Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2398/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X4rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-543/2023 nömrəli 01 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası “X1 Akademiyası” tərəfindən ona verilmiş 04 noyabr 2016-cı il tarixli, B16 251831 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası “X1 Akademiyası”nın “Hüquq” fakültəsinin qiyabi şöbəsi, Hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş, B16 251831 nömrəli 04 noyabr 2016-ci il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-543/2023 nömrəli 01 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Ukrayna Respublikası “X1 Akademiyası”nın “Hüquq” fakültəsinin qiyabi şöbəsi, Hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş, B16, 251831 №-li 04 noyabr 2016-ci il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması (ekvivalentliyinin müəyyən edilməsi) haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunluğunun yoxlanılması (bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir) zamanı onun tədris dili üzrə biliklərinin məhdud olması sübuta yetmişdir. Bununla da iddiaçının əldə etdiyi bakalavr dərəcəsinin ölkə daxilindəki standartlarla uyğunsuzluq təşkil etməsi isbat edilmişdir. Lakin məhkəmə bu məsələyə dair hər hansı bir fikir bildirməmişdir. Məhkəmə tədrisi dili və tədris yükünün yerinə yetirilməsi ilə bağlı dövlət standartlarına uyğunluğun müəyyən edilməməsinə, müvafiq müsbət rəylərin deyil, imtina qərarı üçün əsas olacaq ekspert rəylərinin qəbul edilməsinə baxmayaraq, iddia tələbini təmin etmişdir. İddiaçıya Ukrayna Respublikası X2 Akademiyası tərəfindən təqdim olunan diplom əlavəsinin 4.1-ci bəndindən müəyyən edilir ki, İddiaçı qiyabi formada təhsil almışdır və onun tədris aldığı təhsil proqramının ümumi həcmi 206,9 kreditdən ibarət olmaqla təhsil müddəti 4 (dörd) il 6 (altı) ay olaraq müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən aparılmış ekspertiza zamanı, iddiaçının Ukrayna Respublikasında olduğu təhsil müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: İ tədris ili üzrə - getməyib, İİ tədris ili üzrə - 2 gün, İİİ tədris ili üzrə - getməyib, İV tədris ili üzrə - 5 gün, V tədris ili üzrə - 6 gün, Vİ tədris ili üzrə - 14 gün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Belə ki, qiyabi təhsil forması üzrə təhsil alan tələbə hər il minimum 180 saat auditoriya dərslərində iştirak etməli, daha sonra müvafiq imtahanlarda müvəffəqiyyət qazanmalıdır. Genişprofilli mütəxəssis hazırlığını təmin edən ali təhsilin bakalavr səviyyəsi üzrə tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.1-ci maddəsinə əsasən, bu qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin bakalavriat səviyyəsində təhsilin məzmunu, təşkili və "bakalavr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Həmin qaydaların 2.8ci və 2.9-cu bəndlərinə əsasən, qiyabi təhsil forması üzrə isə tədris ili ümumilikdə 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilmişdir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, bakalavriat səviyyəsində tələbəyə bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. Belə olan halda, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İ tədris ili üzrə - 0 saat, İİ tədris ili üzrə - 12 saat, İİİ tədris ili üzrə - 0 saat, İV tədris ili üzrə - 30 saat, V tədris ili üzrə - 36 saat, Vİ tədris ili üzrə - 60 saat tədrisə cəlb olunmaqla 4( dörd) il 6 (altı) ay tədris müddəti ərzində maksimum 138 auditoriyadaxili saatlarda (hər bir iş günü 6 saat auditoriyadaxili saat dərslərdə iştirak etsəydi) iştirak edə bilərdi ki, bu da iddiaçının diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsini qeyri-mümkün edir. Qüvvədə olan digər normativ hüquqi aktın tələbləri baxımından da, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Hal-hazırda Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tanınmaya dair ümumi tələblərini tənzimləyən 4.1.1-ci yarımbəndinə əsasən, tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması kvalifikasiyanın tanınmasında başlıca şərtlərdən biri kimi qeyd edilmişdir. Xarici kvalifikasiyanın tanınması proseduru zamanı ərizəçinin özü-özlüyündə bu və ya digər təhsili başa vurması deyil, aldığı kvalifikasiyanın Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğun olması yoxlanılır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən xaricdə əldə olunmuş təhsillə ölkə ərazisində ona ekvivalent hesab edilən bakalavr ixtisas dərəcəsinə qoyulan yerli təhsil standartları arasında mövcud olan fərqləri nəzərə almamış, qeyd olunan məsələyə dair müstəqil mütəxəssis rəyinin alınması üçün "xxxx" ali peşə ixtisas dərəcəsi üzrə kadr hazırlığını həyata keçirən Ali Təhsil Müəssisələrinə sorğu verilmədən qərarda gəldiyi yekun nəticə prosessual pozuntu hesab olunmalıdır. Əlavə olaraq nostrifikasiya prosedurunun tərkib hissəsi sayılan və məhkəməyə təqdim olunmuş ekspert rəyində, həmçinin iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı öz əksini tapsa da, məhkəmə ekspert rəyinə ümumiyyətlə önəm verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na istinad etsə də sözügedən Qaydaların 1.1-ci bəndində göstərilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”sının müddəalarına ümumiyyətlə heç bir əhəmiyyət verməmiş, cavabdehin etirazında göstərilsə də, Konvensiyanın tələblərini nəzərə almamışdır. Belə ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Bundan başqa, məhkəmə iddia tələbinin təmin olunmasına dair mövqeyini əsaslandırması üçün "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa istinad edir ki, sözügedən Konvensiyada xarici kvalifikasiyaların tanınması deyil, sənədlərdə olan imzaların həqiqiliyinin təsdiqi məsələləri tənzimlənir. Cavabdeh təqdim olunan diplomun həqiqiliyini təsdiqləməkdən yox, alınmış kvalifikasiyanın tanınmasından imtina etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyası” tərəfindən verilmiş 04 noyabr 2016-ci il tarixli B16 251831 nömrəli Bakalavr diplomunun (tərcümə) təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı tam kursu bitirmişdir və ona İmtahan Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Hüquqşünaslıq üzrə bakalvr dərəcəsi verilmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyinin Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir (№ A-72887-16). İş materiallarında olan Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyası” tərəfindən verilmiş 04 noyabr 2016-ci il tarixli B16 251831 nömrəli Bakalavr diplomuna 04 noyabr 2016-ci il tarixli ******* №-li əlavənin (tərcümə) təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyasın”də oxuduğu müddət ərzində Hüquqşünaslıq ixtisası üzrə qiyabi tədris formasında təhsil almışdır. İş materiallarında olan Ukrayna, Kiyev, X1 Akademiyası tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 1344-75 №-li arayışda qeyd olunmuşdur ki, Akademiyanın məzunu İddiaçı hər bir semestrin əvvəlində müvafiq fənn materiallarını, o cümlədən imtahan və məqbulların verilməsi üçün imtahan suallarını alıb. Buna səbəb Ukraynada mitinqlərin baş verməsi ilə bağlı miqrantların təhlükəsizliyi məqsədilə respublika ərazisində qısamüddətli qalması tələbidir. İddiaçı hər il imtahanların verilməsi üçün gəlirdi. İş materiallarında olan Ukrayna, Kiyev, X1 Akademiyası tərəfindən verilmiş 12 may 2022-ci il tarixli 937/54 №-li arayışda qeyd olunmuşdur ki, Akademiyanın məzunu xx xxxxxx 1986-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı hər semestr başlamazdan əvvəl fənlərin müvafiq materiallarını, habelə imtahanlarla bağlı müvafiq sualları qəbul etmişdir. İddiaçı müəyyən sessiyalarda iştirak etməmiş, lakin sessiyadan sonra akademik borclarını yerinə yetirmiş, həmçinin müvafiq tədris materiallarını öyrənmişdir. İddiaçı dövlət imtahanında iştirak etmiş və dövlət imtahanını müvəffəqiyyətlə verməsi nəticəsində müvafiq diplom almışdır. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq bildirilmişdir ki, ekspert qrupu tərəfindən onun təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq qərarına əsasən müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in: 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. 6-cı maddəsinə əsasən Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın: 1-ci maddəsinə əsasən bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). 2-ci maddəsinə əsasən Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. 3-cü maddəsinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0-cu maddəsinə əsasən təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə əsasən isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 2.3-cü bəndinə əsasən ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. 2.4-cü bəndinə əsasən ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Sadalanan normaların məzmunundan da görünür ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması və təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması zəruridir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi yolu ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» imzalanmışdır, Saziş Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. İddiaçıya verilmiş bakalavr diplomunda iddiaçının ali təhsil dərəcəsinə yiyələnməsi qeyd edilmiş, ona ali təhsil müəssisəsinin İmtahan Komissiyasının qərarı ilə Hüquqşünaslıq üzrə bakalvr dərəcəsi verilmişdir. Sazişin tərəfi olan dövlət verdiyi diplomla iddiaçının ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir. Eyni zamanda iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Şəxsin ali təhsil pilləsi üzrə tam kursun bitirilməsi zamanı müvafiq olaraq dövlət nümunəli diplom verilir. Xarici ölkə tərəfindən verilən təhsil zamanı təhsilalana verilən diplom apostil olunmalıdır. Çünki apostil sənədin sonra başqa ölkənin nümayəndəliyinə təqdim edilməsi üçün qanunləşdirilməsi prosesidir. Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Həmçinin Ukrayna X1 Akademiyası tərəfindən verilmiş arayışlardan görünür ki, Akademiyanın məzunu İddiaçı hər bir semestrin əvvəlində müvafiq fənn materiallarını, o cümlədən imtahan və məqbulların verilməsi üçün imtahan suallarını alıb, buna səbəb Ukraynada mitinqlərin baş verməsi ilə bağlı miqrantların təhlükəsizliyi məqsədilə respublika ərazisində qısamüddətli qalması tələbidir. İddiaçı hər il imtahanların verilməsi üçün gəlmiş, akademik borclarını yerinə yetirmiş, müvafiq tədris materiallarını öyrənmiş, dövlət imtahanında iştirak etmiş və dövlət imtahanını müvəffəqiyyətlə verməsi nəticəsində müvafiq diplom almışdır. Beləliklə, iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Ali təhsil müəssisəsi iddiaçının həqiqətən təhsil almasını, iddiaçının ali təhsil proqramını uğurla başa vurmasını təsdiq etmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-543/2023 nömrəli 01 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2398/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2398/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver