Məhkəmə qərarları › İş №2-1(103)-239/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-239/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-239/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə Siracədin oğlunun və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(112)-2474/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175686 nömrəli qərarının ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) fəaliyyətə başladığı müddətdən etibarən daima vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********164827 saylı Qərarı ilə İddiaçı MMC-də oktyabr 2019-sentyabr 2022-ci il dövrləri üzrə növbəti X10nın keçirilməsi qərara alınmışdır. Oktyabr 2019-sentyabr 2022-ci il dövrləri üzrə X10nın keçirilməsi üçün xx.xx.2022-ci il tarixli **********164861 nömrəli tələbnamə avis üzərindən göndərilmişdir. Bütün zəruri sənədlər (əməkhaqqı cədvəlləri, əsas vəsaitlərin hərəkəti cədvəlləri, illik kassa “z” hesbatı icarə müqavilələri) emel üzərindən və avis üzərindən yoxlayıcıya göndərilmişdir. xx.xx.2023-cü il tarixli X10 aktı № **********165589 bizə xx.xx.2023-cü il tarixdə avis üzərindən göndərilmişdir. Keçirilmiş yoxlama və onun nəticəsində qəbul edilmiş yoxlama aktı ilə razılaşmırlar. Bu barədə vergi orqanına yazılı məktub da göndərmişlər. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 07 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “X10nın keçirilməsi Qaydaları”nın tələblərinə, 49-cu maddənin tələblərinə uyğun deyildir. Məlumatlar tam və dəqiq, aydın ifadə edilməyib, artıq hesablanmış vergi məbləği barədə açıqlama verilməmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdfə avis üzərindən onlara **********448100 saylı tələbnamə göndərilmişdir. Elə həmin gün də, 217,464,08 manat artıq ödəmədən (şəxsi hesab vərəqəsindən) silinmişdir. Onlar nə aktla, nə tələbnamə ilə və gələcəkdə qəbul ediləcək və onlara göndəriləcək qərarla razı deyillər. xx.xx.2023-cü il tarixli X10 akta baxılma haqqında 01 saylı protokolda Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi orqanın rəhbəri tərəfindən həmin maddədə göstərilən qərarlardan birinin qəbul ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə qərar, tələbnamə göndərilmədən artıq ödəmələrindən 217464,08 manat (şəxsi hesab vərəqəsindən)silinmişdir. Sonradan **********448100 saylı tələbnamə göndərilmişdir. Bundan bir gün sonra xx.xx.2023-cü il tarixdə isə xx.xx.2023-cü il tarixli **********175686 saylı qərar göndərilmişdir. Qərar onlara göndərilmədən, qanuni qüvvəsini almadan şəxsi hesab vərəqəsindən pulların silinməsi qanunsuzluqdur. Vergi Məcəlləsinin müddəalarına ziddir. Sahibkarın sıxışdırılmasıdır. Qeyd edirlər ki, məhkəmə arxivlərinə baxılsa, sorğular göndərilsə müəyyən edilər ki, iddiaçının yoxlanılan dövrlərdə bir çox problemləri olmuş və məhkəmələrdə işləri olmuşdur. Bunların heç birini yoxlamanı aparan şəxslər nəzərə almamışdır. İstehsal obyektini, istehsal etdiyi avadanlığı icarəyə götürmüşdür. Hal-hazırda həmin yoxlama dövründə istehsal etdiyi məhsulu istehsal etmir, həmin avadanlığa malik deyil, həmin müştəriləri yoxdur. Necə qiymətləri eyniləşdirə bilər yoxlama. Ayrı-ayrı mallar istehsal edilib 2019-cu və 2023-cü ildə. Hal-hazırda Bakı şəhəri Nizami rayonu, Energetika küçəsi 5-də icrarədədir. Əvvələr isə “Milla” zavodunun ərazisində idi. Milla ilə problemlər yaşandığından icarə müqaviləsinə xitam verilmişdir. X10nın 6-cə səhifəsində də, xx.xx.2018-ci il tarixli icrarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəsəbi, Süd zavodudun ərazisində icarədə olduğu qeyd edilmişdir. Həmçinin vergi orqanı tərəfindən analoji 2 şirkətlər müəyyən edilmiş, lakin qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müəssisənin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının və digər göstəricilərinin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbədən də, qeyd edilən şirkətləri analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bununla da, başqa digər analoji vergi ödəyicisi tapılmamışdır. Bir daha qeyd edirlər ki, illər üzrə dəyişiklikləri vardır. Başqa avadanlıqda, başqa sifarişlər yerinə yetirilir. Aktın 15-ci səhifəsində də, qeyd edilib ki, 2019-cu il üzrə plastik qablar, pot, kontainer, preformalar, qapaqlar istehsal edilib. Mütəxəsis isə qalınlığı 1.25 millimetrlik olan poliprorilen xammaldan birdəfəlik stəkan pablar istehsal edilməsini müşahidə edib və yekun rəy verib. Bu düzgün deyildir. Yoxlama nəticəsində qəbul edilmiş yoxlama aktı və qərar qanunsuzdur. Gəlir əldə etməmiş İddiaçı MMC-yə əlavə vergi, sanksiya hesablanmışdır. Məbləğlərdə uyğunsuzluqlar və anlaşılmamzlıqlar vardır. Aydın deyil nə qədər məbləğ əlavə hesablanıb. Bütün bunlar istehsalçı yerli şirkətin sıxışdırılması, işçi qüvvəsi az olan, analoji fəaliyyətlə məşğul olan heç bir şirkətə oxşamayan İddiaçı MMCnin bazardan sıxışdırılıb çıxarılması, müflis olması deməkdir. Yerli məhsullara üstünlük verilməsi, şirkətlərə şərait yaradılması əvəzinə bu olanlar onların bazardan çıxarılması kimi qiymətləndirilməlidir. Yoxlama aktında xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə real istehsal olunan məhsulların həcminin müəyyənləşdirlməsi üçün mütəxəssis təyin edilmişdir. Lakin mütəxəsis müəyyən etməmişdir ki, satılan və istehsal edilən mal əvvəlki dövrdə başqa avadanlıqda, başqa adla, başqa təyinatlı olmuşdur. Bunları birləşdirib bir ad altında eyniləşdirmək düzgün deyildir. Həmçinin mütəxəsis hesab edir ki, onlar şirkət olaraq müəyyən miqdarda məhsul istehsal etməli idilər. Lakin mütəxəsis bilməlidir ki, onlar müştəri sifarişi əsasında işləyirlər. İşçi qüvvəsi var. Avadanlıq var. Dövlət və ya heç kimin qarşısında öhdəlik götürülməyib ki, məhz bu rəqəm altında, bu ton, bu sayda mal istehsal ediləcək. Müqavilə var, şətrlər var, istehsal ərazisi var, işçi qüvvəsi var, mala tələbat deyilən bir şey var. Bir nəfər mütəxəssisin bir gün gəlib baxması hər şey deyil. Sadəcə olaraq bir nəfərin mülahizəsidir. İllərlə çalışan müəssislər var ki, illər üzrə göstəriciləri ayrı olur. Xrenometraj isə eyni mala aid olur. Eyniləşdirmək mümkün deyildir. Bundan əlavə qeyd edirlər ki, İddiaçı MMC istehsalçı şirkətdir. X1r. Bu şəxs həmçinin 3 şirkətin təsisçisi və qanunu nümayəndəsidir. Məlumat üçün bildirirlər ki, hər 3 təşkilat üzrə, "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********); Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********); “RAM BNT LTD” МММ (**********) üzrə də, artıq ödəmələrin geri qaytarılması barədə ərizələr yazılmışdır. Həmin ərizələr əsasında cəmi 5.102.546,11 AZN məbləğində artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması tələbləri vardır. Hər 3 təşkilatda növbədənkənar X10 keçirilmiş və bütün bu yoxlamaların nəticəsində eyni tarixdə verilmiş yoxlama aktları və qərarlar ilə qanunsuz olaraq əlavə vergi hesablanmışdır. Hərçənd ki, onlar artıq ödəmələrin geri qaytarılmasını gözləyirlər. Həmçinin qeyd edirlər ki, hər 3 şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından aşağıdakı qaydada silinmələr aparılıb: "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - xx.xx.2022- ci ildə qəbul edilmiş qərar iddiaçıya göndərilmədən xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 870,912.20 manat silinmişdir. Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. “RAM BNT LTD” МММ (**********) - xx.xx.2022-ci ildə şəxsi vərəqədən artıq ödəmə hissəsindən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir. Yuxarı-aşağı artıq ödəmə məbləği tam olaraq silinmişdir. Vergi orqanı əvvəllər də, artıq ödənilmiş vergi məbləğlərinin qaytarılmasına dair ərizələrini müxtəlif bəhanələrlə təmin etmirdi. Hal-hazırda təsisçi eyni olan İddiaçı MMC-yə də X10 nəticəsində əlavə vergi hesablanmış, qərar qanuni qüvvəyə minmədən şəxsi vərəqədə olan artıq ödəmədən 217,464,08 manat silinmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(112)-2474/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175686 nömrəli qərarının ləğv edilməsi və həmin qərarın hüquqi nəticələrinin aradan qaldırılması qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əmirsoy apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Cavabdehin **********175686 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı barəsində ümumilikdə 1 466 028.2 manat vergi borcu hesablanmış, 932 020.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə qoşma şəklində inzibati icraat materiallarının (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, “X10nın keçirilməsi haqqında” qərar, inzibati icraatın təşkili ilə bağlı digər qərarlar, məktub və yazışmalar, protokollar, kassa mədaxil orderləri, mütəxəssis rəyi, X10 aktı və s.) təsdiq edilmiş surətləri təqdim edilmişdir.

11. İddiaçı tərəfindən onlayn kargüzarlıqla bağlı, müqavilələr və s. təqdim edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3104/2024 nömrəli qərardadı ilə məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli, 9-10379 – 9/10451 №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Birinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı) həcminin müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********168360 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında Qərara əsasən Azərbaycan Respublikası Sənaye və Ticarət palatasının “Azerekspertiza” Birliyinin mütəxəssisi X6 tərəfindən tərtib edilən mütəxəssis rəyi, iddiaçının təqdim etdiyi sübutlardan müstəqil olaraq tərtib olunmamışdır. Həmçinin qeyd edilir ki, istehsal edilmiş məhsulun maya dəyərinin aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: Xammal və materiallar; Qaytarılmış tullantılar; Texniki məqsədlər üçün yanacaq enerji və su; İstehsal fəhlələrinin əsas əmək haqqı; İstehsal fəhlələrinin əlavə əmək haqqı; Sosial sığortaya ayırmalar; Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; Ümumi sex xərcləri; Ümumi zavod xərcləri; Zay məhsul və itkilər; Sair istehsalat xərcləri; Əmtəəlik məhsulun tam maya dəyəri və s. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin mütəxəssis tərəfindən isə göründüyü kimi, həmin xərc elementlərinə istinad edilmədən müəssisə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı) həcmi istehsal avadanlıqlarının işçi vəziyyətdə xronometrik müşahidələrinə istinad edilərək müəyyənləşdirilmişdir. Hazırki rəyin tədqiqi hissəsində göstərildiyi kimi, əlavə olaraq qeyd edilir ki, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanındakı obyekt müəssisə tərəfindən xx.xx.2021ci il tarixli icarə müqaviləsi əsasında yoxlamanın əhatə etdiyi dövrün sonuna qədər istifadə olunmamış olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə əməliyyat və yoxlama ilə də həmin dövrdə real istehsal olunmamışdır. Halbuki, göstərildiyi kimi, müəssisə ünvan 1 ünvanındakı obyekt üzrə xx.xx.2021-ci il tarixində icarəyə götürmüşdür. İkinci sual üzrə: Tədqiqi hissədə göstərildiyi kimi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə hesablanmış mənfəət vergisi, ƏDV və s. vergi məbləğləri və dövrləri xx.xx.2023-cü il tarixli X10 aktında öz əksini tapmışdır. Ekspertiza təyini haqqında qərarda və Azərbaycan Respublikası Sənaye və Ticarət palatasının “Azerekspertiza” Birliyinin mütəxəssisi X6 tərəfindən tərtib edilən mütəxəssis rəyində qeyd edilən tədqiqat obyekti olan plastik məmulatların istehsal həcmini müəyyən etmək məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Bu səbəbdən də məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparmaq mümkün olmadı.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

15. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

16. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində cavabdehin xx.xx.2022-ci il tarixli **********164827 nömrəli “X10nın keçirilməsi haqqında” qərarı əasında xx.xx.2019-xx.xx.2022-ci illəri əhatə edən dövrün növbədən kənar səyyar vergisi yoxlaması keçirilmişdir: xx.xx.2023-cü il tarixdə **********165589 nömrəli X10 Aktı tərtib edilmişdir. Nəticədə vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********175686 nömrəli qərar qəbul edilmişdir.

17. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil etməsindən və iddiaçının qeyd edilən dəlilləri mübahisələndirməsindən asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsinə görə mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun inzibati icraatın nəticəsində qəbul edilməsini yoxlamalıdır.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”ni nəzərə alaraq qeyd edir ki, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən “X10nın keçirilməsi barədə” qərar yoxlamadan ən azı 1 iş günü əvvəl dövlət reyestrinə daxil edilməsi ilə olmasına baxmayaraq, qərar yoxlama başladığı gün, yəni xx.xx.2022-ci il tarixdə reyestrə vurulmuşdur. Yoxlamanın artırılması və ya dayandırılması müvafiq müddətin bitməsinə ən azı 1 iş günü əvvəl dövlət reyestrinə daxil edilməli olmasına baxmayaraq, yoxlama müddətinin artırılması barədə qərar çıxarıldığı gün xx.xx.2023-cü il tarixdə reyestrə daxil edilmişdir. 1-ci yoxlama istisna olmaqla bütün növbəti 3 yoxlama dayandırma faktlarında da, eyni pozuntular baş vermişdir. xx.xx.2023-cü il tarixli dayandırılmış X10nın bərpa edilməsi haqqında qərar isə reyestrə daxil edilməmişdir.

19. Vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının qanunvericiliklə müəyyən edilmiş qaydada Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri pozulmamışdır.

20. Məhkəmə bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir.

21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyetrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.

22. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – X10nın aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. X10nın nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və X10nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.

23. Digər tərəfdən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti X10 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X10 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X10nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Lakin işin faktiki hallarından görünür ki, yoxlama 163 iş günü davam etmişdir. Həmçinin Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X10 aşağıda göstərilən hallarda və müddətlərdə (qeyd edilən hallar Məcəllədə sadalanır), lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Lakin hazırki işdə faktiki olaraq yoxlama bir dəfə 51 gün və növbəti dəfə 48 gün artırılmış, ilkin yoxlama müddəti də, daxil olmaqla 140 gün təşkil etmişdir. Yoxlama müddətində dayandırma və artırılmalarla əhaytə olunmayan fasilələr olmuşdur. Belə ki, xx.xx.2022-ci ildə başlayan yoxlama onun bitməsinə 1 gün qalmış xx.xx.2023-cü ildə xx.xx.2023-cü il tarixinədək 21 gün dayandırılsa da, artırma barədə qərar xx.xx.2023-cü il tarixdə verilmiş, 5 gün fasilə olmuşdur. Daha sonra ikinci artırma xx.xx.2023-cü ildə, dayandırma isə xx.xx.2023-cü ildə bitsə də, xx.xx.2023-cü ildə dayandırma qərarı verilmşdir. Yoxlamada 20-25 gün fasilə olmuşdur. Yoxlamanın artırılması və dayandırılması əsaslandırılmamışdır. Belə ki, yoxlamanın müddəti mütəxəsiss dəvət edilməsi ilə bağlı əsassız olaraq 4 dəfə dayandırılmışdır. xx.xx.2023- cü il tarixli qərarla "xxxx" MMC mütəxəssisi X7 işə cəlb edilsə də, onun hansı səbəbdən rəy verməməsi müəyyən edilməmişdir. İkinci mütəxəssisin işə cəlb edilməsi barədə qərarın zəruriliyi də, əsaslandırılmamışdır. Bundan əlavə, yoxlama xx.xx.2023-cü ildə (dayandırma xx.xx.2023-cüi ildə) bitsə də, yoxlamanın bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır.

24. Həmçinin cavabdeh inzibati orqan tərəfindən yoxlamanın nəticələri düzgün rəsmiləşdirilməmiş və inzibati akt qüvəyə minmədən silinmə aparılmışdır. Belə ki, yoxlama 2 dəfə bitsə də, qanunsuz olaraq artırılmış, dayandırılmış və ya bərpa edilmişdir. İlk dəfə xx.xx.2023-cü il tarixində yoxlama bitdiyindən yoxlama aktı tərtib edilməli və onun nəticələri rəsmiləşdirilməli idi. İkinci dəfə yoxlama xx.xx.2023-cü il tarixə bitsə də, bununla da, bağlı rəsmiləşdirilmə aparılmamışdır. Hər iki halda yoxlama müddəti əsassız olaraq uzadılmışdır. xx.xx.2023-cü il tarixdə bərpa edilmiş yoxlama üzrə elə həmin gün də, X10 Aktı imzalanmışdır. 63 gün sonra isə xx.xx.2023-cü il tarixli məsuliyyətə cəlb etmə haqqında qərar və eyni tarixli tələbnamə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin şəxsi vərəqəsində olan artıq ödəmədən 217464,08 manat silinmişdir. Pul məbləğinin silinməsindən sonra xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən mübahisəli qərar elektron sistem üzərindən iddiaçıya göndərilmişdir. Beləliklə, iddiaçıya müvafiq qərar müvafiq silinmələr edildikdən sonra göndərilmiş, yəni inzibati akt qüvvəsini almadan cavabdeh tərəfindən onun icrası həyata keçirilmişdir. Halbuki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən vergi orqanı vergi borcu ilə bağlı ilkin olaraq bildiriş göndərməli və bank hesablarına və ƏDV depozit hesablarındakı vəsaitlərə borcun 105 faizi məbləğində dondurulma sərəncamı qoya bilərdi ki, hazırki halda vergi orqanı birbaşa silinmələr həyata keçirmişdir.

25. Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən iddiaçının digər dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

26. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edilməklə yanaşı, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı pozuntulara da, yol verilmişdir və bununla bağlı iddiaçının bildirdiyi dəlillər də, əsaslıdır.

27. Vergi Məcəlləsindən: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. 30.Göstərilənlərə əsasən məhkəmə kollegiyası oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 31.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 32.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 33.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(112)-2474/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar