Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2381/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Həmidovun sədrliyi və məruzəsi ilə Elmira Eyvaz qızı Nağıyeva və Cahangir Afər oğlu Yusifovdan ibаrət tərkibdə; Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə 2-1(112)-2482/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 15.09.2020-ci il tarixli ********** nömrəli ərizəsinə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 13 oktyabr 2020-ci il tarixli **********25 saylı məktubu ilə hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi və həmin evdə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması səbəbindən imtina edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin imtina əsassız və qanunsuz hesab olunaraq fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 04.11.2019-cu il tarixli 2-l(82)-3619/2020 saylı qərarı ilə iddia tələbi təmin olunaraq ünvan 3 ünvanında inşa etdiyi fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi və həmin tikilinin İddiaçı adına qeydiyyata alınması ilə bağlı sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Nizami rayon icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Sözügedən məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Keşlə bələdiyyəsinin 01.11.2019-cu il tarixli, 41 nömrəli arayışı ilə Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 4/44 ünvandakı 316,3 kv.m torpaq sahəsi 2003-cü ildən onun istifadəsindədir. Bakı şəhəri Keşlə bələdiyyəsinin 00508 nömrəli tədiyyə bildirişindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə görə tərəfindən hesablanmış əmlak vergisi ödənilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2007-ci il tarixli qiyabi qətnaməsi ilə Bağırova (Qəmbərova) Səyidə Əhməd qızının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış hüququ tanınmışdır. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 04.11.2019-cu il tarixli 2-1(82)- 3619/2020 saylı qərarına əsasən Bakı şəhəri Nizami rayon icra Hakimiyyəti tərəfindən ünvan 3 ünvanında inşa etdiyi fərdi yaşayış evinin eskiz layihəsi təsdiq edilmişdir. Göründüyü kimi, tərəfindən bütün hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən etirazda bildirimişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu barədə vətəndaşa **********25 saylı, 13.10.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 6i qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti) “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə iddiası təmin edilməmişdir. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı sözügedən daşınmaz əmlaka hüquqlarını müəyyən edən qanuni qüvvəsini almış və icra olunmuş iki məhkəmə qərarı mövcuddur. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2007-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış hüququ tanınmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.11.2019-cu il tarixli 2-1(82)-3619/2020 saylı qərarı ilə ünvan 3 ünvanında inşa etdiyi fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi və həmin tikilinin İddiaçı adına qeydiyyata alınması ilə bağlı sərəncam verilməsi vəzifəsi Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə həvalə edilmiş, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən ünvan 3 ünvanında inşa etdiyi fərdi yaşayış evinin eskiz layihəsi təsdiq edilmişdir. Göründüyü kimi, adları qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarları daşinmaz əmlak üzərində hüquqmüəyyənedici sənəd kimi "Daşınmaz Əmlakın Dövlər Reyestri haqqında” Azərbaycan Respublikasının 29.06.2004-cti il tarixli Qanununun 8.0.4-cü maddəsində təsbit edilmişdir. Odur ki, məhkəmənin fərdi yaşayış evi barəsində iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi barədə qənaəti səhvdir. Digər tərəfdən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2007-ci il tarixli qiyabi qətnaməsi ilə ünvan 3 ünvanındakı 316,3 kv.m torpaq sahəsinin 2003-cü ildən iddiaçının istifadəsində olduğu, həmin fərdi yaşayış evinə görə hesablanmış əmlak vergisinin iddiaçı tərəfindən ödənildiyi, iddiaçının həmin ünvanda pasport qeydiyyatında olduğu və ailəsi üzvləri ilə birlikdə yaşadığı, həmin evdən təyinatı üzrə istifadə etdiyi müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-2482/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-3619/2019 saylı 04.11.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı “fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası təmin edilərək, ünvan 3 ünvanında inşa etdiyi fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi və həmin tikilinin İddiaçı adına qeydiyyata alınması ilə bağlı sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - "xxxx" MMC-ti tərəfindən ünvan 9 ünvanında yerləşən, İddiaçı Əhmət qızına məxsus mövcud fərdi-yaşayış evinin memarlıq-planlaşdırma həlli tərtib edilərək, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən № 11-13/168 05.03.2020-ci il tarixdə razılaşdırılmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 11 fevrla 2021-ci il tarixli № 1-1/14 saylı sərəncamının təsdiq edilmiş surəti göndərilmişdir. Sərəncamda qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3619 №-li iş üzrə qanuni qüvvəyə minmiş 04.11.2019-cu il tarixli qərarının icrası təmin edilmiş, ünvan 10 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin razılaşdırılmış memarlıq-planlaşdırılması həlli layihəsi tikilinin qeydiyyata alınması üçün Azərbaycan Respubllikası Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı və "xxxx" MMC-ti tərəfindən tərtib edilmiş mövcud fərdi-yaşayış evinin memarlıq-planlaşdırma həllinin surəti təqdim edilmişdir. Cavabdeh inzibati orqanın imtina əsası daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının (29.06.2004-cü il tarixli) Qanununun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin qanunun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı; - (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri; Həmin qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Həmin qanunun 8.0.9-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Həmin qanunun 8.0.9.1-ci maddəsinə əsasən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; Həmin qanunun 8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda aşağıdakılar nəzərdə tutulmuşdur: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri və inventarizasiya büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 26.08.1948-ci il tarixədək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 26.08.1948-ci il tarixdən sonra bağlanmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 26.08.1948-ci il tarixədək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı;
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 24.01.1992-ci il tarixdən 19.12.1995-ci il tarixədək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 09.11.1991-ci il tarixdən 19.12.1995-ci il tarixədək qəbul edilmiş qərar, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 01.01.2001-ci il tarixədək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 01.01.2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda), yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud kolxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavlənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbini ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi təşkil edir. İş materiallarından görünür ki, İddiaçı münasibətdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 4/44 ünvanındakı fərdi yaşayış evinə, eləcə də evin yerləşdiyi torpaq sahəsinin dair heç bir hüquqmüəyyən edici sənəd (torpaq sahəsinin ayrılması, istifadəyə, icarəyə, mülkiyətə vetilməsi barədə sərəncam, qərar, notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi, tikintiyə icazə və s.) nə inzibati icraatda, nə də inzibati məhkəmə icraatında təqdim olunmamışdır və məhkəmə icraatında həmçinin iddiaçı tərəfindən evə və torpaq sahəsinə dair əlavə hansısa sənədin (əvvəllər qəbul olunmuş, verilmiş, tərtib edilmiş və s.) müvafiq təşkilatdan alınması ilə bağlı məsələ də qaldırılmamışdır. İddiaçının istinad etdiyi Nizami rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2021-ci il tarixli sərəncamı və fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli yuxarıda sadalanan qanunvericilik normalarında qeyd edilmiş hüquqmüəyyənedici sənədlər hesab edilə bilməz. Hazırkı işin halları üzrə qanunvericiliklə daşınmaz əmlaka hüquqların əldə edilməsi əsası kimi çıxış edən sənədlərin məhkəmə icraatına təqdim edilməməsi onu deməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 4/44 ünvanındakı torpaq sahəsinə hər hansı hüquq əldə etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq əmlaka hüquqları yaranmadığından, cavabdehin “hüquqları qeydiyyata almaqdan” imtinası qanuna zidd olmamaqla yanaşı, həm də iddiaçının hüquqlarının pozulmasına da səbəb olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan birinci instansiya məhkəməsinin fərdi yaşayış evi barəsində iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərinin təqdim edilməməsi barədə qənaətinin səhv olması fikrinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan və iddiaçı tərəfindən istinad edilən qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 4/44 ünvanındakı fərdi yaşayış evi üzərində yalnız yaşayış hüququ tanınmış və həmin yaşayış evinin eskiz layihəsi təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ təsdiq edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən nə cavabdeh inzibati orqana nə də məhkəmə icraatı zamanı məhkəməyə evə və torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər (torpaq sahəsinin ayrılması, istifadəyə, icarəyə, mülkiyətə vetilməsi barədə sərəncam, qərar, notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi, tkintiyə icazə və s) təqdim edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 6i qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. ünvan 6i qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.