Məhkəmə qərarları › İş №2-1(103)-2372/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2372/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2372/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X11 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx xxxxxxxx 1956-cı il tarixdə anadan olmuş, 1973-cü ildə orta məktəbi bitirdikdən sonra 22 avqust 1973-cü il tarixdən 29 aprel 1975-ci il tarixədək Füzuli rayonu, Engeles adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 06 may 1975-ci il tarixdən 15 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 29 iyul 1977-ci il tarixdən 20 iyun 2006-cı il tarixədək Horadiz təsərrüfat hesablı Avtonəqliyyat müəssisində sürücü işləmişdir. Beləliklə, onun 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı vardır. Odur ki, 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı olduğuna görə ona 20 sentyabr 2021ci il tarixdən qanunla nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyası təyin edilməlidir. 20 sentyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncudan 13 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə aldığı 04 iyul 2022-ci il tarixli məktubu ilə müxtəlif bəhanələrlə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Hesab edir ki, imtina əsassız və qanunsuzdur…” Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinə xx.xx.2022-ci il tarixli **********7 nömrəli sorğu ünvanlanmışdır.Həmin şöbəsinin xx.xx.2022-ci il tarixli **********82000 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alınan pensiya kapitalı barəsində Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2022-ci il 13 oktyabr tarixli **********2 nömrəli xidməti məktub ünvanlanmış, Fondun **********3 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Nazirliyin “X4 Sistemi”nin Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN:**********9) tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda iddiaçının adı sığortaolunan kimi qeyd olunmamış, həmçinin hərhansı sığortaedən tərəfindən vətəndaşın xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Həmçinin, Sosial Sığorta və Fərdi uçot üzrə mərkəzi filialının **********1 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən "xxxx" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində **********9 saylı SUN-la və ********** saylı VÖEN-lə (VÖEN alma tarixi xx.xx.2006-cı il) 16 yanvar 2009-cu il tarixdə sığortaedən kimi uçota alınmış, MElS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-cı il üçün 397,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmiş, sözügedən il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan İddiaçı (SSN: **********516) dair heç bir məlumat qeyd edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Bakı İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, is üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv arasdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarix inədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur, iddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 3 il 8 ay sığorta stajı. 3089.02 manat vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 3 il 8 ay sığorta stajı, 3089.02 manat pensiya kapitalı mövcuddur. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi (28 il 10 av 22 gün) "xxxx" MMC-də işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta staiı kimi nəzərə alına bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət X14 tərəfindən verilən 67 nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən müəssisənin sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər kitabı və s.) Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Füzuli Rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli **********82000 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyətini dayandırmışdır. Dövlət Sosial Müdafiə Fondunun **********3 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Nazirliyin “X4 Sistemi”nin Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN:**********9) tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumafda İddiaçı adı sığortaolunan kimi qeyd olunmamış, həmçinin hərhansı sığortaedən tərəfindən vətəndaşın xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Nəticə olaraq, iddiaçı işlədiyini iddia etdiyi dövrlərə aid əməkhaqqı almasını təsdiq edən hər hansı sənəd təqdim edə bilməməsi və yuxarıda qeyd edilən səbəblərdən iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmasına dair əsaslı şübhələr olması səbəbindən həmin dövrlər sığorta stajı kimi nəzərə alına bilməz. Bakı İnzibati Məhkəməsinin iddiaçının yasa görə əmək pensiyası hüququnun yaranması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki. is üzrə vekun məhkəmə aktının əsaslandırma hissəsində məhkəmə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı illərdə işlədiyi dövrün iddiaçıya məxsus əmək kitabçası və X9 tərəfindən verilən müəssisə arayısı ilə təsdiqləndiyini qevd edərək iddia tələbini təmin etmişdir. Halbuki, məhkəmə müessise tərəfindən verilən arayışın nəvə əsasən tərtib olunduğunu araşdırmamış, mötəbərliyinə əsaslı şübhələr olsa belə mötəbər sübut kimi qiymətləndirmişdir. Həmçinin məhkəmə "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmasına və xx.xx.2006-cı il tarixdən sonra iddiaçının adına hər hansı ödənişin olmamasına hüquqi qiymət verməmişdir. Odur ki, məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2418/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali X5 2-1(102)-506/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2- 1(103)-2418/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, Füzuli rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmış, həmçinin, Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda 1977-2006-cı illərdə "xxxx" MMC Füzuli rayonunda fəaliyyət göstəribgöstərməməsi barədə məlumat olmaması qeyd olunmuş, belə olan halda, yuxarıda qeyd olunan müəssisənin xx.xx.2006cı il tarixədək fəaliyyəti barəsində iş materiallarında heç bir məlumat yoxdur, bundan əlavə, DSMF-in Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialının xidməti məktubunda sığortaedən "xxxx" MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçı barəsində heç bir məlumat qeyd edilmədiyi qeyd edilmiş, lakin hazırkı işdə bir sıra ziddiyyətli hallar eləcə də, cavabdehin dəlillərini təsdiq edən bir sıra məlumatlar olduğu halda, apellyasiya məhkəməsi, bu istiqamətdə araşdırma aparmamış, sadəcə iddiaçının əmək kitabçasına istinad edərək qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı isə izahatında göstərmişdir ki, 1977-2006-cı illərdə “Füzuli Avtonəqliyyat” müəsisəsində sürücü işləmiş, 2006-cı ildə "xxxx" MMC yarandığında, 1 ay sonra qarajdakı avtomaşınlar özlləşdirildi, ona isə dedilər ki, sənə duşən əmlak payı bu avtomaşındı, əmək kitbçanı götürüb get. Onun həmin müəssisədə işlədiyini məhkəməyə gətirdiyi şahidlər də təsdiq edə bilər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Avtonəqliyyət müəssisəsinə 1982-ci ildə gəlmiş, iddiaçını həmin vaxtadan tanıyır. Həmin müəssisədə 1982-ci ildən 2005-ci ilə kimi işləmişdir. Müəsisəsə 1992-1993-cü illərdə Beyləqana köçmüş, 2006-cı ilə qədər orada fəaliyyət göstərib. İddiaçı ZİL markalı sürürdü. Nömrəsini xatırlamır. Bortlu avtomaşın deyildi. Material, sair şeylər daşıyırdılar. Əmək haqqı alırdılar, vergi barədə dəqiq bilmir, amma mühasib tərəfndən hamısı əmk haqqlarından çıxılırdı. Maaşları əmək haqqı cədvəli üzrə alırdılar (Əmək kitabçasının surətini məhkəməyə təqdim etdi) . Şahid qismində ifadəsi alınmış X12 isə ifadəsində bildirdi ki, Fizuli avtonəqliyyat müəssisəsində işləmişdir. Müəssisəyə 1985-1995-ci illərdə gəlmiş, gələn gündən iddiaçı ZİL şoferi işləyirdi. Əmək haqqı vaxtlı-vaxtında. ödənilib. O, xətt üzrə təhlukəsizlik mühəndisi işləmişdir. 1995-ci ildə işdən çıxarkən iddiaçı hələ orada qalıb işləyirdi. Müəssisə “Sovet” dağılmamışdan Horadizdə idi. Qaçqınlıq düşəndə müəssisə köçürüldü. Hərə bir yerdə məskunlaşdı. İddiaçı 1995-ci ilə qədər bortlu avtomaşın sürürdü, sonra özüboşaldan ZİL sürdü. Avtomaşın qara rəngli idi (əmək kitabçasının surətini məhkəməyə təqdim etdi). ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını İPM-in 96.11-ci maddəsinin tələbi nəzərə alınmaqla təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş 21 may 1973-cü il tarixli əmək kitabçasına və ******* nömrəli hərbi biletinin və onun 25 avqust 1973-cü il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətlərinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1973-xx.xx.1975: Engeles adına üzümçülük sovxozunda fəhlə -1 il 8 ay 7 gün; xx.xx.1975-xx.xx.1977: Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət - 2 il 7 gün; xx.xx.1977-xx.xx.2006: X6 sürücü – 28 il 10 ay 21 gün; İddiaçının qeyd olunan iş stajı toplandıqda, onun ümumi stajı 32 il 7 ay 22 gün təşkil edir. Cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının əmək kitabçasının qeydləri üzrə onun 1977-2006-cı illərdə X6 işlədiyi dövrü bütövlükdə, hətta, “Sovetlər”dövrünə düşən 1977-1991-ci illəri belə, şübhə altına alaraq həmin dövrü onun sığorta stajına daxil edilməsini mümkünsüz sayır. Məhkəmə kollegiyası aşağıdakılara görə, hərtərəfli inzibati araşdırmadan və iddiaçının xeyrinə olan halların nəzərə alınmasından yayınan cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qeyd olunan dəlillərinin araşdırılması istiqamətində Azərbaycan Respublikasının Dövlət X13, Füzuli Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, Füzuli Rayon Vergilər Şöbəsinə sorğular ünvanlanmış, lakin həmin sorğurara alınmış cavab məktublarında X10 barədə arxiv məlumatlarının əldə olunması mümkün olmamışdır. Füzuli Rayon Vergilər Şöbəsi tərəfidən xx.xx.2022-ci il tarixli məktubunda isə qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmışdır. Füzuli Rayon Vergilər Şöbəsinin qeyd olunan məktubunun təhlilini aparmış olsaq, buradan aydın olur ki, Sovetlər dövründə "xxxx" deyilən qürum mövcud ola bilməzdti, iddiaçı, 2006-cı ilə kimi, yəni, həmin MMC yaranana və vergi orqanında qeydiyyatdan keçən ana qədər X6 sürücü işləmiş, MMC yarandığında isə həmin müəssisə ilə əmək münasibətlərinə xitam verilmişdir. Qeyd olunan bu hallar onun özünün izahatı və məhkəməyə təqdim etdiyi şəxslərin şahid ifadələri və onların əmək kitabçalarının qeydləri ilə də öz təsdiqini tapır. Belə ki, iddiaçının qeyd olunan izahatından göründüyü kimi, 1977-2006-cı illərdə X7 sürücü işləmiş, 2006-cı ildə "xxxx" MMC yarandığında, 1 ay sonra qarajdakı avtomaşınlar özlləşdirilmiş, ona düşən əmlak payı olaraq idarə etdiyi avtomaşın və əmək kitabçası ona verilərək, həmin müəssisə ilə aralarındakı əmək münasibətlərinə xitam verilmişdir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş xx.xx.2006-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə, ərizəsinə və ödəniş qəbzinə əsasən MMC tərəfindən ZİL markalı özüboşaldan avtonmaşın iddiaçının özünə satılmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında şahid qismində dindirilmiş A.K.Rəhimov və Q.Q.Namazəliyevin qeyd olunan şahid ifadələrindən isə göründüyü kimi, onlar müvafiq olaraq 1982-ci və 1985-ci illərdə iddiaçının çalışdığı Avtonəqliyyat Müəssisəsinə işə qəbul olunmuş, bu zaman iddiaçının həmin müəssisədə “ZİL” markalı avtonəqliyyat vasitəsinin sürücüsı işlədiyinin, həm də onun əmək haqqı aldığının şahidi olmuşlar. Onların məhkəməyə təqdim etdikləri əmək kitabçalarının surətlərindən də görünür ki, işlədikləri və 2006-cı ilə qədər fəaliyyyət göstərən müəssisənin adı “X1muşdur. İddiaçının həmin müəssisədə 2006-cı ilə qədər olan müddət ərzində məcburi dövlət sosial sığorta haqlarını ödəməsinə gəldikdə, həmin dövrdə (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Digər tərəfdən, 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: -əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); -iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir (b.3). İddiaçının əmək kitabçası tədqiq olunduqda müəyyən olunur ki, onun X8 (“Fizulinskoe MPTP”) xx.xx.1977-ci il tarixdə “Sovet İttifaqı” dövründə işə qəbul olunmuş, işdən azad edilməsi isə artıq həmin müəssisənin özəlləşdirilərək "xxxx" MMC-nin yarandığı müstəqillilik dövrünə təsadüf etdir. Qeydlərdə müvafiq olaraq ilkin olaraq onun işə qəbulu ”Kiril” əlifbası ilə rus dilində - onun adı, işə girmə tarixii və müvafiq əmr, vəzifə göstəriciləri kadrlar müfəttişinin adı və imzası ilə təsdiq olunmuşdur. 2006-cı ildə işdən çıxması ilə bağlı qeydlər isə müəssisənin özəllşdirilərək MMC dövrünə təsadüf etdiyndən, “Latın” əlifbası ilə aparılmış və direktorun imzası və möhürü ilə təsdiq olunmuşdur. Kitbaçanın sözügedən qeydlərinin həqiqliyini şübhə altına ala bilən qaralama və düzəlişlər mövcud deyil, həmin vərəqin tamlığı da pozulmamışdır. Başqa sözlə, mübahisələndirən qeydləri yazılış tərtibatına xələlgətirici halların mövcudluğu müəyyən edilmir. Beləliklə də qeyd olunan şahid ifadələri ilə, eyni zamanda, onların əmək kitabçalarının qeydləri baxımından da iddiaçının əmək kitabçasının mübahisələndirilən qeydlərinin doğruluğu sübuta yetirilir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlarıdan göründüyü kimi, iddiaçının əmək kitabçası üzrə xx.xx.1977xx.xx.2006-cı illərdə onun X6 sürücü kimi 28 il 10 ay 21 gün işlədiyi dövrün sığorta iş stajı kimi nəzərə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina olunması qanunsuzdır və hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmə qərar qəbul edərkən sübutların qiymətləndirilməsində, habelə maddi və prosessual hüquq normalarının tətbiqndə səhvə yol verdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar