumilikdə 318150 manat vəsaitin ona ödənilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Suraxanı RİH-nin xx.xx.2020-ci il tarixli, B-130 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli müraciətə baxılmış, ünvan 1 ünvanda ona məxsus 200,0 kv.m ərazidə yerləşən ikimərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58000 manat birdəfəlik yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq 1050 manat kirayə haqqı və 500 manat daşıma xərcləri olmaqla ümumilikdə 59550 manat vəsaitin və Zığ Bələdiyəsinin mülkiyyətinə verilmiş 6.0 ha torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin ona ayrıldığı nəzərdə tutulmuşdur. Suraxanı RİH tərəfindən təklif edilən maddi yardım və torpaq sahəsi ədalətli olmamaqla yanaşı, həmçinin dövlət tərəfindən köçürülmələr zamanı tətbiq edilən qiymətlərlə uyğun gəlmir. Buna görə də bu ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir...” Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmi şdir. Etiraz aşaığdakılarla əsaslandırılmışdır: RİH-nin cavab məktubu ilə hazırki İddiaçı Zığ qəsəbəsində yerləşən və FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və yolverilməz olan 56 fərdi yaşayış evinin sakinlərinin (o cümlədən İddiaçı) RİH-nə və digər dövlət orqanlarına ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alınaraq həmin sakinlərin (həmçinin İddiaçı) təhlükəsizliyini təmin etmək məqsədi ilə lazımi köməkliyin göstərilməsi üçün RİH tərəfindən yuxarı instansiyalara müraciətlər olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə birmərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43000 manat, ikimərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58000 manat birdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla, 3 aylıq cəmi 1050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri üçün Suraxanı Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmışdır. Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 43 E ünvanda İddiaçı məxsus 200,0 kv.m. torpaq sahəsində yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evi ilə bağlı 58000 manat birdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla, 3 aylıq cəmi 1050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri olmaqla ümumilikdə 59500 manat vəsait və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300,0 (üç yüz) kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı ayrılması barədə ona bildirilmiş, həmçinin yuxarıda qeyd edilən sərəncamın icrası üçün vaxtın məhdudluğunu nəzərə alaraq İddiaçı təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq vəsaitin ödənilməsinə dair ailə üzvlərinin razılıq ərizələrinin, bank hesabının RİH-nə təqdim edilməsi və göstərilən sənədlərin təqdim olunmamasının təklifdən imtina etməsi kimi qiymətləndiriləcəyini, bu səbəbdən təhlükəsizliyi ilə bağlı məsuliyyətin ona aid olacağı diqqətinə çatdırılmışdır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2487/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: Məhkəmənin maddi yardımın məbləğinin Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi nəticəsinə gəlməsi tamamilə əsassızdır. Belə ki, təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən ödənilən maddi yardımın məbləğinin müəyyən edilməsi qaydaları haqqında sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2019cu il tarixli, 3/1436-07 məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın 2-ci hissəsinə əsasən zərər çəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsi məqsədilə həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, bələdiyyələrin nümayəndələrindən ibarət komissiya yaradılır və komissiya həmin dəymiş ziyanın dərəcəsini müəyyənləşdirir. Ədliyyə Nazirliyinin cavabında daha sonra qeyd edilmişdir ki, yuxarıda qeyd edilən Qaydanın 3-cü hissəsinə əsasən müvafiq sənədələr Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına təqdim olunduqdan sonra məlumatlar komissiya tərəfindən araşdırılır və Nazirlər Kabinetinə təqdimat verilir. Nazirlər Kabineti fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə dəymiş ziyanın ödənilməsi barədə sərəncam qəbul edir. Sərəncamda ziyanın ödənilməsi qaydası, vaxtı, yeri, habelə bu işləri həyata keçirəcək icraçı təşkilatlar göstərilir. Qaydanın qeyd edilən bəndinə məhkəmə öz qərarında istinad etmişdir. Nazirlər Kabineti ona verilmiş təqdimata əsasən dəymiş ziyanın ödənilməsi barədə sərəncam qəbul edir. Yəni dəymiş zərərin məbləğini Nazirlər Kabineti müəyyən etmir, həmin məbləğ Fövqəladə Hallar üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilərək həmin məbləğin ödənilməsi barədə təqdimat verir. Məhkəmə işinin materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətləri də təsdiq edir ki, hazırda təklif edilən maddi yardımın məbləği və torpaq sahəsinin ölçüsü məhz cavabdeh tərəfindən müəyyən edilərək yuxarı dövlət orqanlarına müraciət edilmişdir. Bu faktı bariz sübut edən Suraxanı İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 203 nömrəli məktubudur. Həmin məktubdan başqa heç bir sənəddə birmərtəbəli fərdi yaşayış evinin sakilərinin hər birinə 43000 (qırx üç min) manat, ikimərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58000 (əlli səkkiz min) manat məbləği qeyd edilməmişdir. Məhkəmə qeyd edilən məbləğin cavabdeh tərəfindən deyil, Nazirlər Kabineti tərəfindən müəyyən edildiyini təsdiq edən heç bir sənədə istinad etməmişdir. Qaydanın 3.1-ci bəndinə əsasən dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilir. Cavabdeh isə qeyd edilən normanın tələblərini ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə qeyd edilən normativ akta istinad etsə də, nəyə görə dəymiş ziyanın məbləğinin bazar qiymətinə uyğun hesablanmadığı barədə qərarında əsaslandırma verməmişdir. Halbuki, məhkəmə öz təşəbbüsü ilə qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi qərara alınmışdır. "xxxx" MMC-nin rəyindən görünür ki, fərdi yaşayış evinin qəzadan əvvəlki vəziyyətdə bazar dəyəri 110000 manat təşkil etmişdir. Bundan başqa, yenə məhkəmə öz təşəbbüsü ilə təklif edilən torpaq sahəsinin orta bazar qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu vermiş, xx.xx.2021-ci il tarixli, 01/21-531 №-li məktubdan görünür ki, Zığ Bələdiyyəsinin mülkiyyətində olan, Bakı şəhəri, ƏmircanHövsan avtomobil yolunun 5-ci kilometrliyini sağ tərəfindən yerləşən 6,0 ha əraziyə daxil olan torpaq sahələrinin xx.xx.2021-ci il tarixinə bir sotunun minimum bazar dəyəri 1200 manat, orta bazar dəyəri 1800 manat, maksimum bazar dəyəri 2400 manat təşkil edir. Məhkəmə qərarında rəyə və məktuba münasibət bildirməmişdir. Suraxanı RİH-nin məktubundan aydın olur ki, heç bir komissiya yaradılmamış, maddi yardımın məbləği bazar qiymətinə əsasən hesablanmamış, maddi yardım hesablanarkən evləri sahələri nəzərə alınmamışdır. Təklif edilən torpaq sahəsinin müəyyən edilməsi hissəsinə məhkəmə ümumiyyətlə toxunmamışdır. Təklif edilən torpaq sahəsinin 300 kv.m olması kim tərəfindən, hansı normativ aktlara əsasən və hansı qaydada müəyyən edildiyi məlum deyil. İş materiallarında olan heç bir normativ aktda və ya sərəncamda təklif ediləcək torpaq sahəsinin ölçüsü nəzərdə tutulmamışdır. Ona məxsus fərdi yaşayış evi məhz torpaq sürüşməsi ilə əlaqədar qəzalı vəziyyətə düşmüşdür. Belə olan halda, onun da fərdi yaşayış evindən köçürülməyi ilə əlaqədar verilən maddi yardım evin kvadrat metrinə görə hesablanmalı və ödənilməlidir, yəni eyni mühüm faktiki hallara malik olan işlər üzrə eyni yanaşma olmalıdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən konstitusion hüququ olan bərabərlik hüququ pozularaq qanunsuzluğa yol verilmişdir. “ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə - Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2- 1(112)-2487/2021 saylı qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı xeyrinə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilmiş ünvan 1 ünvanında ona məxsus 200.0 kv.m ərazidə yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58000 manat birdəfəlik yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq 1050 manat kirayə haqqı və 500 manat daşıma xərcləri olmaqla 59550manat vəsait və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6.0 hektar torpaq sahəsindən 300 kv.m torpaq sahəsi üçün müəyyən edilmiş orta bazar dəyəri nəzərə alınaraq (3 st x1800=5400 manat) (110.000-59.550- 5400=45050), ödəniləcək vəsaitə 45050 manat əlavə edilməklə dövlət büdcəsi hesabına cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən tutulsun. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1162/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Cavabdeh hazırkı mərhələsində məhkəməyə xx.xx.2023-cü il tarixli yazılı müraciət ünvanlayaraq, mübahisənin məhkəmədən kənar həll olunduğunu və iddiaçıya ümumilikdə 59550 manat pul vəsaiti ödənildyini bildirərək, iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil1 iddiaçının məcburiyyət daxilində cavabdehlə müqavilə bağlayraq, həmin pul vəsaitini qəbul etdiyini bildirərək, apellyasiya şikayətini müdafiə etmiş və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi E.Zahirli notarial qayda bağlanmış müqavilə əsasında iddiaçı ona məxsus fərdi yaşyış evindən Suraxanı Rayon İcra Hakimiyyətinin xeyrinə imtina etdiyini və bu barədə özü və həyat yoldaşı tərəfindən notarial qaydada ərizə verildiyini qeyd edərək, iddiaçının apellyasiya şikayətini müdafiə etməsinin konkret halda, əsassız olduğunu bildirmişdir. İİ. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 874s nömrəli 20 dekabr 2018-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi, Zığ-1 sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərində yaşayan ailələrin köçürülməsi məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə vəsait ayrılması barədə” sərəncamı ilə aşağıdakı göstərişlər verilmişdir (işə əlavə olunur):

1. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 40000 (qırx min) manat, 15 ədəd ikimərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 55 000 (əlli beş min) manat olmaqla birdəfəlik maddi yardım verilməsi üçün 2 585 000,0 (iki milyon beş yüz səksən beş min) manat, həmçinin bank xərci üçün 15 510 (on beş min beş yüz on) manat olmaqla, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin X4 rayon İcra Hakimiyytinə cəmi, 2 600 510,0 (iki milyon altı yüz min beş yüz on) manat məbləğində vəsait ayrılsın.

2. Zərərçəkmiş 59 ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,0 (beş yüz) manat olmaqla, 29500,0 (iyirmi doqquz min beş yüz) manat, 3 aylıq kirayə haqqının ödənilməsiməqsədi ilə hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 61950,0(altmış bir min doqquz yüz əlli) manat, həmin fərdi yaşayış evlərinin sökülməsinə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılması üçün 200 000,0 (iki yüz min) manat olmaqla, Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanın 1.14.3.2-ci yarımbəndində nəzərədə tutulan vəsaitdən Suraxanı Rayon İcra Hakimiyyətinə 291 450,0 (ikiyüz doxsan bir min dörd yüz əlli) manat məbləğində vəsaitin ayrılması təmin edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində göstərilən vəsaitlərin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. 4.Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılsın...” Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43000 manat, iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58000 manat birdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq cəmi 1050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri üçün Suraxanı Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmışdır. Konkret halda, işin hazırkı mərhələsində müəyyən olunan hallarından göründüyü kimi, iddiaçının tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlər aradan qalxmışdır. Belə ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş yazılı müraciətinə və ona əlavə olunmuş sənədlərə, habelə, nümayəndəsinin hazırkı məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən olunur ki, 13 avqust 2022-ci il tarixdə İddiaçı ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyəti arasında 10 saylı Notariat Ofisində müqavilə bağlanmış və həmin müqaviləyə əsasən tərəflər aşağıdakı razılığa gəlmişlər: (-) 4.1-ci tərəf (iddiaçı) 2-ci tərəfdən (cavabdehdən) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə ayrılmış vəsaitdən yaşadığı fərdi yaşayış evi üçün 58000 manat birdəfəlik maddi yardım, həmçinin 3 aylı kirayə haqqı üçün 1050 (min əlli) manat və əşyaların daşınması üçün 500)beş yüz) manat olmaqla, cəmi 59550 (əlli doqquz min beş yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım almaqla yaşayış sahəsindən 2-ci tərəfin xeyrinə imtina edir.

5. 2-ci tərəf (cavabdeh bu müqavilənin 4-cü bəndində göstərilən məbləği 3 iş günü müddətində 1-ci tərəfin (iddiaçının)verilən "xxxx" ASC-də açılmış hesabına ödəməyi öhdəsinə götürür, “1-ci tərəf”(iddiaçı) bununla razılaşdı.

6. Notarius müqaviləni təsdiqlədikdən sonra “1-ci tərəf”(iddiaçı) fərdi yaşayış evinə və torpaq sahəsinə aid sənədləri “ikinci tərəfə”(cavabdeh) verməyə borcludur.” Məhkəməyə həmin müqavilə ilə birlikdə təqdim olunmuş 1-ci tərəfin (iddiaçının) və onun həmin evdə qeydiyyatda olan ailə üzvü (h/yoldaşı) X1 Notaiat Ofisində təsdiq olunmuş ərizələrindən görünür ki, onlar birdəfəlik yardımın bank hesabına ödənilməsinə razılaşmış və iddiaçı təminat vermişdir ki, torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən bütün tikililərlə bağlı hər hansı tələb irəli sürməyəcəyinə təminat verir və hüququndan imtina edir, vəsait ödənildikdən sonra 3 gün ərzində oranı boşaldacaq.” Eyni zamanda, müqavilə ilə birlikdə məhkəməyə təqdim olunmuş, “birdəfəlik yardım ödənilmiş şəxslərin siyahısı”ndan görünür ki iddiaçıının "xxxx" ASC-də açılmış hesabına cəmi, 59.550,00 manat vəsait köçürümüş və bu köçürmə bankn əməliyyətçısı tərəfindən 16 avqust 2022-ci il tarixli ştamp qeydi ilə təsdiq olunmuşdur. İddiaçının hazırkı məhkəmə iclasında iştirak edən vəkili Vəkil1 həmin məbləğin iddiaçı tərəfindən qəbul edildiyini təsdiq etmiş, lakin hər bir halda, məcburiyyət daxilində onun cavabdehlə müqavilə bağlayaraq, həmin pul vəsaitini aldığını bildirərək apellyasiya şikayətini müdafiə etmiş və iddiaçının tələbi tam şəkildə təmin olunmasını xahiş etmişdir. Halbuki, o, cavabdehlə bağlamış olduğu müqavilə və birtərəfli əqdlə (ərizəsi) ilə ona təklif olunan birdəfəlik yardımı artıq almış, mülkiyyətində olan evi və onun yerləşdiyi torpaq sahəsini təhvil verərək həmin əmlakından cavabdehin xeyrinə imtina etmişdir. Göründüyü kimi, müqavilənin qüvvədə olması iddiaçının hazırkı tələbinin tam təmin olunmasını istisna edir. Azərbaycan Respublikasının 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Beləliklə də cavabdeh orqan qanunvericiliklə üzərinə düşən öhdəliyi çərçivəsində iddiaçı ilə müqavilə bağlayaraq birdəfəlik yardımı ona ödədiyi halda, sonuncu həmin yardımın müqabilində, müqavilə ilə üzərinə düşən götürdüyü öhdəliyini yerinə yetirərək mülkiyyətində olan evi və torpaq sahəsini iddiaçıya təhvil verməyə və oranı boşaltağa borcludur. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin tam təmin olunmasını tələb etməkdə israrlı olması tamamilə əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin, iddianın rədd olunması barədə qərarı, işin hazırkı mərhələdə müəyyən edilən hallarına və qanunvericiliyin qeyd olunan tələblərinə uyğun gəldiyi nəzərə alınmaqla, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiaysı, iddiaçının apellyasiya şikayətinin məhkəmənin birdəfəlik maddi yardım məbləğinin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəticəsinə gəlməsinin əsassız olduğunu və onun bərabərlik hüququnun pozularaq qanunsuzluğa yol verildiyini mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2487/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2487/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar