Məhkəmə qərarları › İş №2-1(103)-2386/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2386/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2386/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə və Cavabdeh2na qarşı məhkəmədə iddia qaldıraraq, **********420900 saylı və xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli, xx.xx.2023 – cü il tarixli 13 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə və Cavabdeh2na qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi cavabdehlər sırasından çıxarılmışdırlar. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri X3 tərəfindən qəbul olunmuş **********420900 saylı Qərarla , kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə iddiaçının şikayəti təmin edilməyərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsninin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu səbəbdən də AR İN Apellyasiya Şurasına AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********420900 saylı və Lokal Vergilər Departamenti tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərarları ləğv edilməsi barədə şikayət ərizəsi ilə müraciət olunmuşdur. AR İN Apellyasiya Şurasının xx.xx.2023 – cü il tarixli Qərarı ilə şikayəti təmin olunmadan mübahisələndirilən qərarların isə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Mübahisələndirilən Qərarın qəbul olunması əsası kimi aşağıdakılar qeyd olunmuşdur: Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 12305,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946,0 manat) müşahidələrin nəticələrindən 141641,0 manat, 802-ci sətirindəki B1 sütünlarının cəmi 13145,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 139048,0 manat) müşahidələrin nəticələrindən 125903,0 manat, 803-cü sətirindəki B1 sütünlarının cəmi 20765,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946,0 manat) müşahidəsinin nəticələrindən 133181,0 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********081900 nömrəli məktub göndərilmişdir. Fərdi sahibkar tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubu, təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinə üzrə 32058,0 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********245300 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 13590,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980,0 manat) müşahidələrin nəticələrindən 135390,0 manat, 802-ci sətirindəki B1 sütünlarının cəmi 14922,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946,0 manat) müşahidələrin nəticələrindən 139024,0 manat, 803-cü sətirindəki B1 sütünlarının cəmi 24138,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980,0 manat) müşahidəsinin nəticələrindən 124842,0 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********029600 nömrəli məktub göndərilmişdir. Fərdi sahibkar tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubu, təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinə üzrə 31940,48 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Göründüyü kimi Vergi orqanı tərəfindən təqdim olunmuş hesabat üzrə deyil, aparılmış son xronometraj üzrə hesablama aparaq tərəfindən mübahisələndirilən Qərar qəbul etmişdir. Hesab edir ki, yalnız xronometraja istinad etməkəklə hesablamanın aparılması yol verilməzdir. Belə ki , əgər yalnız xronometraja istinad olunursa onda, hər hesabat dövrü üzrə fəaliyyət barəsində məlumatın verilməsinə lüzum qalmazdı və belə olan halda yalnız xronometrajla müəyyən edilmiş rəqəmlərə uyğun hesabatın verilməsi öhdəlik kimi üzərində olardı. Lakin fəaliyyətin növündən asılı olaraq, həmçinin gözlənilən və gözlənilməyən səbəblərə görə dövriyyə fərqli ola bilər ki, hesab edir bu, ticarət sahəsində normal bir haldı. Əgər vergi orqanının istinad etdiyi xronometrajda göstərilən rəqəmlərin bütün fəaliyyət dövründə eyni olması kimi sabitliyin olması mümkün olsaydı, yəqin ki, iqtisadi riskin olması kimi anlamlar ortadan qalxmış olardı. Çox təssüf olsun ki, fəliyyət göstərdiyi sahədə belə bir stabillik yoxdur. 2021-ci ilin iyun ayında aparılmış kameral vergi yoxlaması bağlı bildirmək istəyir ki, 2 il karantin dövründən sonra ictimai iaşə müəssisələrinə demək olar ki müştəri axını olmuşdur və elə son xronometrajda həmin ərəfədə aparılmışdır. Bundan başqa 2021-ci ilin avqust ayında onun böyük zalı təmirə dayanmış və təmir yekunlaşana kimi olan dövr ərzində dövriyyəsi kəskin azalmışdır. 1-2-ci rübdə ona əsassız olaraq əlavə kameral vergi hesablanmışdır. Yuxarıdada qeyd etdiyi kimi iaşə obyektinin fəaliyyəti daima stabil ola bilməz və hesablamalarda yalnız xronometraja istinad etməklə əlavə vergi borcunun müəyyən edilməsi yolverilməzdir. Ən azından tərəfimizdən Qərar mübahisələndirilirsə, yenidən xronometrajın aparılması üçün heç bir maneə olmadığı halda nədənsə vergi orqanı bu addımı atmaq əvəzinə yalnız formal dəlillərə istinad etməklə şikayətini rədd etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəflərindən təqdim olunmuş hesabat üzrə deyil, aparılmış son xronometraj üzrə hesablama aparaq tərəflərindən mübahisələndirilən qərar qəbul etmişdir. Yalnız xronometraja istinad etməkəklə hesablamanın aparılması yol verilməzdir. Belə ki , əgər yalnız xronometraja istinad olunursa onda, hər hesabat dövrü üzrə fəaliyyət barəsində məlumatın verilməsinə lüzum qalmazdı və belə olan halda yalnız xronometrajla müəyyən edilmiş rəqəmlərə uyğun hesabatın verilməsi öhdəlik kimi üzərlərində olardı . Lakin fəaliyyətin növündən asılı olaraq, həmçinin gözlənilən və gözlənilməyən səbəblərə görə dövriyyə fərqli ola bilər ki, bu ticarət sahəsində normal bir haldı. Əgər Vergi orqanının istinad etdiyi xronometrajda göstərilən rəqəmlərin bütün fəaliyyət dövründə eyni olması kimi sabitliyin olması mümkün olsaydı, yəqin ki, iqtisadi riskin olması kimi anlamlar ortadan qalxmış olardı. Çox təssüf olsun ki, fəliyyət göstərdikləri sahədə belə bir stabillik yoxdur. 2021- ci ilin iyun ayında aparılmış kameral vergi yoxlaması bağlı bildirilmişdir ki, 2 il karantin dövründən sonra ictimai iaşə müəssisələrinə demək olar ki müştəri axını olmuşdur və elə son xronometrajda həmin ərəfədə aparılmışdır. Bundan başqa 2021- ci ilin avqust ayında onların böyük zal təmirə dayanmış və təmir yekunlaşana kimi olan dövr ərzində dövriyyələri kəskin azalmışdır . 1-2-ci rübdə onlara əsassız olaraq əlavə kameral vergi hesablanmışdır. Yuxarıdada qeyd edildiyi kimi, iaşə obyektinin fəaliyyəti daima stabil ola bilməz və hesablamalarda yalnız xronometraja istinad etməklə əlavə vergi borcunun müəyyən edilməsi yolverilməzdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: - 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; - 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; - 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin 1 və 2-ci rüblərin sadələşdirilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Həmin kameral yoxlama zamanı iddiaçı tərəfindən 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 12305.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 141641.00 manat, sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 13145.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 139048.00 manat) müşahidələrin nəticələrindən 125903.00 manat və sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətrindəki B1 sütünlarının cəmi 20765.00 manat məblağ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 133181.00 manat az olduğu müəyyən edilmişdir. 2022-ci ilin 2-ci rübü üçün təqdim edillmiş sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 13590.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980.00 manat) müşahidələrin nəticələrindən 135390.00 manat, sadələşdrilmiş verginin bəyannaməsinin 802-ci sətrindəki B1 sütünlarının cəmi 14922.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 139024.00 manat və sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütünlarının cəmi 24138.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980.00 manat) müşahidələrin nəticələrindən 124842.00 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən əsaslar ilə iddiaçıya xx.xx.2022-ci il tarixli **********029600 nömrəli və xx.xx.2022-ci il tarixli **********081900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmasi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. İddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmaması əsası ilə 2022-ci ilin 1-ci və 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 31940,48 manat və 32058 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********445200 nömrəli və xx.xx.2022-ci il tarixli **********245300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. İddiaçı apellyasiya şurasına müraciət edərək qərarların ləğv edilməsini tələb etsədə, Azərbaycan Respblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********420900 nömrəli qərara əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati şikayətin təmin edilməməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********5369 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi ŞTQ X4 prospekti ev 69 ünvanında yerləşən **********-10001 obyekt kodlu "Lido" Restoranı adlı təsərrüfat subyektində xx.xx.2021- ci il tarixdən 15 (on beş) iş gününüdən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 002206 nömrəli “Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə tərtib edilmiş yekun aktında iddiaçıya aid təsərrüfat subyektində xx.xx.2021-ci il - xx.xx.2021-ci il tarixədək, 5 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsi 24830,0 manat, orta günlük satış dövriyyəsinin isə 4966,0 manat olduğu müəyyən edilmiş və həmin akt iddiaçı tərəfindən imzalanmışdır. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququ olduğundan və həmin hüquq həyata keçirilərkən vergi orqanın prosedur öhdəliklərinə riayət etməməsi və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsi zamanı hər hansı pozuntuya yol verməsi müəyyən edilmədiyindən cavabdeh tərəfindən qəbul edilən inzibati aktlar əsaslı və qanuni olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktla təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilmir.” Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır ki, yuxardada qeyd edildiyi kimi bu üsulu tətbiq etmək vergi orqanının hüququdur və iddiaçı həmin hüququn hansı səbəbdən keçirilməsinin əsassız olmasını sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “2021-ci ilin iyun ayında aparılmış kameral vergi yoxlaması qeyd edilir ki, 2 il karantin dövründən sonra ictimai iaşə müəssisələrinə demək olar ki müştəri axını olmuşdur və elə son xronometrajda həmin ərəfədə aparılmışdır. Bundan başqa 2021- ci ilin avqust ayında onların böyük zal təmirə dayanmış və təmir yekunlaşana kimi olan dövr ərzində dövriyyələri kəskin azalmışdır. 1-2-ci rübdə onlara əsassız olaraq əlavə kameral vergi hesablanmışdır. Yuxarıdada qeyd edildiyi kimi, iaşə obyektinin fəaliyyəti daima stabil ola bilməz və hesablamalarda yalnız xronometraja istinad etməklə əlavə vergi borcunun müəyyən edilməsi yolverilməzdir.” Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən halları təsdiq edəcək hər hansı sübut nə birinci, nədə apellyasiya instansiya məhkəmələrinə təqdim edilmişdir. Digər tərəfdən Kollegiya “iddiaçının xronemetraj aparılan dövrdə müştəri axının çox olduğunu, 2021-ci ilin lakin avqust ayında zalın təmir olduğunu və yekunlaşana qədər dövriyyənin kəsin azalması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir. Həmin hüquqdan isə cavabdeh tərəfindən müvafiq qərarlar qəbul edildikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar