Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2368/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili X7, cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı (üçüncü şəxs: ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) «yeni məlumat vərəqəsinin aidiyyəti orqana təqdim edilməsi iddia tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2057/2021 saylı 31.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq müəyyən etdi: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək məhkəmədən, ona aid pensiya məbləğinin (iqlim şəraiti xüsusi ilə ağır olan yerlərdə xidmət müddəti və bu şəraitdə xidmətə görə əlavələr nəzərə alınmaqla) qüvvədə olan qanunlara əsasən yenidən hesablanaraq Cavabdehndən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yeni məlumat vərəqəsinin təqdim edilməsi, 2017-ci ilin iyun ayından, yəni pensiyaya çıxdığı vaxtdan bu günədək yaranmış pensiya məbləği fərqinin qısa müddətdə birdəfəlik ödənilməsi vəzifələrinin cavabdehin və üçüncü şəxsin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı «...1996-cı ilin yanvar ayının 4-dən 2000-ci il fevralın 1-dək Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəzaxilasetmə İşləri İdarəsinin “Azərineft” X5 obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin Yanğın profilaktikası qrupunda inspektor vəzifəsində xüsusi rütbəli şəxs kimi xidmətə başlamışdır. Bundan sonra 1 fevral 2000-ci il tarixdən 31 may 2006-cı il tarixədək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğın Təhlükəsizliyi İdarəsi 52 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin Yanğın profilaktikası qrupunda baş inspektor vəzifəsində, 31 may 2006cı il tarixdən AR Cavabdeh X6 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X2 böyük inspektoru vəzifəsində fasiləsiz və qüsursuz 21 illik xidmətini başa vurub 5 iyun 2017-ci il tarixdən mayor xüsusi rütbəsində pensiyaya çıxmışdır. Lakin 5 iyun 2017-ci il tarixdən Cavabdeh tərəfindən ona pensiya təyin edilməsi üçün göndərilmiş məlumat vərəqində FHN-də xidmət müddətinin həmin dövrə və xidmət şəraitinə uyğun hesablanmamışdır. Belə ki, hazırda qüvvədə olan «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci hissəsinin “b” bəndinə əsasən iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət aparmağı (xidmətin bir ayı ayyarım sayılmaqla) nəzərə alınmayıb. Həmin qərara əsasən xidmətinin bir ili il yarım təşkil etdiyindən, onun xidmət müddəti 30 ildən artıq hesablanmalı idi…» Cavabdeh iddiaçıya ünvanlanmış 15.09.2020-ci il tarixli məktubunda yeni məlumat vərəqinin verilməsi üçün əsas olmadığını bildirmiş, məhkəməyə ünvanlanmış iddia ərizəsinə yazılı münasibətində də iddianı qəbul etməmiş, rədd olunmasını məhkmədən xahiş etmiş vı bunun aşağıdakılarla əsaslandırmışdır. “..İddiaçıya pensiya təyin edilməsi üçün təqdim olunmüş sənədlərdə ona aidiyyəti olan və qanunvericiliklə nəzərdə tutulmuş bütün güzəştlər nəzərə alınmışdır. İddiaçı ərizədə istinad etdiyi AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli qərarının 2-ci hissəsinin “b” bəndi ilə nəzərdə tutulmuş şərtin isə onun tutduğu vəzifəyə şamil edilməsini təsdiq edən heç bir əsas yoxdur. İddiaçı iddia tələbində, işlədiyi dövrdə ona AR Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli qərarının 4-cü hissəsində müəyyən edilmiş Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin vəzifə maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq tətbiq edilən 1,75 faizlik artım əmsalının ödənildiyini əsas gətirir. Halbuki, müvafiq qərarın adından və məzmunundan da görunduyu kimi, xidmət etdiyi dövrdə iddiaçıya şamil edilmiş həmin bənddə göstərilən əmsalın “iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilər”ə tətbiq edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, qanunvericilikdə “iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan” və “iqlim şəraiti xüsusilə ağır olan” iş yerləri anlayışları fərqləndirilir və müxtəlif hüquqi mahiyyət daşıyır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2057/2021 saylı 31.05.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…05.06.2017-ci il tarxdən javabdeh tərəfindən mənə pensiya təyin edilməsi cçün göndərilmiş məlumat vərəqində FHN-də xidmət müddətim həm’n dövrə və xidmət şəraitimə uyğun hesablanmamışdır. hazırda qüvvədə olan“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 №-li qərarının 2-ci hissəsinin “b” bəndinə əsasən iqlim şəraiti xüsusilə ağır olan verlərdə xidmət aparmağım (xidmətin bir ayı ayyarım sayılmaqla) nəzərə alınmayıb. Həmin qəı ıra əsasən xidmətimin bir ili - il yarım təşkil etdiyindən xidmət illərim güzəştli müddətdə nəzərə alınmaqla 30 ildən artıq hesablanmalı idi. Eləcə də, iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət aparması ona xidmət etdiyim hər təqvim ilinə görə verilən məzuniyyətdə də öz əksini tapır, belə ki, hər təqvim ilinə görə məzuniyyətim əsas məzurryyət 30 gün və dəniz əlavəsi 15 gün olmaqla adi şəraitdə xidmət aparan şəxslərdən fərqli olub. Həmçinin, xidmət apardığım müddətdə əmək haqqıma Azərbayjan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarına uyğun olaraq 1,75%-lik artımın ödənilməsi də iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət aparmağıma sübutdur. Birinci instansiya məhkəməsi işə baxarkən kifayət qədər araşdırma aparmamış, hər məhkəmə iclasında özüm, vəkilim və DSMF-nin nümayəndəsi iştirak etsək də, sədrlik edən hakim nəhayət məhkəmə iclasında FHN-nin nümayəndələri iştirak etdikləri gün onların iddiaya etirazını aldıqdan sonra heç bir əsas olmadan və iddia tələbi üzrə hər hansı bir araşdırma aparmayaraq işi yekunlaşdırıb iddianı təmin etməmişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən DSMF-nin nümayəndəsi çıxışında mübahisənin həllini məhkəmənin miilaizəsinə buraxdığını bildirsə də, məhkəmə onun çıxışını təhrif edib guya iddianın təmin edilməməsi xahişi kimi qərarda qeyd etmişdir. Qərara nəzər yetirdikdə onun 8 vərəqdən ibarət olmasına baxmayaraq, orada əsasən iddianın məzmunu, tərəflərin fikirləri və pensiya təminatı ilə bağlı qanunvericiliyə istinad edilmişdir. Lakin sədrlik edən hakim iddianın təmin etməməsinə dair əsasları qəbul etməmiş, qərarında qeyd etməmiş, yəni qərarını əsaslandıımamışdır. Yalnız qərarın 7-ci vərəqinin 2-ci abzasında guya Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 saylı qərarın 2-ci bəndinin “b” ycrımbəndində NK-nin təqsdiq etdiyi siyahı üzrə “iqlim şəraiti xüsusilə ağır olan yerlər”də xidmətin nəzərdə tutulduğunu, istinad etdiyim NKnin 22.08.2002-ci il tarixli 137 saylı qərarının “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmlfl edən artımların (əmsalların) məbləğin minimum miqdarının müəyyən edilməsi haqqında olmasına, yəni başqa kateqoriya şəxslərin dairəsini əhatə etdiyini qeyd etmiş, iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmətin siyahısının isə hazırda təsdiq edilmədiyinə istinad etsə də, “başqa kateqoriya”ya şəxslərin kimlər olduğunu və “iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmətin siyahısı”nın olub-olmaması barədə Nazirlər Kabinetinə hər hansı bir sorğu göndərməmişdir. Məhkəmə, xidmət illərimi və xidmətimi iqlim şəraiti xüsusilə ağır olan yerlərdə aparmağımı, yəni Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı qərarının 2-ci hissəsinin “b” bəndinə uyğun olmasını nəzərə almamışdır. Məhkəmə tərəfindən Azərbayjan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarına uyğun olaraq 1,75%-lik artımın ödənilməsinə istinad etmişdir. İddia tələbimin mahiyyəti isə ümumiyyətlə bu haqda deyildir. Onun tələbi ümumilikdə Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı qərarında qərarında öz əksini tapmışdır. Məhkəmə isə nədənsə məhz Azərbayjan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərara istinad etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, “iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmətlə bağlı Nazirlər Kabinetinin tərəfindən təsdiq olunmuş siyahının mövcud olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının 07.08 2021-ci il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 da həmçinin iddiaçının apellyasiya ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. «Əmək pensiyaları haqında» Azərbaycan Respublikası Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (AR-in Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 1-ci və 2-ci bəndlərindən isə görünür ki, o cümlədən, Azərbaycan Respublikasının Cavabdeh orqanlarında hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İş materiallarına və işdə iştirak edən şəxslərin izahatlarına əsasən müəyyən olunur ki, qanunvericiliyin qeyd olunan tələbləri qaydasında cavabdeh orqan tərəfindən 23.06.2017-ci il tarixində iddiaçının təminat xərcliyi barədə DSMF-yə məlumat vərəqi göndərilməsi və həmin məlumat vərəqəsi əsasında üçüncü şəxs pensiya təyin edən orqan tərəfindən ona 05.06.2017-ci il tarxindən əmək pensiyası təyin edildiyi işin mübahisələndrirlməyən halını təşkil edir. İddiaçının işə əlavə olunmuş məlumat vərəqindən isə görünür ki. iddiaçının təqvim üzrə xidmət illəri 21 il 5 ay 1 gün, cəmi xidməti (təhsil, təqvim, güzəştli dövrlər nəzərə alınmaqla) 25 il 1 ay 13 gün təşkil edir və onun təminat xərcliyinə isə aaşağıdakılar daxil edilmişdir: 1. Vəzifə maaşı 280 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə (30%)123 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, məharət dərəcəsinə görə əlavə (35%) 98 manat, dəniz faizi (75%) 210 manat –cəmi 905 manat. İşin yuxarıda qeyd olunan mübahisələndirilən hallllarından isə göründüyü kimi, iddiaçı iddia edir ki, o, iqlim şəraiti ağır olan yerlərdə, o cümlədən, Azərbaycan Dövlət Neft Şirkətinin obyektlərində xidmət etmişdir (İddiaçının həmin obyeklərdəki xidmətinin xüsusilə ağır iqlim şəraitində olması cavabdeh tərəfindən mübaziisələndirilmir). Belə ki, iqlim şəraiti xüsusilə ağır olan yerlərdə apardığı üçün hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 №-li qərarının 2-ci hissəsinin “b” bəndinə əsasən xidmətinin bir ayı ayyarım nəzərə alınır. Belə olan halda, məlumat vərəqində onun xidmət müddəti 30 ildən artıq təşkil etməli idi. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki, onun tələbinin təmin edilməsi üçün faktiki şərtlər mövcudluğu qanunvericiliyin tələbləri ilə öz təsdiqini tapmır. Belə ki, birincisi, «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin “b” yarımbəndinə əsasən: “zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar xidmətin bir ayı ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir: -iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə...” Göründüyü kimi, iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə həyata keçirilməlidir. Lakin, lakin elektron məhkəmə informamiya sistemi vasitəsilə aparılmış araşdırma nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hal-hazıradək təsdiq edilmiş olan “İqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmətin Siyahısı”nın mövcudluğu aşkar edilməmişdir. Cavabdehin, habelə üçüncü şəxsin nümayəndələrinin izahtlarına əsasən də müəyyyən olunur ki, belə bir Siyahı”nın mövcud deyil. Qeyd olunmalıdır ki, məlumat vərəqəsinin verilməsi tələbinə dair oxşar mübahisələrə baxılması zamanı da məhkəmə praktikasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş olan belə bir siyahının tətbiqinə rast gəlinməmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına gəldikdə isə, birincisi, qeyd olunan həmin Qərarda xidmət müddəti ilə bağlı güzəştli şərtlərin tətbiq olunmasını nəzərdə tutan müddəalar mövcud deyil. İkincisi, iddiaçının istinad etdiyi həmin Qərarın 4-cü bəndi “vəzifə maaşına sahillə əlaqə şəraitinə uyğun olaraq “1,75” artım (əmsal) tətbiqini” nəzərdə tutur. Üçüncüsü, ümümiyyətlə, həmin Qərar onun adı və onun müddəaları baxımından hərbi qulluqçulara və xüsusi rütbəli şəxsələə münasibətdə deyil, ağır və zərərli iş şəraitində çalışan işçilərə münasibətdə nəzərdə tutulur. Ən azından, bu həmin Qərarın 1 saylı Əlavə”sindən də aydın görünür. Beləliklə də, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15.09.2020-ci il tarixli məktubunda, yeni məlumat verilməsi üçün əsas olmaması əsası ilə, DSMF-yə məlumat vərəqinin göndərilməsindən imtina olunması əsaslıdır. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi və ya onun hərəkətsizliyinə görə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmaması və ya cavabdehin hərəkətsizliyi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir və bu baxımdan, iddiaçının apellyasiya şikayətinin kifayət qədər araşdırma aparılmadığını və ona münasibətdə əsassız olaraq AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin “b” yarımbəndinin tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2057/2021 saylı 31.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2057/2021 saylı 31.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2368/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2368/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver