Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2364/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişlərinin silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1789/2023 nömrəli 24 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış ümumilikdə 53.964,84 (əlli üç min doqquz yüz altmış dörd manat 84 qəpik) manat təşkil edən əlavə gömrük ödənişlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Baş Gömrük İdarəsinə tərəfindən idxal gömrük rüsumu olaraq hesablanmış və 9.978,62 (doqquz min doqquz yüz yetmiş səkkiz manat 62 qəpik) manat təşkil edən gömrük ödənişlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1789/2023 nömrəli 24 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1789/2023 nömrəli 24 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmamasının əsası kimi Azərbaycan Respublikası DGK-nin Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək Abşeron rayon məhkəməsinə göndərməsi, Abşeron rayon məhkəməsinin də 22 dekabr 2022-ci il tarixli 3(012)-1739/2022 saylı qərarı ilə iddiaçının təqsirli bilinərək gəlir vergisinin (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin gəlir vergisinə nə aidiyyəti varsa-çünki gəlir vergisi, gömrük ödənişlərinə aid deyildir) 70 faizi məbləğində, yəni 6985,04 manat məbləğində cərimə cəzası təyin etməsi, iddiaçı tərəfindən verilmiş aperllyasiya şikayətinin təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-61/2023 saylı 06 fevral 2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)- 1739/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması olmuşdur. Bunu nəzərə alan Bakı İnzibati Məhkəməsi mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən hesab etməməklə iddianın mümkün sayılmamalı olduğu qənaətinə gəlmişdir. İddiaçı MMC tərəfindən iddia ərizəsi 27 iyul 2022-ci il tarixində daxil olmuşdur. Belə ki, inzibati məhkəməyə müraciət edilərkən Azərbaycan Respublikası DGK Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə cinayət işi başlanılmış və müvafiq istintaq hərəkətləri aparılmaqda idi. Hətta istintaq orqanı tərəfindən müvafiq ekspertizalar təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən müvafiq rəylər alınmış, məhz bundan sonra 12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Bu qərar qəbul edilərkən inzibati icraata dair iş 3 ay müddət idi ki, Bakı İnzibati Məhkəməsinin icraatında idi. Hər dəfə də əsassız şəkildə məhkəmə iclasları məhkəmə tərəfindən təxirə salınmaqda idi. Bakı İnzibati Məhkəməsi öz qərardadında cinayət işi üzrə icraata xitam verilməsinə və Azərbaycan Respublikası inzibat Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün Bakı Baş Gömrük İdarəsinə göndərilməsi barədə 12 oktyabr 2022-ci il tarixli qərarı iddiaçının mübahisələndirmədiyini bildirir. İddiaçı tərəfindən hazırki iş inzibati icraat qaydaları əsasında mübahisələndirilərkən dəfələrlə məhkəmədə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olduğu, 9.978,62 manat məbləğində idxal gömrük rüsumunun DGK-nin X6 tərəfindən hesablandığını, hətta həmin idarə tərəfindən daha əvvəlcədən hesablanmış olan 43.986,22 manat ƏDV məbləğinin daha sonradan Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli rəy əsasında istintaq orqanı tərəfindən silinmişdir. Yəni X6 tərəfindən hesablanmış olan ƏDV məbləği daha sonradan verilmiş olan ekspert rəyi ilə istintaq orqanı tərəfindən silinərək cinayət işi üzrə icraata xitam verilirsə, o zaman eyni mərkəzin heç bir iqtisadi əsası olmadan hesablamış olduğu 9.978,62 manat idxal gömrük rüsumu məbləğinin mötəbərliliyi də şübhə yaradır. Məhz bu səbəbdən tərəflərindən məhkəməyə müraciət edilərək məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi istənilmiş, İddiaçı MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş xx.xx.2021-ci il tarixli **********0258 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********0991 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********6892 sorğu nömrəli və xx.xx.2021-ci il tarixli **********6924 sorğu nömrəli gömrük bəyannamələri üzrə ödəməli olduğu idxal gömrük rüsumunun məbləği (əvvəlcədən ödənilən idxal gömrük rüsumun məbləği də nəzərə alınmaqla) nə qədər təşkil etdiyinin dəqiqləşdirilməsi istənilmişdi. Maraqlı olan haldır ki, birinci instansiya məhkəməsi hər dəfə bununla bağlı ekspertiza keçirilməsinin vacib olduğunu bildirsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 3(105)-61/2023 saylı qərarı ilə tanış olduqdan sonra birbaşa iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Həmin iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilsəydi, o zaman X4 tərəfindən hesablanmış olan 9.978,62 manat idxal gömrük rüsumunun əsassız hesablandığı müəyyən ediləcəkdi, iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı tərəfindən idxal edilmiş kənd təsərrüfatı təyinatlı mallara görə İddiaçı MMC tərəfindən daha əvvəlcədən 4 bəyannaməyə görə ümumilikdə 17.820,88 manat pul vəsati idxal gömrük rüsumu olaraq ödənilmiş və mallar gömrük ərazisindən çıxarılmışdı. İdxal gömrük rüsumunun ödənilmədiyi təqdirdə malların gömrük ərazisindən buraxılması mümkün deyildir. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qərarına istinad etməklə bu qərardadı qəbul etsə də, işi mahiyyəti üzrə lazımi araşdırma aparmadan və işlə bağlı lazımi sübutları toplamadan bunu etmişdir. Əgər yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilsəydi, o zaman hesablanmış idxal gömrük rüsumunun iqtisadi əsasının olmadığı ortaya çıxacaqdı. Bakı İnzibati Məhkəməsi isə bütün bunları etmədən, sadəcə məhkəmə iclaslarını hər dəfə təxirə sala-sala və yekunda inzibati xətaya dair işlə bağlı qəbul edilmiş və hüquqi şəxsin cərimlənməsi ilə yekunlaşmış Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 3(105)-61/2023 saylı qərarına istinad etməklə iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Mübahisə predmetinin əsasını da DGK tərəfindən sonradan hesablanmış və heç bir iqtisadi əsası olmayan 9.978,62 manat əlavə idxal gömrük rüsumunun İddiaçı MMC tərəfindən ödənilməli olub-olmaması təşkil edir. Bakı İnzibati Məhkəməsi araşdırma aparmaq əvəzinə birbaşa inzibati xətaya dair iş üzrə qəbul edimiş qərara istinad etmişdir. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarının 15.5 və 17-ci maddələrinin tələblərinə istinad etmişdir. Qanuni qüvvəyə minmiş olan məhkəmə qərarı hüquqi şəxsin inzibati xəta törətmiş olduğuna dair gömrük orqanları tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərardır. Ancaq İddiaçı MMC daha əvvəlcədən yəni bu işə cinayət mühakimə icraatı qaydasında baxılmamışdan əvvəl gömrük orqanına müraciət edərək X6 tərəfindən hesablanmış olan 43.986,22 manat ƏDV məbləğinin, 90.978,62 manat əlavə idxal gömrük rüsumunun, ümumilikdə əlavə olaraq hesablanmış 53.964,84 manat gömrük ödənişinin silinməsi üçün əvvəlcə gömrük orqanına şikayət ərizəsi ilə müraciət etmişdir. Qanunvericilikdə nəzərdə tutulan müddətdə cavab verilmədiyi üçün daha sonradan iddiaçı cavabdehə qarşı hesablanmış olan və ümumilikdə 53.964,84 manat təşkil edən əlavə gömrük ödənişlərinin silinməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi məqsədi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iş Bakı İnzibati Məhkəməsinin icraatında ola-ola istintaq orqanı tərəfindən cinayət işi üzrə icraata xitam verilmiş və gömrük orqanı tərəfindən müvafiq protokol tərtib edilməklə aiddiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Bu səbəbdən hər iki iş üzrə mübahisə predmetləri fərqlidir və inzibati xətaya dair iş üzrə qəbul edilmiş qərar inzibati icraat üzrə iddia tələbinin mümkünsüz sayılması üçün əsas təşkil etməməlidir. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1789/2023 nömrəli 24 fevral 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1400-013/0xxxx/001453 saylı 09 mart 2022-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində aparılan 34/012/003011 nömrəli materialın araşdırılması zamanı İddiaçı MMC-nin ünvanına Türkiyə Respublikasının “X11 X12.Mak.inş. San ve Tic.LTD.Şti” şirkətindən 31NBA15/31NBA16, 31MAJ79/31NM270, 31NFP06/31NFP07, 31N6631/31N6632 nömrə nişanlı avtomaşınlarla daxil olmuş və **********0258, **********0991, **********6924, **********6892 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların Dövlət Gömrük Komitəsi X5 İdarəsinin ekspert rəylərinə əsasən XİF MN üzrə kodunun düzgün bəyan edilməməsi müəyyən edilmişdir. Gömrük Prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/003813 saylı, xx.xx.2022-ci il tarixli raporta əsasən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği göstərilən qaydada müəyyən edilmişdir: **********0258-idxal vergisi üzrə-4169.76 AZN, ƏDV üzrə-13481.89 AZN, **********0991 -idxal vergisi üzrə-4107.79 AZN, ƏDV üzrə- 11948.10 AZN, **********6924-idxal vergisi üzrə-1701.07 AZN, ƏDV üzrə- 7717.01 AZN **********6892-ƏDV üzrə-10839.22 AZN İddiaçı tərəfindən 4 gömrük bəyannaməsi üzrə ümumilikdə 53.964,84 manat məbləğində əlavə gömrük ödənişləri ödənilməlidir. Odur ki, sözügedən gömrük bəyannamələri üzrə ödənilməli olan gömrük ödənişlərinin ödənilməsi tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə ünvanlanmış 28 aprel 2022-ci il tarixli məktubda bildirilmişdir ki, siyahıda təqdim edilmiş mal və avadanlıqlar heyvandarlıq təsərrüfatlarında və südçülükdə istifadə məqsədilə istehsal edilməklə kənd təsərrüfatı təyinatlıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə 2021-ci il 03 dekabr tarixdə edilmiş və 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinə əsasən istehsalı, idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV-dən) azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin siyahısını təsdiq etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Hazırkı tarixə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların siyahısı təsdiq edilmədiyindən sorğuda verilmiş ikinci suala cavab verilməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 oktyabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, hüquqi ünvanı ünvan 1anında olan "GÜZDƏK FERMA” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən əlavə dəyər vergisi üzrə 43986,22 manat, idxal gömrük rüsumları üzrə 9978,62 manat olmaqla, ümumilikdə xeyli miqdarda, 53964,84 manat gömrük ödənişlərinin ödənilməməsi faktına görə 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə cinayət işi başlanılmış, aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, "GÜZDƏK FERMA” MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş və xx.xx.2021-ci il tarixli **********0258 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********0991 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********6892 sorğu nömrəli və xx.xx.2021-ci il tarixli **********6924 sorğu nömrəli gömrük bəyannamələri ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində bəyan edilərək buraxılışı həyata keçirilmiş və cəmiyyətin fermasında faktiki istifadədə olan mal və avadanlıqlar bilavasitə kənd təsərrüfatı təyinatlı olmaqla malların bəyan edildiyi müddətdə (2022-ci ilin 1 yanvar tarixinədək) qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisindən azaddır. Qeyd olunanlara əsasən faktla bağlı başlanmış cinayət işi üzrə icraata xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, az miqdarda - 9978,62 manat idxal gömrük rüsumlarının ödənilməməsi faktı ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün cinayət işindən müvafiq sənədlərin surətləri ayrılaraq Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1739/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda) maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək gəlir vergisinin 70 faizi məbləğində, yəni 6985,04 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-61/2023 saylı 06 fevral 2023-cü il tarixli qərarına əsasən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 3(012)-1739/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən idxal gömrük rüsumu olaraq hesablanmış və 9978,62 manat təşkil edən gömrük ödənişlərinin silinməsidir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarix qərara əsasən iddiaçının barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, az miqdarda (9978,62 manat) idxal gömrük rüsumlarının ödənilməməsi faktı ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün cinayət işindən müvafiq sənədlərin surətləri ayrılaraq Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1739/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona gəlir vergisinin 70 faizi məbləğində, yəni 6985,04 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-61/2023 saylı 06 fevral 2023-cü il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 3(012)-1739/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən hesab edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdeh tərəfindən idxal gömrük rüsumu olaraq hesablanmış gömrük ödənişlərinin silinməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarı isə iddiaçının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda) maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona cərimə cəzasının təyin edilməsi ilə əlaqədardır. İddia tələbində mübahisələndirilən gömrük ödənişləri ilə qeyd olunan məhkəmə qərarında nəzərdə tutulan gömrük ödənişləri eyni ödənişlər olsa da, bu, iddianın mümkün sayılmaması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, bu zaman mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması halı mövcud deyildir. İnzibati xəta haqqında qərarın olması qeyd olunan gömrük ödənişlərinin inzibati prosessual qaydada mübahisələndirilməsini istisna etmir. Qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, eyni tərəflər arasında eyni əsaslarla eyni tələblər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması zamanı tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, bu zaman belə bir iddia tələbinə baxılması mümkün hesab edilə bilməz. Yalnız belə olan hallarda iddia mümkün sayılmamalıdır. Hazırki halda isə belə vəziyyət mövcud deyildir. İnzibati xəta haqqında qərar konkret inzibati xətanın törədilməsində şəxsin təqsirli olmasını təsdiq etsə də, həmin qərarın olması hazırda mübahisələndirilən gömrük ödənişləri ilə bağlı mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı hesab olunmadığı üçün hazırki iddianın qeyd olunan əsasla mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1789/2023 nömrəli 24 fevral 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1789/2023 nömrəli 24 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2364/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2364/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver