Məhkəmə qərarları › İş №2-1(103)-238/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-238/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-238/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 333/2024 saylı 27 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “mart 2022” hesabat dövrü üzrə 7 iyun 2022-ci il tarixli **********676900 saylı, “aprel 2022” hesabat dövrü üzrə 05 iyul 2022-ci il tarixli **********375400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu dəfə iddiaçı xx.xx.2023-cü il tarixdə “iddia həcminin azaldılması barədə” ərizə verərək, cavabdehin “mart 2022 ” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********730100 saylı, “aprel 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarmışdır. Cavabdeh öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirib ki, guya iddiaçı bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanıb. Lakin qərarda iddiaçının bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanması barədə yazılanlar həqiqəti əks etdirmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-333/2024 saylı 27 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mart 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********730100 saylı, “aprel 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində tutularaq “Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (SAP (XİİS) hesabı: Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22; Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iş üzrə tərəflər məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı MMC-nin və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəmənin elektron kabinetinə müraciət edərək, iddiadan imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının etibanamə üzrə nümayəndəsi və vəkili tərəfindən verilmiş iddiadan imtina barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsı və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilsin və iddiadan imtina qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar