Məhkəmə qərarları › İş №2-1(103)-2365/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2365/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2365/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3363/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********186686 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********186686 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-yə ümumilikdə 721285,72 manat vergi və 937201,44 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Həmin qərar qanunsuz və əsassızdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********179765 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********179858 nömrəli aktın imzalanmasından imtina edilmişdir. Bunun səbəbi həmin aktda cəmiyyətə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı yol verilmiş nöqsanlar və vergi qanunvericiliyinin düzgün tətbiq edilməməsi, eyni zamanda vergitutma məqsədləri üçün qəbul edilmiş heç bir qayda və normativlərə əsaslanmayan hesablama metodundan istifadə edilməsi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən cəmiyyətə 2020-ci il üzrə 244779,17 manat, 2021-ci il üzrə 150705,41 manat və 2022-ci il üzrə 153345,66 manat olmaqla, ümumilikdə 548830,24 manat mənfəət vergisi hesablanmış və vergilərin azaldılmasına görə 274415,13 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci ilin dekabr ayı üzrə 25983,14 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 105460,67 manat, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 125402,01 manat və 2023-cü ilin yanvar-noyabr ayları üzrə 124802,6 manat olmaqla, ümumilikdə 381648,42 manat əlavə dəyər vergisi hesablanmış və vergilərin azaldılmasına görə 190824,21 manat maliyyə sanksiyası tətbiq edilmiş, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 2022-ci il üzrə 203946,13 manat, 2023-cü il üzrə 245868,39 manat, ümumilikdə 449814,52 manat maliyyə sanksiyası tətbiq edilmiş, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 20114,79 manat maliyyə sanksiyası tətbiq edilmiş, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 1592,71 manat maliyyə sanksiyası tətbiq edilmiş, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 440,0 manat maliyyə sanksiyası tətbiq edilmiş və 2020-ci ilin İV rübü üçün təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqqları bəyannaməsi üzrə 0,14 manat əlavə hesablama aparılmışdır. Yoxlama zamanı qeyd olunanlarla yanaşı, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 17074,72 manat, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 13540,9 manat və 2023-cü ilin yanvar-noyabr ayları üzrə 177580,18 manat olmaqla, ümumilikdə 208195,8 manat əlavə dəyər vergisinin artıq hesablandığı, 2020-ci üzrə 454,38 manat, 2021-ci il üzrə 408,94 manat və 2022-cü il üzrə 132,64 manat olmaqla, ümumilikdə 995,96 manat əmlak vergisi artıq hesablandığı və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqqları bəyannaməsi üzrə 2021-ci il üçün 0,76 manat, 2022-ci ilin İ və İİ rübləri üçün 0,56 manat olmaqla,ümumilikdə 1,32 manat məbləğin artıq hesablandığı müəyyən edilmişdir. İstər tərtib edilmiş səyyar vergi yoxlaması aktı, istərsə də onun nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara nəzər yetirdikdə görünür ki, aparılmış hesablamalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci, o cümlədən 67.1.2-ci maddələri ilə əsaslandırılmağa çalışılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını müəyyən edir və bu maddədə vergi orqanlarının vergi ödəyiciləri tərəfindən ödənilməli olan verginin məbləğini bir sıra əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ barədə qeyd olunur. Həmin Məcəllənin 67.1.2-ci maddəsində - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, əlaqəli məlumatlardan biri kimi göstərilmişdir. Yəni səyyar vergi yoxlamasının aparılması zamanı Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən sənədlərin yoxlamaya təqdim edilmədiyi, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədiyi, mühasibat uçotu aparılmadığı və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadığı, uçot və hesabat sənədləri məhv olunduğu (itirildiyi), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadığı hallarda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 13.2.12-ci maddəsində satışdankənar gəlirlərin də anlayışı verilmişdir. Buna görə satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Qeyd edildiyi kimi, vergi orqanı iddiaçı tərəfindən sənədlər yoxlamaya təqdim edildiyi, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verildiyi, mühasibat uçotu müəyyən edilmiş qaydada aparıldığı və uçot və hesabat sənədləri məhv edilmədiyi (itirilmədiyi) bir halda qanuna zidd olaraq yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad etmişdir. Eyni zamanda vergi orqanı yenə də qanuna zidd olaraq Vergi Məcəlləsinin 67.1.2-ci maddəsini əsas gətirməklə cəmiyyət tərəfindən təqdim edilmiş malların E-qaimələrdə göstərilmiş qiymətlərini pərakəndə qaydada satılmış mallara da tətbiq etmişdir. Belə bir hesablama metodu nə Vergi Məcəlləsində, nə də hər hansı digər bir qanunvericilik aktında mövcud deyildir. Vergi Məcəlləsinin hər hansı maddəsində vergi ödəyicilərinin qanuni şəkildə vergi orqanında qeydiyyatdan keçirdiyi nəzarət kassa aparatı vasitəsilə nağd qaydada satdığı mallar üzrə dövriyyələrin əsassız hesab edilməklə həmin mallara vergi ödəyicisinin öz E-qaimə qiymətlərinin tətbiq edilməsinin mümkünlüyü qeyd edilməmişdir. Bu, tamamilə əsası olmayan və qanunsuz bir yanaşmadır. Bununla yanaşı, Vergi Məcəlləsinin 67.1.2-ci maddəsində vergi ödəyicilərinin rəsmi gəlirləri, o cümlədən satışdankənar gəlirləri nəzərdə tutulur, malların E-qaimələr vasitəsilə təqdimetmə qiymətləri nəzərdə tutulmur. Yəni Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlara vergi ödəyicisinin E-qaimə ilə təqdim etdiyi malların satış qiymətləri əsas götürülməklə ümumi satış dövriyyəsinin müəyyənləşdirilməsi aid deyildir. Yoxlama dövründə cəmiyyət tərəfindən malların bir qismi həqiqətən də anbardan yerində satış olaraq nağd qaydada satılmışdır. Bunun səbəbi malın alıcılarından VÖEN tələb edildiyi zaman onların vergi ödəyicisi olmadıqlarını bildirməsi olmuşdur. Bu hallar malların ancaq anbarda - yerində satıldığı hallarda baş vermişdir. Eyni növ malın anbarda yerində satış qiyməti ilə ünvana çatdırılmaqla olan satış qiyməti arasında nəqliyyat, yanacaq və işçi xərclərini də nəzərə almaqla təbii olaraq fərqlər mövcud olmuşdur. Bununla bağlı olaraq cəmiyyət tərəfindən vergi ödəyicisi olmayan və ya vergi ödəyicisi olmadığını bildirən şəxslərə, yəni son istehlakçıya NKA vasitəsilə pərakəndə ticarət qaydasında satılmış mallar heç bir sübut, dəlil və ya əsas olmadan topdansatış qaydada satılmış mallar çərçivəsində dəyərləndirilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinadən cəmiyyətə 449814,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində açıq şəkildə pərakəndə satışın izahı “malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti” kimi verilmişdir. Malların pərakəndə qaydada satışı ilə bağlı bildirilir ki, vergi orqanında qeydiyyatdan keçirilmiş və vergi orqanının da istifadəsinə razılıq verdiyi nəzarət kassa aparatının fiskal yaddaşında ƏDV ilə birlikdə; 2020-ci il ərzində - 1595428,97 manat, 2021-ci il ərzində - 1490266,85 manat, 2022-ci il ərzində - 2039461,32 manat və 2023-cü ilin 11 ayı ərzində - 2458683,91 manat vəsait vardır. Pərakəndə qaydada yerində satışlar üzrə bu dövriyyələrin yox hesab edilərək həmin malların satışına qaimə qiymətlərinin tətbiq edilməsinə heç bir qanunvericilik aktı icazə vermədiyi bir halda, nədənsə aparılmış SVY zamanı bu səlahiyyəti vergi orqanı nümayəndələri özündə görərək belə bir hesablama aparmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində ümumilikdə dəyəri 125 min manatdan artıq olan istifadə vaxtı ötmüş malların mal alışını həyata keçirdikləri "xxxx" MMC-nin səlahiyyətli nümayəndələrinin də iştirakı ilə tərtib olunmuş utilizasiya aktları yoxlamaya təqdim edilmiş olsa da, həmin sənədlər vergi orqanı tərəfindən qəbul edilməmiş və ədalətsiz bir şəkildə silinmiş həmin mallar üzrə də ticarət əlavələri dövriyyələr müəyyən edilərək əlavə vergilər hesablanmışdır. Bundan başqa, tərtib edilmiş səyyar vergi yoxlaması aktında bir neçə yerdə qeyd edilmişdir ki, cəmiyyət tərəfindən yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmişdir. İddiaçı tərəfindən bütün mallar rəsmi şəkildə E-qaimələr vasitəsilə alınmaqla, vergi ödəyicisi olan şəxslərə qanunvericiliyin də tələbinə uyğun olaraq yenə E-qaimələr ilə, vergi ödəyicisi olmayan və ya VÖEN təqdim etməyən şəxslərə isə nəzarət kassa aparatları vasitəsilə nağd qaydada satılmaqla rəsmiləşdirilmişdir. Bundan başqa, mühasibatlıqda malların alınması, təqdim edilməsi və qalıqlar barədə hesabat onun alış qiyməti və ya maya dəyəri əsas götürülməklə tərtib edilir ki, iddiaçı tərəfindən də malların hərəkəti - mal-material hesabatları alış qiymətləri üzərindən tərtib edilmiş və yoxlamaya təqdim edilmişdir. Burada yoxlamanı aparan vergi orqanı və yoxlayıcıya sual olunur, əgər aktda qeyd edildiyi kimi tərəflərindən vergilərin hesablanması üçün tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmişdirsə, bəs onda əsassız da olsa, yoxlama ilə kənarlaşma məbləği hansı sənədlərə əsasən müəyyən edilmişdir? Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) e-2-1(112)-3363/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********186686 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186686 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186686 nömrəli ləğv edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə aşağıda qeyd olunan səbəblərə görə razı deyil. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179765 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY232069002; xx.xx.2023-cü il). Yoxlanılan dövrdə İddiaçı MMC faktiki olaraq alkoqollu və digər içkilərin topdan satışı ilə məşğul olmuşdur. Yoxlamanın nəticəsi üzrə hesablanmış vergilərin mahiyyət ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirlər. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə İddiaçı MMC mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 67.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin elektron qaimə-faktura üzrə gəlirləri, təqdim etdiyi mal-materialların illik hərəkəti cədvəli, o cümlədən vergi ödəyicisinin özünün elektron qaimə-faktura üzrə satışdankənar gəlirləri barədə rəsmi məlumatlara əsasən hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə məlumatı ilə vergi ödəyicisi tərəfindən təqdim olunan mal-materialların illik hərəkəti cədvəllərinin müqayisəsi nəticəsində həmin cədvəl məlumatların “pərakəndə satış” sütununda maya dəyəri ifadəsi ilə əks etdirilmiş mallar elektron qaimə-faktura əsasında topdan qaydada satış kimi qiymətləndirilərək ticarət əlavəsi tətbiq olunmaqla əlavə hesablamalar aparılmışdır. Belə ki, 2020-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış mallann dəyəri 5377950,10 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 3040127,70 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə-faktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə (VÖEN **********) “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu malların kompensasiyası” adı altında digər gəlirləri 190019,76 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5377950,10 + 3040127,70 + 190019,76 = 8608097,56 manat olmalı halda, 6971078,81 manat, 2021-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış mallann dəyəri 5078913,85 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2202405,31 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaiməfaktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu mallann kompensasiyası” adı altında digər gəlirləri 199702,46 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5078913,85 + 2202405,31 + 199702,46 = 7481021,62 manat olmalı halda, 6587198,53 manat, 2022-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış mallann dəyəri 4342233,58 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2769774,48 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə-faktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu mallann kompensasiyası” adı altında digər gəlirləri 253286,32 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 4342233,58 + 2769774,48 + 253286,32 = 7365294,38 manat olmalı halda, 6282051,08 manat göstərildiyi müəyyən olmuşdur. Nəticədə yoxlama ilə ümumi gəlirlərin 2020-ci il üzrə 8608097,56 - 6971078,81 = 1637018,75 manat, 2021-ci il üzrə 7481021,62 - 6587198,53 = 893823,09 manat, 2022-ci il üzrə isə 7365294,38- 6282051,08 = 1083243,3 manat azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda cəmiyyətin xərclərini araşdıran zaman əldə edilmiş elektron qaimə-faktura məlumatına, bank və faiz xərcləri üzrə bank çıxarışlarına, malın maya dəyərinin müəyyən edilməsi üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-materiallarının hərəkəti cədvəli, əlaqəli bəyannamə məlumatları (ÖMV, ƏDV, vahid hesabat, əmlak vergisi, mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsi) yoxlanılmışdır. Belə ki, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində 221.1-ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətiri üzrə 274018,21 olmalı halda 274018,21 manat, 221.2-ci “Sosial sığorta haqlan” sətiri üzrə 48485,16 manat olmalı halda 48485,16 manat, 221.5-ci “İcarə haqları” sətiri üzrə 18301,0 manat olmalı halda 0,0 manat, 221.11-ci “Rabitə xərcləri” sətiri üzrə 24,00 manat olmalı halda 0,0 manat, 221.13-cü “Bank xidməti üzrə xərclər” sətiri üzrə 10896,53 manat olmalı halda 13484,09 manat, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətiri üzrə 6139,24 manat olmalı halda 0,0 manat, 222.1-ci “Rezident üzrə faizlər” sətiri üzrə 9419,82 manat olmalı halda 0,0 manat, hərəkəti cədvəli, o cümlədən vergi ödəyicisinin özünün elektron qaimə-faktura üzrə satışdankənar gəlirləri barədə rəsmi məlumatlara əsasən hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə məlumatı ilə vergi ödəyicisi tərəfindən təqdim olunan mal-materialların illik hərəkəti cədvəllərinin müqayisəsi nəticəsində həmin cədvəl məlumatların “Pərakəndə satış” sütununda maya dəyəri ifadəsi ilə əks etdirilmiş mallar elektron qaimə-faktura əsasında topdan qaydada satış kimi qiymətləndirilərək ticarət əlavəsi tətbiq olunmaqla əlavə hesablamalar aparılmışdır. Belə ki, 2020-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış malların dəyəri 5377950,10 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 3040127,70 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə-faktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu malların kompensasiyası” adı altında digər gəlirləri 190019,76 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5377950,10+3040127,70+190019,76=8608097,56 manat olmalı halda, 6971078,81 manat, 2021-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış malların dəyəri 5078913,85 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2202405,31 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə-faktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu malların kompensasiyası” adı altında digər gəlirləri 199702,46 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5078913,85 + 2202405,31 + 199702,46 = 7481021,62 manat olmalı halda, 6587198,53 manat, 2022-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış malların dəyəri 4342233,58 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “Pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2769774,48 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə-faktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu malların kompensasiyası” adı altında digər gəlirləri 253286,32 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 4342233,58 + 2769774,48 + 253286,32 = 7365294,38 manat olmalı halda, 6282051,08 manat göstərildiyi müəyyən olmuşdur. Nəticədə yoxlama ilə ümumi gəlirlərin 2020-ci il üzrə 8608097,56 - 6971078,81 = 1637018,75 manat, 2021-ci il üzrə 7481021,62 - 6587198,53 = 893823,09 manat, 2022-ci il üzrə isə 7365294,38- 6282051,08 = 1083243,3 manat azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda cəmiyyətin xərclərini araşdıran zaman əldə edilmiş elektron qaimə-faktura məlumatına, bank və faiz xərcləri üzrə bank çıxarışlarına, malın maya dəyərinin müəyyən edilməsi üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-materiallarının hərəkəti cədvəli, əlaqəli bəyannamə məlumatları (ÖMV, ƏDV, vahid hesabat, əmlak vergisi, mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsi) yoxlanılmışdır. Belə ki, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində 221.1-ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətiri üzrə 274018,21 olmalı halda 274018,21 manat, 221.2-ci “Sosial sığorta haqlan” sətiri üzrə 48485,16 manat olmalı halda 48485,16 manat, 221.5-ci “İcarə haqlan” sətiri üzrə 18301,0 manat olmalı halda 0,0 manat, 221.11-ci “Rabitə xərcləri” sətiri üzrə 24,00 manat olmalı halda 0,0 manat, 221.13-cü “Bank xidməti üzrə xərcləf’ sətiri üzrə 10896,53 manat olmalı halda 13484,09 manat, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətiri üzrə 6139,24 manat olmalı halda 0,0 manat, 222.1-ci “Rezident üzrə faizlər” sətiri üzrə 9419,82 manat olmalı halda 0,0 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20 faiz tətbiq etməklə 2020-2022-ci illər üzrə (3614085,14- 869933,9)*20%=548830,24 manat mənfəət vergisi məbləğinin azaldıldığı müəyyən olunaraq müvafiq hesablamalar apanlmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 548830,24*50% = 274415,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159cu, 166-cı və 175-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin və əvəzləşdirilən ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatən edilən dövrdə təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi 243882,56 manat büdcəyə hesablama aparılmış və cəmi 13650,60 manat büdcədən qaytarılma istənilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə edilən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci sətrində əməliyyatlar üzrə cəmi 19264250,78 manat dövriyyə göstərilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 0 faiz üzrə ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan və ƏDV bəyannamələrinin 306-cı sətiri üzrə Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə edilən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 308ci sətirində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə 17985184,21 manat, ƏDV bəyannamələrinin 310-cu sətirində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə) cəmi ƏDV məbləğinin 0,0 manat, ƏDV bəyannamələrinin 312-ci sətirində Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyrirezidentə ödənilmiş ƏDV məbləğinin 0,0 manat və ƏDV bəyannamələrinin 317-ci sətrində əməliyyatlar üzrə cəmi ödənilmiş məbləğ üzrə əvəzləşdirilən ƏDV məbləğinin Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən 18 faiz tətbiq edilməklə 3237333,16 manat göstərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən cəmiyyətin ƏDV bəyannamələri üzrə göstəricilərinin Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə dövriyyə məbləği düzgün göstərilməmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 67.1.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş illər üzrə mal-materiallannın illik hərəkəti cədvəllərinin “pərakəndə satış” bölməsində maya dəyəri ilə ifadəsi ilə əks etdirilmiş malların dəyəri ilə, həmin malların vergi ödəyicisinin özü tərəfindən yoxlama ilə əhatə edilmiş illər üzrə təqdim edilmiş elektron qaimə-faktura məlumatları ilə topdan qaydada satış üzrə ticarət əlavəsi tətbiq edilməklə yaranmış dəyər üzrə müqayisəsi nəticəsində 2021-ci il üzrə 316321,41 manat (ƏDV-siz), 2022-ci il üzrə 409546,88 manat (ƏDV-siz), 2023-cü ilin yanvar ayından noyabr ayınadək isə 674588,33 manat (ƏDV-siz) əlavə dövriyyə müəyyən edilmişdir. Nəticədə, 2021-ci il üçün yaranmış 316321,41 manat əlavə dövriyyə məbləği ƏDV üzrə 2021-ci ilin dekabr ayına, 2022-ci il üçün yaranmış 409546,88 manat əlavə dövriyyə məbləği ƏDV üzrə 2022-ci ilin dekabr ayına, 2023-cü il üçün yaranmış 674588,33 manat əlavə dövriyyə məbləği 2023-cü ilin noyabr ayına hesablanmışdır. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********180823 nömrəli qərarı ilə keçirilən inventarizasiyanın nəticələrinə əsasən cəmiyyətin ƏDV bəyannamələri üzrə göstəricilərinin Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə dövriyyə məbləği düzgün göstərilməmişdir. “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” qərar ilə İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektində əsas vəsaitlərin, xammal və materialların, hazır məhsulların, nağd pul vəsaitlərinin, habelə digər sərvətlərin inventarizasiyası aparılmışdır. Əmtəə-material ehtiyatlarının, əmlakın faktiki mövcudluğu haqqında məlumatları özündə əks etdirən “Əmlakın və digər qiymətlilərin inventarizasiyası” barədə xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Cəmiyyətin rəhbəri tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş iltizama əsasən cəmiyyətin sahibliyində xx.xx.2024-cü il tarixə ünvan 1 ünvanında yerləşən anbarda alış dəyəri ilə 236214,71 manat məbləğində satışa yararlı, 26546,24 manat məbləğində xarab olmuş, 22706,4 manat məbləğində istifadə müddəti ötmüş mal qalığı olmuşdur. Səyyar vergi yoxlaması zamanı keçirilmiş inventarizasiyanın nəticələri təhlil edilmiş, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixli **********914600 nömrəli, xx.xx.2024-cü il tarixli **********294000 nömrəli və xx.xx.2024-cü il tarixli **********837800 nömrəli məktublarla səyyar vergi yoxlamasına təqdim edilən mal hərəkəti cədvəllərinə əsasən xx.xx.2020-ci il tarixə müəssisənin sahibliyində cəmi 220543,54 manat mal qalığı olmuşdur. Yoxlama dövründə elektron qaimə-faktura ilə alınmış və təqdim edilmiş mallar, yoxlama dövrünün sonundan inventarizasiya zamanı aşkar edilmiş malların siyahısının tarixinədək olan dövr üzrə elektron qaimə-faktura ilə alınmış və təqdim edilmiş mallar nəzərə alınmaqla ümumi 345760,94 manat məbləğində malların əskik gəldiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Səyyar vergi yoxlaması ilə keçirilmiş inventarizasiyası zamanı mallarırın əksik gəlməsi kimi müəyyən edilən 345760,94 manat məbləği, yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü, yəni 2023-cü ilin noyabr ayına əlavə edilməklə hesablama aparılmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə düzgün əməl olunmaması səbəbindən yoxlanılan dövrün ayları üzrə kənarlaşmalar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş bəyannamələr bank hesablarından daxil olmuş məlumatlar və yoxlama zamanı təqdim edilmiş sənədlərlə yoxlanılmış və yoxlanılan dövr üzrə ümümilikdə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan dövriyyənin 214404,45 manat (ƏDV-siz) çox, 1158448,9 manat az hesablandığı müəyyən olunmuşdur. Bundan başqa, yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə uyğun olaraq 2021-ci il üzrə 15299,51 manat, 2022-ci il üzrə 8758,13 manat, 2023-cü ilin yanvar ayından noyabr ayınadək 286736,92 manat, ümumilikdə 310794,56 manat ƏDV məbləğinin əvəzləşdirilmədiyi müəyyən olunaraq aylar üzrə müvafiq düzəlişlər aparılmışdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əvəzləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu araşdırılmış və vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Səyyar vergi yoxlaması ilə bütün yoxlanılan dövr üzrə ƏDV bəyannamələrinin 308-ci sətrində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə cəmi ƏDV məbləğinin 3548127,72 manat, ƏDV bəyannamələrinin 310-cu sətrində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə) cəmi ƏDV məbləğinin 0,0 manat, nəticədə ƏDV bəyannamələrinin 317-ci sətrində əməliyyatlar üzrə cəmi ödənilmiş məbləğ üzrə cəmi əvəzləşdirilən ƏDV məbləğinin 3548127,72 manat ƏDV məbləğinin olması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə müvafiq olaraq yoxlama ilə əhatə edilən dövr üzrə ƏDV bəyannamələrinin 301-ci sətirində ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə cəmi dövriyyə 143080298,05 manat, 302-ci sətirində ƏDV-yə 0% dərəcə ilə ilə cəlb olunan əməliyyatlar üzrə cəmi dövriyyə 0,0 manat, 0,0 manat, ƏDV bəyannamələrinin 305-ci sətrində əməliyyatlar üzrə cəmi dövriyyənin 143080298,05 manat olması müəyyən edilmişdir. Yoxlanılan dövrün əvvəlinə, yəni xx.xx.2020-ci il tarixə vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatlarına əsasən debitor borc məbləğlərinin ƏDV-yə 18% faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 0,0 manat, ƏDV-yə 0% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 0,0 manat, ƏDV-dən azad olunan əməliyyatlar üzrə 0,0 manat olduğunu nəzərə alaraq yoxlanan dövrün sonuncu ayına xx.xx.2023-cü il tarixə debitor borc məbləğləri ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 0,0 manat, 0% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 0,0 manat, ƏDVdən azad olunan əməliyyatlar üzrə isə 0,0 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə ƏDV bəyannamələrinin 326-cı sətrində büdcəyə ödənilməli vergi məbləğinin yoxlama ilə əhatə edilən dövr üzrə cəmi 535928,12 manat və ƏDV bəyannamələrinin 327-ci sətrində büdcədən qaytarılan vergi məbləğinin cəmi 132243,54 manat olması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləğinin ayrı-ayrı aylarda olmaqla ümumilikdə 381648,42 manat azaldıldığı, eyni zamanda 208195,8 manat isə artıq hesablandığı müəyyən olunmuşdur. Artıq hesablanmış 208195,8 manat vergi məbləğidə nəzərə alınaraq ümumilikdə 173452,62 manat verginin əskik hesablanması müəyyən edildi və büdcəyə 173452,62 manat əlavə ƏDV məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 381648,42 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 190824,21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətə məxsus AZ2008, ünvan 1 ünvanında yerləşən **********-23001 kod üzrə “anbar” adlı təsərrüfat subyektində yoxlama dövründə qeydiyyatda olan “Mini-T61” markalı zavod nömrəsi 01857 olan nəzarət kassa aparatı ilə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura təqdim edilmədən 2022-ci il ərzində 2039461,32 manat (ƏDV-li), 2023-cü ilin yanvar-noyabr aylarında isə 2458683,91 manat (ƏDV-li) məbləğində təqdim edildiyi müəyyən olunmuşdur. Nəticədə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında, 2022-ci il üzrə 203946,13 manat, 2023-cü ilin yanvar-noyabr ayları üzrə isə 245868,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisinin sahibliyində olan malların bir qisminə dair malların alışını və ya mədaxilini təsdiq edən sənədlər mövcud olmamışdır. Belə ki, 2020-ci ildə müəssisə tərəfindən alış sənədləri olmadan 401,0 miqdarda “Baltika 0 Wheat” 0.45L banka, 1779,0 miqdarda “Baltika 7 Eksport” 0.45L banka, 1049,0 miqdarda “Baltika 7 Eksport” 0.47L butulka, 773,0 miqdarda “Baltika 9 Cherry” 0.45L banka, 841,0 miqdarda “Baltika 9 Hard” 0.45L banka, 159,0 miqdarda "Baltika 9 Hard" 0.47L butulka, 3077,0 miqdarda “Baltika Kuler” 0.45L banka, 6968,0 miqdarda “Baltika Kuler” 0.47L butulka, 25683,0 miqdarda “Əfsanə Çəllək” 0.45L banka, 1409,0 miqdarda "Əfsanə Sərt" 0.45L banka, 202,0 miqdarda "Jiqulevskoe" 2L PET, 1568,0 miqdarda "Tuborg Green" 0.5L butulka, 4679,0 miqdarda "Xırdalan Non-filtered" 0.5L butulka, 17020,0 miqdarda "Xırdalan" 0.45L banka və 20217,0 miqdarda "Xırdalan" 0.5L butulka məhsullarının satışı həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2020-ci il üzrə alış sənədi olmadan cəmi xərclərin 87412,21 manat olması müəyyən edilmişdir. 2021-ci ildə müəssisə tərəfindən alış sənədləri olmadan 6,0 miqdarda "Baltika 9 Cherry" 0.45L banka, 2160,0 miqdarda “Əfsanə Çəllək” 2L PET məhsullarının satışı həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2021-ci il üzrə alış sənədi olmayan cəmi xərclərin 6850,73 manat olması müəyyən edilmişdir. 2022-ci ildə müəssisə tərəfindən ərzində alış sənədləri olmadan 1781,0 miqdarda “Baltika 9 Cherry” 0.45L banka, 3323,0 miqdarda “Baltika Kuler” 0.45L banka, 1526,0 miqdarda "Jiqulevskoe" 2L PET məhsullarının satışı həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2022ci il üzrə alış sənədi olmadan cəmi xərclərin 12732,97 manat olması müəyyən edilmişdir. 2023-cü ildə müəssisə tərəfindən ərzində alış sənədləri olmadan 1236,0 miqdarda “Baltika 0 Wheat” 0.45L banka, 4215,0 miqdarda “Baltika 9 Hard” 0.45L banka, 912,0 miqdarda “Baltika 9 Hard” 0.47L butulka, 709,0 miqdarda “Baltika Kuler” 2L PET, 3074,0 miqdarda “Əfsanə Çəllək” 0.45 L banka, 4138,0 miqdarda “Əfsanə Çəllək” 0.5L butulka, 8813,98 miqdarda “Əfsanə Sərt” 0.45L banka, 5109,52 miqdarda “X7” 0.45L banka, 228,0 miqdarda “Flash Up” 0.5 PET, 1540,0 miqdarda "Tuborg Green" 0.45L banka, 2024,0 miqdarda "Xırdalan Non-filtered" 0.5L butulka məhsullarının satışı həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2023-cü il üzrə alış sənədi olmadan cəmi xərclərin 40709,57 manat olması müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 58.8.2ci maddəsinə əsasən yoxlama ilə müəssisəyə 2020-ci ildə 8741,22 manat, 2021-ci ildə 685,07 manat və 2022-ci ildə 2546,59 manat, 2023-cü ildə isə 8141,91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********179858 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186686 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar və həmin qərar ilə hesablanmış 721.285,72 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 937.201,44 manat maliyyə sanksiyası məbləğinin, cəmi 1.658.487,16 manatın dövlət büdcəsinə ödənilməsi üçün vergi ödəyicisinə “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə göndərilmişdir. Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********905000 nömrəli məktubu ilə qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Məhkəmə qərarında qeyd olunur: “İddiaçı topdansatış fəaliyyəti ilə məşğul olsa da sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması və həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. İddiaçının cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə həmçinin elektron qaimə faktura əsasında malların satışlarının keçirilməsi qanuna uyğun olmuş, belə ki, hər iki üsulla satışlar zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olmamışdır. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir.” Vergi orqanının uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyət növü alkoqollu və digər içkilərin topdan satışıdan (əsas fəaliyyət növü) ibarət olmuşdur. Yoxlamanın həyata keçirildiyi dövrdə isə cəmiyyətin faktiki fəaliyyəti alkoqollu və digər içkilərin topdan satışından ibarət olmuşdur. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti nəzarət-kassa aparatının çeki ilə deyil, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan fəaliyyətdir. Vergi ödəyicisinin nəzarət-kassa aparatının olması o anlama gəlməməlidir ki, topdansatış qaydada təqdim edilən mallara görə NKA çeki təqdim edə bilər. Səyyar vergi yoxlaması zamanı vergilər yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaiməfaktura üzrə məlumatı ilə vergi ödəyicisi tərəfindən təqdim olunan mal-materialların illik hərəkəti cədvəllərinin müqayisəsi nəticəsində həmin cədvəl məlumatların “Pərakəndə satış” sütununda maya dəyəri ifadəsi ilə əks etdirilmiş mallar elektron qaimə-faktura əsasında topdan qaydada satış kimi qiymətləndirilərək ticarət əlavəsi tətbiq olunmaqla əlavə hesablamalar aparılmışdır. Hesablanmış əlavə vergi məbləğləri qanunvericiliyin tələblərinə uyğundur. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186686 nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********186686 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya 2020-ci il mənfəət vergisi üzrə 244779,17 manat, 2021-ci il mənfəət vergisi üzrə 150705,41 manat, 2022-ci il mənfəət vergisi üzrə 153345,66 manat, 2020-ci il əlavə dəyər vergisi üzrə 25983,14 manat, 2021-ci il əlavə dəyər vergisi üzrə 88385,95 manat, 2022-ci il əlavə dəyər vergisi üzrə 111861,11 manat, 2020-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 0,14 manat, artıq hesablama cəmi 53774,86 manat, cəmi 721.285,72 manat əlavə vergi və 937.201,44 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçıya həmin qərarla Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 440 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3-cü bəndinə əsasən bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2-ci bəndinə əsasən vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”: 1.3.1-ci bəndinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı üzrə növbədənkənar vergi yoxlaması keçirilmiş və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə əsaslandırılmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlama dövrü xx.xx.2020-xx.xx.2023-cü il, yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2024-cü il göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Cavabdeh vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Hazırki halda cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır. Belə ki, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya məxsus olan obyektdə kassa nəzarət aparatı qoyulmuş, topdansatışla yanaşı, pərakəndə satış da həyata keçirilmişdir. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, şəxsin fəalyyətinin topdansatış fəaliyyəti olması onun pərakənda satışla da məşğul olmasına hər hansı maneə yaratmır. Bu şərtlə ki, topdansatış fəaliyyəti ilə məşğul olub, həm də pərakəndə satış həyata keçirən şəxs pərakəndə satış vasitəsilə realizə etdiyi malları qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirsin. İddiaçı topdansatış fəaliyyəti ilə məşğul olsa da sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması və həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Vergi ödəyicisi olan iddiaçıya məxsus yoxlama aparılan obyektdə nəzarət-kassa aparatı mövcud olmuş və bu, vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. İddiaçının cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə, həmçinin elektron qaimə faktura əsasında malların satışlarının keçirilməsi qanuna uyğun olmuş, belə ki, hər iki üsulla satışlar zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olmamışdır. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir. Eyni zamanda satılan malların topdan satılmış mallar kimi qiymətləndirilməsi və bu qaydada vergilərin hesablanması qanunvericilikdə öz əksini tapmamışdır. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmur. Göründüyü kimi, iddiaçı topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi olsa da, iddiaçıya məxsus yoxlama aparılan obyektdə nəzarət-kassa aparatı mövcud olmuş və bu hal vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. İddiaçının cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə və elektron qaimə-faktura əsasında malların satışlarının keçirilməsi zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olmamışdır. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar. Cavabdeh tərəfindən mübahisələndirilən qərara əsasən əlavə vergi məbləğləri hesablanarkən qeyd olunan normaya istinad olunmuşdur. Həmin normada verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq üçün əsaslar göstərilmişdir. Lakin hazırki halda qeyd olunan əsaslardan hər hansı biri mövcud olmamışdır. Belə ki, iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilmiş, ərazi və ya binalara daxil olmağa icazə verilmiş, mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmış, malların alışı və satışı ilə əlaqədar bütün sənədlər mövcud olmuş, habelə iddiaçı tərəfindən müvafiq vergi məbləğləri ödənilmişdir. Cavabdeh qeyd olunan əsasların mövcud olması və buna uyğun olaraq qeyd olunan qaydada hesablanmanın aparılmasının zəruriliyi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Vergi Məcəlləsinin 67.1.2-ci maddəsində əlaqəli məlumatlar kimi vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar nəzərdə tutulmuşdur. Cavabdeh yoxlama ilə Vergi Məcəlləsinin 67.1.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş illər üzrə mal-materiallarının illik hərəkəti cədvəllərinin “pərakəndə satış” bölməsində maya dəyəri ilə ifadəsi ilə əks etdirilmiş malların dəyəri ilə, həmin malların vergi ödəyicisinin özü tərəfindən yoxlama ilə əhatə edilmiş illər üzrə təqdim edilmiş elektron qaimə-faktura məlumatları ilə topdan qaydada satış üzrə ticarət əlavəsi tətbiq edilməklə yaranmış dəyər üzrə müqayisəsi nəticəsində əlavə dövriyyə müəyyən edildiyini qeyd etsə də, bunun qeyd olunan normanın tələblərinə uyğun olduğunu və həmin məlumatların müvafiq maddədə nəzərdə tutulan əlaqəli məlumatlara aid olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə, konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3363/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar