Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-24/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, İddiaçı2, X7, İddiaçı3 və İddiaçı1 Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X12 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı5, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı2, X7, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2883/2023 saylı 23 may 2023-cü il tarixli qərarından 3-cü şəxs və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-166/2018 saylı qərardadında işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2016-cıil tarixdə qeydə alınmış ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185 B, giriş 2, 85 saylı mənzil tam mülkiyyət hüququ əsasında X2 məxsusdur. “X6 LTD” Törəmə şirkətinin 023 nömrəli, 07 aprel 2018-ci il tarixli məktubundan görünür ki, X10 “X6 LTD” TŞ-nin “payçı”sı olaraq 11 saylı binanın 75-ci mənzili 07 mart 2017-ci il tarixində rəsmiləşdirilib və həmin mənzilin dəyəri şirkətə ödənilmişdir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-166/2018 saylı qərarı ilə X1 məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmdə düzəliş edilərək, hökmün təsviri əsaslandırıcı hissəsinin əhatə edən 56-cı vərəqinin 3-cü abzasındakı “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa mənzilin üzərinə tutma yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır” sözlərinin “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa ləğv edilməlidir” sözləri ilə, hökmün nəticə hissəsini 9cu abzasındakı “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa mənzilin üzərinə tutma yönəldilənədək dəyişdirilmədən saxlanılması” sözlərinin “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa ləğv edilsin” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. "xxxx"nin Hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, Y437/21 №-li yekun Protokolundan müəyyən olunur ki, satılan əmlak Bakı Ağir Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 №li, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Moskva pr., ev № 8, 3168-ci məhəllə, bina № 11, 17-ci mərtəbədə, 3 otaqlı, 138 kv. m. sahəli, 75 saylı mənzildə X2 məxsus hissəsinin 50.5 kv. metr hissədə İddiaçı4, 6 kv. metr hissədə İddiaçı2, 5,2 kv. metr hissədə İddiaçı1, 3,9 kv.metr hissədə İddiaçı5, 3,4 kv.metr hissədə İddiaçı3 tərəfindən satın alınmış və hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (101)-166/2018 №-li icra vərəqəsinə əsasən Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, № xx/xx-72936/34-86338 saylı sifariş məktubu əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-166/2018 №-li icra sənədinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Moskva pr., ev № 8, 3168-ci məhəllə, bina № 11, 17-ci mərtəbədə, 3 otaqlı, 138 kv. m. sahəli, 75 saylı mənzildə X2 məxsus hissəsi 50.5 kv. metr hissədə İddiaçı4, 06 kv. metr hissədə İddiaçı2, 5,2 kv. metr hissədə İddiaçı1, 3,9 kv.metr hissədə İddiaçı5, 3,4 kv.metr hissədə İddiaçı3 tərəfindən satın alınmış və satıcı "xxxx" MMC bir tərəfdən alıcılar- İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 şəxsində yuxarıda qeyd olunan məzmunda müqavilə bağlanılmışdır. “X17” MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 06 №-li protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bakı Hərrac Mərkəzinin Y437/21 saylı protokolunun yekun nəticələrinin tələbinə əsasən İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 3168 məhəllə, 33-cü e.v, 1-ci giriş, 17-ci mərtəbə, 75 №-li mənzilin sahəsi 50.50 kv. m.-i İddiaçı4, 3.90 kv.m.-i İddiaçı5, 6.0 kv.m.-i İddiaçı2, 3.40 kv. m.-i İddiaçı3Mustafa oğlunun, 5.20 kv. m.-i İddiaçı1 payçısı olmalarının təsdiq edilməsi qərara alınmışdır. “X17” MTK-nın xx.xx.2021-ci il tarixi, 185 №-li maliyyə arayışında qeyd olunmuşdur ki, Bakı Hərrac Mərkəzinin Y-437/21 saylı protokolun yekun nəticələrinin tələbinə əsasən Bakı şəhəri Yasamal rayonu, Moskva pr-ti, 3168-ci məhəllə, 33-cü binanın, 1-ci girişin, 17ci mərtəbədə yerləşən 75 saylı mənzilin 50.50 kv.m. sahəsi olan İddiaçı4, 3.90 kv.m. sahəsi olan İddiaçı5, 6.0 kv.m. sahəsi olan İddiaçı2, 3.40 kv.m. sahəsi olan İddiaçı3, 5.20 kv.m. sahəsi olan İddiaçı1 MTK- ya borcu yoxdur. İddiaçı3 müraciətinə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış **********94 nömrəli xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı, sahəsi 138.0 kv.m olan, 75 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı daxil olmuşdur. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçılar İddiaçı5, İddiaçı2, X14, İddiaçı3 və İddiaçı1 cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, sonuncu tərəfindən iddiaçılara ünvanlanmış **********02 nömrəli xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı5, İddiaçı2, X14, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, 33 saylı evin, 75 saylı mənzili üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, 33 saylı evin, 75 saylı mənzil üzərində 5.2 kv. metr sahədə İddiaçı1, 6 kv. metr sahədə İddiaçı2, 3.4 kv. metr sahədə İddiaçı3, 3.9 kv. metr sahədə İddiaçı5 və 50.5 kv. metr sahədə İddiaçı4 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) məcburi qaydada verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-2883/2023 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar aidiyyəti sənədləri cavabdehə təqdim etməklə, “X18” MTK tərəfindən verilmiş 06 nömrəli protokoldan çıxarış və maliyyə arayışı əsasında, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 33, 1-ci giriş, 17-ci mərtəbə, 75 saylı mənzilin üzərində onların əldə etdiyi paylı mülkiyyət üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişlər. Lakin, cavabdeh idarə müraciəti qanunsuz və əsassız səbələrdən icra etməkdən imtina etmişdir. Qeyd edilən paylı mülkiyyət hüquqlarının yaranmasına dair xx.xx.2021-ci il tarixdə "xxxx" hərracın nəticələri haqqında yekun protokolu, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə, MTK tərəfindən verilmiş protokoldan çıxarış və maliyyə sənədləri həmçinin, “X18” MTK tərəfindən tikilmiş eyni binalarda yerləşən bəzi mənzillərin dövlət reyestrində artıq qeydə alınmasına dair arayışın cavabdeh idarəyə göndərilməsinə baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 33, 75 saylı mənzil üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etsələr də, adıçəkilən İdarə xx.xx.2022-ci il tarixli **********02 saylı məktubuna əsasən yuxarıda qeyd olunan mənzilin, idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığını əsas gətirərək Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 11.1-ci maddəsinə əsasən ərizələrinin icrasından imtina edilməsini məqsədəmüvafiq hesab etmişdir. Hesab edirlər ki, DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onların öz şəxsi və xüsusi mülkiyyətlərinə olan hüquqların qeydiyyatından boyun qaçırmaq üçün belə bir əsassız arqument irəli sürmüşdür. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, qeyd olunan yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 138.0 kv. m. olan, 75 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı daxil olmuşdur. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və İddiaçı3 xx.xx.2021-ci il tarixli, **********29 saylı və xx.xx.2022ci il tarixli, **********94 saylı cavab məktubları ünvanlanmışdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2883/2023 saylı 23 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında “X18” mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş 33 saylı evin 17ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 138 kv. metr olan 75 saylı mənzil üzərində 5.2 kv. metr sahədə İddiaçı1, 6 kv. metr sahədə İddiaçı2, 3.4 kv. metr sahədə İddiaçı3, 3.9 kv. metr sahədə İddiaçı5 və 50.5 kv. metr sahədə İddiaçı4 xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması, bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2- 1(112)-2883/2023 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. 3-cü şəxsin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin 23 may 2023cü il tarixli 2-1 (112)-2883/2023 saylı qərarı iş üzrə 3-cü şəxs qismində cəlb edilən X3 hüquq və mənafelərinə ziddir. Ona görə də işə apellyasiya qaydasında baxılmasını zəruri hesab edir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçılar X14, İddiaçı3, İddiaçı1 və 3-cü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İddiaçı2 ünvanlanmış məhkəmə iclasına dair bildirişin olduğu zərf “qapı bağlıdır” qeydi ilə poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə icraatının iştirakçıları işə iddiaçıların və 3-cü şəxsin iştirakları olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçılar X7, İddiaçı3, İddiaçı1, İddiaçı2 və 3-cü şəxs X3 iştirakları olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı5 hR iki apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla İddiaçı3 “iddiadan imtina” barədə ərizəsinin təmin edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçılar tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçılar isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı2, X7, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədədir. Cavabdeh “aparılan araşdırma zamanı İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığının müəyyən edilməsi və qeyd olunan yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı, sahəsi 138.0 kv.m olan, 75 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadın olması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmiş və onların iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası İddiaçı3 tərəfindən apellyasiya baxışında iddiadan imtina edildiyini nəzərə alaraq həmin iddiaçı istisna edilməklə, digər iddiaçılara münasibətdə iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; ...... Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından görünür ki, "xxxx"nin Hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, Y437/21 №-li yekun Protokolundan müəyyən olunur ki, satılan əmlak Bakı Ağir Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 №li, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Moskva pr., ev № 8, 3168-ci məhəllə, bina № 11, 17-ci mərtəbədə, 3 otaqlı, 138 kv. m. sahəli, 75 saylı mənzildə X2 məxsus hissəsinin 50.5 kv. metr hissədə İddiaçı4, 6 kv. metr hissədə İddiaçı2, 5,2 kv. metr hissədə İddiaçı1, 3,9 kv.metr hissədə İddiaçı5, 3,4 kv.metr hissədə İddiaçı3 tərəfindən satın alınmış və hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1 (101)-166/2018 №-li icra vərəqəsinə əsasən Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, № xx/xx-72936/34-86338 saylı sifariş məktubu əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-166/2018 №-li icra sənədinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Moskva pr., ev № 8, 3168-ci məhəllə, bina № 11, 17-ci mərtəbədə, 3 otaqlı, 138 kv. m. sahəli, 75 saylı mənzildə X2 məxsus hissəsi 50.5 kv. metr hissədə İddiaçı4, 06 kv. metr hissədə İddiaçı2, 5,2 kv. metr hissədə İddiaçı1, 3,9 kv.metr hissədə İddiaçı5, 3,4 kv.metr hissədə İddiaçı3 tərəfindən satın alınmış və satıcı "xxxx" MMC bir tərəfdən alıcılar- İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 şəxsində yuxarıda qeyd olunan məzmunda müqavilə bağlanılmışdır. “X17” MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 06 №-li protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bakı Hərrac Mərkəzinin Y437/21 saylı protokolunun yekun nəticələrinin tələbinə əsasən İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 3168 məhəllə, 33-cü e.v, 1-ci giriş, 17-ci mərtəbə, 75 №-li mənzilin sahəsi 50.50 kv. m.-i İddiaçı4, 3.90 kv.m.-i İddiaçı5, 6.0 kv.m.-i İddiaçı2, 3.40 kv. m.-i İddiaçı3, 5.20 kv. m.-i İddiaçı1 payçısı olmalarının təsdiq edilməsi qərara alınmışdır. “X17” MTK-nın xx.xx.2021-ci il tarixi, 185 №-li maliyyə arayışında qeyd olunmuşdur ki, Bakı Hərrac Mərkəzinin Y-437/21 saylı protokolun yekun nəticələrinin tələbinə əsasən Bakı şəhəri Yasamal rayonu, Moskva pr-ti, 3168-ci məhəllə, 33-cü binanın, 1-ci girişin, 17ci mərtəbədə yerləşən 75 saylı mənzilin 50.50 kv.m. sahəsi olan İddiaçı4, 3.90 kv.m. sahəsi olan İddiaçı5, 6.0 kv.m. sahəsi olan İddiaçı2, 3.40 kv.m. sahəsi olan İddiaçı3, 5.20 kv.m. sahəsi olan İddiaçı1 MTK- ya borcu yoxdur. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********963 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraatın iddiaçılar İddiaçı5, İddiaçı2, X7, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və s.” iddiası, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X5 qarşı “daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dəvət olunan mütəxəssisə şəraitin yaradılması və cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması” iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1649/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. İşdə olan məhkəmə qətnamələrindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1649/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə yuxarıda adı çəkilən mülki iş üzrə iddiaçıların iddiası təmin olunmuş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3875/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Yuxarıda da qeyd olunduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X3 mülkiyyətində olan mübahisə predmeti olan ünvan 6 (ayrı-ayrı kv.m. hissələri) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən paylı mülkiyyət üzrə satın alınmış və hərracın nəticələri barədə yekun protokol qəbul edilməklə xx.xx.2021-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-213.6-cı maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçıların təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarına əsasən iddiaçıların həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün yetərli əsas sayılmalıdır. Odur ki, iddiaçılar hazırki iddia ilə bağlı tələbinin təmin olunmasından cavabdeh inzibati orqan qanunsuz və əsassız olaraq imtina etdiyi üçün iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin və 3-cü şəxsin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində qeyd olunan dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər formal xarakterli olub, iddiaçıya ünvanlanmış imtina məktubları və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı3 istisna olmaqla, digər iddiaçılara münasibətdə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin və üçüncü şəxsin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxsin ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2883/2023 saylı 23 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2883/2023 saylı 23 may 2023-cü il tarixli qərarı İddiaçı3 istisna edilməklə, digər iddiaçılara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X19 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-24/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-24/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver