Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2374/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5928/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarından İddiaçı1 adından İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5928/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı1 adından İddiaçı3 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilib iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi, apellyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Hazırki işdə İddiaçı1 adından İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti əsaslandırılmamış, həm də onun kim tərəfindən verilməsini müəyyən etmək mümkün deyildir. Belə ki, apellyasiya şikayətində məhkəmə qərarının ləğv edilməsi xahiş olunsa da, şikayət əsaslandırılmamışdır. Digər tərəfdən, şikayətin İddiaçı1 tərəfindən verildiyi göstərilsə də, sonda “İddiaçı3” tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunan (i.v. 20) etibarnamə ilə Dadaşov İddiaçı1 X7 onun adından apellyasiya şikayətini imzalamaq səlahiyyətini versə də, etibarnaməni verən şəxslə apellyasiya şikayətini imzalayan İddiaçı3 arasında qohumluq əlaqələrini təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) iş materiallarına əlavə olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmçinin həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Bununla bağlı apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün xx.xx.2022-ci il tarixə iclas təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında digər iddiaçılar iştiraklarını təmin etməmişlər. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İddiaçı3 apellyasiyanın mümkünlük məsələsinə digər şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə digər iddiaçıların və cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2374/2022 saylı 28 iyul 2022-ci il tarixli məhkəmə bildirişində məhkəmə kollegiyası apelyanta Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək apelyantla şikayəti imzalayan şəxs arasında qohumluq əlaqələrini təsdiq edən sənədi (doğum haqqında şəhadətnamə), o cümlədən apellyasiya şikayətinin əsaslandırılmış nüsxəsinin yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmiş, lakin poçt zərfinin üzərindəki qeydə əsasən “bu ünvanda yaşamır” səbəbindən məhkəmə bildirişi geri qaytarılmışdır. Bundan sonra apellyasiya şikayətini imzalayan İddiaçı3 məxsus ***-***-**-** nömrəli mobil telefona 01 sentyabr 2022-ci il tarixdə saat 10:20-də zəng edilməklə onunla əlaqə saxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2374/2022 saylı 28 iyul 2022-ci il tarixli məhkəmə bildirişinin fotoşəkli whatsapp vasitəsilə həmin mobil nömrəyə göndərilmişdir. Eyni zamanda İddiaçı3 məhkəmə iclasında iştirakını təmin etmək və ona göndərilmiş bildirişdə göstərilən hüquqi yardımla bağlı təqdim olunması zəruri hesab olunan sənədləri məhkəməyə təqdim etmək təklif olunmuşdur. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Həmçinin 2-1(103)-2374/2022 saylı 28 iyul 2022-ci il tarixli məhkəmə bildirişi elektron kabinetə də yerləşdirilmişdir. 07 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı3 məhkəmə kollegiyası tərəfindən yenidən hüquqi yardım göstərilmiş və məhkəmə bildirişində qeyd olunan məsələlər bir daha onun diqqətinə çatdırılmış, bununla bağlı məhkəməyə müvafiq sənədləri təqdim etmək imkanının olub-olmadığı soruşulmuş, əsaslandırılmış apellyasiya şikayətini təqdim etmək ona təkrarən təklif olunmuşdur. Lakin İddiaçı3 ona təklif olunan sənədləri, o cümlədən əsaslandırılmış apellyasiya şikayətini məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 86.1.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5928/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarından İddiaçı1 adından İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2374/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2374/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver