Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2373/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçı1 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “qeydiyyatın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1rşı “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxs) 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxsdə işə bərpa olunmağının təmin olunması, 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 97/k saylı xx.xx.2022-ci il tarixli “əmək müqavilələrinin ləğv edilməsi” barədə əmrinin qismən, iddiaçıya aid hissədə ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsdə analoji vəzifəyə təyin olunmağı, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” kimi dəyişdirilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 2003-cü il tarixdən 2011-ci il tarixədək Avtonəqliyyat Servis departamentində işləmişdir. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab X9 əsasən qeyd olunan department əsasmda Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmışdır və 2011-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək Dövlət Avtomobil Nəqliyyat Xidmətində işləmişdir. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli,1463 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional nəqliyyat”, “13 saylı Cəlilabad regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxs yaradılmışdır. Həmin Fərmanın 3.2ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Həmin Fərmanın 5.3- cü bəndinə əsasən Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün. Həmin Fərmanın 5.4- cü bəndində göstərilmişdir ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların balansındakı əmlakın Agentlyin balansına verilməsini təmin etsin. Dövlət Avtomobil Nəqliyyat Xidməti Azərbaycan Respublikasının Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən faktiki olaraq digər nəqliyyat təşkilatları ilə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi çıxış edir. DANX faktiki olaraq ləğv olunmayıb, başqa nəqliyyat təşkilatlarına birləşib və onların əsasında publik hüquqi şəxs yaradılıb və bunun nəticəsində 25 oktyabr 2022-ci il tarixli, 97K əmr ilə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin X13suz olaraq onu işdən çıxarıb. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu verərək onu dövlət orqanının ləğv edilməsi əsası ilə elə həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdən dövlət qulluğuna xitam veriləcəyini bildirmişdir və həmin tarixdə də, yəni 25 oktyabr 2022ci il tarixdə 97/k nömrəli əmr tərtib edərək dövlət orqanının ləğvi əsası ilə onu qanusuz olaraq işdən çıxarmışdır. X14 Nəqliyyat Xidməti Azərbaycan Respublikasının Prezidentin Fərmanına əsasən faktiki olaraq digər nəqliyyat təşkilatları ilə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi çıxış edir. DANX faktiki olaraq ləğv olunmayıb, başqa nəqliyyat təşkilatlarına birləşib və onların əsasında publik hüquqi şəxs yaradılıb. Qeyd olunan dövlət orqanı başqa təşkilatlara birləşərək onların əsasında Yersüstü Nəqliyyat X11 şəxs yarandığı üçün dövlət orqanının ləğvi əsası ilə işdən çıxarıla bilməzdi. Hazırkı iş üzrə Mülki Məcəllənin 56.1-ci maddəsi və 59.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən “Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinin mənasına görə DANX-ın hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxsə - Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün dövlət orqanın ləğvi əsası ilə işdən çıxarıla bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mülki Məcəllənin 56.1-ci maddəsinin mənasından da görünür ki, DANX-ın hüquq və vəzifələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsə keçmişdir, ona görə də Yerüstü Nəqliyyat X11 şəxsdə əvvəlki vəzifəsinə uyğun işə keçirilməli idi, lakin Yerüstü Nəqliyyat Agentliyində əvvəlki vəzifəsinə uyğun iş təklif edilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyimə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticəsiz qalmışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, mediasiya üçün tərəfindən 50 manat pul ödənilmişdir və mediasiya prosesinə xitam verilməsi haqqında 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mediasiya prosesindən imtina etmişdir. Bundan başqa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (OMBUDSMAN), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə, Yeni Azərbaycan Partiyasına şikayətlər etsə də, heç bir nəticə əldə etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız, işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadliqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəımə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırrmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. X19 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5683/2023 nömrəli iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3514/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-625/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(103)-3514/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, ““Bu kontekstdə, işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən hazırkı Qərarda (§35-39) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, eyni zamanda: 1) Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fərmanı (§15) ilə müxtəlif idarə və təşkilatların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında hazırkı iş üzrə cavabdehin (Cavabdeh PHŞ) yaradılmasının, habelə sonuncunun, avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxs olmasının, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakının cavabdehin balansına keçməsinin, eləcə də cavabdehin dövlət qeydiyyatına alındığını təsdiq edən Publik hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********897500 nömrəli çıxarışda onun 11 oktyabr 2021-ci il tarixli Fərmanda (§15) sadalanan idarə və təşkilatların hüquqi varisi olmasının göstərilməsinin Cavabdeh PHŞ-nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olub-olmamasına dəlalət edib-etmədiyinə; 2) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əvvəllər malik olduğu hüquq, vəzifə və funksiyaların (fəaliyyət istiqamətlərinin) hazırda Cavabdeh PHŞ tərəfindən həyata keçirilibkeçirilmədiyinə; 3) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın (§16) 2-ci bəndi ilə nəzərdə tutulan analoji vakant vəzifəyə təyin edilmədə üstün hüquqların ləğv edilən dövlət orqanının bazasında publik hüquqi şəxs yaradılan hallara da şamil olub-olunmadığına, hüquqi qiymət verilməlidir.” Eyni zamanda İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsində analoji vəzifəyə təyin olunmağım, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyul 2003-cü il tarixdən 31 iyul 2011-ci il tarixədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyat servis Departamenfdə çalışmışam. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab X9 əsasən qeyd olunan departament əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmışdır və 05 yanvar 2012-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək dövlət qulluqçusu kimi işləmişdir, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə kimi yüksəlmişdir. Xidmətini qüsursuz aparmışdır. Lakin 25 oktyabr 2022-ci il tarixdə o və digər təxminən 35 nəfərə yaxın iş yoldaşları bir gündə bir əmrlə Dövlət orqanının ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Qeyd edilmişdir ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, ”1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2nömrəli Bakı Avtonəqliyyat müəssisəsi”,“3 nömrəli BakıAvtonəqliyyat Müəssisəsi”,“1 saylı Gəncə Regional Nəqliyyat”,“2 saylı Quba Regional Nəqliyyat”,“3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz İDDİA ƏRİZƏSİ Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional nəqliyyat”, “13 saylı Cəlilabad regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi yaradılmışdır. Həmin Fərmanın 3.2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Həmin Fərmanın 5.3-cü bəndinə əsasən Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün. Həmin Fərmanın 5.4-cü bəndində göstərilmişdir ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların balansındakı əmlakın Agentiyin balasnsına verilməsini təmin etsin. Azərbaycan Respublikasının Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən digər nəqliyyat təşkilatları faktiki olaraq Dövlət Avtomobil Nəqliyyat Xidmətinə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi yaradılıb. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsssız sayır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu verərək onu dövlət orqanının ləğv edilməsi əsası ilə elə həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdən dövlət qulluğuna xitam veriləcəyini bildirmişdir və həmin tarixdə də, yəni 25 oktyabr 2022- ci il tarixdə 97/k nömrəli əmr tərtib edərək dövlət orqanının ləğvi əsası ilə onu qanusuz olaraq işdən çıxarmışdır. Hesab edir ki, hazırki iş üzrə Mülki Məcəllənin 56.1-ci maddəsi və 59.1-cimaddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən “Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.” AR MM-nin 59.1ci maddəsinin mənasına görə DANX -ın hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxsə - Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün dövlət orqanın ləğviəsası ilə mən işdən çıxarıla bilməzdim. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeniyaranmış hüquqi şəxsə keçir.” Mülki Məcəllənin 56.1-ci maddəsinin mənasında da görünür ki DANX-ın hüquq və vəzifələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsə keçmişdir , ona görə də mən Yerüstü Nəqliyyat Agentliyinin X22ndə əvvəlki vəzifəmə uyğun işə keçirilməli idim, lakin Yerüstü Nəqliyyat Agentliyində mənə əvvəlki vəzifəmə uyğun iş təklif edilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyimə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməlidir. Cavabdehlə aramızda yaranmış mübahisəni yoluna qoymaq cəhdlərim nəticə verməmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, mediasiya üçün tərəfimdən 60 manat pul ödənilmişdir və mediasiya prosesinə xitam verilməsi haqqında 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mediasiya prosesindən imtina etmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Əsasnaməsi 2022-ci ilin sentyabr ayında ləğv olunmuşdur, həmin ayda Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunub, DANX-ın Əsasnaməsi 2022-ci ilin sentyabr ayında ləğv olunduğu halda necə olur ki 2022-ci ilin oktyabr ayında mən işdən azad olunuram? Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinni Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında”1994-cü il 3 mart tarixli 93 nömrəli, “İnzibati orqanların Təsnifatf’nın təqdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli 136 nömrəli, ” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 04 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın ‘Komissiya üzvləri”bölməsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözlri “Azərbaycan Yerüstü Nəqliyyat X5 sədri” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 sentyabr 2022- ci il tarixli, 1842 nömrəli Fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmişdir. Göründüyü kimi Dövlət Avtomobil Nəqliyyat Xidməti 04 aprel 2022-ci il tarixdə X3 Siyahısından çıxarıldığı üçün, onun Əsasnaməsi 2022-ci ilin sentyabr ayında ləğv olunduöu üçün, 25 oktyabr 2022-ci il tarixdə dövlət qulluğuna xitam verilməsinə dair əmri qəbul edilərək pozuntuya yol vermişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin strukturunun,işçilərin say həddinin və əmək haqlarının (vəzifə maaşının, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi barədə 18 oktyabr 2022-ci il tarixli, Ə- 122/22 nömrəli əmrindən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin strukturu təsdiq edilmişdir, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işçilərinin əmək haqqlarının (vəzifə maaşının, mükafatların və digər ödənişlərin) məbləği təsdiq edilmişdir. Yuxarıdakılara əsasən hesab edilmişdir ki, əmək müqaviləlrinin ləğv edilməsinə dair 25 oktyabr 2022-ci il tarixli əmr qəbul olunarkən pozuntuya yol verildiyi üçün ləğv olunmalıdır. DANX 2022-ci ilin sentybar ayından mövcud olmadığı halda necə olur ki 25 oktyabr 2022-ci il tarixli əmrlə o işdən azad olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14. 1-ci maddəsinə əsasən 11 Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləriçərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüstəməl olunmasını; Ərizəni imzalayan şəxs haqqında məlumat: ... işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; ... əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən “Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.” Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadliqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimiçıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbuledilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsiplərimühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır.Məhkəmələr nəinki konkret məhkəmə araşdırrmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. X19 Məhkəməsi özünün bir cox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydin görünməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1056/2024 nömrəli qərardadına əsasən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilmişdir. İddiaçının cavabdeh “Azərbaycan Yerüstü Nqəliyyat Agentliyi” X22nə qarşı “əmrin ləğv olunması və s.” tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-1056/2024 nömrəli qərardadına əsasən iddia tələbi “AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi” əmrinin qismən-mənə aid hissədə ləğv olunması, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsində analoji vəzifəyə təyin olunmağını və 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunana qədər hər ay üçün məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsi” kimi göstərilmişdir. .Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1056/2024 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1056/2024 nömrəli hazırkı inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-7615/2024 nömrəli (İddiaçı1 cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X1rşı “işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilmişdir. İddiaçı2 Cavabdehnə qarşı “əmrin hissəvi ləğv olunması, analoji vəzifəyə təyin olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş 2-1(112)-7615/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia(lar) mümkün sayılmamışdır. Qərardaddan iddiaçılar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətləri iddia ərizələrinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək rədd edilməsini xahiş etdi. Digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən A.Rzayev 2022-ci il 19 oktyabr tarixindən 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmaqla Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə əvəzçilik üzrə təyin edilmişdir. İnsan resurslarının idarə edilməsi şöbəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu Əmrdən irəli gələn məsələlərin həllini təmin etmişlər. Sənədlərlə və müraciətlərlə iş şöbəsi bu Əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 97/k saylı xx.xx.2022-ci il tarixli əmrinin 1.12-ci bəndinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qulluq keçən İddiaçı1 (maliyyə, iqtisadi təhlil və uçot şöbəsinin maliyyə və iqtisadi təhlil sektorunun müdiri; 1-ci dərəcə dövlət qulluqçusu) dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixdən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilmişdir. İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq, dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyahısında saxlanılacaq şəxslərin siyahısının aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi və bu əmrdən irəli gələn digər məsələlərin həll edilməsi tapşırılmışdır. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən İddiaçı1 ünvanlanmış M45(x)Ə saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən onun dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixdən dövlət orqanının ləğvi ilə əlaqədar xitam veriləcəkdir. Ləğvetmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla həyata keçiriləcəkdir. Dövlət qulluğuna xitam verildikdən sonra işsizlikdən sığorta ödənişinin təyin edilməsi məqsədi ilə qeydiyyat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumlarına və ya DOST mərkəzlərinə müraciət edə bilər. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış 3-27/2-M-9/1-1/2023/347 saylı xx.xx.2023- cü il tarixli müraciətə baxılmasının nəticəsi barədə məktubda bildirilmişdir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ləğvi ilə əlaqədar onun dövlət qulluğuna 2022-ci il 25 oktyabr tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Xidmət ləğv edildikdə onun bazasında yeni dövlət orqanı yaradılmamış (“Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanına əsasən Cavabdeh publik hüquqi şəxs yaradılmışdır), Xidmətin ləğvi ilə bağlı dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması X15 tərəfindən həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 5-ci hissəsinə görə ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində X7 ehtiyat kadr kimi saxlanılır. Qeyd olunanları nəzərə alaraq, Xidmətin ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verildiyinə görə, onun X7 ehtiyat kadr kimi saxlanılmağı ilə əlaqədar tərəfindən müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ştat vahidlərinin sayı artırıldığı, uyğun vakansiya yarandığı və müsabiqə əsaslı işə qəbul prosesi aparıldığı təqdirdə, ümumi qaydada müraciət edərək işə qəbulla bağlı müsabiqələrdə iştirak edə bilər. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 3-27/2-459/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra qurumların, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun tabelıyindəki digər qurumlann əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxs yaradılmış və 2022-ci il 08 sentyabr tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sözügedən Agentliyin nizamnaməsi təsdiq edilmişdir. A.Rzayev 2022-ci il 14 sentyabr tarixindən Azərbaycan Respublıkəsınn Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X5 sədri vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-27- 103/2-1397/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq İddiaçı1 dövlət qulluqçularının ehtiyat kadrlar siyahısına daxil edilmiş və onun şəxsi işi Azərbaycan Respublikasının X15nə təhvil verilmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən İddiaçı2 ünvanlanmış S37(x)Ə saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən onun dövlət qulluğuna 25 oktyabr 2022-ci il tarixindən dövlət orqanının ləğvi ilə əlaqədar xitam veriləcəkdir. Bildirilir ki, ləğvetmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla həyata keçiriləcəkdir. Dövlət qulluğuna xitam verildikdən sonra, işsizlikdən sığorta ödənişinin təyin edilməsi məqsədilə qeydiyyat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət edə bilər. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 97/k saylı xx.xx.2022-ci il tarixli əmrinin 1., 1.12-ci bəndinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qulluq keçən İddiaçı2 (Daşımaların tənzimlənməsi şöbəsinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun məsləhətçisi, 1-ci dərəcə dövlət qulluqçusu) dövlət qulluğuna 25 oktyabr 2022- ci il tarixdən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilmişdir. İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq, dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyahısında saxlanılacaq şəxslərin siyahısının aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi və bu əmrdən irəli gələn digər məsələlərin həll edilməsi tapşırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın 1-ci hissəsində göstərilən qurumların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Cavabdeh hüquqi şəxslərin dövlət reyestrinin **********897500 saylı çıxarışına müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisidir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli , 166/2024 nömrəli müraciətinə müvafiq olaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********419400 nömrəli cavab məktubu etibarsız hesab edilmişdir. Bildirilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın1-ci hissəsində göstərilən qurumaların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Həmçinin bildirilmişdir ki, Cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki; 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı: Bənd 1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılsın; Bənd 3. Müəyyən edilsin ki: 3.1. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; 3.2. bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”: Bənd 2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X15nə (bundan sonra - Mərkəz) məlumat verməlidir; Bənd 3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər; Bənd 5. Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1915/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır. Həmin qərarda qeyd edilmişdir ki, “... 26. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi, vergi xidmət müşaviri Lalə Cəfərova tərəfindən imzalanmış 08 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X22 (VÖEN **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın 1ci hissəsində göstərilən qurumların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir.
27. Eyni zamanda sözügedən məktubda bildirilmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X16 Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir.
28. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmadığından, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövlət orqanı ləğv edildiyindən və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, mübahisələndirilən Əmr yalnız X2 münasibətdə deyil, ləğv edilən dövlət orqanında qulluq keçən digər dövlət qulluqçularına münasibətdə də qəbul edildiyindən, həmçinin iddiaçının Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi ilə arasında işə götürülmə bağlı yaranmış mübahisə də mülki hüquqi xarakterli mübahisə olduğundan apellyasiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. ...” İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın 1-ci hissəsində göstərilən qurumların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Cavabdeh hüquqi şəxslərin dövlət reyestrinin **********897500 saylı çıxarışına müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisidir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli , 166/2024 nömrəli müraciətinə müvafiq olaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********419400 nömrəli cavab məktubu etibarsız hesab edilmişdir. Bildirilmişdir ki, Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın1-ci hissəsində göstərilən qurumaların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir. Həmçinin bildirilmişdir ki, Cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçılar ilə ehtimal olunan Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi arasındakı işə bərpa tələbindən irəli gəlir. Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi inzibati orqan hesab olunsa belə, dövlət orqanı olmadığı üçün nəticə etibarilə həmin inzibati orqanın işçiləri dövlət qulluqçuları deyildir. Həmçinin Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsin işçiləri ilə bağlı hüquqi tənzimləmənin proseduru “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasına uyğun olaraq iddiaçılar ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadığı üçün, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər kateqoriyasına aid olduqlarından 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılmışdırlar. Hazırkı iş üzrə iddiaçılar hesab edirlər ki, cavabdeh qurumda (dövlət qulluğu ilə bağlı olmasa belə) əmək fəaliyyətləri davam etdirilməli idi. Lakin məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanına əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin məhz ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməsi hüquqları var və həmin hüququn müdafiəsini məhkəmə qaydasında tələb edə bilərlər. Konkret halda müvafiq normativ sənədə əsasən iradə ifadəsi ləğv edilən dövlət orqanının bazasında yeni dövlət orqanının deyil, X22n (dövlət orqanı olmayan təşkilatın) yaradılmasına yönəlmişdir. Odur ki, məhkəmə qeyd edilən Fərmanla müəyyən edilmiş tənzimləmədən kənara çıxa bilməz. Həmin Fərmana əsasən ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda (konkret hala uyğun olaraq), dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır. Belə olan halda iddiaçıların tələb hüququnu əsaslandıran maddi hüquq norması mövcud deyildir. Əksinə, iddiaçıların vəziyyətinə uyğun olaraq onların ehtiyat kadr kimi saxlanılması qaydası müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxs ictimai əhəmiyyətli funksiyaları yerinə yetirsə də, ləğv edilmiş dövlət orqanının varisi deyil, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2-ci bəndi ilə nəzərdə tutulan analoji vakant vəzifəyə təyin edilmədə üstün hüquqların ləğv edilən dövlət orqanının bazasında publik hüquqi şəxs yaradılan hallara şamil olunmur. Bununla əlaqədar, iddiaçıların yeni yaradılmış qurumda işə qəbul edilmələrinin inzibati qaydada məhkəmə müdafiəsi hüququ yoxdur. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.