Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2389/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin müəyyən edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, K00075126MFT nömrəli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun və ağırlaşmalarını təsdiq edən - instrumental müayinələrin nəticələri. status localis, mütəxəssis rəyləri, anamnestik məlumatlar və TSEKə göndərilən zaman xəstənin vəziyyəti dəqiqəşdirilsin və ətraflı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir.
2. “X5 və Ortopediya İnstitutu” PHŞ tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə həkim komissiyasının müayinəsi zamanı aşağıdakı diaqnoz müəyyən edilmişdir: “Diaqnoz: Hər iki budun anadangəlmə çıxığından sonrakı vəziyyət. Hər iki bud sümüyünün başının osteoxondropatiyasıPertes xəstəliyi; Cərrahi əməliyyatdan sonrakı residiv. Hər iki budçanaq oynağının displaziyası. Sol bud sümüyünün başının deformasiayası, boyun diafız bucağının daralalması; Sol bud-çanaq oynağının yaxınlaşdırıcı, bükücü qüsurlu vəziyyətdə kontrakturası; Sol aşağı ətraf əzələsinin atrofiyası, budun varus deformasiyası. Sol tərəfli döş tipli (birinci) dərəcəli (9dər.) skoliozu. Daimi kəskin ağrı sindromu; Dayaq-hərəkət funksiyasının pozulması (Q65.1, M16, M24.5, M62.5, M21, M41, Z98.8, R52.2,R26.8).
3. İddiaçı dair X7 çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixdə müayinə edilərək, “X1 XVİİ Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaiiya və deformasiyaları [inkişaf qüsurları] = >... Diaqnozun Mətni: “Budların anadangəlmə çıxığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol budun başının aseptik nekrozu, funksiya pozuntusu” ilə, Səbəbi: Sağlamlıq imkanı məhdud uşaqlar, ilkin iki il müdətinə” əlillik təyin edilmişdir.
4. İddiaçı dair X7 çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə müayinə edilərək, “X1 XVİİ Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaiiya və deformasiyaları [inkişaf qüsurları] = >... Diaqnozun Mətni: “Budların anadangəlmə çıxığı, cərrahi əməliyyatdan sonraki vəziyyət, sol budun başının aseptik nekrozu, funksiya pozuntusu” ilə, Səbəbi: Sağlamlıq imkanı məhdud uşaqlar, təkrar iki il müdətinə” əlillik təyin edilmişdir.
5. İddiaçı dair X7 çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə müayinə edilərək, “X1 XVİİ Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaiiya və deformasiyaları [inkişaf qüsurları] = >... Diaqnozun Mətni: “Budların anadangəlmə çıxığı, cərrahi əməliyyatdan sonraki vəziyyət, sol budun başının aseptik nekrozu, funksiya pozuntusu” ilə, 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət apar... Səbəbi: Sağlamlıq imkanı məhdud uşaqlar, 18 yaşınadək əlillik təyin edilmişdir.
6. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş K00075126MFT saylı forma TQS №088 saylı arayışdan görünür ki, İddiaçı Q65.1 kodu altında "Budun anadangəlmə ikitərəfli çıxığı” əsas diaqnoz qoyulmuş və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Göndərişdə xəstəliyin başlanma tarixi: xx.xx.2004-cü il, gedişi xronikidir. XBT 10 kodu ilə Əsas diaqnoz: Q65.1- Budun anadangəlmə ikitərəfli çıxığı. Hər iki budun anadangəlmə çıxığından sonrakı vəziyyət; Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası. Sol bud-çanaq oynağının yaxınlaşdırıcı, bükücü kontrakturası; Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol budun burmalararası detorsion varizasion osteotomiyası əməliyyatından sonrakı hal- (xx.xx.2009). Sağ budun burmalararası detorsion varizasion osteotomiyası əməliyyatından sonrakı hal (xx.xx.2010).; M93.0-Bud sümüyünün yuxarı epifızinin (qeyri-travmatik) sürüşməsi. Hər iki bud sümüyünün başının osteoxondropatiyası-Pertes xəstəliyi; M21- Ətrafların digər qazanılma deformasiyaları. Sol budun varus deformasiyası. R52.2- Digər daimi ağrı, Kəskin ağrı sindromu; M16- Koksartroz (bud-çanaq oynağının artrozu), Hər iki bud-çanaq oynağının displaziyası. Sol bud sümüyünün başının deformasiayası, boyun diiafız bucağının daralalması; M41- Skolioz, soltərəfli döş tipli (birinci) dərəcəli skolioz; Yanaşı xəstəliklər: H52.1- Miopiya, OUorta dərəcəli miopiya; F48- Nevrasteniya. Asteno-nevrotik sindrom.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə olunan məlumatlara əsasən İddiaçı sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2008-ci il tarixində ilkin olaraq qiymətləndirilmiş və 2 il müddətinə (xx.xx.2010-cu ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə şəxsin sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2014-cü il tarixində təkrar qiymətləndirilmiş və 2 il müddətinə (xx.xx.2016-cı ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonrakı dövrdə vətəndaşa xx.xx.2016-cı il tarixində qiymətləndirmə aparılmış və 18 yaşınadək (18 yaşının tamam olması ilə əlaqədar, xx.xx.2022-ci ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Bildirilir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixindən sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin K00075126MFT nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və əsas diaqnoz və ağırlaşmaları instrumental müayinələrin nəticələri, mütəxəssis rəyləri, anamnestik məlumatların dəqiqləşdirilib ətraflı qeyd edilməsi məsləhət görüldüyündən natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin (Forma-088) surəti təqdim edilmişdir.
8. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə edilməklə vəziyyətinin qiymətləndirilməsi və əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
9. Cavabdeh DTSERA-nın qeyd olunan qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2023-cü il tarixli, 2-1(112)- 10870/2023 nömrəli qərardada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin K00075126MFT nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əliiliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
10. Məktuba əlavə edilmiş Tibbi-sosial ekspert komissiyasının qərarında göstərilmişdir ki, “...Müayinə zamanı xəstənin şikayətləri hər iki bud-çanaq oynağnda ağrı, hərəkət məhdudluğundan olmuşdur. Təqdim edilmiş tibbi sənədlərdən xx.xx.2009-cu il tarixli ETTravma ortopediya İnstitutunun tibbi kartadan çıxarışında diaqnoz” Budların anadangəlmə torsion yarımçıxığı” olmuş, eyni müəssisənin xx.xx.2010-xx.xx.2010-cu il tarixli çıxarışında diaqnoz “Budların qalıq torsion yarımçıxığı, sol bud başının aseptik nekrozu. Cərrahi əməliyyatdan sonra, xx.xx.2010-xx.xx.2010-cu il tarixli çıxarışında diaqnoz “İki tərəfli pertes xəstəliyi. Cərrahi əməliyyatdan sonra.” olmuşdur. Artromed tibb mərkəzindən xx.xx.2020-ci il tarixində aparılmış hər iki bud-çanaq oynağının düz proyeksiyada RHmüayinə nəticəsi “Sol bud-çanaq oynağı, sol bud sümüyünün başı desruksiyaya uğrayıb, yastılaşmış, bud sümüyü boynu bir qədər qısalmış, oynaq səthləri kobudlaşmış, oynaq yarığı bir qədər daralmışdır, sağ bud çanaq oynağında patalogiya aşkar edilməmişdir. ET Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Hər iki budun anadangəlmə çıxığından sonrakı residivi. Hər iki bud sümüyü başının osteoxondriopatiyası - Pertes xəstəliyi. Cərrahi əməliyyatdan sonrakı residiv. Hər iki bud çanaq oynağının displaziyası. Sol bud sümüyünün başının deformasiyası. Sol bud-çanaq oynağının yaxınlaşdırıcı, bükücü, qüsurlu vəziyyətdə kontrakturası. Sol aşağı ətraf əzələlərini atroofiyası, budun varus deformasiyası. Sol tərəfli döş tipli birinci dərəcəli skolioz. Daimi kəskin ağrı sindromu. Dayaq hərəkət - siyasinin pozulması.” qeyd edilsə də, DTSERA-da xx.xx.2023-cü il tarixli cərrah travmatoloqun baxışı zamanı kəskin hərəkət məhdudluğu aşkar edilməmiş, aşağı ətraflarında əzələ atrofiyası, ətrafda qısalıq aşkar edilməmiş, dayaq hərəkət funksiyası pozulmamaş, rentgenoloji olaraq keçirilmiş Pertes xəstəliyinin qalıq əlamətləri izlənilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələri, təqdim edilmiş sənədlər araşdırılmış, hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular (kəskin hərəkət məhdudluğu, əzələ atrofiyası, ətrafın qısalığı, dayaq hərəkət funksiyasının pozulması və s) aşkar edilmədiyindən (baxmayaraq ki, sənədlərdə hiperdiaqnostika yer almışdır) Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilsin.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və X8-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T 574/2024 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1.2.3. R.N.Əliyev tibb müəssisəsində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsinin mütəxəssisinə göndərilməsinə ehtiyac duyulmadı. Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli K00075126MFT saylı Forma 088-də göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Q65.1- Budun anadangəlmə ikitərəfli çıxığı. Hər iki budun anadangəlmə çıxığından sonrakı vəziyyət; Ağırlaşmalar: M24.5- Oynaqların kontrakturası. Sol bud-çanaq oynağının yaxınlaşdırım, bükücü kontrakturası; Z98.8- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol budun burmalararası detorsion varizasion osteotomiyası əməliyyatından sonrakı hal- (xx.xx.2009). Sağ budun burmalararası detorsion varizasion osteotomiyası əməliyyatından sonrakı hal- (xx.xx.2010).; M93.0- Bud sümüyünün yuxarı epifızinin (qeyri-travmatik) sürüşməsi. Hər iki bud sümüyünün başının osteoxondropatiyası- Pertes xəstəliyi; M21- Ətrafların digər qazanılma deformasiyaları. Sol budun varus deformasiyası. R52.2- Digər daimi ağrı, kəskin ağrı sindromu; M16- Koksartroz (budçanaq oynağının artrozu), Hər iki bud-çanaq oynağının displaziyası. Sol bud sümüyünün başının deformasiayası, boyun diafız bucağının daralması; M41- Skolioz, soltərəfli döş tipli (birinci) dərəcəli skolioz; Yanaşı xəstəliklər: H52.1- Miopiya, OU-orta dərəcəli miopiya; F48- Nevrasteniya. Asteno-nevrotik sindrom” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur.
4. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya AgentliyininTibbi Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
5. İddiaçı düçar olduğu xəstəliklə əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etməyə) zərurət yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü ildə anadan olmuşdur. Uzun müddətdir ki, cərrahi əməliyyat sonrası budların qalıq torsion yarımçığı, sol budun başının aseptik nekrozu xəstəliyindən əziyyət çəkir. İddiaçı cavabdeh inzibati orqana ona əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina olunmuşdur.
15. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun və ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri. Status localis, mütəxəssis rəyləri, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətrafli qeyd edilsin.” əsası ilə geri göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən, “həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar geri qaytarılmasında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur.” Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, K00075126MFT nömrəli tibbi göndəriş (Forma 88) əsasında əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.43-cü bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 50 faiz olmaqla müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz üçüncü dərəcəli əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti işin faktiki halları və bu sahədə qanunvericilik normaları sadalanmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
d) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına əsasən: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 1. özünəqulluq bacarığı; 2. sərbəst hərəkətetmə bacarığı; 3. istiqamətseçmə bacarığı; 4. ünsiyyət bacarığı; 5. davranışına nəzarətetmə bacarığı; 6. öyrənmə bacarığı; 7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
26. “İnzibati icraat haqqında” Qanununun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
32. Belə ki, məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir.
33. Hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K00075126MFT nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti tibbi göndərişin natamam doldurulması səbəbi ilə təmin edilməmişdir. Məhkəmə araşdırması dövründə müvafiq tibbi komissiya tərəfindənxx.xx.2023-cü il tarixli, K00075126MFT nömrəli tibbi göndəriş əsasında iddiaçının əyani müayinəsi həyata keçirilmiş, lakin bu dəfə Komissiya “Diaqnoz əlillik əlaməti təyin etmir.” barədə qərar qəbul etmişdir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.2-ci bəndinə əsasən Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış.
35. Göründüyü kimi, cavabdeh sözügedən göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olmasını mübahisələndirmir. Həmin diqanozun idddiaçıda olması iz üzrə təyin edilmiş ekspertiza rəyində də təkzib ediməmişdir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir.
36. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir.
37. Belə ki, Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K00075126MFT nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu Q65.1 olan budun anadangəlmə ikitərəfli çıxığı. Hər iki budun anadangəlmə ikitərəfli çıxığından sonrakı vəziyyət qeyd edilmişdir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4-cü bəndində Q65 XBT kodu altında nəzərdə tutulan “budun anadangəlmə deformasiyaları” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: ... 13.4.43. bud-çanaq oynağının ikitərəfli çıxığı 50 müddətsiz ...
39. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə Q65-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 13.4.1.-13.4.45-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Hazırkı halda, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda Meyarların 13.4.43-cü altbənddəki halın mövcudluğu təsdiqini tapmışdır. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Göstərilən xəstəlik iddiaçının orqanizminin funksiyalarının 50 faiz pozulması kimi qəbul edilməsinə və ona İİİ dərəcə müddətsiz əlillik təyin edilməsi üçün əsas verir.
40. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2- 1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.”
41. Apellyasiya şikayəti işin faktiki halları və bu sahədə qanunvericilik normaları sadalanmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır.
42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyasının mövqeyi belədir ki, əvvəla iddiaçıda qeyd olunan xəstəliyin (budun ikitərəfli çıxığı) anadangəlmə olması təsdiqini tapdığı və iddiaçı eyni diaqnoz üzrə xx.xx.2008-ci ildə, xx.xx.2014-cü ildə və xx.xx.2016-cı illərdə Komissiyanın müvafiq qərarı ilə 18 yaşına çatanadək sağlamlıq imkan məhdud uşaq hesab edildiyi halda, cavabdeh inzibati orqan hazırkı hal üzrə qənaətini konkret əsaslara söykənən qaydada əsaslandırmamış, iddiaçıya göstərilən diaqnoz üzrə əlilliyin təyinindən imtina edilməsi üçün məhkəməyə tutarlı dəlillər təqdim etməmişdir.
43. Apellyasiya şikayətinin “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın” kimi dəlili ilə bağlı isə məhkəmə Kollegiyası diqqətə çəkir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapır və həmin diaqnoz üçüncü dərəcəli əlillik təyin edilməsi üçün Meyarlara uyğundur.
44. Belə ki, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda Meyarların 13.4.43-cü altbənddəki halın mövcudluğu təsdiqini tapmışdır. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir.
45. Daha dəqiq desək göstərilən xəstəlik-yəni bud-çanaq oynağının ikitərəfli çıxığı iddiaçının orqanizminin funksiyalarının 50 faiz pozulması kimi qəbul edilməsi və ona İİİ dərəcə müddətsiz əlillik təyin edilməsi üçün əsas verir.
46. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin hallarından və tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
48. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
49. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.
50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2025 saylı, xx.xx.2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.