Məhkəmə qərarları › İş №2-1(103)-236/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-236/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-236/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X12, X10, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X5 qanuni nümayəndəsi (anası) X3 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X6, X18, X19 və X11) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3925/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Firmasına ünvan 1ndə mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (1 saylı Forma) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublkası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublkası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 oktyabr 2023 tarixli **********04 saylı məktubu ilə ünvan 1ndə mülkiyyətdə olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (Forma 1) verilməsi ilə bağlı iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 369 nömrəli və xx.xx.2006-cı il tarixli, 133 nömrəli şəhadətnamələr) Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsinə əsasən ləğv olunduğundan ərizə icra oluna bilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, imtina məktubu əsassız olduğundan ləğv edilməli, ünvan 1ndə mülkiyyətdə olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (1 saylı Forma) verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh təşkilat cavab məktubunda Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsinə istinad etmişdir. Lakin sözügedən qətnamə ilə mülkiyyətində olan əmlak üzərində qeydiyyata alınmış hüququ ləğv olunmamışdır. ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış bu günə kimi qüvvədədir. Belə olan halda cavabdeh təşkilatın bu cür cavabı absurddur. Bu günə kimi ünvan 1ndə mülkiyyətdə olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi iddiaçının mübahisəsiz istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-3925/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1ndə mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın İddiaçı firmasına verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Firmasına ünvan 1ndə mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (1 saylı Forma) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublkası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı və rəsmi etiraz təqdim olunaraq qeyd edilmişdir ki, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 369 nömrəli və xx.xx.2006-cı il tarixli, 133 nömrəli şəhadətnamələr) Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsinə əsasən ləğv olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1ndə mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın İddiaçı firmasına verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 369 nömrəli və xx.xx.2006-cı il tarixli, 133 nömrəli şəhadətnamələr) Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsinə əsasən ləğv olunmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyd olunan daşınmaz əmlak üzərində iddiaçıya mənsub hüquqların mövcud olub-olmaması ilə bağlı tam və ətraflı araşdırılmamışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Firmasına ünvan 1ndə mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın” (1 saylı Forma) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublkası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1ndə mülkiyyətində olan 0,27465 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın İddiaçı firmasına verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 3925/2024 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə olaraq bildirilir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 369 nömrəli və xx.xx.2006-cı il tarixli, 133 nömrəli şəhadətnamələr) 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsinə əsasən ləğv edildikdən sonra həmin qeyri-yaşayış binası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X20 arasında bağlanılmış 7070 saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmiş, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X6, X18, X19 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 2- 1(112)-3925/2024 saylı qərarı ləğv olunmalı və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3095/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X6, X18, X19 və X11 hazırki iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X23 və X21 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 qanuni nümayəndəsi (anası) X7 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair» xx.xx.2006-cı il tarixli 000133 nömrəli Şəhadətnamənin surətindən görünür ki, İddiaçı firması ünvan 1 ündanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 5021.5 kv.m. torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» xx.xx.2006-cı il tarixli 000369 nömrəli Şəhadətnamənin surətindən görünür ki, İddiaçı firması ünvan 1ndə yerləşən 831.9 kv.m. qeyri-yaşayış sahəsini (birmətəbəli tikililər) qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Həmin məktuba əlavə edilmiş Satıcı İddiaçı firması ilə Alıcı İsmayılova Hicran İlyas qızı arasında imzalanmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin əmlakın bir hissəsi - “B “Buraxılış məntəqəsi” və D “Anqar (anbar)” yerləşdiyi torpaq sahəsindən 22,5 sot, əsas əraziyə 5x5 metrə yol verilməsi şərti ilə Alıcının tam mülkiyyətinə verilmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin icraatında olmuş 1133/4-233 nömrəli işə apellyasiya baxışı zamanı baxış keçirilmişdir. Həmin iş materiallarında olan 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiası iddia tələbindən kənara çıxmaqla qismən, İddiaçı firmasının iddiası qismən təmin olunmuş, ünvan 1 ünvanında yerləşən 831,9 kv.m qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən 5021.5 kv.m torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair İddiaçı firmasının adına verilmiş şəhadətnamələr, eləcə də Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 2600,0 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayonu, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 168 saylı qərarı etibarsız hesab edilmiş, qeyd edilən torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmış, hər iki iddia qalan hissələrdə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 4İK-98-3-15/07 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı firmasının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.225 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 142 kv.m. qeyri-yaşayış binası əmlak kompleksindən ayrılaraq ayrıca qeyri-yaşayış binası kimi xx.xx.2007-ci ildə tam mülkiyyət hüququ üzrə İsmayılova Hicran İlyas qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İsmayılova Hicran İlyas qızı xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı X9, X13 isə xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. Həmin əmlakın digər hissəsi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X20 arasında bağlanılmış 7070 saylı, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 tərəfindən özəlləşdirilmiş, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X6, X18, X19 və X5 adına (hər biri 1/4 hissə olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 000133 nömrəli Şəhadətnaməyə əsasən ünvan 1 ündanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 5021.5 kv.m. torpaq sahəsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 000369 nömrəli Şəhadətnaməyə əsasən ünvan 1ndə yerləşən 831.9 kv.m. qeyri-yaşayış sahəsi (birmətəbəli tikililər) İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 831,9 kv.m qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən 5021.5 kv.m torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair İddiaçı firmasının adına verilmiş şəhadətnamələr etibarsız hesab edilmiş və qeyd edilən torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır. Qeyd olunan əmlakın bir hissəsi Azərkompozit” firması tərəfindən İsmayılova Hicran İlyas qızına, Hicran İsmayılova tərəfindən X9, Elşən Hüseynov tərəfindən isə X1. Həmin əmlakın digər hissəsi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X20 arasında bağlanılmış 7070 saylı, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 tərəfindən özəlləşdirilmiş, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X6, X18, X19 və X5 adına (hər biri 1/4 hissə olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, İddiaçı Firması ünvan 1ndə 0,27465 ha torpaq sahəsində yerləşən 689,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın verilməsini tələb etsə də, torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş şəhadətnamələr 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən etibarsız hesab edilərək torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır və cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2016-cı il tarixdə həmin qətnamənin icrası təmin edilmiş və dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bundan sonra həmin əmlakın bir hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən digər şəxsə satılmışdır. Həmin əmlakın digər bir hissəsi isə İddiaçı Firması tərəfindən başqa şəxsə satılmışdır. Hazırda həmin əmlaka iddiaçının hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Həmçinin mümkünlük şərti kimi iddiaçının kifayət qədər marağının olması da müəyyən edilməlidir. Maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Hazırki iddia tələbi ilə iddiaçı “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın verilməsini xahiş edir. Lakin iddianın mahiyyəti üzrə təmin edilməsinin iddiaçı üçün hansı maddi və ya qeyri-maddi nəticə yaradacağı iddiaçı tərəfindən əsaslandırılmamışdır və belə bir nəticə də müəyyən edilmir. İddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3925/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar