Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-238/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3534/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşı tamam olduğu vaxtdan (xx.xx.2018-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın 3 il əvvələ yəni, xx.xx.2018-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) e-2-1(112)-3534/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən (xx.xx.2021-ci il tarixədək) ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, qanunvericiliyin tələblərinə cavab vermədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Lakin iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilərək hesablanması tələbi ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının təqdim etdiyi 18 iyun 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1997ci il tarixədək olan dövr ərzində X2 X4 hesablı təmir-tikinti idarəsində işlədiyi qeyd olunub. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın 18 avqust 2022-ci il tarixli AAŞ- 41/52 nömrəli arayışında sözügedən müəssisəyə dair yuxarıda göstərilən dövrlər üzrə məlumatların Azərittifaqın arxivinə təhvil verilmədiyi qeyd edilib. Bu səbəbdən də iddiaçının həmin dövrlər ərzində işləyib-işləməməyi, ödənişsiz məzuniyyətdə olub-olmadığı və işlədiyi təqdirdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarınının ödənilibödənilmədiyini müəyyən etmək mümkün olmadığı üçün həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Belə ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 21 il 2 ay 25 gün xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1997-xx.xx.2003-cü il, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən iddiaçının pensiyasının sığorta hissəsi 31,86 manat (21,24 il x 306 manat : 204 ay (65 yaş- 60 yaş=60 ay+144 ay) xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək illər üzrə indeksləşdirilərək 79,32 manat)) müəyyən edilmiş, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 70980,07 manat sığorta kapitalına uyğun 347,94 manat (70980,07:204 ay) sığorta hissəsinin üzərinə əlavə edilərək 427,26 (79,32+347,94) manat əmək pensiyası təyin edilib. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2022-ci il tarixdən etibarən 441,79 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-1(112)-3534/2023 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. İş materiallarında olan B seriyalı 045948 nömrəli diplomun notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən görünür ki, İddiaçı 1976-cı ildə Bakı şəhəri 56 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 1979-cu ildə elektrik-qaz qaynaqçısı peşəsi üzrə məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş M-129/25 №-li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixində Bakı şəhəri 56 nömrəli Texniki Peşə Məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş, 27 iyun 1979-cu il tarixində həmin məktəbi əyani formada bitirmiş və onun adına yazılmış 780688 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X15 tərəfindən verilmiş AAŞ-41/52 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən (əmr № 29/k xx.xx.1992 il) xx.xx.1994-cü il (əmr № 23-k k-3, xx.xx.1994 il) tarixədək, xx.xx.1994-cü il (əmr № 27-k, xx.xx.1994 il) tarixdən xx.xx.1997-ci il (əmr № 3-k, xx.xx.1997 il) tarixədək X2 X4 hesablı təmir-tikinti idarəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. X2 X4 hesablı təmir-tikinti idarəsi Azərittifaqın arxivinə heç bir sənəd təhvil vermədiyi üçün onun haqda məlumat verə bilmirlər. X5 xx.xx.2004-cü il tarixli 366 saylı qərarı ilə X3 Birliyinin Təsərrüfat hesablı təmir-tikinti idarəsi özəlləşdirilmişdir. İddiaçı əmək kitabçasında işə qəbul edilməsi və işdən azad olunması ilə bağlı qeyd edilən müəssisə tərəfindən vurulan möhürlərin həqiqiliyini təsdiq edirlər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 24 avqust 2022-ci il tarixində daxil olmuş ərizəyə və ona əiavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 14 iyul 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı 8 fevral 2021-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərəri və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında’ Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ona 60 yaşının tamam olduğu tarixdən təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən yenidən hesablanması məsələsinə 18 iyun 1980-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1992xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlərə dair əmək haqqı arayışı tərəfindən Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 saylı məktubda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 28 dekabr 2021-ci il tarixində daxil olmuş ərizəyə aidiyyəti üzrə baxılmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 14 iyul 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 8 fevral 2021-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun” 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 6 gün (xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1983-sü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984, xx.xx.1985xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1997xx.xx.2003-cü il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X2 X4 hesablı təmir-tikinti idarəsi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın tabeliyində olmaqla dövlət müəssisəsi hesab edilmir və onunla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş 027519 №-li pensiya işində olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X12 pensiyasının təyin edilməsi haqqında **********3 nömrəli, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə 427.26 manat məbləğində pensiya təyin olunmuşdur. Qərarın 9-cu bəndində ümumi iş stajı 36 il 1 ay 11 gün, güzəştli iş stajı 27 il 4 ay 21 gün; 12 saylı qərar: Ümumi peşələr - elektrik qaynaqçısı, qaz qaynaqçısı qeyd olunmuşdur. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli xx.xx.1980-ci il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1976-cı ildən 1979-cu ilə qədər 56 saylı ŞTPM-də 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı ixtisası üzrə təhsil almışdır, xx.xx.1979-cu ildə “AzərBaşqidasənayekoop” TTİ-də 3-cü dərəcə ilə qaynaqçı işinə qəbul olunmuşdur, xx.xx.1980-ci ildə ordu sıralarına xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir, xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək ordu sıralarında xidmət etmişdir, xx.xx.1983-cü ildə “AzərBaşqidasənayekoop” TTİ-də 4-cü dərəcə ilə elektrik-qaz qaynaqçısı işinə qəbul olunmuşdur, xx.xx.1983-cü ildə 5-ci elektrikqaz qaynaqçısı dərəcəsi verilmişdir, xx.xx.1984-cü ildə “Azərbaşqidasənayekoop” TTİ trest üzrə xx.xx.1984-cü il tarixli 2 saylı əmrə əsasən adı dəyişdirilərək, “Azkoopxüsusiquraşdırma” TT olub, xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1984-cü ildə “Saratovdomstroymaterial” İB Mexanikləşdirmə sahəsinə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilmişdir, xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1985-ci ildə “Azkoopxüsusiquraşdırma” trestinin TTMİ-yə 5-ci dərəcə ilə elektrik-qaz qaynaqçısı qəbul edilmişdir, xx.xx.1986-cı ildə 5-ci dərəcəli çilingər-quraşdırıcı peşəsinə qəbul edilmişdir, xx.xx.1988-ci ildə TTMİ-nin adı “Azkoopxüsusiquraşdırma” trestinin TTMİ adına dəyişdirilmişdir, xx.xx.1989-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1989-cu ildə “Abadlıq-2” Kooperativinə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilmişdir, xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir, xx.xx.1991-ci ildə Azərbaycan Dəmir Yolları X8 Deposuna Vaqonyığma sexinə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilmişdir, xx.xx.1992-ci ildə öz istəyi ilə işdən azad edilmişdir, xx.xx.1992-ci ildə POPP Təsərrüfat hesablı TTİ Elektrik-qaz qaynaqçısı qəbul edilmişdir, xx.xx.1994-cü ildə öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1994-cü ildə POPP Təsərrüfat Hesablı TTİ Elektrik-qaz qaynaqçısı qəbul edilmişdir, xx.xx.1997-ci ildə öz istəyi ilə işdən azad edilmişdir, xx.xx.1997-ci ildə “Xəzərdənizneftqaztikinti” tresti 4 №-li TQİ-nin 1 №-li sahəsinə 5-ci dərəcəli əllə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur, xx.xx.2000-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı peşəsi verilmişdir, xx.xx.2001-ci ildə idarənin ləğvi ilə əlaqədar işdən azad edilmişdir, xx.xx.2001-ci ildə “XDNQT” tresti 4 saylı İTQT-nin 3 saylı sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir, xx.xx.2003-cü ildə öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir, xx.xx.2003-cü ildə “X11 LTD” şirkətinin Azərbaycan X1ynaqçı peşəsi üzrə işə qəbul edilmişdir, xx.xx.2006-cı ildə öz arzusu ilə işdən azad olmuşdur, xx.xx.2006-cı ildə “Xəzərdənizneftqaztikinti” tresti 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6 saylı sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir, xx.xx.2007-ci ildə “Elektrik qaynaqçısı peşəsi-əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi adlandırılmışdır, xx.xx.2014-cü ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir, xx.xx.2014cü ildə “Neftqaztikinti” tresti 3 saylı Tikinti Quraşdırma İdarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur, xx.xx.2015-ci ildə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir, xx.xx.2015-ci ildə “Neftqaztikinti” tresti 3 saylı Tikinti Quraşdırma İdarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir, xx.xx.2019-cu il qeydinə əsasən hal-hazıradək qeyd edilən peşədə işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təqdim etdiyi 18 iyun 1980ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr ərzində X2 X4 hesablı təmir-tikinti idarəsində işlədiyi qeyd olunub. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın 18 avqust 2022-ci il tarixli AAŞ-41/52 nömrəli arayışında sözügedən müəssisəyə dair yuxarıda göstərilən dövrlər üzrə məlumatların Azərittifaqın arxivinə təhvil verilmədiyi qeyd edilib. Bu səbəbdən də iddiaçının həmin dövrlər ərzində işləyibişləməməyi, ödənişsiz məzuniyyətdə olub-olmadığı və işlədiyi təqdirdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarınının ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmadığı üçün həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sənədlərin arxivdə saxlanılmasına iddiaçı məsuliyyət daşımır. Sənədlərin saxlanılmasına iş yeri və arxiv idarələri məsuliyyət daşıyırlar. İddiaçının əmək kitabçasında qeydlərdə hər hansı müdaxilə və qeyrimüəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin iddiaçının həmin dövrdə işlədiyi müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Qeyd edildiyi kimi, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, eləcə də aidiyyəti üzrə təhvil verilməməsinə görə iddiaçı cavabdehlik daşımır. İş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və digər sənədlərdən görünür ki, təhsil və hərbi xidmət dövrü daxil olmaqla iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək 25 ildən artıqdır (xx.xx.1976-xx.xx.1979 (təhsil), xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1983 (hərbi xidmət), xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1984, xx.xx.1985-xx.xx.1989, xx.xx.1989-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1994xx.xx.1997, xx.xx.1997-xx.xx.2001, xx.xx.2001-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006 – cəmi 28 il 10 ay 03 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı ilədək 12 il 6 ay güzəştli iş stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmir. Öz növbəsində, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının xx.xx.2006-cı ilədək işlədiyi elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXİİİ. Ümumi peşələr, 23200000—11620 - qaz qaynaqçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarına əlavə edilmiş pensiya işində olan ərizədən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci ildə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3534/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-238/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-238/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver