Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2396/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3159/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən 57 yaşla pensiya təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. O, xx.xx.1978-ci ildən müxtəlif işlərdə işləmişdir. Xüsusi zərərli işlərdə işləməsinə baxmayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1999-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx"ASC-də elektroqaynaqçı vəzifəsində işlədiyi qeyd edilib. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx"ASC-də işlədiyinə dair arxiv sənədlərinin aşkarlanmadığı, həmçinin "xxxx" ASC-nin iddiaçıya dair arayışında qeyd olunan məlumatların MT- İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Qeyd olunan faktlar adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən, İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 9 ay 21 gün: xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1994-cü il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonrakı 3 il 5 ay) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 16940,88 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3159/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ilə (hakim Nümayəndə) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1999-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx"ASC-də elektroqaynaqçı vəzifəsində işlədiyi qeyd edilib. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx"ASC-də işlədiyinə dair arxiv sənədlərinin aşkarlanmadığı, həmçinin "xxxx" ASC-nin iddiaçıya dair arayışında qeyd olunan məlumatların ИT-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Qeyd olunan faktlar adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən, İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 9 ay 21 gün: xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1994-cü il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonrakı 3 il 5 ay) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 16940,88 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana ilk dəfə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığına qiymət vermək üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericilik normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. xx.xx.2017-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması işin mübahisəsiz halıdır. Belə ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında SOCAR Neftqaztikinti tresti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv Arayışı məkəməyə təqdim edilmişdir. Arayışa əsasən İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixli 36/k nömrəli əmrə əsasən “Xəzərdəniztəmirtikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli 101/k nömrəli əmrə əsasən Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən hərbi xidmətə çağırışı ilə əlaqədar tutduğu peşədən işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixindən xx.xx.1981 -ci il tarixədək hərbi xidmətdə qulluq etmişdir. xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 74/k nömrəli əmrə əsasən “Xəzərdəniztəmirtikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixli 53 nömrəli əmrə əsasən 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixli 18/a nömrəli əmrə əsasən yeni tarif dərəcələrinin verilməsi ilə əlaqədar olaraq 4-cü dərəcəli əl ilə qaynaqda elektrik qaz qaynaqçısı peşəsi təyin edilmişdir. “Xəzərdənizneftqazsənaye” X1 xx.xx.1990 -cı il tarixli 12-35-10 D nömrəli əmr sərəncamına əsasən “Xəzərdəniztəmirtikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi “Azərdənizneftinşaat” trestinin tərkibinə verilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixli 47/л nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbüssü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən elektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı peşələrinə güzəştli şərtlərlə pensiya hüququ verir. Məlumat üçün bildiririk ki, "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında " 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.NöD2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Göründüyü kimi, iddiaçının 1978-1994-cü illərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır. İşin mübahisəli halı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması ilə bağlıdır. Belə ki, cavabdehin pensiya təyin edilməsindən imtinasının və apellyasiya şikayətinin dəlillərindən aydın görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 19 il 9 ay 21 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1994-cü il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonrakı 3 il 5 ay) ümumi iş stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının xx.xx.1999-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx"ASC-də elektroqaynaqçı vəzifəsində işlədiyi dövrlərdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Belə ki, notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1/İX-1975-ci il tarixdən 20/Vİİ-1978-ci il tarixədək 53 nömrəli PTM-də təhsil almış, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixli 36/k nömrəli əmrə əsasən “Xəzərdəniztəmirtikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli 101/k nömrəli əmrə əsasən Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən hərbi xidmətə çağırışı ilə əlaqədar tutduğu peşədən işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixindən xx.xx.1981 -ci il tarixədək hərbi xidmətdə qulluq etmişdir. xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 74/k nömrəli əmrə əsasən “Xəzərdəniztəmirtikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixli 53 nömrəli əmrə əsasən 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixli 18/a nömrəli əmrə əsasən yeni tarif dərəcələrinin verilməsi ilə əlaqədar olaraq 4-cü dərəcəli əl ilə qaynaqda elektrik qaz qaynaqçısı peşəsi təyin edilmişdir. “Xəzərdənizneftqazsənaye” X1 xx.xx.1990 -cı il tarixli 12-35-10 D nömrəli əmr sərəncamına əsasən “Xəzərdəniztəmirtikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi “Azərdənizneftinşaat” trestinin tərkibinə verilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixli 47/л nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbüssü ilə işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixdən 17/k nömrəli xx.xx.1999cu il tarixli əmrlə “Abşeronneft” NQÇİ-də Neftin hazırlanması və nəqli sexinə 5 (beşinci) dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə müvəqqəti iki aylıq qəbul edilmiş, 29 may 1999 və 29 iyul 1999-cu illərdə işləmə vaxtı 2 ay uzadılmış, xx.xx.1999-cu il tarixdə 67/k nömrəli xx.xx.1999-cu il tarixli əmrlə müvəqqəti iş müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixli əmrlə xx.xx.1999-cu ildən Bakı “Elektroştamp” təcrübə zavodunda fərdi əmək müqaviləsinə əsasən 8 nömrəli sexə elektroqaynaqçı keçirilmiş, xx.xx.2002-ci il tarixli əmrlə Bakı “Elektroştamp” təcrübə zavodunun adı dəyişdirilərək “Elektroştamp” Açıq tipli Səhmdar Cəmiyyəti adlandırılmışdır. 15 may 2002-ci il tarixli əmrlə 5 saylı sexə, xx.xx.2002-ci il tarixli əmrlə isə 7 saylı sexə elektrik qaynaqçısı keçirilmiş, xx.xx.2006-cı il tarixli 17/kş nömrəli Əmrlə ona 6-cı dərəcəli elektrik qaz qaynaqçısı adı verilmiş, xx.xx.2010-cu il tarixdən öz xahişi ilə müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixinə olan uçot baza məlumatlarına əsasən "xxxx" ASC-nin (VÖEN: **********) fəaliyyəti müraciətinə uyğun olaraq xx.xx.2014-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmış, lakin vergi ödəyicisi tərəfindən təqdim olunan vergi bəyannaməsinə əsasən fəaliyyəti xx.xx.2021-ci il tarixindən aktivləşmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdiriliməsi departamentinin xx.xx.2001-ci il tarixli, 217 nömrəli sərəncamı ilə “Bakı Kondisioneri” X4 Bakı "Elektroştamp" təcrübə zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi, mübahisəli dövrdə (xx.xx.1999-xx.xx.2010-cu illər arası dövr) "xxxx" ASC-nin mövcudluğu, fəaliyyətinin olması öz təsdiqini tapdığından, həmin dövrlərdə sözügedən ASC-də işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, iddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi iş stajı vardır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, xx.xx.2006-cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt tələb olunmurdu. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissəni təmin etmiş olsa da, iddiaçının inzibati orqana müraciət tarixini dəqiqləşdirməmişdir. Bununla bağlı olaraq Məhkəmə kollegiyası araşdırma apararaq qeyd edir ki, iddiaçının müraciət ərizəsindən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2020-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “xx.xx.2017-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3159/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı “xx.xx.2017-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2396/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2396/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver