Məhkəmə qərarları › İş №2-1(103)-2378/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2378/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2378/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin **********540500 saylı 30 aprel 2020-ci il tarixli, **********08200 saylı 07 may 2020-ci il tarixli, **********866100 saylı 22 may 2020-ci il tarixli, **********922200 saylı 22 may 2020-ci il tarixli, **********485600 saylı 31 may 2020-ci il tarixli, **********486300 saylı 31 may 2020-ci il tarixli, **********488700 saylı 31 may 2020- ci il tarixli, **********551400 saylı 31 may 2020ci il tarixli, **********883500 saylı 31 may 2020-ci il tarixli, **********611600 saylı 08 iyun 2020-ci il tarixli, **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli, **********688700 saylı 05 oktyabr 2020-ci il tarixli, **********1689400 saylı 05 oktyabr 2020-ci il tarixli, **********690800 saylı 05 oktyabr 2020-ci il tarixli, **********299700 saylı 02 mart 2021-ci il tarixli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi 2019-cu ilin müəyyən olunmuş hesabat dövründə vergi orqanına təqdim edilmişdir. Lakin, vergi orqanı tərəfindən bildirilmişdir ki, təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı uyğunsuzluqların olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və 2018-ci il üçün mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar aradan qaldırılaraq, müvafiq izahatlar verilmiş, sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixli **********348500 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral olaraq şəxsi hesab vərəqinə 2018-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında həmin qərar rəsmi qaydada onlara təqdim edilməyib və həmin qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar 10 mart 2020-ci il tarixində sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırılmış və kameral vergi yoxlamasının aparılması üçün vergi orqanına təqdim edilmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, **********566700 saylı və xx.xx.2020-ci il tarixli **********570200 saylı məktublarla Vergilər Nazirliyinə müraciət edərək, elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini və hesablanmış 47 362.29 manat kameral məbləğinin geri qaytarılmasını xahiş etmişlər. Müraciətlərinə xx.xx.2020-ci il taixli **********846300 saylı məktubla cavab verilərək bildirilmişdir ki, kameral vergi yoxlaması barədə Vergilər Nazirliyinə daxil olmuş müraciətlərinə baxılır və qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab veriləcəkdir. Lakin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********731900 saylı, xx.xx.2020-ci il tarixli, **********286100 saylı və xx.xx.2020-ci il tarixli, **********772800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarla 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların aradan qaldırılmasını və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsini tələb etmişlər. Eyni zamanda bildirilmişdir ki, vergi bəyannaməsi və zəruri sənədlər 5 iş günü ərzində təqdim edilməsə, vergi orqanı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarını yenidən hesablayacaqdır. Bu günə kimi təqdim etdikləri sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla da, vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixli, **********192900 saylı, xx.xx.2020-ci il tarixli, **********499900 saylı və xx.xx.2020- ci il tarixli, **********079400 saylı şikayət ərizələri ilə Vergilər Nazirliyinə müraciət edərək, 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırıldığını, xx.xx.2019-cu il tarixli, **********348500 saylı elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini, hesablanmış 47362.29 manat kameral məbləğinin geri qaytarılmasını, göstərilənlərə uyğun olaraq təsdiqlənməmiş azalmanın təsdiq olunmasını və şəxsi hesab vərəqəsində azalma kimi yazılmasını xahiş etmişlər. Şikayətləri nəticəsiz qalmış və mənfəət vergisi bəyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla əlaqədar, olaraq şikayətləri icrasız qaldığından hər hansı cavab ala bilməmələri səbəbindən, məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə göstərilmiş qanunvericilik aktlarına əsasən hesab edirlər ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirməməsi və kameral vergi yoxlamasını həyata keçirməməsi qanunsuzdur. Vergi orqanı hər bir halda təqdim olunmuş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və digər sənədlər əsasında yenidən kameral yoxlama keçirilməlidir. Eyni zamanda, xx.xx.2019-cu il tarixli **********348500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı qanunsuz çıxarılmış və vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış vergilər, maliyyə sanksiyaları və faizlər əsassız olaraq hesablanmışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar da ləğv olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020- ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı, xx.xx.2020-ci il tarixli 2020-ci il avqust ayı aksiz vergisi üzrə **********058600 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020ci il tarixli **********551400 saylı, 31 may 2020- ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarlarının vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 15652,83 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (91865,29 manat) məbləğdən 76212,46 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********897400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 11 625,63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********866100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. (VÖEN:**********) tərəfindən təqdim olunmuş İE seriyalı 462828 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********639500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020- ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 762.85 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********611600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100,0 manat vergi məbləği azaldılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100.00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********690800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma nəticəsində 2020-ci ilin yanvar-dekabr aylarında təqdim edilmiş elektron qaimə-fakturalara əsasən həmin elektron qaimə-fakturaları əldə edən vergi ödəyiciləri tərəfindən 208 176,89 manat əsas məbləğ üzrə 37471,84 manat ƏDV məbləğinin əvəzləşdirməsinə və həmin dövr üzrə onlayn kassa aparatlarının çıxarışlarına əsasən 0,00 manat dövriyyə aşkar edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfinizdən həmin dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 425 273,50 manat dövriyyə məbləği (dəqiqləşdirilən artırılan və azaldılan dövriyyə məbləğləri nəzərə alınmaqla) göstərildiyi aşkar edilmişdir ki, nəticədə xx.xx.2020-ci il tarixinə avans məbləği də nəzərə alınmaqla 529746,33 manat məbləğində dövriyyənin azaldılması kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********892100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020- ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 57600.36 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021 -ci il tarixli **********299700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. parılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 1 420 868,78 manat dövriyyə göstərilməsinə baxmayaraq mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2019-ci il tarixli **********433500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və müvafiq dövr üzrə cari bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 1 420 868,78 manat gəlirinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” uyğun olaraq 1 184 057,32 manat xərc müəyyən edilməklə xx.xx.2020-ci il tarixdə 2018-ci il üzrə 47 362,29 manat Mənfəət vergisi hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli **********348500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2020-ci ildə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bundan sonra kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üzrə 2018-ci il mənfəət vergisi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” uyğun olaraq, 46.244,42 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********608200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək, 2018- ci ilin iyul ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 5 194,0 manat, 2018-ci ilin dekabr ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 31 377,8 manat vergi məbləği azaldıldığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2018ci ilin iyul ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 5 194,0 manat, 2018- ci ilin dekabr ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 31 377,8 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********687000 və **********688700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları göndərilmişdir. Aparılmış araşdırma zamanı 2019-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş HW seriyalı 509690 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********653800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2019cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 6 915,75 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********540500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqiləşdirilmiş bəyannamə təqdim edilərək 2019-cu ilin yanvar ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 17 571,2 manat vergi məbləği azaldıldığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2019-ci ilin yanvar ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 17 571,2 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********689400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildiririk ki, vergi orqanının xx.xx.2017-ci il tarixli **********7232 nömrəli qərarı ilə iddiaçıya məxsus “Şərab istehsalı” adlı obyektdə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 000094 saylı xx.xx.2017-cı il tarixli yekun akt tərtib edilmişdir. Həmin akta əsasən vergi ödəyicisinin orta günlük dövriyyəsi 4.374,53 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinin 2017-ci ilin iyun ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 78.741,68 (4.374,53 x 18 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 15.069,08 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********3459000 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********485600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2017-ci ilin iyul ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 91.865,29 (4.374,53 x 21 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 0 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri oıar sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********936600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin iyul ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********922200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2017-ci ilin avqust ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 100.614,36 (4.374,53 x 23 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 20.302,53 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuş, kameral vergi yoxlaması ilə 2017-ci ilin avqust ayı üçün ə avə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********488700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir.Vergi ödəyicisinin 2017-ci ilin oktyabr ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 96.239.83 (4.374,53 x 22 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 14.631,08 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********546600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********486300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2017-ci ilin noyabr ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 91.865,29 (4.374,53 x 21 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 22.076,37 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********014100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********551400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadlara əsasən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyləri məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Sözügedən ekspert rəyləri məhkəmə qərardadının məzmunu və cavabdehin etirazı köçürülməklə yazılmış, hesablama ilə bağlı heç bir fakta əsaslanmayan ümumi sözlərlə rəy verilmişdir. Belə ki, rəyə əsasən, iş materiallarında olan mühasibat sənədlərinə əsasən, 2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113191,03 manat məbləğində deyil, ümumilikdə, 51906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən edilmədiyi qeyd olunmuşdur. Qeyd etmək zəruridir ki, mübahisələndirilən qərarlarda 2017-ci ilin dekabr ayı üzrə ƏDV məbləği ilə bağlı iş materiallarında hər hansı sənəd, eləcə də vergi orqanının qərarı mövcud deyil. Eləcə də, müvafiq dövrlər üzrə ayrı-ayrılıqda hesablamanın azalmasına səbəb olacaq hallar barədə qeyd olunmamış, məhz hansı mühasibat sənədləri əsasında məbləğin azldılması qeyd olunmamış, əsaslandırma aparılmadan sadəcə hesablanmış vergi məbləğinin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2- 1(103)- 2200/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinın 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin əlavə dəyər vergisi ilə bağlı 2017-ci ilin may ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********866100 saylı qərarı 9549,35 manat, 2017- ci ilin iyun ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********485600 saylı qərarı 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********922200 saylı qərarı 10129,18 manat, 2017-ci ilin avqust ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********488700 saylı qərarı 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul etdiyi 31 may 2020ci il tarixli **********486300 saylı qərarı 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********551400 saylı qərarı 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə qəbul edilmiş 31 may 2020-ci il tarixli **********883500 saylı qərarı və digər **********540500 saylı 30 aprel 2020-ci il tarixli, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2- 1(103)-2200/2023 nömrəli qərarı qismən, iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “Məhkəmə iddianı qismən təmin edərkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəydə qeyd olunan göstəricilərə və rəyi tərtib etmiş ekspert Toğrul Cəfərli məhkəmə iclasına verdiyi ifadəyə əsaslanmış, bundan başqa hər hansı sübuta istinad etməmişdir. Həmin rəyləri araşdırarkən (bax: iş İİİ cild, v. 14 və 143), rəylərdə işin halları, tərəflərin dəlilləri sadalanmış, hər hansı hesablama və açıqlama aparılmadan cəmi 51906 manat ƏDV-nin iddiaçı tərəfindən az ödənildiyi qeyd olunmuşdur. Lakin müvafiq dövrlər üzrə ayrı-ayrılıqda hesablamanın azalmasına səbəb olacaq hallar barədə məlumat qeyd olunmamış, məhz hansı “mühasibat sənədləri” əsasında məbləğin azaldılması rəydə öz əksini tapmamış, əsaslandırma aparılmadan sadəcə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, ƏDV üzrə 2020-ci ilin fevral və dekabr ayları, aksiz vergisi üzrə 2018-ci ilin iyul və dekabr ayları, 2019-cu ilin fevral ayı ekspertizasının tədqiqi predmetini əhatə etməmiş, həmin dövrlərə ekspert münasibət bildirməmiş, lakin məhkəmə ekspert tədqiqatını əhatə etməyən qərarları da ləğv etmişdir. Göründüyü kimi, iş materiallarında ekspert rəyinin nəticə hissəsində qeyd olunmuş göstəricilərin hansı qaydada alındığını əks etdirən əsaslandırma mövcud olmadığından, rəydə göstərilən rəqəmlərin həqiqiliyini müəyyən etmək mümkün deyildir”. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********540500 saylı 30 aprel 2020-ci il tarixli, **********08200 saylı 07 may 2020-ci il tarixli, **********866100 saylı 22 may 2020-ci il tarixli, **********922200 saylı 22 may 2020-ci il tarixli, **********485600 saylı 31 may 2020-ci il tarixli, **********486300 saylı 31 may 2020-ci il tarixli, **********488700 saylı 31 may 2020-ci il tarixli, **********551400 saylı 31 may 2020- ci il tarixli, **********883500 saylı 31 may 2020-ci il tarixli, **********611600 saylı 08 iyun 2020-ci il tarixli, **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli, **********688700 saylı 05 oktyabr 2020-ci il tarixli, **********1689400 saylı 05 oktyabr 2020-ci il tarixli, **********690800 saylı 05 oktyabr 2020-ci il tarixli, **********299700 saylı 02 mart 2021-ci il tarixli qərarları ilə Firmaya həmin illər üzrə kameral yoxlama nəticəsində əlavə vergilər hesablanmışdır. Hazırda Best” X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sözügedən qərarlarının ləğv edilməsi”ni tələb edir. Birinci instansiya məhkəmsi hazırkı iş üzrə hesab etmişdir ki, “iş materiallarına əlavə edilmiş sənədlərə və ekspert rəylərinə əsasən 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020- ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020- ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat sənədlərinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017- ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunduğundan, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadığından, cavabdehin 30 aprel 2020ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə qismən razılaşır. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişinə uyğun olaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. 2017-ci il may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ƏDV üzrə artıq hesablanma müəyyən olunurmu?

2. 2017-ci il may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ƏDV üzrə artıq hesablanma müəyyən edilirsə , hər bir ay üzrə ayrı-ayrılıqda artıq hesablanmanın məbləği nə qədər təşkil edir?

3. 2018-ci il mənfəət vergisi üzrə 46244,42 manat əlavə hesablanma müəyyən edilirmi? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

4. 2018-ci il mənfəət vergisi üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı?

5. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir?

6. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlər hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir?

7. əgər gəlirin əldə edilməsi ilə bağlı ididaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir?

8. gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi?

9. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması ididaçının tətbiq etdiyi kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu?

10. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu?

11. 2019-cu ilin yanvar ayı ƏDV üzrə 6915.75 manat artıq hesablanma müəyyən olunurmu? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

12. 2020-ci ilin fevral ayı ƏDV üzrə 762.85 manat artıq hesablanma müəyyən olunurmu? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

13. 2018-ci il iyul ayı aksiz vergisi üzrə 5194 manat əlavə hesablanma müəyyən edilirmi? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

14. 2019-cu il yanvar ayı aksiz vergisi üzrə 17571.20 manat əlavə hesablanma müəyyən edilirmi? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

15. 2018-ci il dekabr ayı aksiz vergisi üzrə 31377.80 manat əlavə hesablanma müəyyən edilirmi? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

16. 2019-cu il fevral ayı aksiz vergisi üzrə əlavə hesablanma müəyyən edilirmi? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

17. 2020-ci il dekabr ayı ƏDV üzrə 57600.36 manat əlavə hesablanma müəyyən edilirmi? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?

18. 2020-ci il sentyabr ayı ƏDV vergisi nə qədər müəyyən edilir? 19. 2020-ci il sentyabr ayı aksiz vergisi üzrə əlavə hesablanma müəyyən edilirmi? Müəyyən edilirsə bu məbləğ nə qədər təşkil edir?” Qərardadın icrası ilə əlaqədar olaraq məhkəməyə təqdim edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli,9/4623 saylı rəyin nəticə hissəsində qeyd edilmişdir ki; “Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə (elektron VHF, e-qaimələr, ƏDV depozit hesabından çıxarış, bank sənədləri, xronometraja dair məktublara və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə və bütün yuxanda göstərilənlərə əsasən 2017-ci il may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə xronometraj dövriyyələr və əvəzləşmələr nəzərə alınaraq 2017-ci il may ayı üzrə azaldılmış vergi məbləği 9549,35 manat, 2017-ci il iyun ayı üzrə azaldılmış vergi məbləği 7489,08 manat, 2017-ci il iyul ayı üzrə azaldılmış vergi məbləği 10129,18 manat, 2017-ci il avqust ayı üzrə azaldılmış vergi məbləği 1489,65 manat, 2017-ci il oktyabr ayı üzrə azaldılmış vergi məbləği 9619,73 manat, 2017-ci il noyabr ayı üzrə azaldılmış vergi məbləği 8302,86 manat, 2017-ci il sentyabr ayı üzrə isə artıq hesablanmış vergi məbləği 11956,56 manat müəyyən edildi. Yekun olaraq 2017-ci il üzrə ümumilikdə 46579.86 manat ƏDV-nin az hesablanması və 11956.56 manat artıq hesablanması müəyyən edilir. Üçüncü - onuncu suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tədqiqatla 2018-ci il mənfəət vergisinin 1117.87 manat təşkil etdiyi müəyyən edildi. Göstərilənlərə əsasən qeyd edilir ki, 2018-ci ilin mənfəət vergisi bəyannaməsi ilə kənarlaşma aşkar edilmədi. Bundan başqa ekspert qarşısında qoyulmuş sualda soruşulanlar üzrə qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında İddiaçı X4 ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. On birinci, on ikinci, on yeddinci və on səkkizinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırkı tədqiqatla 2019-cu ilin yanvar ayı üzrə əlavə dəyər vergisinin 6915.75 manat, 2020-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisinin 762.85 manat, 2020-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisinin və 2020-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisinin 57600,36 manat azaldılması və ya artıq hesablanması müəyyən edilmədi. Yəni, tədqiqatla təqdim edilən bəyannamə üzrə kənarlaşma müəyyən edilmədi. On üçüncü, on dördüncü, on beşinci, on altıncı və on doqquzuncu suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırkı tədqiqatla 2018-ci ilin iyul ayı aksiz vergisinin 5194,0 manat azaldılması, 2019-cu ilin yanvar ayı üzrə aksiz vergisinin 17571.2 manat azaldılması, 2018-ci ilin dekabr ayı üzrə aksiz vergisinin 17571.2 manat azaldılması, 2019-cu ilin fevral ayı və 2020-ci ilin sentyabr ayı üzrə isə aksiz vergisinə dair əlavə hesablama müəyyən edilmədi.” Təqdim edilmiş ekspert rəyindən görünür ki, iş materiallarında olan mühasibat səndələrinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən ümumilikdə 57.600, 36 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Kollegiya iddia tələbinin qalan hissələrinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə və ekspert rəylərinə əsasən 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020- ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020- ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat səndələrinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906, 60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunduğundan, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadığından, cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 57.600, 36 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ekspert rəyinə münasibətdə təqdim edilmiş mülahizə ilə bağlı bildirir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1.Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 37.6. kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli – cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020- ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarlarının vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 57.600, 36 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməlidir. Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020- ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 57.600, 36 manat ƏDV məbləği istisna edilməklə ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar