Məhkəmə qərarları › İş №2-1(103)-2379/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2379/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2379/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X3 Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “Xəstəlik haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “Xəstəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5346/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və X6 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbayca Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin X15 barəsində tərtib etdiyi 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin 12-ci bəndinin (diaqnozunun) R.Xəlilovun əlilliyə səbəb olan xəstəliyinin xx.xx.2016-cı il tarixdə aldığı yüngül xəsarətlərlə bağlı olması – Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmış” hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5346/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və X6 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi düzgün deyildir. Onların subyektiv hüququ vardır. Belə ki, şəhadətnamənin 12-ci maddəsi onların mənafeyinə toxunmuşdur. Dioqnoz nəticəsində 3-cü şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik dərəcəsi verilmiş, DİN tərəfindən həmin şəxsə 50000 manat pul vəsaiti ödənilmiş və hazırda həmin vəsait onlardan tutulmuşdur. Bu hal Fizuli rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq olunur. Məhkəmə əlavə olaraq iddia müddətinin keçməsi ilə bağlı da bəzi qeydlər etmişdir. Bu hal yalnışdır. Belə ki, tələb şəhadətnamənin 12-ci bəndinin hissəvi etibarsızlığı ilə bağlıdır. İnzibati icraat haqqında Qanunda etibarsızlıqla bağlı iddialar üzrə iddia müddəti nəzərdə tutulmamışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəmənin qərardadının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh və 3-cü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, iddiaçılar İddiaçı1 və X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı tələbi “Azərbayca Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin X15 barəsində tərtib etdiyi 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin 12-ci bəndinin (diaqnozunun) R.Xəlilovun əlilliyə səbəb olan xəstəliyinin xx.xx.2016-cı il tarixdə aldığı yüngül xəsarətlərlə bağlı olması – Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmış” hissəsində etibarsız hesab edilməsi barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan “Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Rəşad Xəlilovun xəsarət alması faktı üzrə aparılmış xidməti araşdırmanın nəticəsinə dair” Binəqədi RPİ rəisinin ŞHİÜ köməkçisi polis polkovnikleytenantı M.Abbasov tərəfindən tərtib edilmiş rəyin surətindən görünür ki, Binəqədi RPİ 5ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X15 xx.xx.2016-cı il tarixdə, saat 20:00 radələrində əməliyyat qrupunda növbədə olan zaman bölmənin növbətçi hissəsinə Binəqədi rayonu, Yusifzadə küçəsində münaqişə baş verməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə növbətçi hissənin xidməti avtomaşını ilə hadisə yerinə getmişdir. Hadisə yerində müəyyən olunmuşdur ki, bölmənin polis sahə inspektorları polis mayoru X7 və polis kapitanı X1 rayonu, Yusifzadə küçəsində ət satışı ilə məşğul olan vətəndaş İddiaçı1 barəsində antisanitariya qaydalarını pozduğuna görə inzibati protokol tərtib edən zaman aralarında münaqişə baş vermişdir. Polis əməkdaşları vətəndaşı, oğlunu və ətrafına yığılmış tanışlarını nizam-intizama dəvət etsələr də, onlar məhəl qoymayaraq uca səslə nalayiq ifadələr işlədərək nizam-intizam qaydalarını pozmuş, polis leytenantı R.Xəlilov onları sakitləşdirmək məqsədi ilə vətəndaşa yaxınlaşıb onu 5-ci PB-nə dəvət etmiş, lakin İddiaçı1 manqalın üstündə olan şişləri, sonuncunun oğlu isə maşanı götürürək polis əməkdaşlarına müqavimət göstərmiş, nəticədə polis leytenantı R.Xəlilov kürərk nayihəsinin deşilmiş yarası xəsarəti aldığından təcili yardımla 1 saylı X18 aparılmış, orada həkim tərəfindən müyainə olunaraq qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, ayağının əzilməsi və kürəyinin deşilmiş yarası xəsarətləri aldığı bildirilmiş, həmin gecəni həkim nəzarəti altında keçirmiş, xx.xx.2016-cı il tarixdə isə DİN-in Hospitalına gətirilib cərrahi əməliyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilmişdir. O, xx.xx.2016-cı il tarixədək Hospitalda stasionar müalicə almış, sonra müalicəni ambulator qaydada davam etdirmək üçün DİN-in 2 saylı Poliklinikasına göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X12 verilmiş 3340 saylı xəstənin tibb kartasından çıxarışda X9 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə və sol kürək nahiyyələrinin zədələnməsi xəsarəti ilə xəstəxanaya daxil olduğu qeyd edilmişdir. DİN-in A.Heydərov adına Respublika Hospitalının 3269 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində polis leytenantı X9 hospitala qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin hər iki bilək, hər iki aşağı ətrafların küt travması, sol kürək nahiyyəsinin deşilmiş yarası və dərialtı hematoması diaqnozu ilə astenik vəziyyətdə daxil olduğu, yerli keyləşdirmə ilə xəstəyə cərrahi əməliyyat olunduğu və xx.xx.2016-cı il tarixədək hospitalda stasionar müalicə aldığı göstərilmişdir. Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X9 xidmət vaxtı xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi Binəqədi rayon Prokurorluğunda istintaq edilmiş, aparılmış xidməti araşdırma zamanı Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X9 xəsarəti xidmət vaxtı aldığı müəyyən edilmişdir. Təklif edilmişdir ki, aparılmış xidməti araşdırma nəticəsində Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X9 xidmət vaxtı xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət almasının təsdiq edildiyi nəzərə alınmış, rəyin surəti DİN-in Xüsusi Həkim Komissiyasına və Tibb İdarəsinin 2 saylı Poliklinikasına göndərilmişdir. İşdə olan 510 nömrəli xx.xx.2017-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin 12-ci bəndi ilə X11 təyin edilmiş diaqnoz: “(XBT-10)-S06.6 “Qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət (xx.xx.2016). Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə) ocaqlı simpomatik”. Vestibulyar ataksiya. Hipertoniya. Xəstəliyi İİ mərhələ. Hipertnik angiopatiya. Aşağı ətrafların xroniki venoz xəstəliyi”. Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır.” Füzuli rayon Məhkəməsinin 2(064)-731/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər İddiaçı1 və X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Binəqədi RPİ 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı X9 xx.xx.2016-cı il tarixdə xidməti vəzifələrinin icrası zamanı baş vermiş hadisə nəticəsində xəsarət aldığı üçün ona dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ödənilmiş 48.590 manat məbləğində birdəfəlik kompensasiyanın təqsirli şəxslər İddiaçı1 və X2 reqres qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 767 saylı xx.xx.2016-cı il tarixli məhkəmə tibbi ekspertizasının rəyi ilə polis baş leytenantı X9 bədən səthində aşkar olunmuş xəsarətlər-təpə, gicgah nahiyələrinin hematomları və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, dərəclərinə görə ümumilikdə sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən İddiaçı1 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 28 gün, X6 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş cəza 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən X11 ikinci dərəcəli əlillik verilmişdir. Əlilliyin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır. Diaqnoz: kəllədaxili travmaların nəticələri, qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəzziyyət (xx.xx.2016). Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, eepilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocarlıq sipmtomatik. Vüstibulyar ataksiya. Digər neqativ pozuntular, astno-nevrotik vəziyyət. Essensial hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ. Xroniki periferik venoz çatışmamazlıq. Aşağı ətrafların xroniki venoz xəstəliyi. Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən X9 aldığı xəsarətin xidməti vəzifələrinin icrası zamanı alınması hesab edilmişdir. xx.xx.2019-cu il tarixli, ********** saylı ödəniş sənədinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 48.590 manat məbləğində kompensasiya ödəmişdir. Hazırda iddiaçılar Rəşad Xəlilova ödənilmiş 48590 manat kompensasiyanın onlardan tələb olunduğuna istinad edərək hesab edirlər ki, mübahisələndirdikləri şəhadətnamə onların hüquqlarını pozur, buna görə də həmin şəhadətnamənin 12-ci bəndinin etibarsız hesab olunmasını tələb edirlər. Qeyd olunmalıdır ki, R.Xəlilovun xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət alması Binəqədi RPİ-nin “Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Rəşad Xəlilovun xəsarət alması faktı üzrə aparılmış xidməti araşdırmanın nəticəsinə dair” xx.xx.2016-cı il tarixli rəyinə əsasən öz təsdiqini tapmış, həmçinin sözügedən hadisədə İddiaçı1 və X3 təqsirli olması Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən öz təsdiqini tapmışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə mübahisə predmetini təşkil edən 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” iddiaçılara münasibətdə hər hansı bir hüquqi nəticəyə malik olmayıb, yalnız R.Xəlilova münasibətdə müəyyən hüquq və vəzifələr yaratdığından (sosial təminat), həmin şəhadətnamə əsasında iddiaçıların hər hansı bir hüquqlarının pozulmasından və ya hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdə iddiaçılar tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulduğu halını təsdiq edə biləcək sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, 510 nömrəli ““Xəstəlik haqqında şəhadətnamə”nin verilməsinə əsas olmuş sənəd XHK-nın yararlılıq haqqında qərarı olmuşdur və hazırda sözügedən qərar qüvvədədir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddiaçılar hazırki işdə subyektiv hüququnun məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində pozulduğunu sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilib, iddiaya mahiyyəti üzrə baxılmasına əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5346/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1n və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5346/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar