Məhkəmə qərarları › İş №2-1(103)-2380/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2380/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2380/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə iddiaçının nümayəndələri X11 və Vəkil (vəkil) iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16) «bölgü sxeminə müvafiq olaraq daşınmaz əmlakın mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib olunması tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisi və həmin ünvandakı "A" tikilisinin 47,5 kvm. olan hissəsini (cəmi 140,65 olan tikili və fərdi yaşayış evi), texniki pasportda qeyd edilən evinin və hasarının yerləşdiyi faktiki tikintialtı həyətyanı 272,7 kvm. torpaq sahəsinə (ümumi 429.2 kv.metrin 272.7 kv.m. hissəsini) xüsusi mülkiyyət hüququnun ayrıca vahid əmlak kimi qeydə alıb yeni çıxarış və ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı fəaliyyət qabiliyyəti olmayan, l-ci qrup əlildir. 1981- 1988-ci illərdə dənizdə mühəndis kimi işləyərkən xəstəliyə tutulmuş, Ruhi-əsəb xəstəxanalarında aldığı müalicələr nəticə verməmiş, fəaliyyət qabiliyyəti olmayan elan edilmişdir. Sabunçu rayon məhkəməsinin 08 aprel 2004-cü il tarixli, 2-609 nömrəli qətnaməsi, Səbail RİHB-nin 12 mart 2020-ci il tarixli, 38 saylı sərəncamı ilə Qanuni nümayəndə ona qəyyum təyin edilmişdir. Cavabdehə yazılan ərizələrdə göstərildiyi kimi iddiaçı mülkü alqı-satqı müqaviləsi ilə əldə etmiş və müqaviləyə əsasən mülkiyyət hüququ 18 iyun 1976-cı il tarixdə, 157 saylı kitabın 5621-ci səhifəsində paylı mülkiyyət kimi 1/2 hissədə cavabdeh tərəfindən qeydə alınmışdır. Digər 1/2 hissəyə mülkiyyətçi X5muşdur. İddiaçıdan fərqli olaraq ona qanuni çıxarış verilmişdir. Onların hazırda həm fərdi yaşayış evinə, həmçinin də torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədləri mövcuddur ki, bu sənədlər əsasında iddiaçı vahid əmlak kimi çıxarış almaq hüququ qazanır. Belə ki, notariat işində iddiaçının 10 avqust 1988-ci ildə anası Mirvariyə evin 1/2 hissəsini bağışlamasına dair sənədlərdə qeydiyyat çıxarışının surəti aşkar edilmiş və orada yuxarıda göstərilən qeydiyyat öz əksini tapıb. Həmin işdə cavabdehin verdiyi sənədlərdə evin torpaq sahəsinin axırıncı invertarlaşmada 429,2 kv.m olması və evin 1930-cu ildə tikilməsi barədə Büronun rəisi və mühəndisinin imzaladığı 30\751 saylı ştamp və möhür vurulmuş 10 avqust 1988-ci il tarixli rəsmi arayışda var. İddiaçının anası Mirvarinin ona bağışlanmış 1/2 hissənin iddiaçıya bağışlamasına dair 06 may 1998-ci il tarixli notariusda təsdiq edilmiş bağışlama müqaviləsi vardır. Bundan sonra Texniki İnventarlaşma və Mülkiyyət hüququnun Qeydiyyatı İdarəsi 148037 nömrəli, MH seriyalı,10 iyun 1998-ci il tarixli qeydiyyat vəsiqəsi vermiş və 157 nömrəli reyestir kitabında 5626-cı səhifədə 30 qeydə alma ilə 15548 nömrə ilə mülkiyyətin qeydə alınması, yeni qonşunun isə Nikolay yox, yeni mülkiyyətçi X19 olmasına qeydiyyat vəsiqəsi vermişdir. İddiaçı ona məxsus evin sənədləri təqdim etməklə, reystrdə qeydiyyatının adına aparılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci və 17.07. 2021-ci il tarixli, cavab məktubları ilə həmin yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mükün olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, təkzibolunmaz sənədlər olduğu, qeydiyyat kitabları durduğu halda cavabdehin inventarlaşma aparmaqdan, mülkün qeydiyyatından çıxarış verilməsindən imtina etməsi anlaşılan deyil. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş, mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığı üçün iddiaçının ərizəsi tərəflərindən mümkün olmamışdır. Sərəncamın icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq fərdi yaşayış evinə yerli baxış keçirilmiş, iddiaçının faktiki istifadəsində olan sahə «A» tikilisinin bir hissəsi (1; 2; 5 və 9 saylı sahələr) olduğu müəyyən edilmişdir. Hazırda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsi isə X6 mülkiyyətindədir. Belə ki, faktiki olaraq A tikilisinin bir hissəsi iddiaçının istifadəsində olduğu və müvafiq fərdi yaşayış evi (A tikilisi) vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün bölünməsi, evə və həyətyanı torpaq sahəsinə (429.2 kv) dair İddiaçı adına ayrıca çıxarışın verilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı lə iddia təmin edilmiş, ünvan 3 ünvan E.Berq küçəsi 75) ünvanda yerləşən ümumi sahəsi 93,15 kvm. olan “B” tikilisindən və həmin ünvandaki "A" tikilisinin sahəsi 47,5 kvm. olan hissəsindən (cəmi 140,65 kvm.) ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 272.7 kvm. həyətyani torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun ayrıca vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində alınıb yeni çıxarış və ünvan verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə idarəyə müraciət etmiş, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Səbail rayonu,Əli Nəzmi (5-ci Bayıl) küçəsində yerləşən 75 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********28-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, hazırda 1/2 hissədə İddiaçı, digər 1/2 hissəsi isə X6 paylı mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evi, onunla bağlı 1965-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki paporta əsasən «A» və «B» tikilisindən ibarətdir. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, evin iddiaçıya aid hissəsi texniki pasporta əsasən «A» tikilisinin 1, 2 və 5 saylı sahələri və «B» tikilsidir. «A» tikilisinin 8 saylı sahəsi söküldüyünü görə tikilinin texniki pasporta əsasən ölçüsü 125,8 kv.m olmasına baxmayaraq faktiki ölçüsü 98,2 kv.m-dir. «A» tikilisinin iddiaçıya və üçüncü şəxsə aid hissələri vahid dam altında yerləşdiyinə görə fərdi yaşayış evinin bölgüsü və hər bir hissənin müstəqil olaraq dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan başqa, «B» tikilisinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, texniki pasporta əsasən ölçüsü 89,7 kv.m olan tikili sökülmüş və ümumi ölçüsü 93,15 kv.m olan yeni «B» tikilisi inşa edilmişdir. «B» tikilisinin sökülməsi (Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 18.2-ci maddəsinə əsasən) və yenidən tikilməsi ilə bağlı müvafiq sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən ərizənin icrası mümkün olmamış, imtina məktubu verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri B.Cəfərov və Vəkil cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, iddiaçı və digər paylı mülkiyyətçi ilə aralarında bölgü qrafiki imzalandığını, hər kəsin öz əmlakına giriş-çıxışa malik olduğunu, arakəsmə ilə təcrid olunduqlarını, iddiaçı tərəfindən heç bir sökülmə və yenidənqurma işləri aparılmadığını və texniki pasportda qeyd edilən tikililərin yerində olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Səbail rayonu,Əli Nəzmi (5-ci Bayıl) küçəsində yerləşən 75 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin ona məxsus payına müvfaiq hissədə dövlət qeydiyyatına alınmasını tələb etmiş, cavabdeh ilk öncə, idarənin mütəxəssislərinə şəraitt yaradılmadığını əsas gətirsə də, daha sonra iddia ərizəsinə etirazında və hazırkı apellyasiya şikayətində əksinə bildirir ki, idarənin mütəxəssislər tərəfindən həmin ünvana baxış keçirilmiş və bu zaman «A» tikilisinin 8 saylı sahəsi söküldüyünə görə tikilinin texniki pasporta əsasən ölçüsü 125,8 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 98,2 kv.m təşkil etdiyini və həmin tikilinin iddiaçıya və üçüncü şəxsə aid hissələrinin vahid dam altında yerləşdiyinə görə fərdi yaşayış evinin bölgüsü və hər bir hissənin müstəqil olaraq dövlət reyestrində qeydiyyata alınması mümkün olmadığını mübahisələndirmişdir. Cavabdehin qeyd olunan dəlilllərindən aydın görünür ki, mahiyyət etibarı ilə həmin dəlillər formal xarakterli olmaqla, mübahisələndiriəln əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Çünki, birinci halda, ”A” tikilsinin texniki pasportda götərilən sahəsi artmamış, əksinə azalmışdır ki, həmin hissədə faktiki ölçülərində sahənin qeydə almaq üçün cavabdeh qarşısında heç bir maneə mövcud deyildir. Mübahisələndirilən ikinci hala gəldikdə isə bir dam altında olan həmin tikilinin razılaşdırılmış bölgü sxemi mövcuddursa, bu halda da qeydiyyatın aparılması yolveriləndir. İş materiallarında isə mübahisəli daşınmaz əmlakın iddiaçının adına dövlət qeydiyyatına alınmasını zəruri edən bütün faktiki şərtlər mövcuddur. O cümlədən: Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 06.1965-ci il tarixdə tərtib edilmiş 26 ünvan 5 ünvanına dair Texniki Pasportun surətinə əsasən “A” və “B” tikililərindən ibarət fərdi yaşayış evi 1930-cü il tarixdə inşa edilmiş, “ev sahibi” X7muş, sonradan “ev sahibi” kimi İddiaçı və X8 adları qeyd olunmuş, cəmi tikinti sahəsi 262,9 kv.m, meydança sahəsi 429,2 kv.m təşkil edir. Bakı şəhəri, 2 saylı Dövlət Notariat Ofisində qeydə alınmış İddiaçılə X3 arasında bağlanmış bağışlanma müqaviləsi üzrə xx.xx.1988-ci il tarixli, D4-901 nömrəli notariat işinin materiallarına əsasən: - Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reestrindən xx.xx.1976-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Berq küçəsi, 75 №-li evin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X8 mülkiyyətində olmuş; -xx.xx.1988-ci il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, E.Berq küçəsi 75-dəki 429,2 kvm. torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 18,5 kvm., yardımçı sahəsi 16,4 km. olan 1 otaqdan ibarət 1/2 hissədəki payını anası X2 bağışlamışdır. Eyni zamanda, Bakı şəhəri, 2 saylı Dövlət Notariat Ofisində qeydə alınmış X3 ilə İddiaçı arasında bağlanmış mənzilin bağışlanma müqaviləsi üzrə xx.xx.1998-ci il tarixli, 3M/37 nömrəli notariat işinin materiallarına əsasən: -06 may 1998-ci il tarixli mənzil bağışlama müqaviləsi ilə X4 xx.xx.1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə, ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75 (keçmiş 5ci Bayıl küçəsi) yerləşən yaşayış sahəsi 53,3 kvm. olan 4 otaqlı mənzilin və sahəsi 44,9 kvm. olan 4 köməkçi otağın 1/2 hissəsini oğlu İddiaçı bağışlamış; Eyni zamanda, cavabdeh idarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********80 nömrəli məktuba əlavə edilmiş sənədlərin surətlərinə əsasən: - 15 iyul 1965-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X9 Bakı şəhəri, 5-ci Bayıl küçəsi, ev 75-dəki fərdi yaşayış evi üzərində vərəsəlik hüquqları tanınmış; - 12 iyun 1968-ci il tarixli müqaviləyə əsasən X18 429 kvm. torpaq sahəsində yerləşən Bakı şəhəri, 5-ci Bayıl küçəsi, ev 75-dəki mülkiyyətində olan fərdi yaşayış evinin 1/2 hissəsini 1000 manata X12 satmış; -29 oktyabr 1992-ci il tarixli müqaviləyə əsasən X14 Bakı şəhəri İnventarlaşdırma Bürosundan verilmiş Bakı şəhəri, Berq küçəsi, ev 75-də, 429,2 kvm. torpaq sahəsində yerləşən 1/2 payı olan 4 yaşayış otaqdan ibarət olan 53,2 kvm. və 2 köməkçi otaqlardan ibarət 23,4 kvm. yaşayış evini X13 30000 manata satmış; -xx.xx.2001-ci il tarixli, 136842 nömrəli müqaviləyə əsasən X20 Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1992-ci il tarixdə, 157 №-li reyestr kitabının 5621-ci səhifəsində, 30/7182 №-li qeydəalma ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75-də yerləşən yaşayış evinin 1/2 hissəsini on doqquz milyon manata X1; -12 fevral 1976-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X21 X9 vərəsəsi kimi Bakı şəhəri, 5-ci Bayıl küçəsi, ev 75-dəki fərdi yaşayış evinin 1/2 hissəsini qəbul etmiş; -26 may 1976-cı il tarixli müqaviləyə əsasən X21 mülkiyyətində olan 429,2 kvm. torpaq sahəsində yerləşən Bakı şəhəri, 5-ci Bayıl küçəsi (yeni Berq), ev 75-in 1/2 hissəsini 5000 manata İddiaçı satmış; - xx.xx.1988-ci il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, E.Berq küçəsi 75-dəki 429,2 kvm. torpaq sahəsində yerləşən, fərdi yaşayış evinin yaşayış sahəsi 18,5 kvm., yardımçı sahəsi 16,4 km. olan 1 otaqdan ibarət 1/2 hissədəki payını anası X2 bağışlamış; 06 may 1998-ci il tarixli mənzil bağışlama müqaviləsinə əsasən X4 Bakı şəhər TİBdan kt. №157, səh.5621, qeydəalma № 30/846, xx.xx.1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə, TİB-dən ver. Arayış 30/1127, xx.xx.1998 əsasən ona məxsus olan Bakı şəhəri, Berq küçəsi, ev 75 (keçmiş 5-ci Bayıl küçəsi) yerləşən yaşayış sahəsi 53,3 kvm. olan 4 otaqlı mənzilin və sahəsi 44,9 kvm. olan 4 köməkçi otağın 1/2 hissəsini oğlu İddiaçı bağışlamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, FM 009237 №-li qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Berq küçəsindəki 4 otaq, 53,3 kvm. yaşayış sahəsi, 76,7 kvm. ümumi sahəsi olan 75 saylı fərdi yaşayış evinin 1/2 hissəsi X6, digər 1/2 hissəsi isə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 157 saylı reyestr kitabında xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. Eyni zamanda, Bakı şəhəri 31 saylı notariat ofisinin (xüsusi notarius X17) Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin bölgü sxeminə əsasən - Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin mülkiyyətçilər X16 və İddiaçı Yüzbekoviç arasında bölgüsü aparılmış bölgü aşağıdakı kimi müəyyən olunmuşdur: - İddiaçı Yüzbekoviçə aid hissə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin 0,03147 ha, evin ümumi sahəsinin 140,65 kvm., evin sahəsi (tikiliş “A2”) – 47,5 kv.m., bölünmüş saray sahəsi (tikiliş “B”) – 93,15 kvm.; - X10 aid hissə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Əli Nəzmi 99 (köhnə 75) küçəsində yerləşən torpaq sahəsinin 0,01565 ha, evin ümumi sahəsinin 110,33 kvm., evin sahəsi (tikiliş “A1”) –70,86 kv.m. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: «…8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı… 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Müvafiq icra hakimiyəti - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda « Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi» tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar və texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsinə şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir », Yuxarıda tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçıya məxsus mübahisəli ünvanda yerləşən daşınmaz əmlaka dair Qanunun qeyd olunan normaları ilə müyəyən olunan bütün sənədlər, o cümlədən, artıq öz paylı mülkiyyətinə dair mülkiyyət hüquq reyestrdə qeydə alınmış üçüncü şəxslə aralarında notarial qaydada razılaşdırılmış bölgü sxemi (i.v.106) mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. İşin tədqiq olunan sübutlarla müəyyən edilən halları və qanunvericilyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdeh orqan mübahisəli daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu ilə müəyyən olunan əsaslar mövcud olduğu halda, həmin qanunla üzərinə düşən öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2795/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram ŞirinoV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar