Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2364/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1444/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2. "xxxx" ASC tərəfindən verilmiş arxiv arayışında qeyd olunmuşdur ki, 15.02 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən “Xəzərdənizqazmatikınti” xüsusiləşdirilmiş trest meydançasında iş fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1. xx.xx.1995-ci ildə 3-cü dərəcəli polad və dəmir və dəmir-beton konstruksiyalarının quraşdırıcısı kimi işə qəbul edilmişdir ( əmr 68/k xx.xx.1995 ) 2. xx.xx.1996-cı ildə 4-cü dərəcəli polad və dəmirbeton konstruksiyaların quraçdıncısı vəzifəsinə keçirilib (əmr75/k 31 10.1996) 3. xx.xx.2003-cü ildə "Azfen”BM-i ilə bağlanmış müqaviləyə əsasən 4-cü dərəcəli quraşdırıcı kimi “Azfen” BM-nın sərəncamına göndərilib ( 55/k xx.xx.2003) 4. xx.xx.2006 - cı ildə AR Əmək Məcəlləsinin 68 -ci maddəsinin 2 hissəsinin “a” cəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr 15/k xx.xx.2006 ). İddiaçı Yüsif oğlü həmin iş müddəti, yəni xx.xx.1995-ci ildən xx.xx.2003 cü ilədək olan dövrün 7 il 5 ay 20 günü dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində çalşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı” nın 29- cu maddələrinə uyğun gəlir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi deportamentinin 31 mart 2003 il tarixli 94 sayh sərəncamına əsasən “Xəzərdənızqazmatikinti” tresti və struktur bölməsi olan Maşınqayırma zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
3. SOCAR tərəfindən verlmiş xx.xx.2020-ci il tarixli arxiv arayışda qeyd olunmuşdur ki, İddiaçı - xx.xx.2007-ci il tarixli xx.xx.2007-ci il tarixli 81/k nömrəli əmrə əsasən “Neftqaztikinti" trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə qəbul edilmişdir. İddiaçı - xx.xx.2008-ci il tarixli 79/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı - xx.xx.2008-ci.il tarixli 51/k nömrəli əmrə əsasən “Neftqaztikinti” trestinin 8 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə qəbul edilmişdir. İddiaçı - xx.xx.2009-cu il tarixli 01/k nömrəli əmrə əsasən 4-cü dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmişdir. İddiaçı - xx.xx.2012-ci il tarixli 35/k nömrəli, əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının, 29-cu maddəsinin “a” bəndinə əsasən polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar güzəştli şərtlərlə pensiya hüququ verir.
4. Bakı Gəmiqayırma X3 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, 031 nömrəli arayışda qeyd olunmuşdur ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixdən (arayış təmin olunan xx.xx.2023-cü ıl tarixədək cari iş yerində iş stajı 10 il 8 ay olmaqla) "xxxx" MMC-də çalışır. İşçi xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "Takelajçı" vəzifəsini tutmuşdur. O, xx.xx.2015-ci il tarixdən etibarən "xxxx" vəzifəsinə keçirilmişdir. Kran operatoru vəzifəsində işlədiyi dövrdə vəzifə və ixtisas tələbləri əsasında zavodda tikilən gəmilərdə, yükqaldırma əməliyyatları üzrə operator işləri ilə məşğul olmuşdur. Onun yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixdən bu arayış təqdim olunanadək iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6.a bəndi ilə eynidir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Gəmiqayırma Zavodu MMC tərəfindən ünvanlanan “məlumatın təqdim edilməsi haqqında” məktubda qeyd olunmuşdur ki, müraciətinizdə qeyd etdiyiniz və İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Zavodda çalışdığı “Takelajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6.a bəndində qeyd olunan “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” peşəsinə uyğun deyildir. Zavodda “Takelajçı” vəzifəsinin əsas funksiyası istehsalatda iş sahəsində və gəmidə malların qaldırılması, yüklənməsi, hərəkət etdirilməsi üçün ilməyin (takelajın) qurulması və bağlanması işlərini yerinə yetirməkdən ibarətdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən ünvanlanan məktublarda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin sələfləri olmuş Bakı Elektrik maşınqayırma zavodu, “Azərelektromaş” elmi-istehsalat birliyi SSRİ Elektrontexnika Sənayesi Nazirliyinə tabe olmuşdur. Bu müəssisədə də ştamplama texnologiyasız əsas istehsalı təşkil etmək mümkünsüz olardı. Elektrotexnika sənayesində ağır ştamplama işlərini həyata keçirmədən əsas istehsalın (transformatorların, elektrik maşınların, generatorların və s. elektrik avadanlıqlarının) təşkili mümkünsüzdür. SSRİ elektrotexnika sənayesinin Azərbaycanda ilk müəssisəsi olan Bakı elektrik maşınqayırma zavodunun sonralar “Azərelektromaş” EİB, sonda "xxxx" ASC yarandığı gündən (1946-ci ildən) bütün istehsal gücü və planları, zavodun elektrotexniki poladın, adi dəmir məmulatlarının ştamplanması imkanları ilə təyin edilmişdir. İstənilən elektrik mühərrikinin ən əsas hissələri olan stator və rotor nüvələrinin istehsalı elektrotexniki polad vərəqlərinin ştamplanmasını həyata keçirmədən mümkünsüzdür. Ştamplama texnologiyası olmadan istənilən elektrik avadanlığının istər transformatorlar, istər elektrik maşınları, generatorlar və s. İstehsalı mümükünsüzdür. Həmçinin elektrik avadanlıqalarının xarici görünüşünü tamamlamaq üçün xeyli ştamplama işləri icra olunmalıdır. Ona görə də müəssisə fəaliyyət göstərdiyi müddətdə çoxlu sayda ştamplayıcılar işləmişlər və onlara həmişə əlavə imtiyazılar verilmişdir. Buraya əlavə məzuniyyət, əlavə əmək haqqı və sonda güzəştli şərtlərlə pensiya təminatı aid olmuşdur. Bu gün xüsusi şərtlərlə pensiya təminatı ilə bağlı qüvvədə olan normativ sənədlərdə elektrotexnika sənayesində ştamplayıcı peşəsinin mövcud olmaması tam əsassızdır. Bir daha qeyd edilir ki, ştamplama texnologiyası müəssisə üçün hədsiz vacib olduğuna görə o dövrdəki rəhbərlik edici qurumlar bu sahənin inkişafını bir nömrəli məsəslə kimi həmişə nəzarətdə saxlamışlar. Beləki bir sözlə müəssisə ştamplama sahəsi olmadan fəaliyyət göstərə bilməz.
7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş izahlı Arayışda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildən (Əmr 279/xx.xx.1985-ci il) xx.xx.1993-cü ilədək (Əmr 638/xx.xx.1993- cü il) “Azərelektromaaş” İB - də indiki "xxxx" ASC -də 4 saylı ştamplama dəmirçi sexində ştamplayıcı və müxtəlif peşələrdə işləmişdir: 1. xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək - ştamplayıcı şagirdi
2. xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək - ştamplayıcı - 1 dər
3. xx.xx.1986-ci ildən xx.xx.1986-ci ilədək - yığıcı çilingər şagirdi
4. xx.xx.1986-ci ildən xx.xx.1987-ci ilədək - yığıcı çilingər - 1 dər
5. xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək - yük tənzimləyən
6. xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək - arqon qaynaqçısı
7. xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək- ştamplayıcı - 2 ci dər
8. xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək - yardımçı fəhlə Ştamplayıcı 50-60 tonluq rulon dəmir Yapon istehsalı olan “Aida” presinin diyircəkli deposuna bərkidir, ştampın puanson matrisası arasına yerləşdirir və onların arasındakı məsafəni nizamladıqdan sonra işə başlayır.4 saylı sexdə dəmir vərəqlərlə işləyən ştamplayıcı eyni zamanda uyğun dəzgahda elektrik mühərrikləri üçün kipləşdirici həlqələr hazırlayır. Ştamplayıcının funksiyası dəzgahda texnoloji rejiminə uyğun əməliyyat aparır, forma verici hissələri yağlayır. Ştamplayıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiq 95,0 - 98,0 d BA olmuşdur ki, bu da normaldan 15 -18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90% - dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli Qərarı ilə təsdiq edilmiş. “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” - nın “Metallurgiya istehsalatı “ maddə 3 bölmə 3.3, sət 19, səh
25. Bu peşə üzrə 5 il 0 ay 11 gün güzəştli əmək stajı təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən təyin edilərək həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınamüraciət edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün xahiş etmişdir Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və imtina ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixində daxil olmuş eyni məzmunlu müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək Pensiyasıyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyul 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yerəaltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59- 18/03 nömrəli arayışında xx.xx.1985- xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və iddiaçının həmin müəssisədə güzəştli iş stajının olmadığı müəyyən edildiyi bildirilmişdir. Bu səbəbdən də güzəştli iş stajı 12 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq , İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxıından mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızır. Cavabdeh orqan xx.xx.1985-ci ildən xx.xx.1985ci ilədək ştamplayıcı şagirdi, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək ştamplayıcı 1-ci dərəcəli və xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək ştamplayıcı 2-ci dərəcəli vəzifələrini güzəştli şərtllərlə iş stajı kimi qəbul etmir. Bu tamamilə işçinin sosial təminat hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki "xxxx" ASC tərəfindən xx.xx.2023- cü il tarixli izahlı arayışından da görünür ki, ŞTAMPLAYİCİ- 50-60 tonluq rulon dəmir Yapon istehsalı olan “Aida” presinin diyircəkli deposuna bərkidir, ştamp puanson matrisası arasında yerləşir və onların arasındakı məsafəni nizamladıqdan sonra işə başlayır. 4 saylı sexdə dəmir vərəqlərdə işləyən ştamplayıcı eyni zamanda uyğun dəzgahda elektrik mühərrikləri üçün kipləşdirici həlqələr hazırlayır. Ştamplayıcının funksiyası dəzgahda texnoloji rejiminə uyğun əməliyyat aparır, forma verici hissələri yağlayır. Ştamplayıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiq 95,0- 98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 dBA çoxdur. Göstərilən faktor iş gününün 90%-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri sahə kimi siyahıya düşmüşdür. Xüsusi zərərli iş şəraitində işlədiyinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinerinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın “Metallurgiya istehsalatı” maddə 3 bölmə 303, sət 19, səh 25. Bu peşə üzrə 5 il 0 ay 11 gün güzəştli əmək stajı təşkil edir. Nazirlər Kabinetinin 1993-cü il 320 saylı Qərarında göstərilən siyahıya əsasən trolleybus sürücüsü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 saylı Qərarında göstərilən 1 nömrəli siyahı üzrə Kod-1030400a-12229 nömrəsi ilə kodlanmışdır. Cavabdeh bu imtina məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təminatı hüququ pozulmuşdur. İddiaçı Əmək kitabçası və digər arayışlarla təsdiqini tapan iş stajı və vəzifələrə əsasən güzəştli şərtlərlə pensiyaya çıxması üçün bütün şərtlər ödənilir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59-18/03 nömrəli arayışında xx.xx.1985-xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci ii tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və iddiaçının həmin müəssisədə güzəştli iş stajını olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin 18 aprel 2023-cü il tarixli 031 nömrəli iddiaçıya dair arayışında xx.xx.2015-ci il tarixindən bügünədək sözügedən müəssisədə kran operatoru vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyiniz kran operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bölməsində fəhlələr yarımbəndində (a) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənlər nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediİməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2023-xx.xx.2023-cü il tarixli ərizələrlə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər güzəştli iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıdakı qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin)müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. E.X2 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli" 59-18/03 nömrəli arayışında xx.xx.1985-xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və onun həmin müəssisədə güzəştli iş stajının olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdig edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin 18 aprel 2023-cü il tarixli 031 nömrəli iddiaçıya dair arayışında 4)xx.xx.2015-ci il tarixindən büğünədək sözügedən müəssisədə kran operatoru vəzifəsində işlədiyi geyd olunub. Onun işlədiyi kran operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdig edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquğu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) oöiməsində fəhlələr yarımbəndində (a) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995xx.xx.2002-0 il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı iddia ərizəsində “trolleybus sürücüsü” vəzifəsində işlədiyini qeyd etmişdir. Sözügedən peşə iddiaçının təqdim etdiyi sənədlərdə göstərilməmişdir. Eyni zamanda istinad olunan kod-1030400a-12229 nömrəsi Nazirlər Kabinetinin 1993-cü il 320 saylı Qərarının 1 nömrəli siyahısında əks olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan vermələ ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq -araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret hallan (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla - müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı (12 il 6 aydan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır.
11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1444/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
13. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarxidək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 17 il 9 ay 07 gün stajı mövcuddur.
14. Məhkəmə qeyd edir ki, cavabeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1444/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ № ******* nömrəli əmək kitabçasında və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 fevral 2023- cü il tarixli 59-18/03 nömrəli arayışında iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək və xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək olan dövr ərzində ştamplayıcı peşəsində işlədiyi qeyd olunmuşdur. E.X2 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59-18/03 nömrəli arayışında xx.xx.1985-xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı işlədiyi ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və onun həmin müəssisədə güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda bildirirlər ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 fevral 2023-cü il tarixli 59-18/03 nömrəli arayış ilə xx.xx.2023-cü il tarixli birgə akt arasında ziddiyyət olduğunu hesab etmiş və dəqiqləşdirmə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq adıçəkilən müəssisə izahlı arayış təqdim edərək ştamplayıcı peşəsinin güzəştli şərtlərlə iş hüququ verən vəzifə olduğunu qeyd etmişdir. Hesab edirlər ki, adıçəkilən müəssisənin hərəkətlərində ziddiyyət vardır. Məhkəməyə təqdim edilmiş güzəştli arayış, birgə akt və yenidən məhkəməyə təqdim edilmiş izahlı arayışda eyni şəxsin adı, imzası və möhür vardır. Bu məqamda sual meydana çıxır ki, eyni şəxs ştamplayıcı vəzifəsinin həm güzəştli iş stajı, həm də güzəştli iş stajı hesab olunmayan peşələrə aid olmasını təsdiq edir. Buradan da aydın olur ki, müəssisənin təqsirli hərəkətləri vardır. Məhkəmə iclası gedişatı zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasına cəlb edilməsi barədə şifahi vəsatət verilsə də, məhkəmə vəsatətə münasibət bildirməmiş və bu hal işin hərtərəfli araşdırılmamasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli iş stajı 12 il 6 avdan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır
21. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
22. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
23. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:
29. .İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cavabdeh quruma müraciət etmişdir.
30. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.
31. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının güzəştli iş stajı 11 il 8 ay 26 gün (xx.xx.1995xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci il tarixləri) hesablanmış, iddiaçının "xxxx" MMC-də işlədiyi dövr və "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövr (xx.xx.1985-xx.xx.1986-ci il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri) mübahisələndirilmişdir
32. Məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
33. Həmçinin, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada isə nəzərdə tutulmuşdur ki, (maddə 9.1.) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır
34. .İddiaçının Bakı Gəmiqayırma X3 Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən etmişdir ki: - Bakı Gəmiqayırma X3 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 031 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən (arayış təmin olunan xx.xx.2023-cü ıl tarixədək cari iş yerində iş stajı 10 il 8 ay olmaqla) "xxxx" MMC-də çalışır və xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "Takelajçı" vəzifəsində işləmiş, xx.xx.2015-ci il tarixdən etibarən "xxxx" vəzifəsində işə keçirilmişdir. - Bakı Gəmiqayırma Zavodu MMC tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Zavodda çalışdığı “Takelajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6.a bəndində qeyd olunan “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” peşəsinə uyğun deyildir. Zavodda “takelajçı” vəzifəsinin əsas funksiyası istehsalatda iş sahəsində və gəmidə malların qaldırılması, yüklənməsi, hərəkət etdirilməsi üçün ilməyin (takelajın) qurulması və bağlanması işlərini yerinə yetirməkdən ibarətdir.
35. Odur ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Bakı Gəmiqayırma X3 Cəmiyyətində işlədiyi dövr onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməməlidir.
36. İddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - Məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İzahlı Arayışa əsasən iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək ştamplayıcı şagirdi vəzifəsində, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək 1-ci dərəcə ştamplayıcı vəzifəsində, xx.xx.1988-ci ildə xx.xx.1992-ci ilədək 2-ci dərəcə ştamplayıcı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. - Məhkəməyə təqdim edilmiş Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İzahlı Arayışda qeyd olunmuşdur ki, Ştamplayıcı 50-60 tonluq rulon dəmir Yapon istehsalı olan “Aida” presinin diyircəkli deposuna bərkidir, ştampın puanson matrisası arasına yerləşdirir və onların arasındakı məsafəni nizamladıqdan sonra işə başlayır. 4 saylı sexdə dəmir vərəqlərlə işləyən ştamplayıcı eyni zamanda uyğun dəzgahda elektrik mühərrikləri üçün kipləşdirici həlqələr hazırlayır. Ştamplayıcının funksiyası dəzgahda texnoloji rejiminə uyğun əməliyyat aparır, forma verici hissələri yağlayır. Ştamplayıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiq 95,0 - 98,0 d BA olmuşdur ki, bu da normaldan 1 5 -1 8 d BA çoxdur. Göstərilən faktor iş gününün 90% - dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın “Metallurgiya istehsalatı “ maddə 3 bölmə 3.3, sət 19, səh 25. Bu peşə üzrə 5 il 0 ay 11 gün güzəştli əmək stajı təşkil edir.
37. Odur ki, məhkəmə hesab etmişdir ki, İddiaçı Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyətində ştamplayıcı vəzifəsində işlədiyi dövr (05 il 0 ay 11 gün: xx.xx.1985-ci ildən xx.xx.1985ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək, xx.xx.1988-ci ildə xx.xx.1992-ci ilədək) onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməlidir.
38. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
39. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarxidək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 17 il 9 ay 07 gün stajı mövcuddur.
40. Məhkəmə qeyd edir ki, cavabeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.
41. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
42. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
43. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ № ******* nömrəli əmək kitabçasında və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 fevral 2023- cü il tarixli 59-18/03 nömrəli arayışında iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək və xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək olan dövr ərzində ştamplayıcı peşəsində işlədiyi qeyd olunmuşdur. E.X2 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59-18/03 nömrəli arayışında xx.xx.1985xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı işlədiyi ştamplayıcı peşəsinin güzəştli şərtlə pensiya hüququ verən peşəyə aid olmadığı və onun həmin müəssisədə güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda bildirirlər ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 fevral 2023-cü il tarixli 59-18/03 nömrəli arayış ilə xx.xx.2023-cü il tarixli birgə akt arasında ziddiyyət olduğunu hesab etmiş və dəqiqləşdirmə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq adıçəkilən müəssisə izahlı arayış təqdim edərək ştamplayıcı peşəsinin güzəştli şərtlərlə iş hüququ verən vəzifə olduğunu qeyd etmişdir. Hesab edirlər ki, adıçəkilən müəssisənin hərəkətlərində ziddiyyət vardır. Məhkəməyə təqdim edilmiş güzəştli arayış, birgə akt və yenidən məhkəməyə təqdim edilmiş izahlı arayışda eyni şəxsin adı, imzası və möhür vardır. Bu məqamda sual meydana çıxır ki, eyni şəxs ştamplayıcı vəzifəsinin həm güzəştli iş stajı, həm də güzəştli iş stajı hesab olunmayan peşələrə aid olmasını təsdiq edir. Buradan da aydın olur ki, müəssisənin təqsirli hərəkətləri vardır. Məhkəmə iclası gedişatı zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasına cəlb edilməsi barədə şifahi vəsatət verilsə də, məhkəmə vəsatətə münasibət bildirməmiş və bu hal işin hərtərəfli araşdırılmamasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli iş stajı 12 il 6 avdan az (11 il 8 ay 26 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2007xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2012-ci tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.
44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyətində ştamplayıcı vəzifəsində işlədiyi dövr (05 il 0 ay 11 gün: xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək, xx.xx.1988-ci ildə xx.xx.1992-ci ilədək) onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməlidir.
45. Belə ki, E.X2 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59- 18/03 nömrəli arayışında xx.xx.1985-xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi və bu peşənin güzəştli iş stajı olması qeyd olunmuşdur. Həmin Arayış "xxxx" ASC-nin İdarə heyətinin sədri S.S.Abbasov və kdrlar şöbəsinin rəisi M.N.Babayeva tərəfindən imzalanaraq Cəmiyyətin möhürü ilə təsdiq olunmuşdur.
46. Cavabdehin mütəxəssislərin iddiaçının güzəştli iş hüququnun olmamasına dair xx.xx.2023-cü il tarixli birgə aktı isə cavabdehin mütəxəssislərindən başqa həm də yalnız "xxxx" ASC-nin kdrlar şöbəsinin rəisi M.N.Babayeva tərəfindən imzalanmışdır.
47. Məhkəmə Kollegiyası Yeni Bemz” ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59- 18/03 nömrəli arayışı ilə cavabdehin mütəxəssislərin iddiaçının güzəştli iş hüququnun olmamasına dair xx.xx.2023-cü il tarixli birgə aktı arasında mövcud ziddiyyətin "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasına dəvət olunmadan da aşağıdakı sübutlarla aradan qalxdığını bildirir:
48. Belə ki, əvvəla məhkəmə dəqiqləşdirmə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanlamışdır. Sorğu əsasında "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 59-18/03 nömrəli arayışı ilə eyni məzmunlu xx.xx.2023-cü il tarixli 59-18/10 nömrəli arayışı məhkəməyə təqdim olunmuşdur.Həmin Arayışda da iddiaçının xx.xx.1985-xx.xx.1986-cı il və xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin dəmirçi sexində ştamplayıcı peşəsində işlədiyi və bu peşənin güzəştli iş stajı olması qeyd olunmuşdur. Həmin Arayış da "xxxx" ASC-nin İdarə heyətinin sədri S.S.Abbasov və kdrlar şöbəsinin rəisi M.N.Babayeva tərəfindən imzalanaraq Cəmiyyətin möhürü ilə təsdiq olunmuşdur.(i/v-87)
49. İkincisi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı İnzibati məhkəməsinə təqdim olunmuş bir vərəqdən ibarət məktubda iddiaçın icra etdiyi vəzifənin güzəştli iş stajı olması və xüsusiyyətləri barədə məhkəməyə ətraflı məlumat verilmişdir.Həmin məlumat xarakterli məktub "xxxx" ASC-nin Baş konstruktoru N.M.Abdullayev və yenə də kdrlar şöbəsinin rəisi M.N.Babayeva tərəfindən imzalanaraq Cəmiyyətin möhürü ilə təsdiq olunmuşdur.(i/v-85)
50. Üçüncüsü məhkəməyə təqdim olunan əmək şəraitinin attestasiya vərəqəsindən və əməkhaqqı barədə digər sənədlərdən də (i/v-81-84-cü vərəqlər) müəyyən olunur ki, iddiaçının iş şəraitinə görə əlavə əməkhaqqının miqdarı 12% olmuşdur.
51. Məhkəmə Kollegiyası həmçinin, “X6” MMC-yə, "xxxx" MMC-yə ("xxxx" ASC) və.sair müəssisələrə sorğular göndərilərək İddiaçı Bakı Elektrik maşınqayırma zavodunda (sonralar “Azərelektromaş” İB) xx.xx.1988-xx.xx.1992-ci illər 2-ci dərəcə ştamplayıcı və xx.xx.1985-xx.xx.1986-cı illər 1-ci dərəcə ştamplayıcı işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən hansı vəzifəyə və KOD-a uyğun olması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
52. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, MMC-də belə vəzifə mövcud deyildir.Odur ki, sorğuda olan məsələ ilə bağlı cavab verilməsi mümkün olmamışdır.
53. Məhkəmə Kollegiyası göstərilən məzmunda cavab məktublarını iddiaçının zərərinə sübutlar kimi qiymətləndirmir.Belə ki, “X6” MMC-yə, "xxxx" MMC-yə ("xxxx" ASC) və.sair müəssisələrdə iddiaçının işlədiyi vəzifənin mövcud olmaması iddiaçıdan asılı olan hal deyildir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
55. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1444/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1444/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.