Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2376/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyat ünvanının dəyişdirilərək yeni şəxsiyyət vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzi tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş, bu zaman iddiaçının yaşayış yeri üzrə ünvanı “ünvan 2
2. Abşeron X19 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan (ünvan 3 ünvanı Abşeron X19 yataqxanasının ünvanı deyildir. Abşeron X19 yataqxanasının düzgün ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə 1-dir.
3. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-20701- 1222 nömrəli məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin Xəzər Rayon Polis İdarəsi tərəfindən ilk dəfə verilmiş AZE-01703940 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası həmin idarənin arxivində aşkar edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini xx.xx.2016-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 X18 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi ilə əvəz edilməsini, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini xx.xx.2016-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X18 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək əsl olmayan iddiaçı əsl iddiaçı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi ilə əvəz edilmişdir.
6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixində Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuşdur. Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzil növbəsinə qəbul edilmişdir. Güzəştli mənzil növbəsinə qəbul edildiyi vaxtdan-1992-ci ildən hazırkı vaxtadək Bakı şəhəri, Xəzər rayonu, Abşeron X19 yataqxanasında qeydiyyatda olmuş və ona Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və X9 tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xəzər rayonu, Abşeron X19 yataqxanası göstərilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən yataqaxananın ünvanı Fioletov küçəsi 4 olaraq dəqiq göstərilmişdir, indiki ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (X18) kimi qeyd edilmişdir. xx.xx.2016-cı il tarixində 5 saylı “ASAN xidmət" mərkəzi tərəfindən AZE seriyalı №******** saylı şəxsiyyət vəsiqəsi verilən zaman qeydiyyatda olduğu ünvan səhv olaraq ünvan 11 qeyd edilmişdir. Halbuki iddiaçı həmin ünvanda nə yaşamış, nə də orada qeydiyyata alınması ilə bağlı hər hansı müraciət etmişdir. İddiaçıya şəxsiyyət vəsiqəsi verildiyi vaxtdan uzun müddət sağlamlığında problemlər olduğundan yataq xəstəsi olmuş və şəxsiyyət vəsiqəsindəki səhvin səbəb və aradan qaldırılması ilə maraqlana bilməmişdir. Hazırda Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı Sərəncamı ilə iddiaçının 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzillə təmin edilməsi ilə əlaqədar yaşayış yerindən arayış tələb edilən zaman Bakı şəhəri, Xəzər rayonu, Abşeron X19 yataqxanasında yaşamağı barədə arayışı ala bilməmişdir. Arayışın verilməməsinə səbəb kimi isə şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan kimi ünvan 12 bildirilmişdir. İddiaçı 30 ildir ki, mənzil növbəsi gözləyir. Hazırda şəxsiyyət vəsiqəsində səbəbləri ona məlum olmayan bir yanlışlıq üzündən gözlədiyi 30 ili hədər gedə bilər. İddiaçının yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanı deyildir. Həmin evin kimə məxsus olması və hansı əsasla, həmin ünvana qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. İddiaçı şəxsiyyət vəsiqəsini dəyişən zaman həmin ünvanın sahibi iddiaçının həmin ünvana qeydiyyata düşməsi ilə bağlı razılıq ərizəsi təqdim etməmiş, iddiaçıya məlum olmayan şəxsə məxsus evə hansı səbəbdən (əgər varsa, hansı məqsədlə) qeydiyyata alınması barədə məlumatı yoxdur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı zaman yaşayış yeri üzrə düzgün olaraq ünvan 13 ünvanına qeydiyyata alınmış, daha sonra 50 yaşının tamam olması ilə əlaqədar 2016-cı ildə yeni şəxsiyyət vəsiqəsi alarkən yaşadığı yeni ünvanla bağlı hər hansı bir sənəd təqdim etmədiyindən yeni şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə ünvanı dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının yaşayış yerinin xx.xx.2016-cı il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X18 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi barədə tələbi təmin edilə bilməz. İddiaçı tələbinin əsası kimi Abşeron X19 2007-ci il tarixli 96 saylı arayışına istinad etsə də, məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2068/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış ki, işdə olan iddiaçıya məxsus şəxsi vərəqədən görünür ki, o, xx.xx.1991-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndindən gələrək xx.xx.1991-ci il tarixdə Binə qəsəbəsi, Fioletov 4 ünvanında qeydiyyata alınmışdır, hansı ki, həmin ünvan hazırda İlqar Əhmədov 4 ünvanı ilə eynidir. Belə olan halda aydın olur ki, iddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı zaman yaşayış yeri üzrə düzgün olaraq ünvan 13 ünvanına qeydiyyata alınmış, daha sonra 50 yaşının tamam olması ilə əlaqədar 2016-cı ildə yeni şəxsiyyət vəsiqəsi alarkən yaşadığı yeni ünvanla bağlı hər hansı bir sənəd təqdim etmədiyindən yeni şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə ünvanı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbinin əsası kimi Abşeron X19 2007ci il tarixli 96 saylı arayışına istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2068/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər X5 (məruzəçi), X7 və X1) İddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2068/2023 nömrəli qərarı ləğv edilmişdir.
13. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qeydiyyata alındığı Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanının mövcud olub olmamasının araşdırılması idi.Lakin məhkəmə kollegiyası bu əsasda sübutlar toplamamış və bu məsələyə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
d) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır ki, Hazırda Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı Sərəncamı ilə iddiaçının 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzillə təmin edilməsi ilə əlaqədar yaşayış yerindən arayış tələb edilən zaman Bakı şəhəri, Xəzər rayonu, Abşeron X19 yataqxanasında yaşamağı barədə arayışı ala bilməmişdir. Arayışın verilməməsinə səbəb kimi isə şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan kimi ünvan 12 bildirilmişdir. İddiaçı 30 ildir ki, mənzil növbəsi gözləyir. Hazırda şəxsiyyət vəsiqəsində səbəbləri ona məlum olmayan bir yanlışlıq üzündən gözlədiyi 30 ili hədər gedə bilər. İddiaçının yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanı deyildir. Həmin evin kimə məxsus olması və hansı əsasla, həmin ünvana qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. İddiaçı şəxsiyyət vəsiqəsini dəyişən zaman həmin ünvanın sahibi iddiaçının həmin ünvana qeydiyyata düşməsi ilə bağlı razılıq ərizəsi təqdim etməmiş, iddiaçıya məlum olmayan şəxsə məxsus evə hansı səbəbdən (əgər varsa, hansı məqsədlə) qeydiyyata alınması barədə məlumatı yoxdur.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
f) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və iddia tələbinin dəqiqləşmə ərizəsində qeyd edildiyi formada təmin edilməsini xahiş etdiyini bildirmişdir.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
- 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin birneçə yaşayış yeri ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun:
- 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. - 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. Əvvəla qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş İddiaçı qeydiyyat yerinin xx.xx.2016-cı il tarixindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (yeni qaydalarla ünvan 14 ünvanı olaraq qeyd edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması xahiş edilmişdir.
27. İşin ikinci apellyasiya araşdırması zamanı müvafiq sorğular göndərilmişdir.
28. İş materialında olan Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1993, 1995-ci ilə dair sərəncamları arasında xx.xx.1993-cü il tarixli, 21/205 nömrəli və xx.xx.1995-ci il tarixli, 9/2 nömrəli sərəncamlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatına əsasən X3 əvvəlki ünvanının Binə qəsəbəsi, Fioletov (indiki İ.Əhmədov) küçəsi, hazırki ünvanının isə Əli İsazadə küçəsi 1 olduğu bildirilmişdir. Binə qəsəbəsi, Əli İsazadə küçəsi 2 ünvanında hal-hazırda Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və 131 saylı Mənzil-Kommunal İsitismar sahəsinin yerləşdiyi, eyni zamanda X4 qəsəbə nümayəndəliyinə təqdim olunmuş qeydiyyat vəsiqəsində İddiaçı qeydiyyat ünvanı Fioletov (indiki (İ.Əhmədov) küçəsi 4 kimi qeyd edilmişdir. Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 4 ünvanında yerləşən daşınmaz əmlakın təyinatı barədə qəsəbə nümayəndəliyində hər hansı bir məlumat aşkar edilməmişdir.
29. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, X21 Liseyi yataqxanasının köhnə ünvanı barədə idarənin arxiv və ünvan baza məlumatında heç bir məlumat aşkar edilməmişdir. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 20 ünvan rekviziti təyin edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 21/205 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Bayramov küçəsinin adı dəyişdirilməklə Ə.İsazadə küçəsi adlandırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-cil tarixli, 9/2 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fioletov küçəsinin adı dəyişdirilməklə İ.Əhmədov küçəsi, adlandırılmışdır.
30. İş materialında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X10 - X19 məktubunda qeyd edilmişdir ki, 101 saylı Texniki Peşə Məktəbi və liseyin balansında olan yataqxana ünvan 22 ünvanında yerləşmişdir. 101 saylı Texniki Peşə Məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996 - ci il tarixli 440№ - li əmrinə əsasən 101№ - li TPM - i Abşeron - X22 adlandırılmışdır. Hal - X17 Peşə Liseyinin və yataqxananın yerləşdiyi ünvan 23 ünvanı “Azərbaycan Respublikası Prezidentinin 2008 -ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı” ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”nda dəyişikliklər edilməsi barədə “ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012- ci il tarixli, 590 nömrəli Fərmanı”na uyğun qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Əli İsazadə, 2-ci döngə, 37 ünvan rekviziti müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyat ünvanı, yəni yataqxananın ünvanı olan Fioletov küçəsi İ.Əhmədova dəyişdirilsə də, ancaq Liseyin ünvanı sonradan Əli İsazadə küçəsinə dəyişdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin sorğuya cavab məktubunda Liseyin ünvanı olan Əli İsazadə küçəsi 1 ünvanına AR Prezidentinin xx.xx.2012-ci il tarixli fərmanına uyğun olaraq bir daha dəyişiklik edilərək Əli İsazadə küçəsi, 2-ci döngə, 37 ünvanı verilib. Liseyin ünvanı iddiaçı qeydiyyata alındıqdan sonra 3 dəfə dəyişdirilib. Ancaq iddiaçının şəxsiyyət vəsiqəsində ancaq 1-ci dəyişiklik qeydiyyata alınıb.
32. İş materialında olan 101 saylı Texniki Peşə Məktəbinin xx.xx.1991-ci il tarixli arayışına əsasən İddiaçı 101 saylı Texniki Peşə Məktəbinin yataqxanasında yaşaması müəyyən edilir.
33. Kollegiya qeyd edir ki, Abşeron - X19 xx.xx.2004-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı 1991-ci il tarixindən hal-hazırki vaxtadək Abşeron - X20 qeydiyyatdadır.
34. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur.Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında
36. Göründüyü kimi iş materialında olan sənədlər əsasında yuxarıda sadalanan qeydiyyatdan çıxarmağa əsas olmuş hallardan heç biri mövcud deyil və iddiaçı yaşayış yeri üzrə xx.xx.1991-ci il tarixdən həmin məktəbin yataqxanasına qeydiyyata alınmışdır. Sonradan yaşayış yeri üzrə dəyişikliklə bağlı hər hansı orqana müraciət etməmişdir. Həmin vaxtdan hal hazıradək həmin liseydə müəllim işləyir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən 2016-ci ildə iddiaçıya şəxsiyyət vəsiqəsi verilərək onun qeydiyyat ünvanı kimi “ünvan 25əsinin heç bir əsası yoxdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edilmə əsasından çıxış edərək, ünvanın İ.Əhmədov küçəsi, ev 4 olaraq qeyd edilməsinə dair heç bir sübut təqdim edilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X10 - X19 məktubundan açıq-aydın görünür ki, iddiaçının qeydiyyata düşmək üçün tələb etdiyi ünvan əslində Abşeron - X19 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996 - ci il tarixli 440№ - li əmrinə əsasən adı və “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”nda dəyişikliklər edilməsi barədə “ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanı”na uyğun olaraq müəyyən olunmuş ünvanla üst-üstə düşür.
39. Göründüyü kimi, iddiaçı yataqxanın ünvanında qeydiyyatda olmuş və o qeydiyyat yerini heç vaxt dəyişməmişdir. Həmin yataqxanın da ünvanı 2012-ci il tarixindən, yəni iddiaçı şəxsiyyət vəsiqəsini almamışdan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (ünvan 14 olaraq müəyyən edilmişdir.
40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalı və İddiaçı qeydiyyat yerinin xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (yeni qaydalarla ünvan 14 ünvanı olaraq qeyd edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı qeydiyyat yerinin xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (yeni qaydalarla ünvan 14 ünvanı olaraq qeyd edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.