Məhkəmə qərarları › İş №2-1(103)-2398/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2398/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2398/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2570/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 28 iyun 2024-cü il tarixli "iddiaçının tam reabilitasiya olunması barədə” Qərarını ləğv edərək, cavabdeh üzərinə iddiaçının əlilliyinin tanınması öhdəliyinin qoyulması barədə yeni Qərar qəbul barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi cavabdehin 13 may 2024-cü il və 28 iyun 2024-cü il tarixli qərarlarının İddiaçı aid hissədə ləğv edilməsi və üçüncü dərəcə əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixdə “Hipertoniya xəstəliyi İİ B mərhələ kardio-serebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla; fəqərələrin osteoxondrozu; L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası; nevrasteniya; QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinici dərəcə əlilliyi (orqanizm funnksiyalarının pozulmasının 61-80%-i ilə) müddətsiz formada müəyyən olunmuşdur. Daha sonra 18 fevral 2020-ci il tarixdə AR Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 aparılan müayinə ilə iddiaçıya Hipertoniya xəstəliyi (ikinci dərəcə) diaqnozu qoyulmuşdur. Həmin ilin 20 iyun tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Həkim Komissiyası tərəfindən aparılmış müayinə ilə İddiaçı yenidən “Hipertoniya xəstəliyi İİB mərhələ kardio-serebral forma, Xrh/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla; fəqərələrin osteoxondrozu; L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası; nevrasteniya; QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyi müddətsiz formada müəyyən olunmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Reabilitasiya və Ekspertiza Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 19 mart 2024-cü il tarixli, 3-17-4/2-Z-7953/2024 nömrəli bildirişi ilə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı şübhələrin müəyyən olunduğundan sonuncu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. İddiaçının bu zaman müraciəti qeydə alınmamış, cavabdeh tərəfindən ona göndərilmiş 06 avqust 2024-cü il tarixli bildirişdə qeyd olunanlara əsasən mövcud sənədlər üzərində aparılmış araşdırma və qiymətləndirmə nəticəsində onun barəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul olunmuşdur. Daha sonra iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixdə sonuncu Agentlikdə qəbulda olmuşdur. xx.xx.2024-cü il tarixində yeni müayinə aktı qəbul edilərək yenidən “Hipertoniya xəstəliyi İİ B mərhələ kardio-serebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla; fəqərələrin osteoxondrozu; L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası; nevrasteniya; QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyi müddətsiz formada müəyyən olunmuş, qüvvədə olduğu görünmüşdür. Lakin qısa müddət sonra isə həmin müayinə aktı qanunsuz və əsassız olaraq qüvvədən salınmışdır. İddiaçı cavabdeh inzibati orqana 2 dəfə ərizə ilə müraciət etmiş,əlilliyin bərpa edilməsini, habelə xx.xx.2024-cü il tarixli müayinə aktının qüvvəyə minməsini xahiş etmişdir. Bu zaman iddiaçı səhhətinin vəziyyəti ilə bağlı başqa tibb müəssisələrinin müayinə aktlarına da istinad edərək, həqiqətən əlilliyinin mövcud olmasını əsaslandırmağa çalışmışdır. Lakin inzibati orqan həmin ərizələri qəbul etsə də, iddiaçıya edilən müraciətlərlə bağlı cavab məktubları təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-682/2023 saylı 07 aprel 2023-cü il tarixli qərarına əsasən, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan işin faktiki halları ilə tətbiq edilməli olan hüquq normalarının qarşılıqlı təhlili cavabdeh inzibati orqan tərəfindən inzibati icraatının aparılması zamanı tələb olunan norma və prinsiplərə riayət edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının 2014-cü ildən etibarən əlilliyi “Hipertoniya xəstəliyi İİB mərhələ kardio-serebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla; fəqərələrin osteoxondrozu; L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası; nevrasteniya; QDÇ İİ dər” diaqnozu ilə müddətsiz olaraq müəyyən edilmişdir. 2020-ci ilin iyun ayında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Həkim Komissiyası tərəfindən aparılmış müayinə ilə İddiaçı yenidən “Hipertoniya xəstəliyi İİB mərhələ kardio-serebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla; faəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası; nevrasteniya. QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyi müddətsiz formada müəyyən olunmuşdur. Lakin bundan 4 il sonra həmin inzibati orqan qərarının düzgünlüyünü şübhə altına alan əsaslı şübhələrin müəyyən olunduğuna istinad edərək iddiaçını əyani müayinəyə dəvət etmişdir. Bu zaman inzibati orqan əsaslı şübhələrin nədən ibarət olduğunu göstərməmiş, inzibati icraat başlanması üçün əsasın mövcud olduğunu kifayət qədər əsaslandıra bilməmişdir. Bu zaman inzibati qanunvericiliyin əsas prinsiplərindən biri olan etimad prinsipi də cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Odur ki, maraqlı şəxsə həqiqətən də inzibati icraatın başlanması üçün əsasın olması barədə məlumat verilməmiş, bununla da inzibati orqan özünün əvvəlki inzibati aktını şübhə altına alaraq iddiaçının inzibati orqanın praktikasına olan etimadını pozmuşdur. Yuxarıda qeyd olunan normaların tətbiqi əlilliyin yenidən qiymətləndirilməsi üzrə inzibati icraatın başlanması əsası kimi yalnız əsaslı şübhələrin mövcud olmasını qeyd etsə də, hazırki işdə inzibati icraatın başlanması üçün belə bir əsasın mövcud olmadığını, nəticədə inzibati icraatın qanunsuz formada başlandığını göstərir. Bundan əlavə inzibati icraat aparılması zamanı cavabdeh tərəfindən bir neçə pozuntu hallarına yol verilmişdir. Belə ki, inzibati icraatla bağlı maraqlı şəxs iki dəfə inzibati orqana müraciət etsə də, inzibati orqan həmin ərizələrin qeydə alınması barədə arayış təqdim etməmiş, ərizələrlə bağlı cavab məktubu təqdim edilməmişdir. Halbuki, maraqlı şəxsin müraciətlərinin nəzərə alınması işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etməyə, maraqlı şəxsin xeyrinə olan halların nəzərə alınmasına xidmət edəcəkdi. Həmçinin sonda iddiaçı üçün 28 iyun tarixli əlverişsiz inzibati akt qəbul olunsa da, həmin akt iş üzrə maraqlı şəxsə (hazırki iş üzrə iddiaçıya) təqdim etməmişdir. Sonuncu həmin aktın qəbulundan yalnız 6 avqust tarixində göndərilmiş bildirişi qəbul edərkən xəbərdar olmuşdur. Odur ki nəticədə o, inzibati aktın əsaslandırılması ilə tanış olmaqdan, inzibati icraat zamanı əlavə olaraq hansı pozuntulara yol verilməsini bilməkdən məhrum edilmişdir. Bu mənada inzibati orqan tərəfindən "İnzibati icraat haqqında” AR Qanunun inzibati icraatın aparılması qaydaları ilə bağlı tələbləri pozulmuşdur. Əlavə olaraq qeyd edilir ki, inzibati orqanın hərəkətlərində bir neçə ziddiyətli məqamlar müşahidə olunur. Belə ki, işin faktiki hallarında qeyd olunan və cavabdeh orqan tərəfindən iddiaçıya təqdim olunan 06 avqust tarixli bildirişdə ilk növbədə iddiaçının əyani müayinələrə gəlməməsinə görə mövcud sənədlərin araşdırıldığı və əvvəlki qoyulan diaqnozun təsdiqini tapmaması, daha sonra 28 iyun tarixində iddiaçının əyani müayinəsindən sonra isə onun tam reabilitasiya olunması barədə nəticəyə gələrək sonda iddiaçı üçün əlverişsiz inzibati akt qəbul etmişdir. Ziddiyətli məqam isə bundan ibarətdir ki, inzibati icraat zamanı inzibati orqan ilkin araşdırma nəticəsində ümumiyyətlə diaqnozun mövcud olmadığını qeyd etmişdisə, müayinədən sonra tam reabilitasiya olunma barədə Qərar qəbul etməklə ilkin araşdırma nəticəsinin xətalı olduğunu etiraf etmişdir. Belə ki ilkin diaqnozun təsdiqini tapmadığı halda hər hansı xəstəliyin reabilitasiyasından söhbət gedə bilməzdi. Yuxarıda qeyd olunanlar inzibati orqan tərəfindən inzibati icraatın aparılması qayda və prinsiplərinin pozulduğunu, bu səbəbdən əsassız və qanunsuz formada iddiaçı üçün əlverişsiz inzibati aktın qəbul edildiyini göstərir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2570/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyasının 13 may 2024-cü il və 28 iyun 2024-cü il tarixli qərarları İddiaçı aid hissədə ləğv olunması, iddiaçının əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa olunması öhdəliyi cavabdehə həvalə olunmuşdur.

5. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.17 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********2). Rəsmiləşdirilmiş göndərişdə diaqnoz “Hipertoniya xəstəliyi İİ B mərhələ, kardioserebral forma, xroniki hepato xolesistit, zob İİ-İİİ dərəcə, diffuz düyünlü forma, tireotoksikozla, fəqərələrin osteoxondrozu, L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası, nevrasteniya. QDÇ İİ dərəcə.” şəklində qeyd edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-Z-7953/2024 nömrəli xx.xx.2024-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmiş, mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-3523/2024 nömrəli qərar əsasında mövcud əlillik təyinatı ləğv edilərək, xx.xx.2020-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən köhnə məktub əsasında əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı yüksək arterial təzyiqdən, ürək nahiyəsində ağrıdan, tənginəfəslikdən şikayəti olduğunu bildirsə xəstəliyini təsdiq edən heç bir tibbi sənəd təqdim etməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlət tərəfindən aparılmış əyani müayinə zamanı, düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar çəhrayı izlənilmiş, aşağı ətralarında ödem izlənilməmiş, ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Vətəndaşın daha ətraflı və dəqiq müayinə edilməsi üçün DTSERA-da Transtorokal EXO-kardioqrafik müayinəyə göndərilmiş və nəticə “Aorta sərtləşib, sol qulaqcıq cüzi genişlənib (3.9 (üç tam onda doqquz) sm), septumun hipertrofiyası (1.3 (bir tam onda üç) sm), sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF = 65% (altmış beş faiz)). LVOT-da sürəti yüksəlmiş axın qeyd olunur (Vmax = 3.6 (üç tam onda altı) m/san, Pmax = 54 (əlli dörd) mmHg). Aortal və Mitral qapaqlar fibrokalsifikdir. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR = 119 (yüz on doqquz))” şəklində qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən ağırlaşma müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 3523/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2020-ci il tarixli 2.5.17 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı bərpa edilsin, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirir ki, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Tərəflərin izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

10. İş materillarında olan Nizami rayon RPİ-nin QMB tərəfindən 21 avqust 2024-cü il tarixdə verilmiş, 21 avqust 2025-ci il tarixədək qüvvədə olan müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, xx xxx 1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır.

11. Tibbi-Sosial Ekspertiza və X7 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı 19 iyun 21020-ci il tarixdə “Hipertoniya xəstəliyi İİ B mərhələ kardioserebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla, fəqərələrin osteoxondrozu, L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası, nevrasteniya, QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, İddiaçı 13 may 2024-cü il tarixli 3-17-4/3-3-3523/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli 2.5.17-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatının bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair Qərar qəbul edilmişdir.

13. Həmin qərara əsasən: “Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 17 (on yeddi) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 9 (doqquz) nəfərinin və digər tarixə dəvət edilib lakin müayinədə iştirak etməmiş, 28 iyun tarixində müayinəyə gəlmiş daha 1 (bir) nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, 8 (səkkiz) nəfər vətəndaş isə müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, xx.xx.2024-cü il tarixində müayinə sənədi təqdim etmiş 1 (bir) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 19 (on doqquz) nəfər barəsində qərar verilmiş və aşağıdakıları müəyyən etmişdir. Bərdə rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.17 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********2). Rəsmiləşdirilmiş göndərişdə diaqnoz "Hipertoniya xəstəliyi İİ B mərhələ, kardio- serebral forma, xroniki hepato xolesistit, zob İİ-İİİ dərəcə, diffuz düyünlü forma, tireotoksikozla, fəqərələrin osteoxondrozu, L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruzivası, nevrasteniya, QDÇ İİ dərəcə.” şəklində qeyd edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-Z-7953/2024 nömrəli xx.xx.2024-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmiş, mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-3523/2024 nömrəli qərar əsasında mövcud əlillik təyinatı ləğv edilərək, xx.xx.2020-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən köhnə məktub əsasında əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı yüksək arterial təzyiqdən, ürək nahiyəsində ağrıdan, tənginəfəslikdən şikayəti olduğunu bildirsə də, xəstəliyini təsdiq edən heç bir tibbi sənəd təqdim etməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da həkim ekspertlər tərəfindən aparılmış əyani müayinə zamanı, düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar çəhrayı izlənilmiş, aşağı ətralarında ödem izlənilməmiş, ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Vətəndaşın daha ətraflı və dəqiq müayinə edilməsi üçün DTSERA-da Transtorokal EXO-kardioqrafik müayinəyə göndərilmiş və nəticə “Aorta sərtləşib, sol qulaqcıq cüzi genişlənib (3.9 (üç tam onda doqquz) sm), septumun hipertrofiyası (1.3 (bir tam onda üç) sm), sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF = 65% (altmış beş faiz)). LVOT-da sürəti yüksəlmiş axın qeyd olunur (Vmax = 3.6 (üç tam onda altı) m/san, Pmax = 54 (əlli dörd) mmHg). Aortal və Mitral qapaqlar fibrokalsifikdir. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR = 119 (yüz on doqquz))” şəklində qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən ağırlaşma müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 3523/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması" barədə qərar ləğv edilsin, xx.xx.2020-ci il tarixli 2.5.17 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı bərpa edilsin, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.”

14. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 13 iyul 2024-cü il tarixli məktubdan görünür ki, fizioloji göstəricilərinə uyğun olaraq barəsində daha əvvəl müəyyən edilmiş üçüncü dərəcə əlilliyin bərpa edilməsinin təmin olunması xahiş edilmişdir.

15. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı tərəfə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə baxılmış və aşağıdakı məzmunda cavab verilmişdir: “Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30.12 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən. Sizə xx.xx.2020-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Siz ‘İnzibati icraat haqqında" Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixində Agentliyə qəbula dəvət olunmuşunuz Lakin müraciətiniz qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barənizdə 19.06 2020-ci il tarixindən diaqnoz öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Daha sonra müraciətiniz əsasında Siz xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı Sizə dair xx.xx.2024-cü il tarixindən etibarən tam reabilitasiya olunmanız barədə qərar qəbul edilmişdir. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; "142 Çağrı mərkəzi" ilə əlaqə saxlaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz. Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafıkləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Yuxarıda göstərilən mənbələrdən aldığınız məlumatlar Sizi qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından “online növbə" əldə etməklə ünvan 2 ünvanına qəbul üçün müraciət etməyiniz tövsiyə olunur.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı qiymətləndirmə nəticəsində xx.xx.2020-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Qeyd edək ki, X8 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində aparılan araşdırma əsasında İddiaçı əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasında əyani müayinəsinin həyata keçirilməsi zərurəti yaranmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Z-7953/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə nəticəsində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3. Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ (35-60 faiz, 1 il); 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ (65-80 faiz, 2 il); 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ (85-100 faiz, müddətsiz); 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər (80 faiz, müddətsiz); 2.9. Xroniki revmatik xəstəlikləri İ05 - İ09 Digər ürək xəstəlikləri İ30 - İ52 Qiymətləndirmə 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (35-60 faiz, 2 il); 2.9.2. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (65-80 faiz, 2 il); 2.9.3. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1-1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması (85-100 faiz, müddətsiz);

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

25. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

27. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza və X7 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı 19 iyun 2020-ci il tarixdə “Hipertoniya xəstəliyi İİ B mərhələ kardio-serebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla, fəqərələrin osteoxondrozu, L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası, nevrasteniya, QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

29. Sonradan xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3523/2024 nömrəli qərar əsasında mövcud əlillik təyinatı ləğv edilərək, xx.xx.2020-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 3523/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2020-ci il tarixli 2.5.17 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı bərpa edilsin, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.

30. Qərar onunla əsaslandırılmışdır ki, vətəndaş əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı yüksək arterial təzyiqdən, ürək nahiyəsində ağrıdan, tənginəfəslikdən şikayəti olduğunu bildirsə də, xəstəliyini təsdiq edən heç bir tibbi sənəd təqdim etməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da həkim ekspertlər tərəfindən aparılmış əyani müayinə zamanı, düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar çəhrayı izlənilmiş, aşağı ətralarında ödem izlənilməmiş, ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Vətəndaşın daha ətraflı və dəqiq müayinə edilməsi üçün DTSERA-da Transtorokal EXO-kardioqrafik müayinəyə göndərilmiş və nəticə “Aorta sərtləşib, sol qulaqcıq cüzi genişlənib (3.9 (üç tam onda doqquz) sm), septumun hipertrofiyası (1.3 (bir tam onda üç) sm), sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF = 65% (altmış beş faiz)). LVOT-da sürəti yüksəlmiş axın qeyd olunur (Vmax = 3.6 (üç tam onda altı) m/san, Pmax =54 (əlli dörd) mmHg). Aortal və Mitral qapaqlar fibrokalsifikdir. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR = 119 (yüz on doqquz))” şəklində qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən ağırlaşma müşahidə edilmədiyindən Tibbi-sosial ekspert komissiyası tərəfindən "Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz üçüncü dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı (“tam reabilitasiya olunması” barədə qərar qəbul edilməklə) Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir.

32. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

33. Göründüyü kimi qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

34. Beləliklə, inzibati orqan öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.

34. Hazırkı halda isə iş materiallarından görünür ki, cavabdeh özünün əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan hallarla bağlı əsaslı sübutlar təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.

35. Təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt isə qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

36. Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli müddətsiz əlillik təyinatı haqqında qərarı nəzərə almadan iddiaçının “tam reabilitasiya olunması” barədə qərar qəbul edərkən həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərinə riayət etməmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.

38. Onu da qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

39. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Çünki yuxarıda da qeyd olunduğu kimi, təkrarən əlillik vəziyyətinin qiymətləndirilməsi öncə əsaslı şübhələrin mövcudluğunun sübuta yetirilməsi, bu şərt ödənildikdən sonra isə şəxsin əyani müayinəyə cəlb olunması nəticəsində həyata keçirilə bilər.

40. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

41. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

44. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

46. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2570/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar