Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2396/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinə çıxarışın verilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-5237/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 81 binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi üzərində Nərimanov rayon İcra Hakimiyyəti başçısının 26.06.2017-ci il tarixli 271 saylı sərəncamı ilə təsdiq edilmiş eskiz layihəsi əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov rayon İcra Hakimiyyəti başçısının 26.06.2017-ci il tarixli 271 saylı sərəncamına, razılaşdırılmış eskiz layihəyə və istismara icazə sənədinə əsaslanaraq, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 81 binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlərin olmadığını bildirərək, müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçi cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-5237/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-5237/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinin vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara məxsus ünvan 1 ünvanında yerləşən 24 kvadrat metrlik qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciətlərinə əsasən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsinə dair sərəncam, təsdiq edilmiş eskiz lahiyə və tikinti istismarına icazə sənədləri verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsində tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaqdır. - Birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak barədə qəbul edilmiş 26.06.2017-ci il tarixli 271 nömrəli Sərəncamın və tikinti obyektinin istismarına icazə barədə barədə 26.06.2017ci il tarixli 24 nömrəli sənədin təsdiq edilmiş surətinin, o cümlədən qeyd olunan sənədlərin hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməsi məsələsi ilə bağlı müvafiq araşdırmanın həyata keçirilməsi üçün cinayət işi üzrə icraatın nəticəsi və tətqiqat obyekti kimi göstərilən sənədlərə münasibətdə hər hansı prosessual hərəkətin (qərar və s və ya iş üzrə əhəmiyyət daşıya biləcək digər məlumat (sənəd qanuni əsaslarla verilib-verilməməsi, sənədlərin saxtalığı və s) edilib-edilməməsi barədə məlumatın verilməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab məktublarında: - Nərimanov rayon İcra Hakimiyyəti bildirmişdir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 2015-2020-ci illər üzrə Sərəncamları Hüquq-Mühafizə orqanlarına təqdim olunduğundan, sözügedən Sərəncamın təqdim edilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı bildirmişdir ki, sorğuda göstərilmiş sənədlər Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirmişdir ki, Baş İdarədə İddiaçı barəsində hər hansı material üzrə araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. - Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən 5 hal əsas götürülmüşdür
1. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin olmaması;
2. Tikinti obyektinin istismarına icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi;
3. Eskiz layihənin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmaması; 4.Tikintiyə icazə verilməsi barədə qərarın olmaması;
4. Elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binasının yaşıllıq zonasında yerləşməsi. - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 26.06.2017-ci il tarixli 271 saylı sərəncamı ilə F.X.Xoyski prospekti 81 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Təqdim olunmuş eskiz layihəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 81 ünvanında qeyri-yaşayış sahəsinə verilmiş eskiz layihəsi Nərimanov rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış və müvafi imza, möhürlü təsdiq edilmişdir. Bundan sonra, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq, 30.06.2017-ci il tarixdən Nərimanov rayonu, F.X.Xoyski prospekti 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tikinti obyektinin istismarına icazə verilmiş və 26.06.2017-ci il tarixli 24 №-li tikinti obyektinin istismara icazə sənədi ilə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79, 80.1-ci maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.9.2, 8.0.10.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.9-ci maddələrini, Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrini, 66-cı maddəsinin 1 və 2-ci hissələrini, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5, 4.18.2-ci bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nı tətbiq etməklə belə qərara gəlmişdir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri müəyyən edilmişdir ki, hazırki idda üzrə mübahisə predmetini təşkil edən əmlak həmin maddədə səciyyələnmiş obyektlərə aid deyildir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar; - istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının, icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”dan bina və qurğular məsuliyyət səviyyələrinə görə 3 səviyyəyə ayrılmışdır kı, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular – İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmalıdır. Qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. İddiaçının mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün həmin əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim etməli olduğu halda, o, həmin hüquqlardan hər hansı birinin mövcud olmasını sübut etməmiş və bununla bağlı mötəbər dəlil təqdim etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsinə icazə verilərkən tərtib olunmuş eskiz layihəsinin razılaşdırılması, həmçinin bundan sonra 26.07.2017-ci il tarixdə qəbul olunmuş istismara icazə sənədi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmişdir. Halbuki, həmin dövrdə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısı həmin tikiliyə dair layihəni təsdiq etməyə və tikinti obyektinin istismarına icazə sənədini verməyə səlahiyyətində deyil idi. Belə ki, qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin inşa edilməsinə icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin eskiz layihisəni razılaşdırmaq yalnız Bakı şəhərində yerləşən binalara münasibətdə Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi tikilən dövrdə icazə sənədi alınmamış, lakin sonradan olunan müraciət əsasında həmin qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinin qanunvericiliyin tələblərinə cavab verməsi əsası ilə sənədləşdirilmənin onun adına aparılması icazə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 26.06.2017-ci il tarixli 271 saylı sərəncam “tikintiyə icazə verilməsi” anlayışını ehtiva etsə belə, həmin sərəncam Bakı şəhət İcra Hakimiyyəti tərəfindən qəbul edilməli idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-5237/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.