Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-240/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı” statusuna görə “Kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştli müavinətin”, “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsinə əsasən, pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək hesablanaraq iddiaçıya birdəfəyə ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-3540/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3540/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia “sosial müavinətin ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3540/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya əmək pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur (hakim A.Orucova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “müharibə veteranı” statusuna görə “Kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştli müavinətin”, “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4 maddəsinə əsasən, pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək hesablanaraq iddiaçıya birdəfəyə ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xidmət müddətində və sentyabr 2005-ci il tarixində pensiya çıxdıqdan sonra da xx.xx.2012-ci il tarixinədək qeyd olunan müavinətlərdən yararlanmışdır. Pensiyanın baza hissəsinin 10% məbləğində əlavəni isə almamışdır. Qeyd olunanlar barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə İdarə **********6 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə imtina etmişdir. İmtinaya səbəb kimi “Sosial müavinətlər haqqında” qanunun 7.0.6-cı maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixinədək qüvvədə olan 19.1.6 maddəsinə istinad edilmişdir. Cavabdehin imtinasının mövcud tələblərinə ziddir. Belə ki, “Kommunal, nəqliyyat və digər güzəştlərə görə” pul ilə əvəz olunmuş və bu xx.xx.2001-ci il tarixli 613 №-li Prezidentin Fərmanında təsbit edilmişdir və bu barədə ləğv və ya dəyişiklik edilmişdir. Hər iki müavinət Azərbaycan Respublikası Prezidentinin 257 №- li xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Fərmanında da əksini tapmışdır. Bu Fərman xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsi” barədə Sərəncamının 1.11-ci bəndinə əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, müharibə veteranı statusuna görə müavinət və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüdün təyin edilməsi bir daha qeyd olunmuş müavinətlərin iddiaçıya ödənilməsini sübuta yetirir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iş materialından da göründüyü kimi, İddiaçı 2005-ci ildən hərbi qulluqçu kimi yaşa görə pensiya ödənilir və bu zaman da ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hesablanır. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsinin mətni xx xxxx 2017-ci il tarixdən qüvvədən düşmüş və həmin Qanunun 19.1.6- cı maddəsi ilə əvəz edilmişdi. xx xxxxx 2019-cu il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilmiş, iddiaçının istinad etdiyi həmin Qanunun 19.1.6-cı maddəsi ləğv edilmişdir. Həmçinin nümayəndə və vəkil qeyd etdi ki, güzəştli pensiya hüququ olan şəxslərin dairəsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsi qeyd edilmiş və güzəştli şərtlərlə pensiya hüququ ancaq həmin maddədə qeyd edilən peşələrdə və sahələrdə işləyən şəxslərə şamil edilir. Həmin kateqoriyadan olan şəxslərin pensiyalarına əlavələr isə bilavasitə həmin Qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr ) maddəsində qeyd edilmişdir. “Əmək pensiyaları haqqında“ Qanunun 19-cu maddəsində qeyd edilən əlavələr isə Qanunun 9-cu maddəsində sadalanan şəxslərə deyil, digər kateqoriyalı olan əmək pensiyaçılarına şamil edilir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan sənədlərdən: - AZE-******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-ci il təvəllüdlüdür, Bbakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaş/sah, ev 42, mənzil 36 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən verilmiş 849/1738 saylı , xx xxxxxxxx 2005-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2005-ci il tarixdən xidmət ilinə görə Azərbaycan Respublikasının “hərbi qulluqçuların pensiya təminatı” qanununa uyğun olaraq pensiya təyin olunub. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, **********6 saylı məktubundan görünür ki, cavabdeh öz imtanasında bildirmişdir ki, iddiaçının əmək pensiyası aşağıdaki tərkibdən ibarət olmaqla cəmi 1.082,41 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyasının sığorta hissəsi – 199,19 manat; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə oan 19.1.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəsi -11 manat; qulluq stajına görə əmək pensiyasına əlavə isə 872,22 manat. x xxxxxx 2006-cı il tarixindən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilmir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş 00546 pensiya işindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx xxxxxxxx 2005-ci il tarixdən ömürlük olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan məlumat vərəqələrindən görünür ki, İddiaçı xx xxxx 2008-ci il ildən xx xxxxxxx 2008-ci ilədək 546,20 manat (kommunal müavinət nəzərə alınmaqla) məbləğində, xx xxxxxx 2008-ci ildən xx xxxxxx 2010-cu ilədək 752,50 manat (kommunal müavinət nəzərə alınmaqla), xx xxxxxxxx 2010-cu ildən ömürlük olaraq 805 manat (kommunal müavinət nəzərə alınmadan) məbləğində əmək pensiyası təyin olunmuşdur. İddiaçının hərbi qulluqçu olduğu və ona 2005-ci ildə istefaya buraxıldıqdan sonra ona hərbi qulluqçu kimi pensiya təyin olunduğu işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsində nəzərdə tutulan yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi miqdarında əlavənin cavabdeh tərəfindən onun pensiyasına hesablanmadığını qanunsuz sayır və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək həmin əlavələrin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi aşağdaki əsaslara görə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun: 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasəen isə təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları ilə aşağıdakılar müəyyən edilmişdir:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.4-cü bəndinin 2-ci abzasına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar həmin şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən xx xxxx 2017-ci ilə qədər “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsinə uyğun olaraq əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə ödənilməməsi münsibətdə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsi xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir və yeni redaksiyada Qanunun 19.1.6-cı maddəsinə əsasən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliiyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əlavənin hesablanması nəzərdə tutulur. Bu dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Qanunun iddiaçının istefaya buraxıldığı və ona pensiya təyin olunduğu 2005-ci ildən xx xxxx 2017-ci ilə (19.1.6-cı maddəyə redaksiya edilənədək) qədər olan dövrdə qüvvədə olan 19.2.4- cü maddəsində isə nəzərdə tutulurdu ki, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara-yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır. Şərh olunan maddələrin normalarına görə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə hərbi qulluqçulara müvafiq əlavələr ödənilir. Baza hissəsinin 10 faizi məbləğində əlavənin hesablanması məsələsinə gəldikdə isə, nəzərə almaq lazımdır ki, həmin norma məhz xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dövrlər üzrə əmək pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin ödənilməsi, yalnız həmin maddənin qüvvədə olan vaxtadək tələb edilməsi mümkündür. Nəzərə alınsa ki, iddiaçı hazırki mübahisə ilə bağlı xx xxxxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən, həmçinin iddiaçının iddiasının əsasında duran norma xx xxxx 2017-ci il tarixədək qüvvədə olduğundan, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçıya əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavənin ödənilməsinin yalnız geriyə üç il şamil olunmaqla, sözügedən maddənin qüvvədə olan vaxtadək ödənilməsinin mümkün olduğunu bildirir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əmək pensiyasının baza hissəsinin 10 % məbləğində əlavənin xx xxxxxxxx 2016-cı il tarixdən (müraciət tarixindən geriyə üç il) xx xxxx 2017-ci il tarixədək (19.2.4-cü maddəsinin qüvvədə olan tarixi) ödənilməməsi, iddaçının hüquqlarını pozur və cavabdehin imtinası qismən əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmişdir. Belə ki, işin araşdırılmış halları ilə İddiaçı 2005-ci ildən hərbi qulluqçu kimi yaşa görə pensiya ödənilməsi və bu zaman ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hesablandığı müəyyən edilir. Qeyd etmək lazımdır ki, xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi yeni redaksiyada verilmiş və xx.xx.2017-ci il tarixdən qüvvədən düşmüş 19.2.4-cü maddəsi həmin Qanunun 19.1.6- cı maddəsi ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilmiş, iddiaçının istinad etdiyi həmin Qanunun 19.1.6-cı maddəsi ləğv edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, güzəştli pensiya hüququ olan şəxslərin dairəsi “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) nəzərdə tutulmuş və güzəştli şərtlərlə pensiya hüququ yalnız həmin maddədə qeyd edilən peşələrdə və sahələrdə işləyən şəxslərə şamil edilir. Həmin kateqoriyadan olan şəxslərin pensiyalarına əlavələr isə bilavasitə həmin Qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsində qeyd edilmişdir. “Əmək pensiyaları haqqında“ Qanunun 19-cu maddəsində qeyd edilən əlavələr isə Qanunun 9-cu maddəsində sadalanan şəxslərə deyil, digər kateqoriyalı olan əmək pensiyaçılarına şamil edilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
Cavabdehin nümayəndəsi S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3540/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı” statusuna görə “Kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştli müavinətin”, “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsinə əsasən, pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək hesablanaraq iddiaçıya birdəfəyə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn