Məhkəmə qərarları › İş №2-1(103)-2377/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2377/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2377/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “5333 q” saylı, 982 kvadrat metrdən ibarət bağ torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana etdiyi müraciət, təqdim olunmuş sənədin surət olması, təqdim edilmiş order barədə məlumatın İdarənin arxivində aşkar edilməməsi və elektron kadastr məlumatına əsasən göstərilən sahənin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsi əsası ilə təmin edilməmişdir. İddiaçı Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlu cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5333 q” nömrəli, 982 kv. m. bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(112)-5898/2025 qərardadı ilə, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin ## ###### 1989-cü il tarixli, **/*** nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən-“5333 q” saylı, 982 kvadrat metr bağ torpaq sahəsi ona, yəni Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğluna ayrılmışdır və hal-hazırda da həmin bağ torpaq sahəsi onun istifadəsindədir, üzərində ev və digər tikililər inşa etməklə yaşayır və qonşuluqda olan-digər qonşuları tərəfindən onlara məxsus bağ torpaq sahəslərinə dair müvafiq çıxarışlar alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “5333 q” saylı, 982 kvadrat metrdən ibarət bağ torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ## ##### 2024-cü il tarixli və ## ######## 2024-cü il tarixli ərizələrinə baxılmış və ## ### 2024-cü il tarixli, 000 3-21-3-30/2-14-1320/038-2024- ************ nömrəli və ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-**-****/***-****-************ nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi isə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən 134 BTKnın üzvlərinin siyahısında Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlunun adı qeyd edilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin mövcud məlumat bazasında Mir-Babayev Mir-Heydər Mir- Hüseyn oğlunun adına 134 BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, faktiki göstərilən torpaq sahəsi 982 kv.m təşkil edir və elektron kadastr məlumatına əsasən göstərilən sahə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür”. Bakı Şəhər X1 İcraiyyə Komitəsinin ## ###### 1989-cü il tarixli, **/*** nömrəli ## #### 1993-cü il tarixli, **** nömrəli qərarın əslini və ** nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməklə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan başqa, faktiki göstərilən torpaq sahəsi 982 kv.m təşkil edir və elektron kadastr məlumatına əsasən göstərilən sahə “Nardaran İnvest” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 982 kv. metrdən ibarət “5333q” saylı bağ torpaq sahəsi üzərində Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlunun xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh və üçüncü şəxs birinci instansiya məhkəməsinin həmin qərarından ayrıayrılıqda apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti etirazın dəlilləri ilə eynilik təşkil edir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, şimal hissəsi ünvanında yerləşən 119,808 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin *** nömrəli, ##.##.2022-ci iltarixli Sərəncamına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış **** nömrəli, ##.##.2024-cü il tarixli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən ##.##.2024cü il tarixdə icarə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində “Nardaran İnvest” MMC-nin adına qeydiyyata alınaraq bununla bağlı ##.##.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və ##.##.2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir və hal-hazırda da həmin sənədlər qüvvədədir. Müvafiq torpaq sahəsi tam şəkildə hasara alınaraq təyinatı üzrə istifadə olunur, torpaq sahəsinə dair bütün vergi və ödənişlər vaxtı-vaxtında ödənilir, torpaq sahəsi icarə hüququ üzrə həm hüquqi, həm də faktiki olaraq “Nardaran İnvest” MMC-nin qanuni istifadəsində və faktiki sahibliyindədir və sözügedən torpaq sahəsinin həm hüquqi, həm də faktiki baxımdan iddiaçıya aid bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq hazırki iş üzrə iddiaçı Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlunun iddia tələbini təmin edilməklə “Nardaran İnvest” MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası və yuxarıda qeyd olunan digər qanunları ilə qorunan mülkiyyət və digər əşya hüquqlarım kobud şəkildə pozulmuşdur. Cavabdeh inzibati orqanın da həm iddiaçıya, həm də məhkəməyə ünvanladığı imtina və etirazlarda aşkar şəkildə qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan torpaq sahəsinə aidiyyəti yoxdur və iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi icarə hüququ üzrə həm hüquqi, həmdə faktiki olaraq “Nardaran İnvest” MMC-nin qanuni istifadəsində və faktiki sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşür. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili elektron qaydada ərizə ilə müraciət edərək, məhkəmə tərəfindən İddiaçı vərəsə kimi tanınması və Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5333 q” saylı, 982 kvadrat metr bağ torpaq sahəsinin mərhum atası Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğluna məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollgiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlu onun hüquqi varisi İddiaçı ilə əvəz edilməsi və iddianın dəyişdirilməsinin qeyd edilən məzmunda qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, vərəsə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 982 kv. metrdən ibarət “5333q” saylı bağ torpaq sahəsinə mülkiyyət hüququnun atası Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğluna məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollgiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi hüquq varisi cavabdeh1 ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətlərinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin ##.##.2024-cü il tarixli, № *-48- *F/*-M-****-*-****/**** saylı məktubu ilə iddiaçıya təqdim edilmiş Bakı şəhər X1 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi haqqında (Birliyinin komissiyasının bağ məsələlərinə baxılması haqda yığıncağın protokolu “22” noyabr 1989-cu ildən) ##.##.1989-cu il tarixli, **/*** nömrəli qərarından çıxarışından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## #### 1988-ci il tarixli *** nömrəli və Bakı Sovetinin ## #### 1988-ci il tarixli */*** nömrəli qərarlarına əsasən Bakı şəhər X1 İcraiyyə Komitəsinin qərarı ilə *** nömrəli BTK-dən 23 nəfərə bağ-torpaq sahələrinin ayrılması və bu bağ-tikinti kooperativlərinin tərkibinin təsdiq olunması qərara alınmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli **/*** nömrəli qərarına əsasən ** nömrəli əlavəsində müəyyən olunmuş Ləhic *** nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq olunmuşdur:

15. Mirbabayev Mirheydər Mirhüseyn oğlu Bakı şəh. Əhmədli qəs. Keçid 815, ev 7, mənzil 78 Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində *** nömrəli Bağ Tikinti Kooperativi tərəfindən Mirbabayev Mirheydər Mirhüseyn oğluna verilmiş ** nömrəli orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin ## ###### 1989-cu il tarixli **/*** nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində *** nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan ****q nömrəli bağ sahəsi ayrılmışdır. DƏDKR-in * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-30/2-****/**** №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcraiyyə Komitəsinin ## ###### 1989- cu il tarixli, **/*** saylı qərarı ilə *** nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ****q saylı saylı bağ sahəsinin ayrılmasına dair Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlunun adına ** nömrəli order idarənin arxivində aşkar edilməmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə Bakı Şəhər İcra Hakimiyyətinin başçının ##.##.2007-ci il tarixli *** nömrəli Sərəncamı əsasında “Nardaran İnvest” MMCyə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Məktuba aşağıdakı sənədlər əlavə edilmişdir: ##.##.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ****q saylı bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha və faktiki olaraq 0,0982 ha təşkil edir. Yerli baxış zamanı nümayəndə iki bağ sahəsi göstərmişdir. Ümumi hasarlanmış sahədə 5333q və ****b saylı bağlar yerləşməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “İstirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi haqqında” ##.##.2007-ci il tarixli, *** №-li Sərəncamının surətindən müəyyən olunur ki, Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.2007-ci il tarixli, */*** saylı razılıq məktubunu və “Nardarn İnvest” MMC-nin ##.##.2007-ci il tarixli, D/**/** saylı müraciətini nəzərə alaraq, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədilə, 101 ha torpaq sahəsinin icarə əsasında “Nardarn İnvest” MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli, **/*** saylı qərarına əsasən ** №-li əlavədə Ləhiş *** saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısı: ... 15.Mirbabayev Mirheydər Mirhüseyn oğlu Bakı şəh. Əhmədli qəs. Keçid 815, ev 7, mənzil 78

Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 39 Saylı Notariat Ofisinin *** nömrəli, ##.##.2025-ci il tarixli məktubu ilə ##.##.2025-ci il tarixdə vəfat etmiş Mir- Babayev Mir-Heydər Mir-Hüseyn oğlundan irs qalmış miras əmlaka dair ofisdə açılmış vərəsəlik işinin kserosurəti göndərilmişdir. Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlundan irs qalmış hər-hansı miras əmlaka dair vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilməmişdir. cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ## #### 2026cı il tarixli məktubu ilə, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ##.##.2004-cü il qeydiyyat tarixi ilə “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surəti və ortofoto məhkəməyə təqdim edilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ...

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

“Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Məhkəmənin mövqeyi: Kollegiya ilk növbədə qeyd edir ki, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili elektron qaydada ərizə ilə müraciət edərək, məhkəmə tərəfindən İddiaçı vərəsə kimi tanınması və Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5333 q” saylı, 982 kvadrat metr bağ torpaq sahəsinin mərhum atası Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğluna məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollgiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğlu onun hüquqi varisi İddiaçı ilə əvəz edilməsi və iddianın dəyişdirilməsinin qeyd edilən məzmunda qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, vərəsə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 982 kv. metrdən ibarət “5333q” saylı bağ torpaq sahəsinə mülkiyyət hüququnun atası Mir-Babayev Mir-Heydər Mir-Hüseyn oğluna məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollgiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhər X1 İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli, **/*** №-li qərarı, eləcə də Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş Ləhiş Bağlar sahəsində 134 №li kooperativə aid ** saylı orderi cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər X1 İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli, **/*** №-li qərarı və eləcə də həmin qərar əsasında verilmiş ** saylı order qüvvədədir. Qeyd olunmuş torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına münasibətdə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, göstərilən bu hal hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Eyni zamanda cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin digər şəxsin adına dövlət reyestrdə qeydiyyata alınmasına istinad olunsa da, buna dair inzibati orqan tərəfindən iddiaçıya ayrılmış bağ sahəsinin üçüncü şəxsin istifadəsinə ayrılmış torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçının istifadəsində olan bağ sahəsinin üçüncü şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən olunmadığından hazırki iddia tələbinin təminini istisna etmir. Ümumiyyətlə mübahisə predmeti olan bağ sahəsinin “Nardarn İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə istifadəsinə ayrılmış ərazisində yerləşsələr belə, bu vəziyyət iddiaçının ziyanına dəyişmir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan bağ sahəsi “Nardarn İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi isə bununla bağlı bildirmişdir ki, iddia olunan bağ sahəsinin üçüncü şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən olunmur, hətta bağ sahəsinin “Nardarn İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə istifadəsinə ayrılmış ərazidə yerləşsə belə, bu vəziyyət iddiaçının ziyanına dəyişmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşmaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya icraatı zamanı qeyd edilən dəlil araşdırılmış və müvafiq sorğular verilmişdir. cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ## #### 2026cı il tarixli məktubu ilə, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ##.##.2004-cü il qeydiyyat tarixi ilə “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surəti və ortofoto məhkəməyə təqdim edilmişdir. Qeyd edilən qurum tərəfindən verilən məlumatın mötəbərliyi və obyektivliyi onun mənbəsinin qanunla səlahiyyət verilmiş dövlət orqanı olması və rəsmi kadastr məlumatlarına əsaslanması ilə təmin edilir. Qeyd edilən sənədlərdən və ortofotodan müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlətə məxsusdur və Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu torpaq sahəsi üzərində olan hüququ icarə hüququ kimi tanınmışdır. Məhkəmə kollegiyası həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda təsbit edilmiş reyestrin həqiqiliyi prezumpsiyasını rəhbər tutaraq bildirir ki, qeydə alınmış hüquqların həqiqiliyinin əksi sübut edilməyənədək həmin hüquqlar olduğu kimi qəbul edilməlidir. Oxşar yanaşma Vəkilanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il tarixli qərarında da qeyd edilmişdir: “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur”. İddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpaq sahəsi üçüncü şəxs “Nardaran İnvest” MMC-in icarə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla icarə hüququ ilə yüklü olduğundan eyni torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməz. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının iddia tələbi qanunun müddəaların uyğun olmadığından təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, icarə hüququ ilə yüklü edilmiş torpaq sahəsinə digər şəxsin hüququnun qeydə alıması və reyestrin həqiqiliyi prezumpsiyasına dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-****/**** №-li iş üzrə ##.##.2024-cü il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 və üçüncü şəxs “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar