Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2392/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2787/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur.
2. Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmət keçmişdir.
3. İddiaçıya məxsus diploma əsasən o, xx.xx.1978-xx.xx.1982-ci illərdə texnikumda əyani təhsil almışdır.
4. İddiaçıya məxsus əmək kitabçasına əsasən: - xx.xx.1984-cü il tarixdən (37 nömrəli əmr) seminarlara şagird təyin edilmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (450 nömrəli əmr) 3-cü kateqoriya ayaqqabı bərkidicisi, xx.xx.1984-cü il tarixdən (114k nömrəli əmr) növbətçi elektromotorist; xx.xx.1988-ci il tarixdən (58 nömrəli əmr) 2 nömrəli ayaqqabı fabrikində 11 nömrəli sexdə “İsti daban qəliblənməsi” şagirdi (tələbə); xx.xx.1988-ci il tarixdən (24 nömrəli əmr) xx.xx.1988-ci il tarixədək (235 nömrəli əmr) ayaqqabı bərkidicisi işləmiş, -xx.xx.1988-ci il tarixdən (331 nömrəli əmr) xx.xx.1988-ci il tarixədək (469 nömrəli əmr) Oktyabr rayonu Daxili İşlər İdarəsində OVO üçüncü dərəcəli elektrik; xx.xx.1988-ci il tarixdən (274 nömrəli əmr) Suvenir istehsalı kooperativində ayaqqabıçı; xx.xx.1989-cu il tarixdən (78 nömrəli əmr) “Sinoservis” kooperativinə keçirilərək xx.xx.1989-cu il tarixdən (6 nömrəli əmr) “Sinoservis” kooperativində tikməçi; xx.xx.1989-cu il tarixdən (14 nömrəli əmr) “Marxal” kooperativinə keçirilərək xx.xx.1990-cı il tarixdən (1 nömrəli əmr) xx.xx.1990-cı il tarixədək (53 nömrəli əmr) “Marxal” kooperativində ayaqqabıçı işləmiş, xx.xx.1994-cü il tarixdən (1 nömrəli əmr) “Marxal” suvenir istehsalı kooperativinə işə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdən (4 nömrəli əmr) xx.xx.1994-cü il tarixədək (7 nömrəli əmr) “Turac” firmasının filialı Bakı şöbəsində satıcı; xx.xx.1994-cü il tarixdən (235 nömrəli əmr) xx.xx.1995-ci il tarixədək 46 nömrəli maqazində satıcı, xx.xx.1995-ci il tarixdən (37 nömrəli əmr) nəqliyyat donanmasının gəmilərində matros şagirdi; xx.xx.1995-ci il tarixdən (118 nömrəli əmr) dənizçi vəzifəsində 2-ci dərəcəli nəqliyyat donanması gəmilərində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli 154 nömrəli qərarı ilə X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır) müraciət etdiyi tarixədək işləmişdir.
5. “Azərbaycan X6” QSC X5 tərəfindən verilmiş 13-3-1-3-9-712 nömrəli, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən Azərbaycan Dövlət X6nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1995-ci il tarixindən hal-hazıradək matros, bosman vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə ümumi iş stajı 40 il 00 ay 12 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 28 il 01 ay 24 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin b yarımbəndinə uyğun göstərilmişdir.
6. "xxxx" ASC-nin Bakı Elektrik Stansiyası MMC tərəfindən verilmiş 12-9/105/02/1- 01-44 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən Bakı İEM-2-də elektrik sexində növbətçi elektrik montyoru (əmr №114 K, xx.xx.1984 il) vəzifəsində xx.xx.1987-ci il tarixədək (Əmr №42, xx.xx.1987 il) zərərli iş şəraitində işləyib. xx.xx.2005-ci il tarixdən Bakı İEM-2 adı dəyişdirilərək Bakı Elektrik Stansiyası MMC olmuşdur (Azərenerji ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ/134 saylı əmrə əsasən). Bu iş İddiaçı hüquq verir ki, güzəştlə pensiyaya çıxsın. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 21.2 bəndinin b yarımbəndinə uyğun göstərilmişdir.
7. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdehin “Əmək pensiyasının təyin edilməsi barədə 12 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14843/2023 nömrəli qərarı ilə iddiaçıya 28 aprel 2023-cü il tarixdən 60 yaşından (ümumi iş stajı 34 il 5 ay 29 gün, güzəştli iş stajı 25 il 7 ay 25 gün) güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Qeyd edilən güzəştli şərtlərlə əmək pensiyasının məbləği 349.46 manat təşkil edir.
8. Bundan narazı olan iddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiyanın 60 yox, 57 yaşdan təyin edilməsini xahiş etmiş, cavabdeh ona imtina edərək bildirmişdir ki, Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, 01,02.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Marxal” koorperativdə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Turac” Bakı filialında və xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək dövrlər ərzində “Vahid” mağazasında satıcı işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə iddiaçının işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək dövr ərzində “Bakı İEM-2”-də işlədiyi elektrik sexində növbətçi elektrik montyoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 2 ay 4 gün ), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 8 ay 25 gün) təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyasının təyin edilməsi barədə qərarda dəyişiklik edilməklə pensiyanın 28 aprel 2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 23 iyun 2020-ci il tarixdən ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 25 ildən artıq ümumi və 12 il 6 ay aydan artıq xüsusi iş stajı mövcuddur. Güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.
12. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2787/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi barədə cavabdehin 12 iyul 2023-cü il tarixli qərarda pensiya hüququnun yarandığı tarixdə dəyişiklik edilməklə pensiyanın 28 aprel 2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 23 iyun 2020-ci il tarixdən iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtinası əsassız olmuşdur.
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2787/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
16. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir.
17. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Marxal” koorperativdə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Turac” Bakı filialında və xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək dövrlər ərzində “Vahid” mağazasında satıcı işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə iddiaçının işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrləri iş stajına daxil etmək mümkün olmamışdır.
18. Eyni zamanda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək dövr ərzində “Bakı İEM-2”-də elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi növbətçi elektrik montyoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) nəzərdə tutulmamışdır.
19. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 2 ay 4 gün ), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 8 ay 25 gün) təşkil edir.
20. Əlavə olaraq Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda “Marxal” koorperativi,“Turac” Bakı filialı və “Vahid” mağazası adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda da qeyd olunan müəssisələrin özəlləşdirilməsi barədə məlumatların mövcud olmadığı qeyd olunmuşdur.
21. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 2787/2024 nömrəli qərarında da qeyd edilmişdir ki, Dövlət Statistika Komitəsinin, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidmətinin məktublarından görünür ki, cavabdehin istinad etdiyi “Turac” Bakı Filialında və “Vahid” mağazası, “Marxal kooperativi barədə məlumat aşkar edilməmişdir.
22. Bakı İnzibati Məhkəməsinin qərarında göstərilmişdir ki, cavabdeh iddiaçının 10 il 8 ay 25 gün güzəştli iş stajını 01 yanvar 2006-cı il tarixədək tanısa da, iddiaçının “Bakı İEM-2 elektrik sexində elektrik montyoru peşəsində işlədiyi 20 dekabr 1984-08 dekabr 1987-ci illər üzrə dövrü nəzərə almamışdır. Halbuki istər iddiaçının cavabdehə təqdim etdiyi arayışda, istərsə də məhkəmə sorğusu nəticəsində müəssisə tərəfindən verilmiş arayışdan görünür ki, elektrik sexində elektrik montyoru vəzifəsi zərərli iş şəraitidir.
23. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək dövr ərzində “Bakı İEM-2”-də elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur.
24. İddiaçının işlədiyi növbətçi elektrik montyoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) nəzərdə tutulmamışdır. Belə ki, İddiaçı işlədiyi vəzifənin həmin Qərarda göstərilən sahəyə aid olub-olmaması məsələsi də güzəştli iş stajı arayışında öz əksini tapmamışdır.
25. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər ödənmədiyindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır.
26. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
28. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2787/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
29. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2787/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (https://e-qanun.az/framework/49851xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (6 mart 2007-ci il tarixədək qüvvədə olan): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» (13 may 2022-ci il tarixədək qüvvədə olan): Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
33. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: ... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
34. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
36. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər birlikdə mövcud olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
40. Apellyasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin etsə də, iddiaçıya 57 yaşdan pensiya təyin etməkdən imtina etmə səbəbi kimi onu göstərmişdir ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, 01,02.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Marxal” koorperativdə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Turac” Bakı filialında və xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək dövrlər ərzində “Vahid” mağazasında satıcı işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək dövr ərzində “Bakı İEM-2”-də elektrik sexində növbətçi elektrik montyoru işlədiyi vəzifəsi güzəştli arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 2 ay 4 gün ), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 8 ay 25 gün) təşkil edir.
41. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin mövqeyi formalaşmış məhkəmə praktikasına və iş materiallarına uyğun deyildir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 54/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən “...36. Cavabdehin kassasiya şikayətinin 2006-2007-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı (SSN: **********126) sosial sığorta nömrəsi qeyd edilmədiyi üçün Nazirliyin “X2 Sistemi”nin "Sığorta” (Hesabat) altsisteminin “Bölüşdürülməmiş” hesablar bölməsinə düşdüyü və yalnız iddiaçının məlumatları sığortaedən tərəfindən təsdiq edildikdən sonra onun fərdi şəxsi hesabında öz əksini tapacağı ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi həmin hal əslində iddiaçının 2006-2007-ci illərdə həqiqətən işlədiyini və ona münasibətdə məcburi dövlət sığorta haqqının ödənildiyini bir daha təsdiq edir. Belə ki, şəxsə əmək haqqı ödənilən zaman tutulmuş məcburi sosial sığorta haqları “Bölüşdürülməmiş” hesablar bölməsinə daxil olur və sığortaedən tərəfindən təqdim olunmuş hesabatlar əsasında cavabdeh tərəfindən konkret şəxslərin fərdi şəxsi hesabına yerləşdirilir. Yəni iddiaçıya münasibətdə ödənilmiş məcburi sosial sığorta haqqının onun fərdi şəxsi hesabında əksini tapmaması iddiaçının təqsirkar davranışına və məsuliyyət sferasına aid edilə, bunun üzərindən həmin illərin onun əmək stajına hesablanmasından imtina üçün əsas ola bilməz. ... Nəzərə almaq lazımdır ki, qeyd olunan halların aşkar olunduğu təqdirdə sığortaedən tərəfindən təqdim olunmuş hesabatlar, belə hesabatlar təqdim edilməmişdirsə, təqdim olunması təmin edilməklə müvafiq hesabatlar əsasında “Bölüşdürülməmiş” hesablar bölməsinə daxil olmuş məcburi sosial sığorta haqlarının konkret şəxslərin fərdi şəxsi hesabına yerləşdirilməsi cavabdehin məsuliyyət sferasına aiddir və onun məsuliyyət sferasına aid olan funksional vəzifələrin layiqincə yerinə yetirilməməsinin məsuliyyətini şəxsin üzərinə qoymaqda cavabdeh haqlı sayıla bilməz...”
43. Digər analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1542/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “... 45. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin aylıq məcburi sosial sığorta məbləğlərinin cavabdehə ödənilməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, cavabdehin üzərində olan bilavasitə vəzifəsidir. Buna görə də, həmin məsələyə dair iddiaçıya iradlar bildirilməsi qanuna uyğun deyildir.”
44. Məhkəmə kollegiyası Ali Məhkəmənin oxşar tələblərə dair işlər üzrə formalaşmış hüquqi mövqeyindən çıxış edərək cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, əmək haqqısından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət edilməsi iddiaçının öhdəliyi olmamışdır.
45. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Əmək kitabçasında olan qeydlərdən də göründüyü kimi iddiaçı 08 yanvar 1990-cı ildən 03 yanvar 1994-cü il, 01 fevral 1994-cü il tarixdən 01 aprel 1994-cü il tarixlərində “Marxal” kooperativində, 05 yanvar 1994-cü ildən 17 oktyabr 1994-cü il tarixədək “Turac” Bakı Filialında və 01 noyabr 1994-cü ildən 01 fevral 1995-ci il tarixədək “Vahid” mağazasında işləmişdir ki, həmin vəzifələrdə işləməmə barədə cavabdeh mötəbər sübut təqdim etməmişdir. Əksinə məhkəmə sorğusuna "xxxx" ASC tərəfindən mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan cavab məktubundan da göründüyü kimi iddiaçı ən azından “Marxal” kooperativində işləmişdir ki, təkcə həmin kooperativdə işləməsi belə ümumi stajının 25 ildən yuxarı olması anlamına gəlməklə cavabdehin imtina dəlilinin qanuniliyini istisna edir.
46. Həmçinin qeyd olunur ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
47. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1998-1999-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır.
48. Bu normadan hərəkətlə iddiaçının mübahisələndirilən illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının mübahisələndirilən dövrə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Bu qaydada hesablandıqda iddiaçının əmək stajı 25 ildən çox təşkil edir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.
50. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilməmə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) münasibətindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır.
51. Həmçinin də Avropa Məhkəməsi Andreyeva Latviyaya qarşı işində vurğuladığı kimi ki, “...dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür.”
52. Güzəştli iş stajına aid cavabdehin imtina dəlilinə münasibətdə də məhkəmə hesab edir ki, imtina həmin hissədə də qanunsuz və əsassızdır. Belə ki, cavabdeh iddiaçının 10 il 8 ay 25 gün güzəştli iş stajını 01 yanvar 2006-cı il tarixədək tanısa da, iddiaçının “Bakı İEM-2 elektrik sexində elektrik montyoru peşəsində işlədiyi 20 dekabr 1984-08 dekabr 1987-ci illər üzrə dövrü nəzərə almamışdır. Halbuki istər iddiaçının cavabdehə təqdim etdiyi arayışda, istərsə də məhkəmə sorğusu nəticəsində müəssisə tərəfindən verilmiş arayışdan görünür ki, elektrik sexində elektrik montyoru vəzifəsi zərərli iş şəraitidir.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın bənd 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, a) fəhlələr: qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları peşəsi zərərli iş kimi nəzərdə tutulmuşdur ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi peşənin də məhz həmin peşəyə aid olması barədə arayışının mötəbərliyini istisna edən hər hansı hal müəyyən edilməmişdir.
54. Birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, güzəştli şərtlərlə pensiya təyinatı barədə məhz işəgötürən tərəfindən arayışın təqdim edilməli olması barədə qanunvericiliyin tələb müəyyən etməsi zərurəti məhz görülən işin zərərli olubolmamasına münasibətdə işəgötürənin spesifik biliyi əsasında müəyyən edilə bilər ki, işəgötürən tərəfindən mötəbərliyi ilə əlaqədar hər hansı şübhənin olmadığı arayışların nəzərə alınmaması məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya təminatı hüququnun pozulması ilə nəticələnmişdir.
55. Bundan əlavə Ali Məhkəmənin oxşar tələblərə dair işlər üzrə (2-1(102)-1151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-743/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) qərarlarındakı formalaşmış hüquqi mövqeyinə görə növbətçi elektrik montyorları peşəsi zərərli iş kimi qəbul olunaraq işəgötürən tərəfindən iddiaçının işlədiyi peşənin məhz həmin peşəyə aid olması barədə arayışının mötəbərliyini istisna edən hər hansı hallar müəyyən edilməmiş,iddiaçının təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinə dair işəgötürənin arayışında ziddiyyətli məlumatlar qeyd edilməmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən dəlilini əsassız hesab edir. Belə ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
57. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, iddiaçının vəzifəsinin məhz növbətçi elektrik montyoru kimi qeyd edilməsi potensial təhlükəli obyekt olan elektrik stansiyasında işlərin növbəli yerinə yetirilməsi, həmin işi yerinə yetirən işçi heyətinin məhz işinin xüsusiyyətlərindən irəli gəlir.
58. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” Qaydasına görə: 1.3.1. Elektrik qurğularına operativ xidməti aşağıdakılar yerinə yetirə bilər: a) növbədə olan və elektrik qurğularının və avadanlıqlarının operativ idarə edilməsinə və əməliyyat çevirmələrinin həyata keçirilməsinə icazəsi olan növbətçi (operativ) heyət;... 1.3.2. Təkbaşına elektrik qurğularına baxış apara bilər (bu Qaydanın 3 nömrəli əlavəsi): a) gərginliyi 1000 V qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi qrupu İİİdən aşağı olmayan və gərginliyi 1000 V yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi qrupu İV-dən aşağı olmayan, bu elektrik qurğusuna xidməti həyata keçirən növbətçi operativ-təmir heyəti;... 1.3.3. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğusuna baxış zamanı icazə veriləndən daha az məsafədə yerləşən (bu Qaydanın 2 nömrəli əlavəsi) gərginlik altında olan cərəyan ötürücü hissələrə yaxınlaşmağa mane olan çəpərlə və ya hasarlarla təchiz olunmayan otaqlara və yuvalar yerləşən kameralara daxil olmaq qadağan olunur. 1.3.15. Hər elektrik qurğusu otağı üçün ən azı iki açar dəsti olmalıdır, bunlardan biri ehtiyat üçün nəzərdə tutulur. 1.3.16. Açarlar nömrələnməli, bağlı qutularda saxlanılmalı və aşağıdakılara imza ilə verilməlidir: b) növbə tapşırığı və ya sərəncam üzrə işlərin yerinə yetirilməsi zamanı daxilində iş gedən otaqların - işi icra edən şəxsə (müşahidəçiyə). 1.5.1. Fəaliyyətdə olan elektrik qurğularında işlər naryada əsasən, sərəncama və cari istismara müvafiq qaydada icra edilən işlərin siyahısına uyğun olaraq aparılır. 1.6.5. Elektrik və istilik qurğularına xidmətin əməliyyat növü, həmçinin növbədə operativ heyət işçilərinin sayı müəssisənin rəhbərliyi tərəfindən təyin olunur və müəssisə üzrə müvafiq sərəncam və ya əmrlə təsdiqlənir. 1.6.7. Yüksək təhlükə səviyyəli işlərin icrasına buraxılmış növbətçi (operativ), təmir və operativ-təmir heyətinin təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliyinin yoxlanılmasını təsdiq edən vəsiqəsində müvafiq qeydlər aparılmalıdır. 2.3.1.6. Naryadı bir birləşmənin bir və ya bir neçə iş yerinə verilməsinə icazə verilir. Naryadı verən bir nəfər işə məsul rəhbərə, işəburaxana, iş icraçısına (nəzarətçiyə) görüləcək işləri və növbə ilə işə buraxılışı, verilən naryadların sayını, naryadın qüvvədə olma müddətini təyin edir. Naryadın müddətini uzatmağa icazə verilmir. 2.3.2.7. Bir neçə yarımstansiyada və ya bir yarımstansiyanın bir neçə birləşmələrində eyni növlü işlərin növbəli yerinə yetirilməsi ilə bağlı bir naryad verilməsinə icazə verilir.
59. Bununla bağlı olaraq iş materiallarında mövcud olan və mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş sübutlarla təsdiq olunur ki, iddiaçının işlədiyi peşədə faktiki olaraq növbətçi elektrik montyoru vəzifələrini icra etməsi, başqa sözlə növbətçi elektrik montyoru peşəsinin bilavasitə icra etdiyi funksional vəzifənin elektrik montyoru peşəsinin funksional vəzifəsi ilə uyğunluq təşkil etdiyi təsdiq olunmuşdur.
60. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
61. Beləliklə hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt - ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
62. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
63. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
64. Beləliklə, iddiaçıya tələb etdiyi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2787/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov