Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2397/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı 07.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə əlav ərizə ilə Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamının ləğv edilməsinə, mənzil növbəsinə götürülməyi bərpa edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin 12 avqust 2014-cü il tarixli, 172 saylı sərəncamı ilə güzəştli şərtlə 4 nəfər ailə üzvü ilə mənzil növbəsinə götürülməyinin qanuni və əsaslı olmasına, mənzil növbəsinə götürülməyinin bu tarixdən hesablanmasına, həmin tarixdən ona kirayə pulu verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəqiləşdirilmiş iddia ərizəsi aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı, ehtiyatda olan əlil hərbi zabit kimi yaşayış yerinə ehtiyacı olan şəxs qismində uçota alınması üçün cavabdehə etdiyi müraciət Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun 22.07.2020-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. İmtinaya əsas səbəb kimi, Qusar rayonu İmamqulular kəndində olan fərdi yaşayış evini 29.10.2019-cu il tarixdə özgəninkiləşdirməsi göstərilmişdir. İddiaçı hesab edir ki,imtina tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin yaşayış yeri hesab etdiyi mənzil deyilən evdə o, yaşamamış və yaşamır. Bütün sənədlərlə təsdiq olunur ki, Bakı şəhəri, Binəqədi rayonu,8-ci mikrarayon Azadlıq pros-ti ev 192,mənzil 28-də qeydiyyatda olmaqla başqa ünvanda kirayədə yaşamışdır.30 aprel 2019-cu il tarixdə X4 ilə Yasamal rayonu, Müzəffər Həsənov küçəsi ev 1 mənzil 3-ə kirayə müqaviləsi bağlayaraq və notariusda təstiq etdirərək bu ünvanda məskunlaşmışdır. Ailə üzvləri də Bakı şəhərində yaşayır, övladları Bakıda təhsil alırlar. Ev deyilən həmin daxma yararsız vəziyyətdə olmaqla istismar müddəti ən azı 50 il əvvəl keçmişdir. Yaşayış üçün yararsızdır və xeyli müddətdir ki, orada yaşayış yoxdur. O, uzun müddət vətənə zabit rütbəsində hərbi xidmət etmiş və bu xidmətlə bağlı 1-ci qrup əlil olmuşdur. Qusardakı mülk deyilən yararsız ev mərhum atasının mərhum valideynlərinin olub və hazırkı duruma görə qardaşının Rusiyada yaşaması ilə bağlı ayrı vərəsə olmadığından qısa müddət onun adına rəsmiləşib. Qusar rayon İcra Hakimiyyəti Başçısının İmanqulu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 10 noyabr 2020-ci il tarixli, 907 saylı arayışı ilə də təstiq olunur ki, qeyd edilən ev 1905-ci ildə babası Əşirsultan tərəfindən inşa edilmiş, hazırda evin texniki vəziyyəti yarıtmaz olmaqla yaşayış üçün yararsızdır. Belə vəziyyətə onun mənzilə ehtiyacının olmaması qənaətinə gəlinməsinə əsas yoxdur. Digər tərəfdən onun və 4 nəfərdən ibarət ailə üzvünü Binəqədi rayon İcra Hakimiyyəti 12 avqust 2014-cü il tarixli, 172 saylı sərəncamı ilə mənzil növbəsinə götürüblər. Həmin tarixdən sonra elə sərəncamın özünə görə də İcra Hakimiyyəti ona kirayə pulu verməli idi. Əlində mənzil kirayə müqaviləsi var ki, kirayədə yaşayır. Bununla belə 12 avqust 2014-cü il tarixdən bu günə kimi tələb etməyisinə baxmayaraq, ona kirayə pulu ödənməyib. Sərəncamın ləğvi isə heç vaxt gündəmdə olmamış və bu barədə məlumatlı olmamışdır. 12 mart 2021-ci il tarixdəki məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi bir sərəncam surəti təqdim etmişdir ki, guya 2014-cü ildəki sərəncam 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamla ləğv edilmişdir. Bu sənədin qanuniliyi ciddi şübhə doğurur. Sərəncamda 30 gün müddətinə şikayət vermək hüququnun olması göstərilsə də bu barədə ona məlumat verilməmişdir. Heç vaxt yaşayış evi olmayıb. Mübahisələndirilən evlər müəyyən dövrdə vərəsəlik hüququ ilə bağlı olmuşdur. Sərəncamda Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında ona məxsus olması da düz göstərilməyib. Həmin mənzil ümumi sahəsi 62.08 kv.metr olmaqla 43.58 kv.metr yaşayış, 18.5 kv.metr yardımçı sahəsi olan mənzil valideynlərinin olub. O vərəsələrdən biri olmuşdur. Həmin mənzil atasının vəfatından sonra DƏDRX-nin 06.10.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən verilmiş RX seriyalı,0062599 saylı çıxarışa əsasən analığı Minvarə, o və qardaşı Kazanbəyin ümumi birgə mülkiyyəti kimi tanınıb. Orada 43.58 kv.metr yaşayış sahəsindən onun payı 14.52 kv.metr həcmində olub. Payı cüzi olduğundan və ailəsilə birgə orada yaşamağımın mümkünsüz olması səbəbindən özümə aid payı qanuna uyğun qızına vermişdir. Həmin mənzil hazırkı vəziyyətdə DƏDRX-nin 06.10.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1\3 hissədə analığı X3, 02.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə 2\3 hissədə qardaşı Gyrkhlarov Kazanbekə məxsusdur. Bakı şəhər ərazi İdarəsinin 04.10.2017-ci il tarixli arayışı ilə təstiq olunur ki, heç vaxt Bakı şəhərində onun adına özəlləşdirilmiş mənzil olmayıb. Müdafiə Nazirliyinin Maliyyə- İstismar şöbəsinin 21.07.2014-cü il tarixli, 2417 saylı arayışı ilə təstiq olunur ki,onu Nazirlik mənzillə təmin etməyib...” Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək rədd edilməsini xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır. “...İnzibati icraat zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Qusar rayonu, İmamqulukənd kəndi ərazisində fərdi ev və onun yerləşdiyi 0,1183 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuş və 29.10.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçı həmin daşınmaz əmlakı özgəninkiləşdirmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, ona məxsus olmuş yuxarıda qeyd olunan evin və torpaq sahəsinin özgəninkiləşdirilməsi tarixindən (yəni 29.10.2019-cu il tarixdən) 5 il keçdikdən sonra mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağı məsələsinə yenidən baxıla bilər. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı 07.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 187 №-li, 27.09.2019-cu il tarixli sərəncamı ləğv olunmuş və İddiaçı və onun ailə üzvlərinin ehtiyyatda olan hərbi qulluqçuların mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilərək, 30.04.2019-cu il tarixdən ödənilməyən aylar üzrə kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “...məhkəmə prosessual hüquq normalarına zidd qərar qəbul etmişdir. Belə ki, iddiaçı 12.08.2014-cü il tarixli sərəncama əsasən Binəqədi rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil kimi mənzil növbəsinə götürülmüşdür. Ehtiyata yaxud istefaya buraxılmış şəxslərin işləri araşdırılarkən Binəqədi rayonu,8-ci mikrarayon Azadlıq pros-ti ev 192,mənzil 28-ci mənzili paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus oması, 28.06.2014-cü il tarixli müqaviləyə əsasən qızı Mədinə Qırxlarovaya bağışladığı müəyyən edilmişdir. Bundan əlavə, 29.10.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən iddiaçı Qusar rayonu, İmamqulu kəndində ümumi sahəsi 0,1183 ha torpaq sahəsini arvadının anası X6 hədiyyə etmişdir. Bundan əlavə, iddiaçıya məxsus Qusar rayonu, İmamqulu kəndində ümumi sahəsi 0,0620 ha torpaq sahəsinin üzərində tikilmiş 211,70 kv.m fərdi yaşayış evində arvadının anası X6 hədiyyə olunmuşdur. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Beləliklə,ehtiyatda olan zabit iddiaçı ehtiyacı olan torpaq və mənzil sahəsinə malik olmuşdur. ”Hərbi qulluqçuların statusu haqqında Qanunun 12-ci maddəsinin 2-ci vbəndinə və Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən ehtiyacı olan hərbi qulluqçulara və vətəndaşlara yaşayış sahəsi verilir.Odur ki, Mənzil Məcəlləsinin 55, 55.1-ci maddələrinə müvafiq olaraq iddiaçının uçotdan çıxarılması barədə 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncam qəbul edilmişdir. İddiaçı iddia qaldırılmamışdan əvvəl icra hakimiyyətində qəbulda olarkən, ona məxsus qeyd olunan əmlakları barədə bildirildikdən dərhal sonra özünə məxsus yaşayış sahəsini və torpaq sahələri özgəninkiləşdirmişdir...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil F.Azadov apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən iş üzrə aşağıda göstərilən faktiki hallar müyyən olunur. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1984-cü ildə Krasnovodsk şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. AZE № 09516385 saylı şəxsiyyət vəsiqəsinə əsasən onun həyat yoldaşı X5 22.05.1987-ci il tarixdə Rusiya Federasiyasının Leninqrad şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. AZE № 12125237 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçının qızı Mədinə Qırxlarova 13.11.2007-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Qırxlarova Aytən. ünvan 2 ünvanında qeydiyyatdadır. AZE № 12125401 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən görünür ki, iddiaçının oğlu Qırxlarov Murad 29.09.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Qırxlarova Aytən. ünvan 2 ünvanında qeydiyyatdadır. AZ-İ № 287594 saylı 05 dekabr 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı X1 ilə nikah 05 dekabr 2006-cı il tarixdə Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 08.11.2012-ci il tarixli № 52 saylı arayışına əsasən, həqiqətən istefada olan baş leytenant İddiaçı Mürsəl oğlu 04.08.2001-ci ildən 23.06.2005-ci ilədək müdavim, 23.06.2005-ci ildən 16.06.2006-cı ilədək dinləyici, 16.06.2006-cı ildən 09.06.2012-ci ilədək Azərbaycan Respublikası SQ-də xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0165 saylı 09.06.2012-ci il tarixli əmrinə əsasən istefaya buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş № 436175 saylı arayışın surətinə əsasən 1984-cü il təvəllüdlü İddiaçı 1 (birinci) qrup əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövründə aldığı xəstəlik qeyd edilmişdir. Əlillik müddətsiz təyin edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 2014-cü il tarixli № 172 saylı sərəncamından çıxarışın surətinə əsasən vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində ehtiyyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil kimi mənzil növbəsinə götürülməsi, ehtiyyatda olan zabit və hərbi ximət dövrü ilə əlaqədar İ qrup əlil olmasını nəzərə alaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi, “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi barədə sərəncam verilmişdir. Eyni zamanda, işə əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2019-cu il tarixli № 187 saylı sərəncamının surətinə əsasən aşağıdakılar müəyyən olunur: “...İddiaçı 23.08.2019-cu il tarixdə ərizə ilə cavabdeh Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərək, ona qeyd olunan sərəncamın qəbul olunduğu 12.08.2014cü il tarixdən bu günədək olan dövr üçün müvəqqəti mənzil kirayə haqqının hesablanaraq ödənilməsini xahiş elmişdir. Bununla əlaqədar araşdırma aparılarkən məlum olmuşdur ki, iddiaçı 12.08.2014-cü il tarixli 172 saylı sərəncamla ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar 1 qrup əlil kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Onun mənzil qovluğu araşıdırılarkən Bakı şəhəri, Azadlıq prospekti, 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və 28.06.2014-cü il tarixli müqaviləyə əsasən qızı Mədinə Qırxlarovaya bağışlanmışdır. Vətəndaş İddiaçı mənzil növbəsinə götürülən zaman qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Lakin İddiaçı mənzil növbəsinə götürülərkən Mənzil Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilə dair bağışlama müqaviləsinin bağlanmasından 5 il keçməmişdir. Bundan başqa, vətəndaş İddiaçı məxsus olmuş mənzilin bir hissəsi bağışlama müqaviləsinə əsasən onun qızı Mədinə Qırxlarovaya keçmişdir ki, bu da öz növbəsində hüquq pozuntusudur. Belə ki, adına mülkiyyət hüququ əsasında mənzilin bir hissəsi olan Qırxlarova Mədinə mənzil növbəsinə götürülmüş İddiaçı qızı olduğundan onun Binəqədi Rayonu İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə salınmışdır. Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota dururaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Göründüyü kimi, İddiaçı 25.07.2014-cü il tarixdə mənzil növbəsinə götürülməsi barədə ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərkən yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim etməmiş, Binəqədi Rayon icra Hakimiyyəti başçısının 12.08.2014-cü il tarixli 172 saylı sərəncamı ləğv olunmuşdur...” İşdən görünür ki, cavabdehin 27 sentyabr 2019-cu il tarixli № 187 saylı sərəncamında qeyd olunan həmin halların həqiqliyi - işə əlavə olunmuş 1 saylı Bakı “Asan xidmət” mərkəzində tərtib olunmuş 28 iyun 2014-cü il tarixli bağışlama müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən: ******* №-li 06.10.2012-ci il tarixli; ******* №-li 02.07.2014-cü il tarixli; ********** №-li 13.11.2019-cu il tarixli ********** №-li 13.11.2019-cu il tarixli çıxarışlarla və Xidmətin 1 saylı Bakı İdarəsinin 27.11.2019-cu il tarixli arayışı ilə öz təsdiqini tapır. Həmin sənədlərlə təsdiq olunur ki, iddiaçı cavabdehin 12.08.2014-cü il tarixli 172 saylı sərəncamı ilə mənzil növbəsinə götürülməmişdən əvvəl daşınmaz əmlakın dövlət reyestrində 06.10.2012-ci il tarixində aparılmış qeydiyyata əsasən onun mülkiyyətində ünvan 4 ünvanında yaşayış sahəsi olmuş, mənzil növbəsinə götürülməsinə dair 12.08.2014-cü il tarixli sərəncam qəbul edilməmişdən ayyarım əvvəl onu özgəninkiləşdirmiş, bundan əlavə Qusar rayonu İmamqulu kəndində onun istifadəsində torpaq sahələri də mövcud olmuş, həmin torpaq sahələrini o, həmin sərəncamın qəbulundan sonra öz adına rəsmiləşdirmiş, sonra da özgəninkiləşdirmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncamda qeyd olunan hallar, əslində iddiaçı tərəfindən də təkzib olunmur, əksinə, dolayısı ilə həmin halların mövcudluğu etiraf olunur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu və ya vətəndaş kimi qiymətləndirilməsi istisna edilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsindən görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş və ya xəstəliyi ilə əlaqədar tərxis olunmuş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Mənzil Məcəlləsinin 51.4-cü maddəsində də məhz uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir Həmin Məcllənin. 52-ci maddəsindən isə görünür ki, şayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcllənin 55.1.2-ci maddəsinin tələbindən də görünür ki, vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, yaşayış sahəsi olmayan hərbi qulluqçular və ya yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar mənzil növbəsinə götürülə bilərlər. Yaşayış sahəsnə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar həmin niyyətli hərəkətlərə yol verdiyi gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olanlar mənzil növbəsinə uçota götürülə bilər. İşin sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, mənzil növbəsinə götürülmüş iddiaçının yaşayış sahəsi olmuş, onun istifadəsində və sonradan mülkiyyət hüququnu rəsmiləşdirdiyi torpaq sahəsi də mövcud olmuş, lakin onları özgəninkiləşdirmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, onun 12.08.2014-cü il tarixli 172 saylı sərəncamı ilə mənzil növbəsinə götürülməsi barədə sərəncamın cavabdehin mübahisələndirilən sərəncamı ilə ləğv olunması qanuni və əsaslıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsindən isə görünrür ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.6-cı maddəsindən isə görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamından görünür ki, qeyd edilən inzibati icraat haqqında hüquq normalarına uyğun qəbul olunmuşdur, ləğv edilməsi üçün əsaslar yoxdur. Beləliklə, iddiaçının hazırkı iddia tələbində haqlı olmadığı tədqiq olunan sübutlarla müəyyən edilən hallarla və qanunvericiliyin tələbləri ilə sübuta yetirilir. Belə olan halda, cavabdehin həmin sərəncamı iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin məzmunundan da görünür ki, məhkəmə, o halda inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, qanuna zidd vəbunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanla baxımından iddiaçının cavabdehin 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamınının ləğv edilməsi və mənzil növbəsinin bərpa edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunvericiliyin tələblərini düzgün təfsir etməmiş, gəldiyi nəticə işdə olan sübutlara uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq noralarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı 07.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı 07.06.2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2397/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2397/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver