Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2379/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu, Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndələri X3 və Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq təkrar texniki pasportun verilməsi öhdəliyinin qoyulması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1410/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...ünvan 1 ünvanında 500 kv.m torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa etdirmiş, həmin evin sənədləşdirilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq evin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin Sabunçu Rayon İcra Hakimiyyəti layihənin təsdiq olunması və hüquqi qeydiyyata alınması barədə müraciətini təmin etməmişdir. Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmiş və məhkəmə iddiasını təmin edərək ünvan 2 ünvanında inşa etdirdiyi fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınması barədə sərəncam verilməsi vəzifəsinin Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə xx.xx.2013-cü il tarixli qərar qəbul etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013cü il tarixli qərarını icra edərək ünvan 2 ünvanında inşaa etdirdiyi fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi və hüquqi qeydiyyata alınması barədə xx.xx.2013-cü il tarixli, 440 sayli qərar qəbul etmişdir...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışıdır: “...Fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********58 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 485,0 kv.m təşkil edir və qərb tərəfdən 287 saylı uşaq bağçasının ərazisi ilə həmsərhəddir. Həmçinin yaşayış binalarının həyətyanı ərazisinin bir hissəsidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1410/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. Apellyasiya şikayəti aşaığıdakılarla əsaslandırılmışdır: “ ... Məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, işin faktiki hallarının ümumiyyətcə araşdırılmadığından, iş üzrə sübutlara tam və obyektiv şəkildə qiymət verilmədiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilərək yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi fərdi yaşayış evi, o cümlədən onun yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. İş materiallarında olan fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasına dair Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 440 saylı sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri kimi təsbit edilməmişdir. Məhkəmə qərarında göstərilən bu xüsusatlar nəzərə alınmamış, iş üzrə ətraflı və obyektiv araşdırılma aparılmamış, bunun nəticəsində düzgün olmayan qərar qəbul edilmişdir. Belə ki, mən iyirmi ilə yaxındır ki, öz şəxsi vəsaitim əsasında tikdiyim Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 41B saylı evdə yaşayıram və ailə üzvlərim ilə birlikdə həmin ünvana pasport qeydiyyatına alınmışam. Həmin evi 0,05 ha torpaq sahəsində inşa etmişəm və mütəmadi olaraq torpaq sahəsinə dair torpaq, mülkiyyət vergilərini Bakıxanov Bələdiyyəsinə, qaz, işıq, su xərcələrini müvafiq təşkilatlara ödəmişdir. Qeyd olunan evin layihəsi məhkəmənin 07 iyun 2013-cü il tarixli qərarına əsasən Sabunçu rayon icra hakimiyyətinin 440 nömrəli 22 avqust 2013-cü il tarixli sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 41B saylı ünvanında tikilmiş torpaq sahəsi-500 kv.m olan birmərtəbəli, zirzəmili, mansardlı, zirzəmi sahəsi - 75.9 kv.m, birinci mərtəbədə 2 yaşayış otağı - 50 kv.m, köməkçi sahə 29,3 kv.m, meydança - 6,1 kv.m, mansardda 2 yaşayış otağı - 49,6 kv.m, köməkçi sahəsi - 29,2 kv.m, eyvan - 6,1 kv.m olan fərdi yaşayış evi İddiaçı adma hüquqi qeydiyyata alınmış, fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. Həmin ev Bakı şəhəri Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsi 41 saylı binadan 40- 45 metr aralıda yerləşir, 44 saylı Mənzil Komunal istismar sahəsinin balansında deyil, Bakı şəhəri Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsi 41 saylı binanın həyatyanı ərazisindən aralıda yerləşir. (44 saylı MKİS-nin arayışı). Bundan başqa, X7 və X4 cavabdehlər İddiaçı və X1 qarşı “öz başına tikilinin sökülməsinə” dair iddialarına Bakı şəhəri Sabunu rayon məhkəməsində, Bakı apellyasiya məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, məhkəmələrdə tam müəyyən edilmişdir ki, İddiaçı evinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 41 saylı binanın həyətyanı ərazisinə hər-hansı bir aidiyyatı yoxdur və həmin binadan 40-45 metr aralıda yerləşir. Bakıxanov Bələdiyyəsi tərəfindən verilmiş arayışa görə İddiaçı əmlak və torpaq vergisinə görə borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyamın 29-cu maddəsinin tələbinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Belə ki, məhkəmənin məhkəmənin 07 iyun 2013-cü il tarixli qərarına əsasən Sabunçu rayon icra hakimiyyətinin 440 nömrəli 22 avqust 2013-cü il tarixli sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 41B saylı ünvanında tikilmiş fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. Qeyd olunan məhkəmə qərarı, icra hakimiyyətinin sərəncamı, 44 saylı MKİS-ni arayışı, məhkəmə qərarları məhkəmə tərəfindən hüquqmüəyyənedici sənədlər (8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı) kimi təsbit edilməməsi açıq-aşkar hüquqa ziddir. Qanunun 15-ci maddəsində göstərilən halların heç birinin mövcud olmamasına baxmayaraq, cavabdeh 1 saylı ünvan 3 ünvanına dair çıxarış verilməsindən imtina etməsi hüquqpozuntusu olsa da, məhkəmə tərəfindən hüquqauyğun davarnış kimi qiymətləndirilmiş, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Yuxarıda sadalanan hüquq normalarından və qeyd edilən xüsusatlardan və hüquqi faktlardan da göründüyü kimi, iddiaçı qeyd olunan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağa tam surətdə hüququ çatır. Hüquq normalarından və qeyd edilən xüsusatlardan və hüquqi faktlardan da görünür ki, iddiaçı qeyd olunan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağa tam surətdə hüququ çatır...” Məhkəmə kollegiyasının iclaslasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin məhkəmənin əvvəlki (xx.xx.2024) iclasında iştirak edən nümayəndəsi (Ə.S.Bəbişbəyli) iddia ərizəsinə etirazda gösətərilənlərə uyğun izahat verərək, iddiaçının apellyasiya şikayəti ilə razılaşmamışdır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.1. 9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.1. 9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ...; Qanunun qeyd olunan tələblərinə rəğmən iş materialları araşdırıldıqda, müəyyən olunan hallar aşağıdakılardan ibarətdir: İş materiallarına əlavə olunmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1759/2013 saylı 07 iyun 2013-cü il tarixli qərarından görünür ki, həmin qərarla ünvan 2 ünvanında inşa etdirdiyi fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi və tikilinin İddiaçı adına qeydiyyata alınması ilə bağlı sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Eyni zamanda, işə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 440 No-li 22 avqust 2013-cü il tarixli sərəncamından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərarı icra olunaraq aşaığıdakılar barədə sərəncam verilmişdir:
1. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 41v saylı ünvanında tikilmiş, torpaq sahəsi 500,0 kv.m olan, birmərtəbəli, zirzəmili, mansardlı, zirzəmi sahəsi 75,9 kv.m, 1-ci mərtəbəsində iki yaşayış otağı sahəsi-50,0 kv.m, köməkçi sahə-29,3 kv.m, meydança- 6,1 kv.m, mansardda iki yaşayış otağı sahəsi 49,6 kv.m, köməkçi sahəsi 29,2 kv.m, eyvan- 6,1 kv.m olanfərdi yaşayış evi vətəndaş İddiaçı adına hüquqi qeydiyyata alınsın.
2. Mövcud fərdi yaşayış evinin layihəsi təsdiq edilsin (Layişə işə ləavə edilmişdir).
3. Sərəncamın surətinin İddiaçı verilməsi təmin edilsin . İddiaçı, konkret halda, cavabdehə qarşı iddia ərizəsində 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qeyd olunan qərarına və həmin qərarın icrası qaydasında qəbul olunmuş, Sabunçu rayon İcra Hakimiyyətinin sərəncamına istinadən mübaisəli ünvanda yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüquqununun qeydə alınımb reyestrdən çıxarış verilməsini tələb etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd olunan 8.0.1, 8.0.4, 8.0.9.1.1-ci maddələrinin tələblərindən də göründüyü kimi, daşınmaz əmlakın istifadəyə verilməsi barədə icra hakimiyyyətinin sərəncamı, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsas hesab olunur. Tədqiq olunan qanuni qüvvəsini almış Sabunçu rayon Məhkəməsinin qərarı və həmin qərarın icrasının qeyd olunan nəticələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd olunan normalarının tələlərində nəzərdə tutlan əsasları özündə ehtiva etmiş olur. Belə olan halda, məhkəmə kollegiyası belə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin dövlət qeydiyyatı barədə iddiaçı tərəfindən cavabdeh orqana müraciət olunan hüquq qeydiyyata alınmalı hüquq kimi qiymətləndirilməlidir. İşin hallarından isə göründüyü kimi, cavabdeh əsassız olaraq, iddiaçının təqdim etdiyi sənədləri düzgün qiymətləndirməmiş, qanunui qüvvəsini almış qeyd olunan məhkəmə qərarı və həmin qərar əsasında verilmiş sərəncamla həll olunan məsələlər iddiaçının inşa etdiyi mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Çünki, həmin Qanunun 15.1.1-ci maddəsi o halda, daşınmaz əmlakın dövlət qeydiyyatından imtinanı nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmasın. Göründüyü kimi, cavabdehin iddia ərizəsinə etirazında, qeyd olunan Qanunun 8-ci maddəsində təsbit olunan əsaslara dair sənədlərin iddiaçı tərəfindən təqdim edilmədiyini mübahisələndirən dəlilləri əsasızdır. İddia ərizəsinə etirazında cavabdehin fərdi evin yerləşdiyi torpaq sahəsinin 500 kv.m deyil, 485 kv.m təşkil etdiyini mübahisələndirməsinə gəldikdə, birincisi, iddiaçının tələbindən göründüyü kimi, evin yerləşdiyi torpaq sahəsini onun adına reyestrdə qeydə alınmasını tələb etməmiş, həm də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tədqiq olunan qərarında və icra hakimiyyətinin sərəncamında da torpağın qeydə alınmasına dair hər hansı bir bənd mövcud deyil. Məhkəmə kollegiyası, etirazın mübahisəli ünvanda yerləşən evin qərb tərəfdən 287 saylı uşaq bağçasının ərazisi ilə həmsərhəd, həmçinin, yaşayış binalarının həyətyanı ərazisinin bir hissəsi olduğunu bildirən dəliləri ilə də razlaşmayaraq bununla əlaqədar aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Sabunçu rayon Məhkəməsinin 2-2340/2007 saylı 05 dekabr 2007-ci il tarixli qətnaməsi ilə mübahisli ünvanda yaşayan, yəni, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 41v saylı binanın sakinləri X9 və X4 cavabdehlər İddiaçı və X2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia tələbləri rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2008-ci il tarixli 2(103)-1376/2008 saylı qətnaməsi ilə, həmin qətnamə isə öz növbəsində Ali Məhkəmənin 17 dekabr 2009-cu il tarixli 2(102)-3559/09 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də, işin apellyasiya qaydasında tədqiq olunan sübutlarla müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən isə işdə olan sübutlar hərtərəfli araşdırılmamış, onlara ümumiyyətlə hüuqi qiymət verilməmiş, iddianın rədd olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmyan nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə glir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1410/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1410/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı - ünvan 1 ünvanında inşa edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.