Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2363/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2363/2023 (Açar sözlər: “mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsi”) Bakı şəhəri 24 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X2, vəkil Nümayəndə, Üçüncü şəxslərin vəkili (X7 həmçinin nümayəndəsi) X10 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-212/2009 saylı, 02 noyabr 2009-cu il tarixli hökmünə əsasən X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2, 131.1 və 187.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 187.3 maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti hesab edilmiş və 6 (altı) ay sınaq müddəti təyin edilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4071/2015 saylı, 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə X5 ünvan 1 ünvanından çıxarılması, X20 və X21 həmin mənzilə köçürülələri qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2471/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4071/2015 saylı, 24 dekabr 2015-ci il tarixli qətnaməsi X5 ünvan 1 ünvanından çıxarılması hisəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5244/2016 saylı, 04 noyabr 2016-cı il tarixli Qərarına əsasən Qocayeva Nərgiz Əsgər qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2471/2016 nömrəli iş üzrə 14 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-38/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Rusiya Federasiyası Maqadan şəhər notariat idarəsinin notariusu tərəfindən 16 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş 49AA ******* nömrəli və 49AA ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 09 iyul 2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3028/2018 saylı, 25 aprel 2018-ci il tarixli Qərarına əsasən X7 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X12 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası – İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak : - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə X17 verilmiş **********19-05101- 093014 saylı reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,95 kv.m, 3 otaqlı mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlər reyestrindən əldə edilmiş xx.xx.2022- ci il tarixli qeydiyyat nömrəsi **********GV75801 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil yüklü deyil.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) çıxarışa əsasən ünvan 1 İddiaçı (1/3 hissə), X12 (2/3 hissə açıq qalır) paylı (xüsusi) mülkiyyətindədir.
10. Sözügedən mənzil məhv olmuşdur. İddiaçı mənzilin 1/3 hissədə mülkiyyətçisidir.
11. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə olunan sənədlərdən görünür ki, 2008-ci il dekabr ayının 13-də baş vermiş partlayış nəticəsində Bakı şəhəri Nizami rayonu C.ünvan 2 saylı bina yanmışdır.Nizami rayon İcra Hakimiyyəti Başçısının 21 dekabr 2009-cu il tarixli 277 saylı sərəncəmına əsasən C.ünvan 2 ünvandakı binanın partlayış nəticəsində dağılmış 1-ci, 2-ci və 3-cü girişlərinin sökülərək, yerində 3 girişli 5 mərtəbəli 45 mənzilli yaşayış binası tikilmiş və orada partlayışdan əvvəl yaşamış sakinlər əvəzsiz olaraq eyni ölçüdə mənzil sahəsi ilə təmin olunmuşdur.
12. Apellyasiya baxışı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə“dən görünür ki, X12 vərəsələri X20 və X13rın hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən əmlak : - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə X17 verilmiş **********19-05101-093014 saylı reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,95 kv.m, 3 otaqlı mənzildən ibarətdir. -Əmlakın 1/3 hissəsinə xx.xx.2022-ci il tarixdə 2V-34 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Nizami rayonu C.ünvan 2 saylı ev, 25 saylı mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu C.ünvan 2 saylı ev 25 saylı mənzil əvvəllər ona məxsus olmuş, 2007-ci ildən oğlu X18 bağışlanmışdır. 2008-ci ilin dekabr ayının 13-də binada baş vermiş partlayış nəticəsində ətraf mənzilllər və onların mənzilinin bir hissəsi dağılmışdır. Dövlət tərəfindən bina tam sökülmüş və yaxın ərazidə, əvvəlki yerdən arxa tərəfdə yeni bina tikilmişdir. Yeni mənzil onlara 2009-cu il tarixdə dekabrın 30-da təhvil verilmişdir. Oğlu X29oğlu 2012-ci il tarixdə Rusiyada vəfat etmişdir. Yeni mənzil və əvvəlki mənzilin ölçüləri fərqlidir. Cavabdehə mənzilinə dair reyestrdə qeydiyyatın ləğv edilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir.
15. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq **********03 saylı, 19 iyul 2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququ mülkiyyətçinin ərizəsi ilə ləğv edilir. Sözügedən mənzilin 1/3 hissəsinin iddiaçıya məxsus olduğu nəzərə alınaraq, yerdə qalan hissəyə münasibətdə vərəsəlik qaydasında mülkiyyət hüququ tanındıqdan sonra müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.
16. Məhkəmənin 09 dekabr 2022-ci il tarixli qərardadı ilə X20 və X26 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndənin vəkili iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
18. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilmsi, Bakı şəhəri Nizami rayonu C.ünvan 2 saylı evin ümumi sahəsi 62,95 kv.m olan 25 saylı mənzilinə (daşınmaz əmlakın reyestr nömrəsi **********19-05101- 093014) dair reyestrdə qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.
20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
21. Hazırkı halda da iddiaçı mülkiyyət hüququnun mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsini tələb edir ki, işin halları ilə müəyən edilir ki, əmlak məhv olmuş və sökülmüşdür.
22. Məhkəmə hesab edir ki, iddiaçı həmin əmlakın 1/3 hissədə müəliyyətçisi olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada müraqlı şəxsdir və məhv olmuş daşınmaz əmlaka qeydiyyat yazısının ləğv edilməsini tələb etmək hüququ vardır.
23. X22 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən, ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz.
25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.
26. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun.
27. Birinci instansiya məhkəməsi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci, 2.0.2-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci maddəsinə, 18.1-ci maddəsinə, 18.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci, 150.2-ci, 203.1-ci maddəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən istinad etmişdir.
b)Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
28. Qərardan üçüncü şəxslər X20 və X26 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər. c) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərarı əsassız və qanunsuzdur. Aşağıda göstərilən səbəblərdən apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki,məhkəmə qərarında 09 dekabr 2022-ci il tarixli qərardadı ilə X20 və X26 iş üzrə inzibati məhkəmə icraatna üçüncü şəxslər qismində cəlb edilməsini qeyd etsə də qərardadın surəti üçüncü şəxslərə göndərilməmişdir. Eyni zamanda üçüncü şəxslərin məhkəmə iclasında iştirakı təmin edilməmiş,məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməmişdir.Məhkəmə qərar qəbul edərkən iddiaçının yalnız fərziyələri və təqdim etdiyi sübutlar əsasında qərar qəbul etmişdir.Məhkəmə qərarınada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinin normaları baxımından işə hüquqi qiymət vermişdir. Qərarda Bakı şəhəri, Nizami rayonu,C.ünvan 2 saylı evin 25 saylı mənzilində partlaış olmasını və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi və eyni zamanda həmin mənzilin bir hissəsinin zədələnməsi qeyd edilsə də,qeyd edilən binanın sökülüb və yenidən tikilməsi barədə məhkəmə qərarında heç bir hüquqi sənəd göstərilməmişdir.İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar Bakı şəhəri, Nizami rayonu, C.ünvan 2 saylı evin 25 saylı mənzilinin reystrdə qeydiyyatının ləğvi üçün əsas ola bilməz. Məhkəmənin qəbul etdiyi qərarından da görünür ki,məhkəmə əlavə sübutların təqdim edilməsindən ötrü hər hansı bir müvafiq İcra Hakimiyyəti orqanına sorğu verməmişdir.Məhkəmə tərəfindən adı gedən binanın həqiqətən sökülüb.yenidən inşa edilməsi barədə heç bir sübut əldə edilməmişdir.Binanın sökülüb,başqa yerdə inşa edilməsi isə inandırıcı deyildir. İddiaçının məqsədi Bakı şəhəri, Nizami rayonu,C.ünvan 2 saylı evin 25 saylı mənzilinin reystrdə qeydiyyatını ləğv edilməklə X20 və X21 həmin mənzilə miras əmlaka olan hüququnun qəbul edilməsini məhdudlaşdırmaqdır.DƏDRX-nin vərəsəlik X9 haqqında Daşınmaz Əmlakın Dövlət Resytrindən (qeydiyyat № **********,xx.xx.2022) çıxarışa əsasən Bakı şəhəri,Nizami rayonu,C.ünvan 2 saylı evin 25 saylı mənzil iddiaçı X1 3/1 hissə,mərhum X12 2/3 hissə (açıq qalır) paylı xüsusi mülkiyyətindədir. X20 vǝ X23 mərhum X12 uşaqlarıdır və qanun üzrə vərəsədirlər.İddiaçı mübahisəli mənzilə X20 və X23 buraxmadığı üçün Bakı şəhəri,Nizami rayon məhkəməsinin 2(007)-4071/2015 saylı,xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X20 və X21 Bakı şəhəri,Nizami rayonu, C.ünvan 2 saylı evin 25 saylı mənzilnə köçürülməsini qət edilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxslərin vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
33. Məhkəmə Kollegiyasının iclasında vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
35. “İnzibati icraat haqqında” Qanununun: - 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, № 02, 24-cü bənd).
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. - 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 150.1-ci maddəsinəı əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. - 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. - 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
42. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
43. İddiaçı Bakı şəhəri Nizami rayonu C.ünvan 2 saylı ev, 25 saylı mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, Bakı şəhəri Nizami rayonu C.ünvan 2 saylı ev 25 saylı mənzil əvvəllər ona məxsus olmuş, 2007-ci ildən oğlu X18 bağışlanmışdır.2008-ci ilin dekabr ayının 13-də binada baş vermiş partlayış nəticəsində bina dağılmışdır.Dövlət tərəfindən bina tam sökülmüş yeni bina tikilmişdir. Yeni mənzil onlara 2009-cu il tarixdə dekabrın 30-da təhvil verilmişdir. Oğlu X29oğlu 2012-ci il tarixdə Rusiyada vəfat etmişdir.Cavabdehə partlayış nəticəsində məhv olmuş mənzilinə dair reyestrdə qeydiyyatın ləğv edilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir.
44. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq **********03 saylı, 19 iyul 2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququ mülkiyyətçinin ərizəsi ilə ləğv edilir. Sözügedən mənzilin 1/3 hissəsinin iddiaçıya məxsus olduğu nəzərə alınaraq, yerdə qalan hissəyə münasibətdə vərəsəlik qaydasında mülkiyyət hüququ tanındıqdan sonra müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.
45. Birinci instansiya məhkəməsi isə iddianı təmin edərkən istinad etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər.Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.Hazırkı halda da iddiaçı mülkiyyət hüququnun mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsini tələb edir ki, işin halları ilə müəyən edilir ki, əmlak məhv olmuş və sökülmüşdür.Məhkəmə hesab edir ki, iddiaçı həmin əmlakın 1/3 hissədə müəliyyətçisi olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada müraqlı şəxsdir.
46. Birinci instansiya məhkəməsinin qərarından iddiaçının nəvələri X20 və X26 (iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar.) birgə apellyasiya şikayəti vermişlər.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin əsaslı olduğu qənaətinə gəlir.
47. Belə ki, iddiaçının iddia tələbi hazırkı mübahisəyə tətbiq edilən maddi hüquq normalarının dispozisiya şərtəri ilə uzlaşmır, işin faktiki halları gəlinən nəticəyə uyğun deyildir.
48. Belə ki, iddiaçı və 3-cü şəxslər vərəsəlik hüququ əsasında mübahisəli məhv olmuş daşınmaz əmlakın 1/3 hissələr üzrə mülkiyyətçiləridirlər.
49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır.Həmin Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
50. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq əvvəla qeyd edir ki, iddiaçı mülkiyyətçidir, lakin əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmədiyinidən iddiaçının tələbi yuxarıda adıçəkilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinin təsiri altına düşmür.
51. İkincisi məhkəmə Kollegiyası qeyd edir ki, daşınmaz əmlak tam məhv olsa da və iddiaçı maraqlı şəxs qismində hazırkı iddianı irəli sürsə də belə (halbuki iddiaçı 1/3 hissədə daşınmaz əmlakın mülkiyyətçisidir) yenə də tətbiq edilən normanın (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinin) “daşınmaz əmlak tam məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməsi” dispozisiya şərti mövcud deyildir.Belə ki, işin hallarından göründüyü kimi, mübahisəli daşınmaz əmlak-mənzil 2008-ci ilin dekabr ayının 13-də binada baş vermiş partlayış nəticəsində məhv olsa da, bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməmiş, iddiaçı ilə 3-cü şəxslər arasında 2015-2019-cu il tarixlərində məhkəmə mübahisələri, o cümlədən həmin əmlaka dair vərəsəliklə bağlı məhkəmə mübahisələri olmuşdur.
52. Belə ki, Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X12 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası – İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak : - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə X17 verilmiş **********19-05101- 093014 saylı reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,95 kv.m, 3 otaqlı mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlər reyestrindən əldə edilmiş xx.xx.2022- ci il tarixli qeydiyyat nömrəsi **********GV75801 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil yüklü deyil.
53. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) çıxarışa əsasən ünvan 1 İddiaçı (1/3 hissə), X12 (2/3 hissə açıq qalır) paylı (xüsusi) mülkiyyətindədir.
54. Apellyasiya baxışı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə“dən görünür ki, X12 vərəsələri X20 və X13rın hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən əmlak : - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə X17 verilmiş **********19-05101-093014 saylı reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,95 kv.m, 3 otaqlı mənzildən ibarətdir. -Əmlakın 1/3 hissəsinə xx.xx.2022-ci il tarixdə 2V-34 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
55. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, daşınmaz əmlak tam məhv olsa da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinin “daşınmaz əmlak tam məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməsi” dispozisiya şərtinin təsiri altına düşən hal yaranmamışdır.Məhkəmə Kollegiyası nəzərə alır ki, tətbiq edilən normalara görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
56. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər.Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
57. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
58. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə“dən də göründüyü kimi, X12 vərəsələri, yəni hazırkı 3-cü şəxslər X15 və X6rın hər birinin mübahisəli miras əmlakdan 1/3 irs almasına dair Şəhadətnamə xx.xx.2023-cü il tarixdə verilmişdir.Beləliklə, nə iddiaçı hazırkı iddia tələbini irəli sürərkən, nə də birinci instansiya məhkəməsi iddianın əsaslı olmasına dair qərar qəbul edərkən daşınmaz əmlak tam məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirməmişdir.
59. Beləliklə, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ləğv olunaraq iddia rədd edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.