Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2385/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin qanunsuz hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1858/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Torpaqdan istifadəyə nəzarət şöbəsinin torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi vəzifəsində çalışır.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 nömrəli əmri ilə Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi İddiaçı xidməti fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etmədiyinə görə “töhmət” verilmişdir.
3. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 nömrəli əmrin ləğv edilməsi, 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 saylı əmrin qanunsuz olduğu üçün verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi, 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aparatında Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi vəzifəsində işləyir. Bu şöbədə işə başladığı tarixdən verilmiş tapşırıqları həmişə vaxtında və layiqli şəkildə icra etmişdir. Bu vaxta qədər əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar ona heç bir irad tutulmamışdır. X8 şöbə müdiri təyin edildikdən sonra ona qarşı həmişə qərəzli şəkildə hərəkət etmişdir. X2 identifikasiyası və coğrafi məlumatlar sektorunun əməkdaşlarından birinə Əsasnaməyə zidd olaraq digər sektorun işini tapşırıb. Bu sektora aid olan bütün işləri isə ona tapşırıb. Bu sektorun işini 4 nəfər icra edir. İddiaçı bununla əlaqədar ona öz iradını bildirdikdə, o, Nazirliyin yüksək vəzifəli şəxslərinə deyir ki, iddiaçı tapşırıqları icra etmir. X10 tərəfindən tapşırıqların aidiyyəti üzrə verilmədiyi araşdırılmır. xx.xx.2023-cü il tarixində şöbə müdiri Firudin Tağıyev iddiaçını çağıraraq bildirmişdir ki, torpaq sahələrinin təyinatını və kateqoriyasını dəyişdirilməsi barədə daxil olmuş məlumatlar X1 (ATM) işçisi tərəfindən coğrafi məlumatlar bazasına daxil ediləcək. Ona isə daxil olan layihələrin araşdırılıb rəy verilməsini tapşırdı. xx.xx.2023-cü il tarixində şöbə müdiri torpaq sahəsinin təyinatının və kateqoriyasının dəyişdirilməsi və dövlət təbiət yasaqlığının yenidən təşkili barədə 2 məktubu icra edilməsi üçün ona göndərdi. O, həmin məktubların şöbənin əsasnaməsinə uyğun olaraq aidiyyəti üzrə göndərilməsini xahiş etdi. X8 bildirdi ki, onunla qanunla danışmasın. Daha sonra xx.xx.2023-cü il tarixində torpaq sahələrinin təyinatının və kateqoriyasının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılması üçün şöbə müdiri onu çağırdı, ona bu işlərin başqası tərəfindən icra olunduğunu, onun bu barədə məlumatı olmadığını bildirmişdir. Qeyd olunan işlər barədə məlumatı olmadığı üçün müzakirədə iştirak etmədiyini bildirdi. Çox qəribədir ki, şöbə müdiri, o, dövlət qulluqçusu olduğu halda və öz ixtisasına və vəzifəsinə uyğun iş apardığı halda, onun icra etməli olduğu işi X1 işçisinə tapşırıb. X1 işçisi əsassız olaraq nazirlikdə oturub onun işini icra etmişdir. Eyni zamanda şöbə müdiri ATM-nin işçisinə onun işini, eləcə də onun ona kömək etməyini tapşırıb. Bu onun şərəf və ləyaqətini alçaltmışdır. Bu, dövlət qulluqçusunun hüququnu, şərəf və ləyaqətini ləkələyir. Bu barədə o, rəhbərliyə də yazılı müraciət göndərmişdir. Lakin şöbə müdiri bununla əlaqədar onun barəsində rəhbərliyə təqdimat göndərmiş və Nazirliyin xx.xx.2023-cü il tarixli əmri ilə ona töhmət verilmişdir. Həmçinin ona töhmət verildiyinə görə 1700 manat məbləğində əlavə ödənişlərdən də məhrum olmuşdur. Bu məsələni sülhlə həll etmək üçün mediatora da müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdeh tərəf barışığa gəlməmiş və öz istəyi ilə bu əmri ləğv etməmişdir. Bir halda ki, cavabdeh özü də yaxşı bilir ki, o, çox keyfiyyətli, yüksək ixtisaslı mütəxəssis olmaqla, daima üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir, cavabdeh tərəfindən barəsində belə əsassız və qanunsuz tədbirin görülməsi ona psixoloji cəhətdən də çox pis təsir göstərmişdir. Ona görə də hesab edir ki, mübahisələndirilən əmr ləğv edilməli və ona ödənilməmiş əlavə pullar da qaytarılmalıdır.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya verilən tapşırıq qanunvericiliyin tələblərinə zidd deyildir və iddiaçı tapşırığın icrasından qəsdən imtina etmişdir. İntizam tənbeh tədbirinə dair icra intizamı qanunverciliyə uyğun formada aparılmışdır. İntizam tənbehi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür və iddiaçının kompensassiya dair tələbi əsassızdır. İddiaçıya verilən tapşırıq qanunverciliyin tələblərinə zidd deyildir və iddiaçı tapşırığın icrasından qəsdən imtina etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2016-cı il 29 sentyabr tarixli, 1289 nömrəli Əmək müqaviləsinin 3-cü bəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xidməti tapşırıqlarını yerinə yetirmək və sair onun qulluq funksiyaları kimi müəyyən edilmişdir. X6 Nazirinin 2018-ci il 27 dekabr tarixli 08Q nömrəli Əmri ilə təsdiqlənmiş Torpaqdan istifadəyə nəzarət şöbəsinin Əsasnaməsinin 5.2.2-ci yarımbəndinə əsasən şöbə müdiri tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir. İddiaçının iddia ərizəsində özünün də təsdiqlədiyi kimi, o, Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi kimi 2023-ci il 29 mart tarixində torpaqların kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı şöbə müdiri F.Tağıyevin xidməti otağında keçirilən iclasda iştiraka dair tapşırığın icrasından nümayişkaranə şəkildə imtina etmişdir. Şöbə müdiri iddiaçını xidməti telefonuna zəng edərək yenidən iclasa dəvət etmiş, buna baxmayaraq iclasın ona aid olmadığını bildirərək iclasda iştirak etməmişdir. Halbuki, şöbə müdirinin iddiaçının iştirakını təmin etməkdə məqsədi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarının 1.16-cı bəndinin (1.16. Torpağın bir kateqoriyadan digərinə keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət göstəriciləri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri və onların sabitliyi nəzərə alınır.) tələblərindən irəli gələrək mütəxəsis qismində iddiçının rəyinin öyrənilməsi olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıya birbaşa rəhbəri tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.2-ci və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən verilmiş tapşırıq həm onunla bağlanılan əmək müqaviləsinə, həm də qanunverciliyə əsasən dövlət qulluqçusu kimi iddiaçının vəzifələri hüdudunda olmuşdur. Hətta şərti olaraq iddiaçının iddiası ilə razılaşaraq qəbul etsək ki, torpağın bir kateqoriyadan digərinə keçirilməsinə dair icraat birbaşa iddiaçının çalışdığı sektorun iş funksiyalarına daxil deyildir, (baxmayaraq ki, bu şöbənin ümumi işi kimi şöbənin rəhbəri tərəfindən iş yükünə və funsional bacarıqlarına əsasən işçilər arasında iş bölgüsü aparılır) “Dövlət qulluğu haqqında” Qanunun 18.0.6-cı maddəsini və iddiaçı ilə bağlanılan 1289 nömrəli Əmək müqaviləsinin 3-cü bəndinə əsəsən iddiaçı şöbə müdirinin tapşırığını icra etməli idi. Lakin buna baxmayaraq iddiaçı ərizəsində etiraf etdiyi kimi şöbə müdiri tərəfindən ona verilən tapşırığı əsassız mülahizələrinə əsasən qanunsuz hesab etdiyinə və şöbə müdürünün şöbə qarşısında qoyulan tapşırıqdan irəli gələrək “X3" ilə əməkdaşlığını şəxsiyyətinə hörmətsizlik kimi qiymətləndirdiyindən ərizədə təsdiq etdiyi kimi verilən tapşırığın icrasından qəsdən və bilərək imtina etmişdir. İntizam tənbeh tədbirinə dair icra intizamı qanunverciliyə uyğun formada aparılmışdır. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh mübahisəli əmrinin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), cavabdehin əmri qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə zidd olmamış və bunun nəticəsində iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 70.1-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin əmri mövcud inzibati praktikaya zidd olmamaqla, onun inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında" Qanunun 13.2 və 17-ci maddələri). İdidaçı şöbə müdürünün qanuni tapşırığını icra etməkdən imtina etdikdən sonra F.Tağıyev tərəfindən Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil İlham Süleymanova iddiaçının bu hərəkətləri barədə məlumat vermişdir. İ.Süleymanov F.Tağıyevin xidməti otağına gəlmiş və bundan sonra F.Tağıyev iddiaçını yenidən daxili telefon nömrəsinə zəng edərək iclasa dəvət etməsinə baxmayaraq o, iclasa qatılmamışdır. İddiaçının bu hərəkətindən sonra İ.Süleymanov onu F.Tağıyevin öz xidməti otağına dəvət etmiş, iclasda iştrak etməməsinin səbəbləri barədə ona suallar vermişdir. İddiaçı iclasın ona heç bir aidiyyəti olmadığını və həmin iclasda iştrak etməyəcəyi cavabını vermişdir. Bununla əlaqədar iddiaçının bütün bu etik davranış qaydalarından kənar əməlləri barədə 2023-cü il 30 mart tarixində Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil İlham Süleymanov, Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun baş məsləhətçisi Ülvi Paşayev və X1 aparıcı mütəxəssisi Nicat Əhədi tərəfindən Akt tərtib olunmuşdur. 2023-cü il 10 aprel tarixində iddiaçı baş verənlərə iddia ərizəsində qeyd edilənlərlə eyni məzmundə izahat vermişdir. İntizam tənbehi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür və iddiaçının kompensassiya dair tələbi əsassızdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-22/3-1-285/2023 nömrəli əmrlə Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların idenfikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi İddiaçı xidməti fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etmədiyinə görə verilmiş intizam tənbehi xx.xx.2023-cü il tarixdə mükafatlandırıldığı üçün qüvvədən düşmüşdür. Belə ki, əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə, işçinin maddi marağının artırılması məqsədi ilə müvafiq əmrdə qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin ikinci hissəsinə əsasən aparılmışdır. Əmək haqlarına əlavələr edilməsi yolu ilə aparılan mükafatlandırma özlüyündə fərdi xarakter daşıyır, stabil və sabit deyil, mükafatın ümumiyyətlə verilib-verilməməsi, mükafatlandırılacaq işçilərin siyahısı və mükafatın miqdarı qurum rəhbəri tərəfindən hər dəfə ayrı bir əmrlə müəyyən olunur. Məsələn 2022cilin yanvar, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar və fevral aylarında iddiaçı daxil omaqla qrumun heç bir əməkdaşı mükafatlandırılmamışdır. Yenə də, iddiaçıya 2022-ci ilin fevral ayında 880 manat, yəni əmək haqqının 100 faiz miqdarında mükafat verilsə də, eyni ilin avqust ayında 528 manat (beş yüz iyirmi səkkiz) manat, sentyabr ayında 504 (beş yüz dörd) manat, oktyabr ayında 440 (dörd yüz qırz) manat, 2023-cü ilin iyun ayı üçün əmək haqqının 60 faiz miqdarında verilmişdir. Bütün işçilərin əmək haqlarına əlavələrin edilməsi formasında mükafatlandırılmasını və və bu mükafatın əmək haqlarının 100 faiz midarında olmasına dair qurumun üzərinə öhdəlik kimi qoyan hər-hansı bir normativ hüquqi akt mövcud deyildir. Yuxanda qeyd olunanlardan göründüyü kimi iddiaçı da daxil olmaqla heç də işçinin stabil olaraq, sabit məbləğdə mükafatlandırılması aparılmır, mükafatlandırma və onun miqdarı fərdi xarakter daşıyır, özlüyündə iddiaçı da özü də iddia ərizəsində mükafatlanmanın fərdi xarakterini etiraf etmişdir. Belə ki, iddia ərizəzindən göründüyü kimi iddiaçı 1.700 (bir min yeddi yüz) manat məbləğində kompensasiya tələb etməkdədir. Göstərilən məbləğ iddiaçının əmək haqqı olaraq aldığı 880 (səkkiz yüz səksən) manatın 100 faiz təşkil etməklə yalnız 2023-cü ilin aprel ayı üçün nəzərdə tutduğu məbləğdir. Yəni iddiaçı almamasına baxmayaraq 2023-cü ilin may ayının mükafatını kompensasiya olaraq tələb etmir. Çünki sözügedən tarixdə inzibati orqanın heç bir əməkdaşı mükafatlandırılmamışdır. Yenə də iddiaçı sözügedən məbləği hesablayarkən 2023-cü ilin aprel ayında mükafat alacağı və alacağı mükafatın əmək haqqının 100 faiz miqdarında olacağı ehtimalını əsas götürmüşdür. Halbuki, iddiaçı sonuncu dəfə 2022-ci ilin fevral ayında əmək haqqının 100 faiz miqdarında əlavə almaqla mükafatlandırıldığı kimi heç də bütün aylarda mükafat almamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1858/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə nazirlik arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1289 nömrəli Əmək müqaviləsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xidməti tapşırıqlarını yerinə yetirmək dövlət qulluqçusunun (iddiaçının) qulluq funksiyaları kimi müəyyən edilmişdir. X4 Nazirinin 2018ci il 27 dekabr tarixli 08Q nömrəli Əmri ilə təsdiqlənmiş Torpaqdan istifadəyə nəzarət şöbəsinin Əsasnaməsinin 5.6.3-cü bəndinə əsasən şöbə müdiri tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir.
11. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya rəhbəri tərəfindən onunla bağlanılan əmək müqaviləsinə, həmçinin qanunvericiliyə uyğun tapşırıq verilmişdir. Buna baxmayaraq iddiaçı ona verilən tapşırığın icrasından imtina etmişdir. Odur ki, məhkəmə mübahisələndirilən əmrin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulduğu halları müəyyən etməmişdir.
12. Həmçinin, iddia tələbinin 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə tərəflərin təqdim etdiyi bank hesabından çıxarışdan və işçinin şəxsi vərəqəsindən müəyyən edilmişdir ki, iddiaçı 2022-ci lin yanvar, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar və fevral aylarında mükafatlandırılmamışdır. İddiaçıya 2022-ci ilin fevral ayında 880 manat, yəni əmək haqqının 100 faiz miqdarında mükafat verilmiş, avqust ayında isə 528 manat, sentyabr ayında 504 manat, oktyabr ayında 440 manat, 2023-cü ilin iyun ayı üçün əmək haqqının 60 faiz miqdarında verilmişdir. İddiaçı məhkəmə iclasında özü etiraf etdi ki, 2022-2023-cü il tarixlərdə 5 ay müddətində işçilər mükafatlandırılmamışdırlar və mükafat almaq rəhbərlik tərəfindən asılı olan haldır. Əmək haqqına əlavələr edilməsi yolu ilə aparılan mükafatlandırma iş materillarından göründüyü kimi fərdi xarakter daşımaqla, stabil olmamış, mükafatın verilməsi isə rəhbərliyin müvafiq əmri ilə həyata keçirilmişdir.
13. İddia rədd edildiyindən, həmçinin mediasiya təşkilatına müraciət könüllü olduğundan və mediasiya xərcləri məhkəmə xərclərinə aid olmadığından iddia tələbi mediasiya xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsassızdır.
14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1858/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, hazırkı işlə bağlı məhkəmə işin vacib olan hallarına, iddia ərizəsində qeyd edilən məsələlərə qiymət vermədən normativ-hüquqi aktların tətbiq etmiş, bəzi məsələlərə ümumiyyətlə toxunmamış, cavabdehin gətirdiyi dəlillərlə məhdudlaşmışdır. İşin düzgün həlli üçün iddiaçının işlədiyi qurum, icra etdiyi işin fumksiyası və vəzifələri müəyyən edilməli, bundan sonra rəhbərliklə onun arasında olan münasibətlərə, rəhbərliyin ona verdiyi göstərişlərin, iddiaçının bu göstərlə bağlı etdiyi hərəkətlərinə qanunvericiliyə müvafiq olaraq qiymət verilməlidir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi vəzifəsində işləyir. Şöbənin fəaliyyəti və funksiyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş əsasnamə ilə müəyyən edilir. Əsasnəmənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Torpaqların nəzarət şöbəsi-Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının struktur bölməsidir. Şöbənin tərkibində Kənd təsərrüfatı təyinatlı torpaqlarla iş, Melioraisya və otlalar üzrə iş və Torpaqların identifikasiya və coğrafi sektorları fəaliyyət göstərir. İddiaçı yuxarıda qeyd edildiyi kimi Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun əməkdaşıdır. Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun vəzifələri Əsasnamənin 5.9cu bəndində müəyyən edilmişdir ki, iddiaçının icra etdiyi işə görə 5.10.7-ci yarım bəndi xüsusilə əhəmiyyət kəsb edir. Həmin yarım bəndə görə vəzifə kimi sektorun əməkdaşı müasir informasiya-kommunikasiya texnologiyaları istifadə etməklə torpaq ehtiyatlarının təyinatının və kateqoriyasının dəyişdirilməsi məqsədi ilə müxtəlif məkan məlumatları və baza xəritələrinin (ərazi təsvirləri, ortofoto, topoqrafik xəritələr, situasiya planları, torpaq kadastrı və s. materiallar) əsasında torpaqların məkan və ölçülərini dəqiqləşdirərək CMB-a daxil etmək və CMB-dan çıxarışlar etmək olmuşdur. Eyni zamanda digər sənədə görə Kənd Təsərrüfatı Nazirliyinin Aparatının rəhbəri tərəfindən 20 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş Prossesin Pasportunda (Torpaq sahəsinin təyinatının və kateqoriyasının dəyişdirilməsi prosesi-KTNİİS/PP-26) torpaq sahəsinin təyinatının və kateqoriyasının dəyişdirilməsi prosesinin axışı sxemi göstərilir ki, təqdim edilmiş koordinatlar və ya elektron variantda təqdim edilmiş sxem əsasında CMB-na daxil edilməsində icraçı kimi Torpaqların istifadəyə nəzarət şöbəsi qeyd edilmişdir. Bundan başqa mükafatların verilməsi məsələsinə də məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflərin təqdim etdiyi bank hesabından çıxarışdan və işçınin şəxsi vərəqəsindən müəyyən edildi ki, iddiaçı 2022- ci lin yanvar, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar və fevral aylarında mükafatlandırılmamışdır. İddiaçıya 2022-ci ilin fevral ayında 880 manat, yəni əmək haqqının 100 faiz miqdarında mükafat verilmiş, avqust ayında isə 528 manat, sentyabr ayında 504 manat, oktyabr ayında 440 (dörd yüz qırz) manat, 2023-cü ilin iyun ayı üçün əmək haqqının 60 faiz miqdarında verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, şöbənin işçiləri iki mənbədən mükafatlandırırlar- büdcədən və şöbənin sərəncamında olan daxili vəsaitdən. İddiaçı qeyd edilən mükafatları büdcədən almışdır, şöbənin sərəncamında olan vəsaitdən ümumi məbləği 1700 manat təşkil edən mükafatlandırılmadan iddiaçı verilən töhmətə görə məhrum edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.
20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu:
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi.
34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 190. 1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
4. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Maddə 185. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
22. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 9. Mədəni davranış Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi Maddə 10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Maddə 10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Maddə 10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
23.“Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamə”nin:
Bənd 2. Hər bir dövlət qulluqçusunun ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsinə və yaxud lazımi şəkildə yerinə yetirilməməsinə, həmçinin «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə barəsində tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət vermək hüququ vardır. Bənd 12. Dövlət qulluqçusu intizam tənbehi verilərkən qanunvericiliyin tələblərini və onun hüquqlarının pozulduğunu iddia edərsə, Komissiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət edə bilər.
24. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
Maddə 13. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir. Maddə 18. Kənd təsərrüfatı naziri: Maddə 18.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; Maddə 18.7. Nazirlik sistemi işçiləri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, fəxri adlarla təltif edilmək üçün təqdimat verir;
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Kollegiya qeyd edir ki, işə birinci instansiyada baxılan zaman cavabdeh inzibati orqanın 3-22/3-1-285/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli əmri əhəmiyyətini itirmişdir (aradan qalxmışdır). Belə ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən xx.xx.20203-cü ildə mükafatlandırılmışdır. Beləliklə də, Əmək Məcəlləsinin tələblərinə əsasən iddiaçı barədə tətbiq edilmiş xx.xx.2003-cü il tarixli intizam tənbeh tədbiri vaxtında əvvəl, yəni 6 aydan öncə öz əhəmiyyətini itirmişdir.
31. Odur ki, mübahisə predmeti olan inzibati akt məhkəmə icraatının gedişində aradan qalxdığından, iddiaçı tərəf iddia tələbini xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-22/3-1-285/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli əmrin qanunsuz hesab edilməsi, 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda qeyd edilən səbəb və əsaslardan irəli gələrək qərar ləğv edilməli və idda tələbi təmin edilməməlidir.
34. Belə ki, birinci instansiya məhkəməsinin qərarının ləğvi və iddianın təmin olunmaması ilə bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün maddi və prosessual hüquq normaları məcmu şəklində nəzərdən keçirilməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində yol verilmiş pozuntu hallarına diqqət yetirilməlidir. Belə ki, məhkəmə iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının nəzərə alındıqda işə baxılrkən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
36. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati-Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
37. Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
38. Birinci instansiya məhkəməsində inzibati icraat İnzibati-Prosessual Məcəllənin Vİİİ fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir.
39. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin göstərilən normalarını nəzərə alaraq hesab edir ki, məhkəmə iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən irəli sürülmüş iddia növünü müəyyən etməlidir.
40. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 32-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
41. Göründüyü kimi, iş məhkəmənin icraatında olan zaman inzibati akt əhəmiyyətini itirməsinə (aradan qalxmasına) baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının buna uyğun hüquqi marağını mövcud hüquqi vəziyyətə uyğun müəyyən etməmiş və müvafiq qaydada hüquqi yardım göstərməmiş və beləliklə də, İPM-in 13-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd edilən pozuntu isə İPM-in 2.2-ci maddəsinin tələblərinin (iddianın növünün düzgün seçilməməsi) pozulması ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mübahisələndirmə iddia növü üzrə baxıldığından iddianın əsaslılığı və mümkünlük şərtləri mübahisələndirmə iddia növü üzrə də yoxlanılmışdır.
42. Halbuki, mübahisə predmeti olan inzibati akt aradan qalxdığından mübahisəyə müəyyənetmə və tanınma iddia növü üzrə inzibati aktın qanunsuz sayılması iddia növündə baxılmalı və iddianın əsaslılığı və mümkünlük şərtləri də həmin iddia növü üzrə yoxlanılmalı idi.
43. İnzibati aktın qanunsuz sayılması haqqında iddia isə onunla xarakterizə olunur ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın qanunsuzluğuna dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır.
44. Mübahisələndirmə haqqında iddia isə hələ mövcud olan əlverişsiz inzibati akta qarşı yönəldiyi halda, İPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş müəyyən etmə haqqında iddia ümumi xarakterli müəyyən etmə haqqında iddianın bir növü qismində, artıq icra olunmuş (aradan qalxmış) inzibati aktın, yəni heç bir hüquqi nəticə yaratmayan bir inzibati aktın qanunsuz sayılmasına yönəlir.
45. İPM-in 72-ci maddəsində nəzərdə tutulmuş müəyyən etmə haqqında iddia inzibati aktın işin məhkəmə icraatına qəbul edilməsindən sonra ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarla bağlıdır. İPM-in 36.2-ci maddəsi isə, inzibati aktın işin məhkəmə icraatına qəbul edilməsindən əvvəl icra olunduğu (aradan qalxdığı) situasiyalarda tətbiq olunur. İPM-in 36.2-ci maddəsinin mətnindəki ifadə tərzi də («artıq» icra olunmuş, habelə işin məhkəmənin icraatında olduğu,lakin yekun qərar qəbul edilmədiyi vaxtda) buna işarə edir.
46. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3-1- 285/2023 nömrəli əmrin qanunsuz olduğu üçün verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən aradan qalxmış hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu hal isə irəli sürülmüş iddianın mübahisələndirmə haqqında iddia kimi qəbul edilməsini istisna edir.
47. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, inzibati işə baxmış birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə İnzibati Prosessual Məcəllənin 82 və 87-ci maddələrinin tələblərinə cavab verməyən qərar qəbul edilmişdir.
48. Bu isə öz növbəsində iddiaçının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı əmrin etibarsız hesab edilməsi, 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabehdən tutularaq ona ödənilməsi tələbinə dair iş üzrə qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(112)-1858/2024 nömrəli qərarı Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, İnzibati Prosessual Məcəllənin 82 və 87-ci maddələrinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir.
50. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti aşağıda qeyd edilən əsaslara görə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, 3-22/3-1-285/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli əmrin qanunsuz hesab edilməsi, 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi rədd edilməlidir.
51. Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 22/3-1-285/2023 nömrəli əmrin qanunsuz olduğu üçün verildiyi gündən, yəni xx.xx.2023cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi, yəni qanunsuz sayılması (əhəməiyyətini itirmiş hesab olunması) 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən əmrlə iddiaçıya xidməti fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etmədiyinə görə “töhmət” verilmişdir.
52. İş materiallarına əsasən müəyyən edilir ki, torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri tərəfindən 17 mart 2023-cü il tarixdə torpaqların kateqoriyasının (təyinatının) dəyişdirilməsi ilə bağlı Nazirliyə daxil olmuş 15 mart 2023-cü il tarixli 3-22/1- 1294/2023 nömrəli və 16 mart 2023-cü il tarixli 3-22/1-1308/2023 nömrəli sənədlər “Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektoru”nun böyük məsləhətçisi İddiaçı icrasına göndərilmişdir. İddiaçı tərəfindən həmin sənədlərin icrasının onun vəzifələrinə aid olmadığını əsas gətirərək icrasından imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə torpaqların kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı şöbə müdiri F.Tağıyevin xidməti otağında keçirilən iclasa dəvət olunsa da iclasa qatılmamış, iclasda iştirak etməkdən imtina etmişdir. Şöbə müdiri İddiaçı xidməti telefonuna zəng edərək yenidən iclasa dəvət etmiş, buna baxmayaraq iclasın ona aid olmadığını bildirərək iclasda iştirak etməmişdir. F.Tağıyev tərəfindən Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil İlham Süleymanova İddiaçı bu hərəkətləri barədə məlumat verilmişdir. İ.Süleymanov F.Tağıyevin xidməti otağına gəlmiş və bundan sonra F.Tağıyev İddiaçı yenidən zəng edərək iclasa dəvət etməsinə baxmayaraq o, iclasa qatılmamışdır. İddiaçı bu hərəkətindən sonra İ.Süleymanov İddiaçı F.Tağıyevin xidməti otağına dəvət etmiş və iclasda iştirak etməməsinin səbəbləri barədə ona suallar vermişdir. İddiaçı iclasın ona heç bir aidiyyəti olmadığını və həmin iclasda iştirak etməyəcəyi cavabını vermişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, 20 iyun 2024-cü il tarixli məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı birbaşa rəhbərinin qanuna uyğun olaraq verdiyi tapşırıqları yerinə yetirməkdən boyun qaçırmışdır.
54. Bu məsələ ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1289 nömrəli əmək müqaviləsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xitməti tapşırıqlarını yerinə yetirmək dövlət qulluqçusunun (iddiaçının) qulluq funksiyaları kimi müəyyən edilmişdir. 55.X4 nazirinin 2018-ci il 27 dekabr tarixli 08Q nömrəli Əmri ilə təsdiqlənmiş “Torpaqdan istifadəyə nəzarət şöbəsinin Əsasnaməsi”nin 5.6.3-cü bəndinə əsasən şöbə müdiri tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir.
56. Göründüyü kimi, iddiaçı ona həvalə olunmuş vəzifələri, birbaşa rəhbərinin qanunauyğun verdiyi şifahi tapşırıqları yerinə yetirmədiyi sübuta yetirilmişdir.
57. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 18.0.2, 18.0.3, 18.0.12-ci maddələrinin və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələbləri pozulduğundan mübahisə predmeti olan inzibati aktın qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulduğu halları müəyyən edilmir.
58. İddia tələbinin 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
59. Kollegiya qeyd edir ki, iddia tələbinin ikinci hissəsi olan pul tələbi tələbin birinci hissəsindən asılıdır. İddia tələbinin birinci hissəsi təmin olunmadığından tələbin ikinci hissəsi də təmin olunmamlıdır.
60. Həmçinin kollegiya iddia tələbinin 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı bildirir ki, tərəflərin təqdim etdiyi bank hesabından çıxarışdan və işçinin şəxsi vərəqəsindən müəyyən edilmişdir ki, iddiaçı 2022-cilin yanvar, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar və fevral aylarında mükafatlandırılmamışdır. İddiaçıya 2022-ci ilin fevral ayında 880 manat, yəni əmək haqqının 100 faiz miqdarında mükafat verilmiş, avqust ayında isə 528 manat manat, sentyabr ayında 504 manat, oktyabr ayında 440 (dörd yüz qırz) manat, 2023-cü ilin iyun ayı üçün əmək haqqının 60 faiz miqdarında verilmişdir. İddiaçı özü etiraf etmişdir ki, 2022- 2023-cü il tarixlərdə 5 ay müddətində işçilər mükafatlandırılmamışdırlar.
61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
157. Əməyin ödənilməsi sistemi və növləri
2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
62. Məhkəmə qeyd edir ki, əmək haqqına əlavələr edilməsi yolu ilə aparılan mükafatlandırma iş materillarından göründüyü kimi fərdi xarakter daşımaqla, stabil olmamış, mükafatın verilməsi isə rəhbərliyin müvafiq əmri ilə həyata keçirilmişdir.
63. Bununla bağlı iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, şöbənin işçiləri iki mənbədən mükafatlandırırlar - büdcədən və şöbənin sərəncamında olan daxili vəsaitdən. İddiaçı qeyd edilən mükafatları büdcədən almışdır, şöbənin sərəncamında olan vəsaitdən ümumi məbləği 1700 manat təşkil edən mükafatlandırılmadan iddiaçı verilən töhmətə görə məhrum edilmişdir.
64. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
65. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Əsasnamənin 7-ci bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir; vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi. Əsasnamənin 8-ci bəndinə əsasən dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Əsasnamənin 10-cu bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun qulluq keçdiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
66. Qanunvericiliyin sadalanan müddəalarından görünür ki, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni tələb edə bilməz. Dövlət qulluqçusuna mükafat fərdiləşmiş qaydada, heç də bütün dövlət qulluqçularına deyil, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir; bu məqsədlə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsait müəyyən edilsə də, veriləcək mükafatın yuxarı həddi məhdudlaşdırılmır və qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir.
67. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddia rədd edildiyindən, həmçinin mediasiya təşkilatına müraciət könüllü olduğundan və mediasiya xərcləri məhkəmə xərclərinə aid olmadığından iddia tələbi mediasiya xərclərinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsassızdır.
68. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1858/2024 nömrəli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1858/2024 nömrəli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.