Məhkəmə qərarları › İş №2-1(103)-240/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-240/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-240/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X5, Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini, ekspert X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1608/2022 saylı 17 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. İş materiallarında olan ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı müayinə olunarkən ona “xroniki limfo-venoz çatışmazlığı İİİ dərəcəlli” diaqnozu qoyulmuşdu. İddiaçının əlillik vəziyyətinə ilk dəfə Bakı 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2743003AAA2H saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; Diaqnozun mətni: Aşağı ətrafların varikoz xəstəliyi, venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3-ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətraf venalarının varikoz genişlənməsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80- İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətrafların varikoz xəstəliyi, venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətraf venalarının varikoz genişlənməsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonradan Bakı şəhəri 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2743003AABJ3 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; Diaqnozun mətni: Əsas diaqnoz İ83.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu. sağ baldırın xroniki venoz xorası. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2014 Oksigen Klinikası). Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Limfodema. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatışmazlıq, Xroniki limfo-venoz çatmamazlığı İV-V sinif. Yanaşı xəstəliklər İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX.Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər R45 Emosional hallara aid olan simptomlar və nişanələr, Əsəbi gərginlik; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmiş müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə/müalicə olunmasina ehtiyac var" səbəbi ilə imtina verilmişdir. xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 2743003AABKU saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu.sağ baldırın xroniki venoz xorası. Limfodema. “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2014 Oksigen Klinikası). Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə., ÜİX.Aterosklerotik kardioskleroz. Əsəbi gərginlik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahi əməliyyatdan sonra 2021-ci ilə qədər stasionar müalicələri yoxdur, müayinələri səthidir, ixtisaslaşmış müayinə və müalicələri davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli, 2743003AABKU saylı tibbi göndərişdə - Əsas diaqnoz: “İ.83.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Hər iki aşağı ətrafların residiv varikozu, sağ baldırın xroniki venoz xorası”; - Ağırlaşma: “İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi Limfodema. Z98 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatdan sonrakı vəziyyət. İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə” qeyd olunmuşdur. İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya elektron qaydada “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, əlildir. Onun səhhətində problemlər yaranmış, varikoz damar genişlənməsindən əziyyət çəkməsi müəyyən edilmişdir. Həmin xəstəlik səbəbindən “Oksigen” klinikasında əməliyyat olunmuş, müəyyən fasilələrlə bülletendə olmuş, müalicə almışdır. O, həmin xəstəlik səbəbilə xx.xx.2014-cü il tarixdə “Oksigen” klinikasında ağır əməliyyat keçirmişdir. Daha sonra dəfələrlə ambulator müayinələrdən keçmişdir. Buna dair xəstəlik kitabçasından çıxarışları, Nərimanov rayon poliklinikasından verilmiş əmək qabiliyyətinin məhdudlaşmasına dair vərəqələri var. Onun 183.0 aşağı ətraf venaların xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafların residiv varikozu, sağ baldırın xroniki venoz xorası, 189.0 digər rubrikalarda təsnif olunmayan limfa ödemi, limfodema, 187.2 xroniki (periferik) limfo-venoz çatışmazlığı və ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlil olması müəyyən edilmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, əsas diaqnozlarla yanaşı 125.1 ürəyin aterosklerotik xəstəliyi, ÜİX. Aterosklerotik kardioskleroz, R45. emosional hallara aid olan simptomlar və nişanələr, əsəbi gərginlik kimi yanaşı xəstəlikləri var. TSERAS tərəfindən xx.xx.2021-ci il tarixli göndərişə əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, əlilliyin dərəcəsini Topçubaşov adına xəstəxana tərəfindən verilən ambulator kitabçadan çıxarışda səhv göstərilmişdir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyinin sinifləri yox, dərəcələri müəyyən edilmişdir. İddiaçıya isə xroniki limfo-venoz çatmamazlığının İV-V sinfi diaqnozu qoyulmuşdur. Əlillik təyinatının verilməsindən imtina olunduğu üçün iddiaçı xx.xx.2021-ci il tarixdə müayinədən keçmiş, bu dəfə isə diaqnoz olaraq ona 890. Limfodema, xroniki limfovenoz çatmamazlıq, İİİ (üçüncü) dərəcə sağ baldırın trofiki xorası diaqnozu qoyulmuşdur. Lakin bu dəfə də xx.xx.2021-ci il tarixli göndərişə əsasən əlillik təyinatından ikinci dəfə imtina olunmuşdur. 2743003AABKU saylı göndərişdən görünür ki, iddiaçıya İİİ dərəcə xroniki-limfo-venoz çatmamazlığı diaqnozu qoyulmuşdur. Hətta sözügedən əsasnaməyə əsasən iddiaçının əlillik dərəcəsi üçüncü dərəcə deyil, ikinci dərəcə olmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015ci il tarixli 2743003AAA2H saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; Diaqnozun mətni: Aşağı ətrafların varikoz xəstəliyi, venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3- ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətraf venalarının varikoz genişlənməsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80- İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətrafların varikoz xəstəliyi, venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3-ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətraf venalarının varikoz genişlənməsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2743003AABJ3 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; Diaqnozun mətni: Əsas diaqnoz İ83.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu.sağ baldırın xroniki venoz xorası. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2014 Oksigen Klinikası). Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Limfodema. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki limfovenoz çatmamazlığı İV-V sinif. Yanaşı xəstəliklər İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX.Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər R45 Emosional hallara aid olan simptomlar və nişanələr, Əsəbi gərginlik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmiş müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə/müalicə olunmasina ehtiyac var" səbəbi ilə imtina verilmişdir. xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 2743003AABKU saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu.sağ baldırın xroniki venoz xorası. Limfodema. “İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası” cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2014 Oksigen Klinikası). Xroniki limfovenoz çatmamazlığı İİİ dərəcə., ÜİX.Aterosklerotik kardioskleroz. Əsəbi gərginlik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahi əməliyyatdan sonra 2021-ci ilə qədər stasionar müalicələri yoxdur, müayinələri səthidir, ixtisaslaşmış müayinə və müalicələri davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1608/2022 saylı 17 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 37 saylı şəhər poliklinikası tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 2743003AABKU saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci İnstansiya Məhkəməsi iddianı təmin edərkən bildirmişdir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli, 2743003AABKU saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin göstərilən bəndinə əsasən ona ikinci dərəcə əlillik təyinatına əsas verir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmənin istinad etdiyi 2.2.12-ci yarımbəndinə görə “hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74,174.3,180-İ80.3,183.0-İ83.9)” ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Lakin, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş xx.xx.2021-ci ildə 2743003AABKU saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki aşağı ətrafların residiv varikozu.sağ baldırın xroniki venoz xorası. Limfodema."ikitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz Lazer ablisiyası" cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2014 Oksigen Klinikası). Xroniki limfovenoz çatmamazlığı İİİ dərəcə., ÜİX.Aterosklerotik kardioskleroz. Əsəbi gərginlik” göstərilsə də, həmin göndərişdə qeyd olunan ağırlaşmalarda hər iki ətraf damarda olması qeyd olunmamışdır. Bu da, məhkəmənin 2.2.12-ci yarımbəndinə istinad etməsinə əsas vermir. Bunlarla yanaşı iddiaçı barəsində verilmiş qərardan narazı qaldığı üçün xx.xx.2022- ci il tarixində onun əyani müayinəsi keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir”” barədə qərar qəbul edilmişdir. Bundan əlavə iddiaçı X6 xx.xx.2014-cü il tarixdə aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi diaqnozu ilə Bakı Oksigen Klinik xəstəxanasında əməliyyat olunmasına baxmayaraq, 2015-ci il tarixindən 2021-ci il tarixinədək nə stasionar, nə də ki, ambulator müalicə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlərə görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. İddiaçı X4 əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iş materiallarında olan bütün müayinə-müalicə sənədlərindən görünür ki, xx.xx.2014-cü ildən bu günə kimi ona 183.0 kodlu diaqnoz qoyulmuşdur- yəni venoz çatışmazlığı. İddiaçı 2014-dən 2021-ci ilin fevral-mart ayına kimi ( 6 il ) sosial müavinət almışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 244 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı səhhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun əmək fəaliyyətinin məhdudlaşdırılması forma 88-də və ambulator kartında göstərilib. İddiaçı canlı müayinə olunmaqla onda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə müəyyən olunub. Onun əlavə olaraq ixtisaslaşmış klinikada müayinə və müalicə olmasına ehtiyac yoxdur. O, saat 14:00-da çağırıldığı yerdə olsa da, onu 4 (dörd) saat 30 (otuz) dəqiqə gözlədilərək daha sonra- yəni saat 18:30-da, həkimlər komissiyanın müayinə otağına çağırılmış, 3 (üç) dəqiqə belə onu dinləmədən getməsini xahiş etmiş, onun xəstəliklə bağlı sözlərini dinləməkdən imtina edərək “ay xanım dedikləriniz hamısı kağızlarda var, artıq iş saatı da bitmişdir, yorğunuq bizi yormayın, əyani müayinənin nəticəsini soruşduqda isə “sizə nəticəni məhkəmə deyəcək” deyərək iddiaçını necə deyərlər “başlarından edərək” çölə çıxmasını tələb etmişlər. Hətta ona kobud şəkildə demişlər ki, sənə əlilliyin verilməsindən imtina olunub, nəyə görə gəlmisən??? O da bildirmişdir ki, “mən bura məhkəmə qərarı əsasında gəlmişəm, öz kefimdən durub gəlməmişəm.” Məhkəmə sözünü eşitdikdən sonra həkim komissiyası “hə yaxşı” deyərək. “tibbi kartoçkadan” çıxardığı sənədlərin bəzilərini qəbul etmişlər. Onunla bu cür rəftar edən və onu saatlarla gözlədən, iş vaxtından sonra çağırıb səthi formada 1-2 sual verdikdən sonra cəmi 3 dəqiqəyə otaqdan çıxmasını tələb edən, ağzını açmağa qoymayan dövlət qurumundan və əməkdaşlarından hər hansı ədalət gözləmək əbəsdir. Apellyasiya şikayətinə dair yazılı etiraza əlavənin dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraza əlavə onunla əsaslandırılmışdır ki, “əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 13 may 2022-ci il tarixdə qüvvəyə minmişdir. Əyani müayinənin nəticəsinin nə olub-olmamağından asılı olmayaraq bu hazırki iş üzrə heç bir şeyi dəyişə bilməz. İş materiallarından görünür ki, iddia təmin olunmuşdur və iddiaçının İİ (ikinci) qrup əlil olduğu müəyyən olunmuşdur. Yeni meyarlar əsasında aparılan əyani müayinənin nəticələri iddiaçının ziyanına olsa belə qanunvericiliyə əsasən bu heç nəyi dəyişmək iqtidarında deyil. Belə ki, qətnamə qəbul edilən dövrdə xx.xx.2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və həmin qərarla təsdiq edilmiş Əsasnamə qüvvədə idi. Həm Nazirlər Kabinetinin 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamədə, həm də 2022-ci il tarixli Əlilliyin müəyyən olunması meyarlarında iddiaçının xəstəliyi öz əksini tapmışdır. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə (2.2.12) qeyd olunmuşdur ki, hər iki ətraf damarların xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə ( 170.2, 173-174, 174.3, 180-180.3, 183.0-183.9). İnsan orqanizminin funksiyalarının sabit pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi cədvəlindən çıxarışın 27-ci səhifəsinin 2.4.1-ci bəndindən görünür ki, xroniki venoz çatışmazlığının kodu - 180- 188-dir. 2022-ci il tarixli Əlilliyin müəyyən olunması meyarlarının 2.7-ci bəndində də həmin xəstəlik öz əksini tapmışdır. Bundan əlavə, əyani müayinənin nəticəsi kimi cavabdeh orqan qeyd etmişdir ki, onun diaqnozu öz təsdiqini tapmır. Əyani müayinənin nəticəsi tamamilə yalan və təhrif olunmuşdur. Üstəlik əyani müayinəyə dair olan həmin qərarda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, agentlik tərəfindən aşağı ətrafların dopler müayinəsi zamanı (qərarın 2-ci səhifəsi) hər iki VSM və VSP endovenoz ablasiyadan sonrakı vəziyyət, sağda kokket 3 səviyyəsində genişlənmə, hər iki ətrafda dərin femoral və popliteal venada qapaq yetməzliyi izlənir. Eyni məzmunlu yanaşma ekspert rəyinin nəticə hissəsində də qeyd olunmuşdur. Yazılmışdır ki, onun adına 37 saylı şəhər poliklinikasında doldurulmuş 2743003AABKU saylı göndərişdə ( TQS N № 88) qeyd edilən diaqnoz tibbi-sosial ekspert komissiyası tərəfindən xəstənin əyani müayinəsi zamanı onda aşkar edilməmiş, yəni hiper-diaqnostikaya (diaqnozun şişirdilməsinə) yol verilmişdir. Odur ki, onda ikitərəfli venoz çatmamazlığı İİİ dərəcə deyil, İ dərəcə olması aşkar edilmişdir. Yəni dolayısı ilə ekspert rəyində də onun venoz çatışmazlığı xəstəsi olması etiraf edilmişdir. Ekspert rəyindən görünür ki, komissiya “onda ikitərəfli venoz çatmamazlığı İİİ dərəcə deyil, İ dərəcə olması aşkar edilmişdir” ifadəsini işlətmişdir. Yəni komissiya İİİ dərəcədən birbaşa İ dərəcəyə adlayış etmişdir. Bunun da səbəbi odur ki, İ dərəcə venoz çatışmazlığına sosial müavinət düşmür. Nə bahasına olursa olsun sosial müavinət almamağa yönəlik qərəzli münasibət rəyin hər bir cümləsindən hiss olunmaqdadır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB”-ın № T 305/2021 saylı ekspert rəyindən görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3 sosial eksperti X17 hazırki iş üzrə ekspert qismində qanunsuz olaraq iştirak etdiyi üçün məhkəmə tərəfindən həmin rəy sübut qismində qəbul edilməmiş- sübutlar siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 244 saylı məktubunda qeyd olunmuşdur ki, onun səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun əmək fəaliyyətinin məhdudlaşdırılması forma 88-də və ambulator kartında göstərilib. İddiaçı canlı müayinə olunmaqla onda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamə ilə müəyyən olunub ki, onun əlavə olaraq ixtisaslaşmış klinikada müayinə və müalicə olmasına ehtiyac yoxdur. Daha bir ziddiyətli məqam ondan ibarətdir ki, cavabdeh orqan əvvəlki əyani müayinə nəticəsində qeyd etmişdir ki, ümumiyyətlə limfo-venoz çatışmazlığı yoxdur. Göründüyü kimi, cavabdeh orqanın bütün sənədləri bir-birini təkzib edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini ekspert X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 23 fevral 2023-cü il tarixli qərarının məzmununa uyğun izahat verərək iddiaçıya hazırki diaqnozuna görə ağırlaşması olmadığından ona əlilliyin təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etmiş və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan müddətləri ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi, “əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası idddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 nömrəli 1997-ci il 19 avqust tarixli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 Sosial Ekspertiza və X15 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydanın 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.11-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 595 saylı 14 sentyabr 2015-ci il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə- (İ70.2,İ73-İ74,İ74.3,İ80-İ80.3,İ83.0-İ83.9);... Hazırki işdə məhkəmə kollegiyası tərəfindən inzibati orqanın iddiaçı barəsində inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçıya İİ qrup əlilliyin müddətsiz olaraq təyin olunmasından imtina edən zaman diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Hazırki işdə iddiaçı barəsində TSEK-ə göndərilmiş göndəriş əsasında iddiaçının vəziyyəti qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmiş müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə/müalicə olunmasina ehtiyac var" səbəbi ilə imtina verilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X20 alınmış məhkəmə tibbi-ekpertizasının rəyindən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı adına 37 nömrəli şəhər poliklinikasında doldurulmuş 2743003AABKU saylı göndərişdə (TQS № - 88) qeyd edilən diaqnoz tibbi-sosial ekspert komissiyası tərəfindən xəstənin əyani müayinəsi zamanı onda aşkar edilməmiş, yəni hiper diaqnostikaya (diaqnozun şişirdilməsinə) yol verildiyi müəyyən edilmişdir. Odur ki, hazırda onda ikitərəfli xroniki venoz çatmamazlığı İİİ dərəcə deyil, İ dərəcə olması aşkar edilmişdir. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmuş xəstəliklərin əhatə dairəsinə düşmür. Xəstəlik kliniki laborator və instrumental müayinələr nəticəsində müəyyən edilmiş, hazırda xroniki gedişli olduğundan angioloqun nəzarətində olmalı, kəskinləşdikdə isə vəziyyətinin ağırlığından asılı olaraq istər ambulator, istərsə də, stasionar müalicə ala bilər. İş üzrə birinci instansiya məhkəməsi həmin ekspertizanan keçirilməsində hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti X17 iştirak edib rəyi imzaladığı üçün həmin rəyin əsaslılığını şübhə altına almış və buna görə də ekspert rəyini sübut kimi qəbul etməmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün İddiaçı canlı müayinədən keçirilməklə onun diaqnozunun müəyyən edilməsi və həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hansı qrup əlilliyin təyin edilməsi üçün əsas verdiyinə dair rəyin, onun xx.xx.2023-cü il tarixdə əyani müayinə edilməklə diaqnozun təsdiqini tapmaması barədə qərarın, iddiaçının əyani müayinəsinin nəticəsi olan ekspert komissiyasının rəyinın təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi, o cümlədən həmin rəyi tərtib edən həkim-ekspertlərin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş “vətəndaşın əyani müayinəyə cəlb edilməsi haqqında” məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 37 nömrəli Şəhər Poliklinikasının 2743003AABKU nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş “Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunmayan varikoz genəlməsi, hər İki aşağı ətrafların residiv varikozu. İkitərəfli olaraq böyük və kiçik dərialtı venaların endovenoz lazer ablisiyası cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu təsdiqini tapır, lakin ağırlaşma kimi qeyd edilmiş “Xroniki limfo-venoz çatışmazlığı İİİ dərəcə, sağ baldırın xroniki venoz xorası” diaqnozu anamnestik məlumatlarda və obyektiv müayinələrdə öz təsdiqini tapmadığından, həmçinin əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksial dəyişikliklər aşkar edilmədiyindən göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci İl 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq barəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İşin apellyasiya baxışı zamanı təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 23 fevral 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü X2 (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri, funksional ağırlaşmaların ağırlıq dərəcəsi və stasionar müalicə barədə məlumatlar ətraflı qeyd edilmədiyindən əlillik təyinatı aparmaq mümkün olmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı ilk dəfə xx.xx.2015-ci il tarixdə tibbi-sosail ekspert komissiyasında müayinə edilmiş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə şəxsin üçüncü dərəcə əlilliyi avtomatlaşmış qaydada beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) uzadılmışdır. Əlillik müddəti başa çatdıqdan sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Lakin xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə Əlillik ASinə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün İddiaçı aid göndəriş daxil olmamışdır. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən olundu ki, düzgün bədən quruluşuna malikdir, dəri və görünən selikli qişaları adi rəngdədir. Dəri altı piy qatı normal inkişaf etmişdir, Xəstə elastik corabdadır, daim elastik corab geyindiyini bildirir. Müayinə zamanı hər iki aşağı ətrafda dərinin rəngi, tempraturu normaldır, şişkinlik və ödem, trofiki yara izlənmir. Sol iç topuqda dəridə piqmentasiya qeyd edilir. Agentlikdə aparılmış aşağı ətrafların dopler müayinəsi zamanı hər iki VSM və VSP endovenoz ablasiyadan sonrakı vəziyyət, sağda kokket 3 səviyyəsində genişlənmə, hər iki aşağı ətrafda dərin femoral və popliteal venalda qapaq yetməzliyi, reflüks izlənir. Obyektiv və funksional müayinələr nəticəsində tibb müəssisəsinin göndərişində ağırlaşma kimi qeyd edilmiş “Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə, sağ baldırın xroniki venoz xorası” təsdiqini tapmadı. Buna görə də dövlət tibb müəssisəsinin göndərişinin rəsmiləşdirildiyi zaman qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, eləcə də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşma - Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə, sağ baldırın xroniki venoz xorası aşkar edilmədiyindən əlillik təyinatı aparmaq mümkün olmadı və diaqnoz öz təsdiqini tapmamasına görə əlil hesab edilmir” qərarı verildi. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçıya inzibati orqan tərəfindən fasiləsiz olaraq 7 ildən artıq əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə ona əlilliyin təyin olunmasından imtina olunmuşdur. Bu imtina 2015-ci ildə qəbul edilmiş Əlillik meyarları ilə qiymətləndirmənin nəticəsi olmuş, məhkəmə icraatı dövründə məlum olmuşdu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarları” qəbul olunmuşdur. Odur ki, apellyasiya baxışı zamanı iddiaçının aparılan müayinələri nəzərə alınmaqla onun müraciətinin yeni qəbul edilmiş Əlillik meyarları ilə də qiymətləndirilməsi cavabdeh inzibati orqana tapşırılmışdır. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçı yenidən müayinə olunarkən onun göndərişdə qeyd olunan və indiyənədək (7 ildən artıq) ona əlilliyin verilməsi üçün əsas olan ağırlaşdırıcı diaqnozun- “Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə, sağ baldırın xroniki venoz xorası” diaqnozu təsdiqini tapmamış, buna görə də ona İİ qrup əlilliyin təyin olunması ilə bağlı tələbinin təmin olunmasından həm ilk göndərişin və imtinanın verildiyi dövrdə qüvvədə olmuş 2015-ci il tarixli Əlilliyin müəyyən olunması Meyarları, həm də 13 may 2022-ci il tarixli 187 nömrəli Qərar ilə təsdiq edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarları” baxımından yenidən imtina olunması ilə bağlı qərar qəbul olunmuşdur. İşin apellyasiya baxışı zamanı iddiaçının sonuncu müayinəsi ilə bağlı cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarın qəbul olunmasında iştirak edən Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini ekspert X18 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı əyani müayinəsi keçirilərkən həqiqətən də tibb müəssisəsinin göndərişində “Ağırlaşma” kimi qeyd edilmiş “Xroniki limfovenoz çatmamazlığı İİİ dərəcə, sağ baldırın xroniki venoz xorası” diaqnozu öz təsdiqini tapmamışdır. Buna görə də şəxsə əlilliyin təyin olunmasından imtina olunmuşdur. Məhkəmə kollegiyası cavabdeh qurumun mövqeyi ilə razılaşmır və hesab edir ki, istər məhkəməyədək icraat dövründə iddiaçıya 2015-ci il tarixli Əlillik Meyaları ilə verilmiş imtina, istərsə də sonuncu dəfə yeni qəbul olunan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə verilmiş imtina əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı əvvəllər fasiləsiz olaraq 7 ildən çox İİİ qrup əlilliyi olan şəxsdir və ona həmin əlillik məhz digər xəstəlikləri ilə yanaşı, əsas diaqnozu- İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; venaların varikoz genişlənməsi. Sağ baldırın aşağı 1\3-ninvenoz trofiki xorası cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu əsasında verilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh inzibati orqanın nümayəndəsinin də iştirakı ilə tərtib olunmuş ekspert rəyində xəstənin “ikitərəfli xroniki venoz çatmamazlığı İİİ dərəcə deyil, İ dərəcə olması”nın aşkar edildiyi göstərilmişdir. Buna baxmayaraq işə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğulara cavab olaraq, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 37 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun əmək fəaliyyətinin məhdudlaşdırılması forma 88-də və ambulator kartında göstərilib. İddiaçı canlı müayinə olunmaqla, onda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunub. İddiaçı müayinələrinin nəticələri diaqnozda öz əksini tapır və əldə olunmuş diaqnoza əsasən ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmuşdur. Ak. Topçubaşov adına X13 stasionar şəraitdə müayinə və müalicə olunmuşdur (ambulator kitabçadan çıxarış: xx.xx.2021-ci il). İddiaçı əlavə olaraq ixtisaslaşmış klinikada müayinə və müalicə olunmasına ehtiyac yoxdur. Beləliklə, iş materiallarında sənədlərdən, o cümlədən ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan da görünür ki, iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər, yəni aşağı ətraf venalarının varikoz xəstəliyi, residiv varikoz, xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə müəyyən edilmişdir. Odur ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçı ilə bağlı qiymətləndirməni həm də NK-nın 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə apararkən ona İİ qrup əlilliyin təyin olunması üçün əsas olan ağırlaşdırıcı “Xroniki limfo-venoz çatmamazlığı İİİ dərəcə, sağ baldırın xroniki venoz xorası” diaqnozunun öz təsdiqini tapmadığını əsas gətirməsini məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə bağlı qanunsuz və əsassız hesab edir. Kollegiya onu da qeyd edir ki, iddiaçı barəsində cavabdeh orqan “Vətəndaş İddiaçı səhhəti ilə bağlı hazırda ixtisaslaşdırılmış müayinə, müalicəyə ehtiyacı var” halına da istinad etmişdir. Halbuki nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, hətta hazırki işdə olduğu kimi ağırlaşması halında, əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Buna baxmayaraq yuxarıda da qeyd olunduğu kimi, 37 nömrəli şəhər poliklinikasının məlumatına əsasən İddiaçı müayinələrinin nəticələri diaqnozda öz əksini tapmış və əldə olunmuş diaqnoza əsasən ixtisaslaşmış klinikada- Ak. Topçubaşov adına X13 stasionar şəraitdə müayinə və müalicə olunmuşdur (ambulator kitabçadan çıxarış: xx.xx.2021-ci il), onun əlavə olaraq ixtisaslaşmış klinikada müayinə və müalicə olunmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli 2743003AABKU saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və ağırlaşma olan “İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Limfodema. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci bəndi, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.7 və 2.8-ci bəndləri ilə ona ikinci dərəcə əlillik təyinatına əsas verir. Buna görə də birinci instansiya məhkəməsi İddiaçı 37 saylı şəhər poliklinikası tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 2743003AABKU saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı işdə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1608/2022 saylı 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1608/2022 saylı 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar