Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2399/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzi arasında ünvan 3 ünvanında yerləşən 93,5 kv.m. qeyri-yaşayış sahəsinə dair 13 sentyabr 2017-ci il tarixli 3603 saylı alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsi üzrə dövlət büdcəsinə 17.500 manat məbləğində vəsait ödənilmiş və həmin qeyri-yaşayış sahəsinə dair iddiaçıya RX seriyalı ******* saylı 30 oktyabr 2017-ci il tarixli çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8709/2019 saylı 09 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 sentyabr 2017-ci il tarixli, 32/02 saylı protokolu, Mərkəzlə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8241/2019 saylı 20 dekabr 2019-cu il tarixli qərarından görünür ki, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 avqust 2019-cu il tarixli 2(103)- 8709/19 nömrəli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı dövlət büdcəsinə ödənilmiş 17.500 manat vəsaitin qaytarılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış **********75 saylı 29 oktyabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Buna görə də İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “hərracın qalibi olduğu üçün ödənilən 17.500 manat pulun, 300 manat məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilən və əldən çıxmış fayda kimi 656 manat pulun, ümumilikdə 19.156 manat məbləğində pul vəsaitinin qaytarılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanında yerləşən 93,5 kv.m. qeyri-yaşayış sahəsini açıq hərrac yolu ilə AR ƏMDK-dan 13 sentyabr 2017-ci il tarixdə 17500 manata əldə etmişdir. 12 sentyabr 2017-ci il tarixdə hərracın nəticələrinə dair 32/02 saylı hərrac protokolu tərtib edilmiş, protokol əsasında 13 sentyabr 2017-ci il tarixdə onunla AR ƏMDK arasında 3603 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan X3 iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və onun əldə etdiyi qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(011)-487/2010 nömrəli qətnaməsi ilə X2 iddiası rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)-8709/19 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilərək, ünvan 4 ünvanında yerləşən 93,5 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən cavabdehlərdən biri kimi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(102)-8241/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yəni, həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərək hərracın etibarsızlığı barədə qənaətə gəlsə də, tərəfindən hərracın qalibi olmağı üçün cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilmiş 17500 manat pulun ona qaytarılması barədə qətnamədə qeyd etməmiş, yəni tərəflərin əvvəlki vəziyyətini (restitusiya) bərpa etməmişdir. Bundan sonra məcbur qalıb cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, ona məhkəməyə müraciət etməyi bildirilmiş, yalnız məhkəmə qətnaməsi əsasında pulunun qaytarılacağı deyilmişdir. Hərrac üçün, yəni ünvan 4 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinin əldə edilməsinə görə ilkin beh daxil 17500 manat pul, daha sonradan hərracın etibarsızlığı ilə bağlı iddia qaldırılmasına görə vəkil tutaraq əlavə də 300 manat pul ödəmiş, eyni zamanda pulunun vaxtında qaytarılmamasına görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qərarından bu günə qədər 9 ay üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot-faiz dərəcəsinə görə əldən çıxmış fayda 656 manat təşkil edir. Cavabdehlərin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya etiraz verərək bildirmişdir ki, dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. İddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 17 500 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının pul vəsaitini qanunsuz olaraq saxlamamış və onu qaytarmaqdan boyun qaçırmamışdır. İddiaçı tərəfindən müvafiq pul vəsaiti öz iradəsinə uyğun olaraq dövlət büdcəsinə ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti onu dövlət büdcəsindən iddiaçıya qaytarmaq imkanına malik olmadığından iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya etiraz verərək bildirmişdir ki, tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi, iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyi, tələbdə qeyd olunan hərracda Maliyyə Nazirliyi heç bir tərəf olmadığı və müqavilə tərəfi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğu halda, iddianın Maliyyə Nazirliyinə qarşı yönəldilməsi anlaşılan deyildir. İnzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Həmçinin iddiaçı vəkil xidmətinin göstərilməsi üçün ödəmiş olduğu 300 (üç yüz) manat pulun cavabdehlərdən qaytarılmasını tələb etsə də, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni zamanda əldən çıxmış fayda kimi 656 (altı yüz əlli altı) manat pul tələbi ilə əlaqədar hər hansı bir sübut yoxdur. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün ödənilən 17.500 manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və 17500 manat haqq ödənilməklə alqı-satqı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu, alqısatqı müqaviləsi və reyestrdən çıxarış etibarsız sayılmışdır. İddiaçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Qərar icra edilərkən ödənilmiş 17500 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən alınmalıdır. İddiaçının iddia tələbinin əldən çıxmış fayda kimi 656 manatın və hüquqi xidmət haqqı 300 (üç yüz) manatın ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmamışdır. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. İddiaçı tərəfindən hüquqi xidmət haqqı ilə bağlı xərcləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Göründüyü kimi, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. İddia ərizəsində hərracın etibarsız hesab edilməsi və bununla bağlı iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilməsi əsassız olduğundan və Maliyyə Nazirliyinə heç bir aidiyyəti olmadığından məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyininin üzərinə qoyulmuşdur. Məhkəmə qərarının nəticə hissəsi Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, “Büdcə sistemi haqqında” Qanunu və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2022 saylı 11 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırkı iş üzrə cavabdehlərdən iddia edilən məbləğin geri qaytarılmasının tələb edilməsi ilə bağlı münasibətlərdə cavabdeh orqan xüsusi hüququn subyekti - mülki dövriyyənin iştirakçısı kimi çıxış edir. Çünki əsassız varlanma anlayışı çərçivəsində cavabdehə ünvanlanmış pul tələbi ilə bağlı münasibətlərdə cavabdeh inzibati orqan yalnız ona xas olan hakimiyyət səlahiyyətlərini və eyni zamanda iddiaçının publik hüquq sahəsindən irəli gələn hüquqların təmin edilməsi ilə bağlı fəaliyyətini həyata keçirmir. Mübahisələndirilən hüquq (ödənilmiş pulun geri qaytarılması) publik hüquq sahəsinə aid edilən hüquq olmamaqla Mülki Məcəllənin mühafizə predmetinə aiddir və həmin hüququn təmin edilməsinə, yaxud edilməməsinə cavabdeh orqan tərəfindən qərar verilməsi cavabdeh orqanın müstəsna hakimiyyət səlahiyyətlərinə aid olmayaraq mülki hüquq və vəzifələri ilə bağlıdır. Hazırki tələb cavabdehlərin inzibati hüquq sahəsindəki fəaliyyəti, inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-844/2022 saylı 24 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2022 saylı 11 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd olunmalıdır ki, hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılır. Belə ki, məhkəmə qərarı iddiaçının iddiasının təmin olunmayan hissəsində iddiaçı, təmin olunan hissəsində isə digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh Maliyyə Nazirliyinin məhkəməyəqədər imtina etməsi iş materialları ilə müəyyən olunmasa da, inzibati məhkəmə icraatı dövründə Maliyyə Nazirliyi iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, Maliyyə Nazirliyinə qarşı iddia da mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, məhkəmə qərarının mübahisələndirilən hissəsi üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı tələbi “hərracın qalibi olduğu üçün ödədiyi 17.500 manat pulun 75%-in ona geri qaytarılması” barədədir. Həmin tələbin təmin olunmasından Maliyyə Nazirliyi imtina etmişdir. İddiaçının bu barədə iddiasını birinci instansiya məhkəməsi təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan məsələ ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli qərar qəbul edilmiş və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli 32/02 saylı hərrac protokoluna əsasən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 17500 manat olmaqla hərraca çıxarılmış və İddiaçı tərəfindən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan xx.xx.2017-ci il tarixli protokol, qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. İddiaçı hərracdan satın aldığı əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüşdür, hərracın protokolu və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunduğu üçün əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa olunmalı, iddiaçının ödədiyi pul vəsaiti ona geri qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı hazırki iş üzrə haqlı olaraq Maliyyə Nazirliyi də cavabdeh qismində göstərilmişdir. İddiaçının hərracla bağlı ödədiyi 17500 manat pul vəsaitinin 25 faizi Əmlak Məsələləri Dövlət Komitəsinə, qalan 75 faizi isə dövlət büdcəsinə keçirilmişdir. İddia tələbindəki məbləğin dövlət büdcəsindən qaytarılmasının Maliyyə Nazirliyinin vəzifəsinə daxil olmasının yanlış olması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 17500 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Maliyyə Nazirliyindən alınmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın Maliyyə Nazirliyinə qarşı təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Beləliklə, cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətində qeyd etdiyi dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğvi üçün də heç bir əsas yaratmır. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 145/2020 saylı xx.xx.2020-ci il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2399/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2399/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver