Məhkəmə qərarları › İş №2-1(103)-2373/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2373/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2373/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1587/2023 saylı 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. A seriyalı 752796 saylı xx.xx.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki məktəbini “Tornaçı” peşəsi üzrə tam kursunu bitirmişdir. NZ seriyalı ******* saylı hərbi biletə əsasən o, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək 20 saylı Texniki Məktəbdə təhsil almış, xx.xx.1981-ci ildə “Xəzərneftqazdonanması” İdarəsinin SİKP-nın XXİ qurultayı adına Gəmi Təmiri zavodunda mexaniki sexə 2 dərəcəli tokar vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək Sovet Ordusunda xidmət etmiş, xx.xx.1983-cü ildə zavodda gövdəqaynaq sexində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə gəmi gövdə-təmirçisi ixtisası verilmiş, gövdə-qaynaq sexinin birinci dərəcəli fəhləsinə gəmi gövdə təmirçisi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə gövdə qaynaq sexində ikinci dərəcəli gəmi gövdə-təmirçisi dərəcəsi, xx.xx.1986-cı ildə gövdə qaynaq sexində üçüncü dərəcə gəmi gövdə təmirçisi ixtisası, xx.xx.1988-ci ildə gövdə qaynaq sexində üçüncü dərəcə gəmi gövdə təmirçisi dərəcəsi, xx.xx.1993-cü ildə qaynaq sexində dördüncü dərəcə gəmi gövdə təmirçisi dərəcəsi, xx.xx.2001-ci ildə qaynaq sexində beşinci dərəcə gəmi gövdə təmirçisi dərəcəsi verilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmiş, xx.xx.2003cü ildə “X13 LTD” şirkətinin Azərbaycan nümayəndəliyində quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş, xx.xx.2007-ci ildə Cənub rayon X16 İdarəsinə QTE-nin altıncı dərəcəli gəmi gövdə təmirçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir, xx.xx.2012-ci ildə Abşeron rayon X16 İdarəsində gəmi təmiri emalatxanasına altıncı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü ildə Xəzər Dəniz X14 təmiri emalatxanasına altıncı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə qəbul edilmiş və halhazıradək işləyir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya təyinatından imtina haqqında” məktuba əsasən iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusilə sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli V260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 15 gün xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1963-cü ildə Lənkəran rayonunda anadan olmuş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək olan müddətdə “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda “mexaniki sexdə ikinci dərəcəli tornaçı, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək olan müddətdə 20 nömrəli Texniki Peşə Məktəbində “tornaçı” ixtisası üzrə peşə təhsili almışdır. xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək olan müddətdə “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda gövdə qaynaq sexinə birinci dərəcəli fəhlə, xx.xx.1984-cü ildən xx.xx.2004-cü ilədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda gövdə qaynaq sexində gəmi gövdə təmirçisi işləmiş, xx.xx.2013-cü ildə başqa təşkilata işə qəbul olunduğuna görə işdən azad edilmişdir. xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək olan müddətdə “X11 LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyində quraşdırıcı, xx.xx.2005ci ildən xx.xx.2005-ci ilədək “X11 LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyində iş icraçısı işləmişdir. İşlədyi işlərin əksəriyyəti güzəştli siyahıda qeyd edilmişdir. Ümumlikdə 19 il 11 ay 10 gün güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. Yuxarıda göstərilən peşə AR NKnin 23 yanvar 12 N-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci bölməsinin 11.6-nın “a” bəndinə əsasən güzəştli şərtlə pensiya çıxmaq hüququ verir. xx.xx.1984-cü ildən xx.xx.2004-cü ilə qədər gəmi gövdə təmirçisi kimi iş stajı 19 il, 11 ay, 10 gün təşkil edir. Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC “Bibiheybət" Gəmi təmiri zavodu tərəfindən verilmiş güzəştli arayışda da göstərilir. Əmək kitabçasından da görünür ki, hələ xx.xx.2006-ci ildədək olan müddətdə onun 19 il 11 ay 10 gün güzəştli, 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, iddiaçı 57 yaşının tamam olduğu 01 sentyabr 2020-ci ildən əmək pensiyası təyin edilməli idi. Həmçinin qeyd edir ki, iddiaçı birinci Qarabağ Müharibəsi veteranıdır. Bununla bağlı məcburiyyət qarşısında qalıb, sənədlərini notarial qaydada tərcümə və təsdiq elətdirməklə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli ərizələrlə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmişdir. xx.xx.2020-ci il tarixli ərizəsinə cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. xx.xx.2020-ci il tarixli ərizəsinə cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş ''Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə" Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Mərkəzi Filiala xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız müddətin əyani olubolmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxıla bilər. xx.xx.2021-ci il tarixli növbəti ərizəsinə cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 2 ay 15 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-18.1 1.2003-cü il, xx.xx.2003- xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin qeyd edir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, sizin 1980-1981-ci illərdə təhsil aldığınız 20 nömrəli Texniki Peşə Məktəbinin arxiv sənədləri hal-hazırda həmin məktəb fəaliyyət göstərmədiyi üçün 15 nömrəli Bakı Peşə Liseyinə təhvil verilmişdir. Lakin sözügedən arxiv sənədləri arasında sizin təhsil aldığınız dövrə aid məlumatlar mövcud olmadığına görə müraciətinizi təmin etmək mümkün deyil. Peşə Təhsili üzrə Dövlət Agentliyinə növbəti müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, müraciətinizdə qeyd etdiyiniz 20 nömrəli Texniki Peşə Məktəbinin sənədlərində təhsil almağınızla bağlı qeydlər olmadığı üçün müraciətinizi təmin etmək mümkün deyil. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən baxılaraq, 17.9.2021-ci il tarixli **********0 nömrəli məktubla ərizəçiyə imtina cavab verilmişdir. Həmin məktuba əsasən ərizəçinin xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququnun təyin edilməsi üçün iki sərt ödənilməlidir: 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, İddiaçı tərəfindən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 15 gün (xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981 - xx.xx.1983-cü il, xx.xx.1983- 18.11,2003-cü il, xx.xx.2003- 31,12.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. X9 təqdim edilən A №752796 nömrəli diploma əsasən İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki Peşə Məktəbində “tornaçı” peşəsi üzrə təhsil almışdır. Lakin İddiaçı tərəfindən Mərkəzi filiala təhsil aldığı müddətin əyani olubolmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021- ci il tarixli məktubuna əsasən 20 nömrəli Texniki Peşə Məktəbinin arxiv sənədləri arasında iddiaçının təhsil aldığı dövrə aid məlumatların mövcud olmadığı qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qavdası”nın 4.4-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun ümumi iş stajının 25 ildən az olması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 il olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil haqqında sənədi (diplomu), əmək kitabçasını, arxiv arayışını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus diplomdan və hərbi biletin surətindən görünür ki, o, müvafiq olaraq xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil almış, xx.xx.1981xx.xx.1983-cüi il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı işdən görünür ki, cavabdeh inzibati orqanın imtinasını iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 2 ay 15 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) olması təşkil edir. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının iş stajının hesablamalarından görünür ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.2006-cı il tarixədək qeyd edilmiş iş stajları, o cümlədən xx.xx.1981-xx.xx.1981-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınsa da, iddiaçının təhsil dövrü nəzərə alınmamışdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus diplomdan görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki məktəbini “Tornaçı” peşəsi üzrə tam kursunu bitirmiş, bu hal iddiaçının əmək kitabçasında da öz təsdiqini tapmışdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, qanunvericilikdə iş stajında nəzərə alınan təhsil müddəti yalnız əyani təhsil forması ilə məhdudlaşdırılmamışdır. Beləliklə, iddiaçıya məxsus hərbi biletdən, təhsil haqqında sənəddən və əmək kitabçasındakı qeydlərdən görünür ki, onun hərbi xidmət, təhsil və müxtəlif dövrlərdə işlədiyi müddət nəzərə alınmaqla, ümumilikdə iş stajı 25 ildən çox təşkil edir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilməsə də, kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan "xxxx" QSC X10 xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, həqiqətən İddiaçı xx.xx.2007-ci ildə Cənub Rayon Dəniz X14 təmiri emalatxanasına (GTE) 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə (xx.xx.2007-ci il tarixli 139-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 2156-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə GTE-nin 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə (xx.xx.2012-ci il tarixli 1902-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda GTE-nin mexaniki çilingər sahəsində gəmi gövdə təmirçisi peşəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən Xəzər X16sı adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X16sının yenidən təşkili yolu ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər X16sının arayışından görünür ki, iddiaçı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti X18 X5 Xidmət və Təmir Bazasının Gəmi gövdə təmiri sahəsinə xx.xx.2012-ci il tarixdə gəmi gövdə təmirçisi vəzifəsinə qəbul edilmişdir. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun 99 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Xəzərdənizneftqaz" X3 Birliyinin xx.xx.1988-ci il tarixli 148 saylı əmrinə əsasən “Xəzərdənizneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu adlandırılmışdır. “Xəzərdənizneftqaz” X3 Birliyinin xx.xx.1991-ci il tarixli 299 saylı əmrinə əsasən “Xəzərneftdonanma" idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin “Xəzərdənizneftdonanma” idarəsinin 60 saylı əmrinə əsasən zavod “Xəzərdənizneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod Xəzər X16sı Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X10 yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “QSC yaradılmış, Xəzər X16sı idarəsinin Gəmi təmiri zavodu “Bibiheybət” Gəmi təmiri zavodu adlandırılmışdır. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun 99 saylı xx.xx.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1981 -ci ildən xx.xx.1981-ci ilə, xx.xx.1983-ildən xx.xx.2003-cü ilə kimi “Xəzərdənizneftqaz "idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləmişdir. xx.xx.1981-ci ildə mexaniki sexə ikinci dərəcəli tornaçı qəbul edilmiş, xx.xx.1981-ci ildə Azərbaycan SSR-ƏM-nin 36 maddəsinin 3-cü bəndinə əsasən (Sovet Ordusu sıralarına çağırışı ilə bağlı) işdən azad edilmiş, xx.xx.1983-cü ildə gövdə qaynaq sexinə birinci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1984-cü ildə gövdə qaynaq sexinin birinci dərəcəli fəhləsinə gəmi gövdə təmirçisi peşəsi verilmiş, xx.xx.1985-ci ildə gövdə qaynaq sexinin gəmi gövdə təmirçisinə ikinci dərəcə verilmiş, xx.xx.1986-cı ildə gövdə qaynaq sexinin gəmi gövdə təmirçisinə üçüncü dərəcə verilmiş,xx.xx.1988-ci ildə üçüncü dərəcəli gövdə qaynaq sexinin gəmi gövdə təmirçisinə yeni ödəniş üsuluna keçidi ilə əlaqədar əmək haqqı hesablanmış, xx.xx.1993cü ildə dördüncü dərəcəli gəmi gövdə təmirçisi ixtisası verilmiş, xx.xx.2001-ci ildə gövdə qaynaq sexinin gəmi gövdə təmirçi ixtisası üzrə beşinci dərəcə verilmiş, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Onun işlədiyi peşə AR NK-nin 23 yanvar 2007-ci il tarixli 12 N-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın 11-ci bölməsinin 11.6.nın “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. xx.xx.1984-cü ildən xx.xx.2004-cü ilə kimi gəmi gövdə təmirçisi kimi iş stajı 19 il, 11 ay, 10 gün təşkil edir. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, Abdullayev X1” Gəmi Təmiri zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək gəmi gövdə təmirçisi peşəsində işləmiş və işlədiyi vəzifə üzrə onun iş stajı 19 il 10 ay 18 gün təşkil etmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: gəmi gövdəsinin mürəkkəb hissə və detallarının nişanlanması və açılmasının qurulması. Gəmi gövdəsinin seksiyalarının təmir edilməsi, əsas güc qurğularının təmiri, yığılması və quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın 11.6-cı bəndində “a” yarımbəndindəki vəzifə koduna müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Beləliklə, iddiaçının “Bibiheybət” Gəmi Təmiri zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi “gəmi gövdə təmirçisi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın XİV bölməsinin 3-cü yarımbölməsi, 2150300a kodu altında göstərilən “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” a) fəhlələr: “təmirçi gəmi gövdəçiləri” peşəsinə uyğundur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1587/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar